Məhkəmə qərarları › İş №2(102)-3861/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3861/2023

06.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3861/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X4 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hall arını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı, 1995-ci ildə AR Təsərrüfat hesabı “LOĞMAN” Tibb Məktəbinin Mamalıq işi şöbəsinə daxil olmuş və 1998-ci ildə həmin məktəbin “Mama” ixtisası üzrə kursunu bitirməsi üzrə ona A 002008 nömrəli Diplom verilmişdir. 3. xx.xx.1999-cu il tarixindən Azərbaycan Dəmir Yolları idarəsinin Yalama St.Tibb məntəqəsində növbətçi tibb bacısı vəzifəsinə işə qəbul olmuşdur. ADY QSC Həkim Sanitar Xidməti üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 434-K saylı əmri ilə o “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 nömrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir.

4. Həmin kollecdən “Loğman” Tibb Məktəbi tərəfiindən verilmiş diplomun Səhiyyə Nazirliyində qeydiyyatda olub-olmadığı barədə hə min nazirliyə müraciət etməyi bildirilmişdir. O, rəsmi ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etmiş və müraciətinə nazirliyin İnsan Resursları şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 5-51M-10828 saylı məktubu ilə həmin diplom barədə Səhiyyə Nazirliyində heç bir məlumatın olmaması bildirilmiş, həmin sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş arayış təqdim olunduqdan sonra onun müraciətinə baxılmasının mümkünlüyü bildirilmişdir.

5. Bundan sonra o rəsmi ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olması barədə rəy verilməsini xahiş etmişdir. Ərizəsinə Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdirinin imzası ilə 26 oktyabr 2021-ci il tarixli M-14525/31-24 sayl ı məktubla cavab verilmişdir ki, adına yazılmış A002008 nömrəli blankının hüquqi əsası yoxdur. 6. 16 fevral 2022-ci il tarixli, 05/k №-li əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surəinə əsasən, iddiaçı X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin «c» bəndinə əsasən işdən azad edilmişdir.

7. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək kitabçasını almışdır.

8. İddiaçı xx.xx.2022-ci il tarixdə ilkin mediasiya şurasına, xx.xx.2022- ci il tarixdə isə aşağıdakı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" QSCnin Həkim-Sanitar Xidmətinin Xaçmaz Dəmir Yolu Ambulatoriyası MMC-nin baş həkimi Rüstəmov Fuad Camal oğlunun xx.xx.1999-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 05-K saylı əmrin ləğv olunaraq, onun "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Xaçmaz Dəmiryolu Ambulatoriyası MMC Yalama stansiyası TM-nə tibb bacısı vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi bildirmişdir ki, diplomla bağlı üç instansiya məhkəməsinin, o cümlədən Ali Məhkəmənin qərarı var və bununla bağlı məsələ aydındır. İddiaçı işdən çıxdığı gün ona əmək kitabçası təqdim olunub. İşdən çıxmağı barədə əmr isə işdən çıxdığı gün təqdim edilməsə də, sonradan poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin işçi işdən çıxdığı gün ona son haqq-hesab da ödənilmişdir. İd diaçı işçi kimi fəaliyyət göstərdiyi müddət ərzində müsbət xarakterizə olunan bir əməkdaş olsa da, onun diplomla bağlı problemi üzə çıxmışdır. Bu səbəbdən işdən azad olunmuşdur. İddiaçı işdən çıxdığını bildiyi gündən bir ay ərzində məhkəməyə müraciət edə bilərdi, ona görə də iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir.

11. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi haqqında ərizə vermişdir.

12. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 yanvar 2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçının əmək kitabçasının surətini 20 fevral 2022-ci il tarixdə alması iş materiallarında olan qəbzlə və iddiaçının özünün etirafı ilə əks olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2 və 3-cü bəndlərinə istinad edərək iddianı təmin etməmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanusuz və əsassızdır. Belə ki, ona əmrin surəti verilməmişdir. Bundan başqa onun tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı qeyd etmişdir ki, işin mahiyyətinə, işdən azad etmə barədə əmrin qanuni olub-olmaması məsələsinə ümumiyyətlə qiymət verilməmiş, yalnız bir neçə cümlə ilə iddia müddətinin ötü rülmə məsələsinə qiymət verilmişdir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə əmr rəsmi qaydada cavabdehə təqdim olunmuşdur. Lakin tərəf əmri həmin tarixdən dörd gün sonra əmək kitabçasını aldığı tarixdən hesablamaqla mübahisələndirmişdir. Bununla da məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin ötməsi barədə ərizəni əsaslı saymış və mübahisəyə iddia müddətinin keçməsi baxımından qiymət vermişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasının surətini 20 fevral 2022-ci il tarixdə alması iş materiallarında olan qəbzlə və iddiaçının özünün etirafı ilə təsdiq olunur. Əmək Məcəlləsinin 294-cü maddəsinin 3-cü bəndinə əsasən isə, əmək kitabçasının alınması işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir. İddiaçı 20 fevral 2022-ci il tarixdən etibarən "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X4 MMC-dən işdən çıxdığını bilmiş və onun məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı həmin gündən başlamışdır. Lakin o, iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı hesab etmişdir. Məhkəmənin fikrincə iş üzrə iddia müddətinin buraxılması məhkəmə tərəfindən tətbiq edildiyindən işin faktiki hallarına hüquqi qiymət verilməsinə lüzum qalmır.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci bəndinə, Həmin maddənin 3cü bəndinə, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. İddiaçının kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcə lləsi

24. Maddə 70, bənd “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

25. Maddə 296, hissə 2 və

3. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfind ən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı 16 fevral 2022-ci il tarixli əmrlə işdən azad edilmiş və xx.xx.2022-ci il tarixdə ona əmək kitabçası təqdim olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ilkin mediasya şurasına, xx.xx.2022-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Cavabdeh tərəf də iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Məlum olduğu kimi, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (§ 25).

37. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 23).

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından v ə onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar