Məhkəmə qərarları › İş №2(102)-3862/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3862/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3862/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tələbin qanuni əsası, qətnamənin əsaslandırılması, ədalətli məhkəmə araşdırması hüququ, sübutların qiymətləndirilməsi sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 iyul 2025-ci il tarixli, 2(103)-2993/2025 nömrəli qətnaməsində n cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixə kimi ayda 10.000 manat qaytarmaq şərtilə Cavabdeh1 300.000 manat borc vermişdir.

2. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə üç tərəfli bağlanmış müqavilə tərəflərin barmaq izləri və öz imzaları ilə təsdiq edilmişdir. Müqavilə şərtlərindən aydın şəkildə birgə fəaliyyət barədə müqavilə olduğu, “malların ildə iki dəfə sayılaraq açot olunması”, həmçinin “Diqlas” Ticarət Mərkəzində yanmış mallara görə dövlət tərəfindən dəymiş ziyan olaraq pul veriləcəyi təqdirdə həmin məbləğin də aralarında bölünəcəyi barədə razılı ğa gəlinməsini tərəflər öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 815.050 manat və 285.000 manat olmaqla ümumilikdə ******* manat pulun tutulmasını xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildə onunla Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış,müqaviləyə əsasən Cavabdeh1 300.000 manat borc vermişdir.Cavabdeh1 müqavilə üzrə borc məbləğini xx.xx.2019-cu il tarixə kimi ayda 10.000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. 2-3 ay ödəniş etdikdən sonra Qəhrəman ona təklif etmişdir ki, Çində olan şirkətindən şatış üçün kombi, sanitexnika avadanlıqları g öndərsin o da, Azərbaycanda sataraq həm pul qazansın, həm də ona olan borcunu qaytarsın. Razılaşmaya uyğun olaraq ona kombi, radiator, istilik sistemləri göndərilmişdir. 2023-cü ilin yanvar ayında Cavabdeh1lə aralarında yenidən haqq-hesab edilmiş, ümumi aldığı mal və ödədiyi ödənişlər hesablanaraq onun Qəhrəmana verdiyi mallar ******* manat təşkil etmişdir. Qəhrəman və Cavabdeh2lər 2.101,602 manat puldan ona 1.286,552 manat geri qaytardıqdan sonra 815.050 manat qaytarılmamış məbləğ, həmçinin 26 mart 2019-cu ildə “Diqlas” Ticarət Mərkəzində yanan mallara görə 285000 manat borcu yaranmışdır. Hazırda cavabdehlərin ona olan borcu ******* manat təşkil edir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil1 iddia ərizəsini qəbul etməyərək, İddiaçıla olan tic arətini qəbul etdiyini, tərəflər arasında pulun qaytarılması ilə bağlı bloknotda qeyd edilərək qarşılıqlı imzalarla təsdiq edildiyini, Cavabdeh2 isə yanan mallara görə bir sənədə imza etdiyini, başqa hesablaşmalarının olmadığını, İddiaçı tələb etdiyi mallardan 259.000 manatlıq malın Xırdalana aparıldığı, 285.000 manat yanan mallara görə tələb edilən pulun ona aidiyyəti olmadığını, yanan mallara görə dövlət tərəfindən təzminat olaraq verilmiş 40.000 manat puldan Asifə çatacaq 20.000 manatın ona verilməməsinin səbəbinin aralarında olan razılaşmaya əsasən “Forland” markalı yük maşının onlara verilməməsini bildirdi.

6. Cavabdehlərin nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı ildə kredit müqaviləsi bağlandığını və həmin müqavilə üzrə pul tam qaytarıldığından, həmçinin müqavilə üzrə iddia müddəti 5 ildən artıq müddətə keçdiyindən həmin mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddianın rədd edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən “müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.” Bütün bunları və MM-nin 373-cü maddəsinin tələblərini nəzərə alaraq İddiaçı Cavabdeh1 və digərlərinə qarşı pul tələbinə dair 2(008)- 4905/2024 nömrəli mülki işi üzrə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 2(008)277/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 978304,79 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (X13).

8. Birinci instansiya məhkəməsi ilk olaraq xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında 2016-cı ildə kredit müqaviləsi imzalanmış, həmin müqavilə xx.xx.2019-cu ilə kimi qüvvədə olduğu müddətdə tərəflər arasında xx.xx.2019-cü il tarixdə yeni müqavilə bağlanmaqla münasibətlər davam etmişdir. Yəni hazırkı halda hər hansı müddətin keçməsindən söhbət gedə bilməz.

9. Daha sonra məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə üçtərəfli müqavilə imzalanmış, həmin müqavilənin şərtlə rinə uyğun olaraq, Qəhraman və Cavabdeh2lərin İddiaçı ******* manat borcu olduqlarını etiraf edərək bu borcun ödənilməsi barədə şərtləşirlər ki, - Qeyd olunan məbləğin 145899 manatı çıxılır nəticədə qalıq borc ******* manatdır. - İldə iki dəfə açot olunacaq, mal sayılacaq, satılan malla ödənilən pullar başa-baş çıxmalıdır. - Asif bir ədəd Forland maşın vermişdir. Sonda ya maşın geri veriləcək, ya da ki pulu ödəniləcək – 70.000 manat qazanc çıxılır hesabdan - Yanan mallara dövlət pul verərsə yarıya bölünəcək. Göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixdə üç tərəfli bağlanmış müqavilə tərəflərin barmaq izləri və öz imzaları ilə təsdiq edilmişdir. Müqavilə şərtlərindən aydın şəkildə birgə fəaliyyət barədə müqavilə olduğu, “malların ildə iki dəfə sayılaraq açot olunması”, həmçinin “Diqlas” Ticarət Mərkəzində yanmış mallara görə dövlət tərəfindən dəymiş ziyan olaraq pul veriləcəyi təqdirdə həmin məbləğin də aralarında bölünəcəyi barədə razılığa gəlinməsini tərəflər öhdəsinə götürmüşdür.

10. Bununla yanaşı məhkəmə Çin Xalq Respublikasından Cavabdeh1 adına 2017, 2018 və 2019-cu illərdə içərisində kombi, radiator və istilik sistemlərinin olmasını əks etdirən invoyslara münasibətdə qeyd etmişdir ki, tərəflər arasında əməkdaşlıq davam etmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq 2018-2019-cu illərdə Azərbaycan Respublikasına Cavabdeh1 adına içərisində kombi, istilik sistemi və onun ehtiyat hissələri olan avadanlıqların gətirilməsinin əks olunduğu Gömrük Bəyamnamələri təqdim olunmuşdur. Eləcə də, iş materiallarında Çin Xalq Respublikasından Gürcüstan Respublikası vas itəsilə Azərbaycana 2019-cu ilin noyabr ayında gələn malların yük və CMR sənədləri mövcuddur və həmin sənədlər bir daha təsdiq edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə imzalanmış üçtərəfli razılaşmadan sonra da birgə fəaliyyət davam etmiş, yeni məbləğli mallar gətirilmişdir. Bu hallar bir daha iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında 2022-ci il tarixdə olan whatsapp yazışmaları ilə də öz təsdiqini tapır. Həmin yazılarda Asif, yanğına kimi nə oldu-oldu yanğından sonra olan mallara cavab verməsini Qəhrəmandan tələb edir.

11. Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-11/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmün surətinə istinad edərək qeyd etmişdir ki, 26 mart 2019-cu il tarixdə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respubli kasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90.000 (doxsan min) manat pulun 40.000 (qırx min) manatı zərərçəkmiş şəxs Cavabdeh2, 50.000 (əlli min) manatı zərərçəkmiş şəxs X4 verilməsi hökm edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ifadəsində bildirmişdir ki, o, “Diqlas” ticarət mərkəzində icarəyə yer götürüb istilik sistemlərinin alqı-satqısı ilə məşğul olmuşdur. Yanğın hadisəsi zamanı ona ümumilikdə 285000 manat maddi ziyan dəymişdir. 10.000 manat dövlətdən yardım almışdır. Ona dəymiş ziyanın qalanı ödənilməmişdir. Depozitə qoyulan 40.000 manat pulu götürməmişdir. Şikayəti vardır vurulmuş ziyanın ödənilməsi üçün pul vəsaitinin depozit hesaba qoyulması haqqında xx.xx.2021-ci il tarixli qərardan və xx.xx.2021-ci il tarixli, 001PBUD210150043 nömrəli ödəniş tapşırığından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X6 və Cavabdeh2 dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə X12 tərəfindən təqdim olunan 90.000 (doxsan min) manat məbləğində pul vəsaiti (Təbriz Xəlilov üçün 50.000 manat, Cavabdeh2 üçün 40.000 manat) Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmişdir.

12. İş materiallarında borcun qarşılıqlı qaytarılması barədə cavabdeh Kamran və Cavabdeh1 nümayəndəsi Vəkil1 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli bloknotda aydın qeyd olunur ki, baş borc ******* manat + Təzə mal olan kombi üçün 202035 manat qeyd edilmişdir. - bloknotda xx.xx.2019-cu il tarixdə 10.000 manatın Asifə qaytarılması hissəsində imzanın qarşısında köhnə borc ifadəsi qeyd olunmuşdur. xx.xx.2021-ci il ta rixdə cavabdeh tərəfindən ödənilməsi qeyd olunan 55.000 manatın, xx.xx.2021-ci il tarixdə 500 manatın və xx.xx.2021-ci il tarixdə 20 manatın qarşısında imza yoxdur. - bloknotda qeyd olunsa da verilmə tarixi göstərilməyən 144291,79 manat pulun kimə verilməsi, verilmə tarixi və imza yoxdur. İddiaçı tərəfindən tərəflərin qarşılıqlı imzaları ilə təsdiq edilən kitabçada xx.xx.2019-cu il tarixdə qeyd olunur ki, əvvəlki borc yanğından sonra 1140.000 manat - 08/2019-cu ildə kombi təzə qarışıq malların dəyəri 202035 manat hansı ki bu məbləğ cavabdehlərin təqdim etdikləri kitabçada da öz əksini tapmışdır. 11/2019-cu il kombi təzə korona 213763 manat - 11/2019-cu il 39883 manat qazanc 2 yerə bölünür 19943 manat - kitabçada xx.xx.2019-cu il tarixdə 10.000 manatı Asifə ödəyən şəxsin Kamran olduğu qeyd olunmuşdur. Bu hal bir daha təsdiq edir ki, Kamran və Cavabdeh1 birgə borclu kimi İddiaçı qarşısında məsuliyyət daşıyırlar.

13. Məhkəmənin qənaətincə tərəflər arasında xx.xx.2019-cu il tarixli üçtərəfli razılaşmaya əsasən ortaq ticarət əlaqələri olmuş və birgə fəaliyyət nəticəsində İddiaçı tərəfindən cavabdehlərə ümumilikdə ******* manat mal verildiyi halda cavabdehlər tərəfindən qarşılıqlı imzalarla təsdiqlənmiş iş materiallarına əlavə edilmiş dəftərdən də göründüyü kimi cavabdehlər tərəfindən nağd şəkildə iddiaçıya 437292,21 manat, həmçinin iddiaçının yaxın adamı olan Pərviz və Əhmədlə barter olunan 199291 manatlıq mal olmaqla ümümilikdə 636583,21 manat pul qaytarılmışdır. Belə olan halda 1594888636583,21= 958304,79 manat cavabdehlərin mallar üzrə borcu həmçinin iş materiallarında olan “ Diqlas” Ticarət Mərkəzinin yanması ilə əlaqədar olaraq cavabdehlərə ödənilmiş 40.000 manatın yarısı olan 20.000 manat cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.4, 340.1 və 882.1 və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1, 88, 106.1, 106.3, 191.3, 217.1 və 217.3-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339,6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinnin Mülki kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh2 iddiaçı ilə heç bir alış-verişi, notarial razılığı və ya ticarət əlaqəsi, şərikliyi olmamışdır. İddiaçı tərəfindən təqdim edilən borc müqaviləsinin də, tərəfindən mal alınmasının da, tərəfindən pul ödənməsinin də heç bir əsası olmamışdır. O, yalnız “Diqlas” Ticarət Mərkəzi yanarkən sənədləşmə işlərində adı olduğundan ona etibarnamə ver deyilən şəxsə etibarnamə vermiş, onunla vəkil müqaviləsi və bir neçə təqdim edilmiş sənədə qol çəkmişdi. Bundan başqa heç bir halda Cavabdeh2 iddiaçı ilə hər hansı bir razılaşması olmamışdır. Hazırkı qətnamə çıxdıqdan sonra Cavabdeh2 qardaşı Cavabdeh1 da məhz ailəsi və uşaqlarının həyatı ilə təhdid edilərək müəyyən yazılar yazmalı, məcburi bir kafedə video çəkilərək olmayan şeylər dedirdilmişdir ki, iddiaçı dəfələrlə bu kimi şantaj, hədə qorxu və s. hallarla onlara müəyyən sənədlərə qol çəkmişdir. Bununla yanaşı iş materiallarında guya borc razılaşmasına qol çəkdiyinə dair saxta bir razılıq kağızından başqa Çindən gəldiyi iddia edilən milyonluq malın 1 manatının belə adına gəlmədiyi, gömrükdə rəsmiləşmədiyi, aralarında bir kəlmə telefon danışığı olmadığı, 1 manat pul vermədiyi və ya almadığı halda ondan pul tutulması barədə qətnamə qəbul edilməsi tam qanunsuz və əsassızdır. Bununla yanaşı ilk gündən Cavabdeh2 nümayəndəsi tərəfindən dəfələrlə bildirildiyi kimi qeyd edilən imzanın belə ona məxsus olduğu şübhəli olduğu və bu barədə ekspert iza keçirilməsi də tələb edildiyi halda məhkəmə tərəfindən iddiaçıya vəkillik edilmiş və onun xeyrinə qanunsuz, ədalətsiz və qərəzli qətnamə qəbul edilmişdir. Cavabdeh2 etibarnamə verdirilməsi zamanı bütün danışıqları aparan Ayaz Qəhrəmanov adlı vəkilin həm iddiaçı ilə həm də işə baxmış hakim ilə olan dostluqları və bu işi əlbir olaraq danışıb həll etmələri etdiyi şikayətlərin düzgün araşdırıldığı, onlar arasındakı telefon danışıqları üzə çıxdığı zaman da öz təsdiqini tapacaq. Belə ki, vəkilinə dəfələrlə hakimlə həmin vəkilin əlaqəsi olduğu barədə məlumat verib hakimə etiraz verməsini tələb etsə də əlində sübutu olmadığı təqdirdə edə bilməyəcəyini bildirməklə etiraz verməsə də ilk 4 iclasa iddiaçının və ya vəkilinin gəlmədiyi təqdirdə hakim konkret olaraq məhkəmə baxışı təyin etmədiyi, ill ər əvvələ aid mübahisə olduğu bildirilən mübahisəyə dair aylar sonra və məhkəmə baxışında sübutu qəbul etməklə və bir çox qeyri-prosessual pozuntularla qanunsuzluqla qərar qəbul etmiş, qanunsuz qətnamələrini qanuniləşdirərək qüvvəsini almaq üçün isə qardaşının qorxaqlığından istifadə edərək atası və qardaşına zorla kafedə görüşərək öz istədiklərini dedirtdirmək və yazdırmağa məcbur etmiş, lakin imza atdıra bilməmişlər. Bütün bu qanunsuzluqlarından isə tərəfindən aidiyyatı orqanlara şikayət verilmişdir. Qardaşının uşaqlarının həyatına görə qorxusundan dedirdilən ifadələrin heç biri doğru olmadığı gün kimi aydın olacaq. Aidiyyatı qurumların araşdırması da tam üzə çıxaracaq ki, iddiaçı, xaricdən nə Cavabdeh2 də onun qardaşı Cavabdeh1 iddiasında göstərilən malı göndərməmişdir. Çünki iddiaçı öz ərizəsində qeyd edir ki, guya cavabdehlərə 2.000.000 manatdan çox mal verib və 2023-cü ilin yanvar ayında haqqhesab edilib və həmin haqq-hesabda 1.286.000 manat ona pul veriblər, 815.000 manat məbləğində borclu qalıblar və 285.000 manata da yanan mal olmuşdur. İlk öncə iddiaçı onun da imzası olduğunu bildirdiyi kağızda da 2.000.000 manatlıq maldan, borcdan hər hansı bir söhbət getməmişdir. Həmin tərtib etdiyi kağızda da 1.285.000 manat borc olduğu və yekun qalıq 1.140.000 manat olduğunu qeyd etmişdir ki, Rayon Məhkəməsi əgər ədalətli, obyektiv və qərəzsiz, tapşırıqsız, sövdələşməsiz, gizli danışıq və görüşlərə hesablanmayan araşdırma aparsaydı tam sübut olunardı ki, onların 1 manat belə borcları yoxdur. Saxta və imzanın şübhəli olduğu kağızda yazılan 1.285.899 manat məbləğdə pul Cavabdeh2 qardaşının borcu olmuş olsa, belə 2023-cü ilin yanvarında haqq-hesab ediləndə aldığı pul 1.286.000 manat olduğu halda heç bir borc qala bilməzdi.

17. Cavabdeh1 da həmin qətnamədən məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı istinad etdiyi münasibətin 2016-cı ildən başladığını və 2019-cu ildə yenidən bağlanmış “üçtərəfli müqavilə” adı verdiyi imzalı kağıza istinad edir. Lakin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı nə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024- cü il tarixli məhkəmə iclaslarında iş tirak etməmiş və bunun üçün kifayət qədər imkanı olduğu halda iddiasını əsaslandıran bütün sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. Dəfələrlə hakimin işi baxışa verməsi, iddiaçını müdafiə etməməsi tələb edilsə də, dəfələrlə hazırlıq iclası əsassız olaraq təxirə salınmış, sonradan isə iş üzrə cavabdehin əvvələr nümayəndəsi olmuş vəkil qoşulmuş, onun da dəfələrlə iştirak etdiyi iclaslarda təqdim edilməyən sübutlar məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sübutlardakı imzalardan birinə dair mübahisə olduğu, xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verildiyi halda vəsatətə münasibət belə bildirilmədən ziddiyyətli qətnamə qəbul edilmişdir. Bununla yanaşı iddiaçının vəkilinin (nümayəndəsinin) daha əvvəl eyni iş üzrə cavabdehlərdən Cavabdeh2 vəkili (nümay əndəsi) olduğu halda onun vəkilliyinə belə icazə verilmədiyi halda onlar tərəfindən tərtib edilərək imzaladılmış kağız mötəbər sübut kimi qiymətləndirilmişdir. Halbuki həmin sübut sayılacaq kağızdakı halların əslində yalnız iddiaçı ilə Qəhrəman Abdulayev arasında olan şəriklik biznesinin təsdiqi olmuşdur ki, onu da Qəhrəman Abdulayev mübahisələndirməmiş, əksinə iddiaçı ilə 2019-cu ildə şərikli biznesi olduğunu etiraf etmiş və həmin kağızda qeyd edilən məbləğin də iddiaçıya tam ödəndiyini bildirmiş və sübut etmişdir. İş materialarına əlavə edilmiş "üçtərəfli müqavilə" adlandırılan kağız parçasında tərəflər arasında 1.285.899 manatlıq mal borcu olduğu həmin borcdan yekun olaraq 1.140.000 manat ödənməli olduğu qeydindən, tərəflər arasında ödənmiş pullara dair qəbzlər, imzalı bloknotlar, Xırda lana mal qaytarmaqla pulun tam ödənməsi iddiaçının özü tərəfindən də dəqiq cümlələrlə qeyd edildiyi, iddia tələbinin 2.000.000 manat olmadığı, həmin məbləğə dair sübut olmadığı, sonradan gələn mal yazısında imza olmadığı halda o sübut sayıldığı, ancaq bloknotda ödəndiyi bildirilən məbləğin iddiaçı tərəfindən iclasda etiraf edildiyi halda imza olmadığı əsası ilə hakim tərəfindən qərəzli olaraq hesablanmadığı, iddiaçının 2023-cü ilin yanvarında 1.286.000 manat ona ödəndiyi etirafına baxmayaraq məhkəmə iddiaçının özünün belə əsaslandıra bilmədiyi iddiasını əsaslandırmağa sonsuz cəhdlə çalışması və iddia tələbindən kənara çıxaraq 978.304,79 manat pul tutulmalı olması qərəzin, qanunsuzluğun, ədalətsizliyin ən bariz göstəricisidir. Məhkəmə gah tərəflər arasındakı münasibəti borc münasibəti kimi əsaslandırmış, gah da şəriklik adlandırmış, onların arasında olan münasibəti dəqiq müəyyən etməmiş, sabit fikirdə olmamışdır. Rayon Məhkəməsi qanunun tələblərinin əksinə iddiaçıya sərf edən kağız parçasını belə mötəbər sübut saymaqla, tarixsiz, imzasız yazıları belə cavabdehə borc kimi hesabladığı halda iddiaçı tərəfindən haqq hesab edərək yazdığı xərcləri, aldığı pulları sübut saymamış, qarşısında imza yoxdur qeydi ilə iclasda iddiaçının etiraf etməsinə baxmayaraq onun qeyd etdiyi məbləğləri hesablayaraq çıxmamışdır. Bununla yanaşı iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi 285.000 manat yanğında mal yandığı məhkəmənin hökmü ilə də təsdiq edildiyi halda həmin məbləği borc saymaqla tam təmin etməklə yanaşı yanan mala görə cavabdehə ödənmiş pulun yarısı kimi də təkrar olaraq 20.000 man at tutulmasını təmin etmişdir. Yəni yanan mal 285.000 manat qeyd edildiyi, hökmdə təsdiq edildiyi, iddiaçı tərəfindən etiraf edildiyi halda həm həmin 285.000 manat, həm də yanmış 285.000 manatlıq malla yanaşı əlavə olaraq 20.000 manat məbləğində pulun cavdbehlərdən müştərək qaydada tutulması qənaətinə gəlməklə qeyri-obyektiv, qərəzli, birtərəfli qətnamə qəbul etmişdir Bundan başqa Rayon Məhkəməsi iş üzrə tərəflərin sahibkar olmalarına, onların arasındakı münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasına əhəmiyyət verməyərək, özünə deyil, Kommersiya Məhkəməsinə aid olan işə baxmış, bununla da aidiyyət qaydasını pozmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X9 ibarət tərkibdə)1 iyul 2025-ci il tarixli, 2(103)-2993/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsinin mübahisənin həlli baxımından gəldiyi nəticəyə münasibətdə bütün yönləri ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər, onlar ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləni “kağız parçası” adlandırsalar da həmin müqavilə cavabdehlərin imzaları və barmaq izləri ilə təsdiq olunmuşdur. Cavabdeh tərəf bu halı birinci instansiya məhkəməsində təsdiq etdiyi kimi, apellyasiya icraatında da təsdiq etmişlər.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər qətnamədən verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin iddia tələbindən kən ara çıxmasını və bununla prosessual pozuntuya yol verdiyini göstərmişlər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 1.100.050 manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi isə 978.304,79 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi təmin olunan məbləğ tələb edilən məbləğdən azdır. Ona görə də qəbul edilməlidir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxmamışdır.

22. Məhkəmə cavabdehlərin iddiaçıya borcu olmaması barədə dəlillərinə dair qeyd etmişdir ki, iddiaçının sübutlar təqdim etdiyi halda onların bu mövqeyi yalnız iş materialları və tərəflərin izahatları ilə təsdiq oluna bildiyi halda əsaslı hesab edilə bilər. Hazırki halda, cavabdehlər izahatlarından başqa digər sənədlərlə borcların qaytardıqlarını süb ut edə bilməmişdir. Bundan başqa hakimin qərəzli olmasına dair də sübutlar təqdim edə bilməmiş, yalnız ehtimallara əsaslanmışlar.

23. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri xüsusatlar aparılmış araşdırma zamanı öz təsdiqini tapmamış, məhkəmə işin hallarını mötəbər sübutlar əsasında düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edərək əsaslı və qanuni nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iş üzrə tərəflər arasında yaranmış münasibətlər onların rəsmi sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığıdan hazırkı işin icraatının başlanmasına əsas olmuş iddiaya kommersiya məhkəməsi tərəfindən baxıla bilməzdir. Buna görə də, birinci instansiya məhkəməsi iddianı icraata gö türüb ona baxmaqda haqlı olmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 337.4, 337.5, 339.4, 354.2, 385, 386.1, 442, 448.1, 882.1 və 882.5-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 82.4, 119.1 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti həm iddia ərizəsinin dəlillərinə qarşı verilmiş etirazın dəlilləri ilə həmçinin apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşki l etmiş və əlavə olaraq bildirilmişdir ki, borc müqaviləsi tərəflər arasında 2016-da bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Lakin sonrakı münasibətlər borc müqaviləsi ilə bağlı olmamış, sırf şəriklik münasibətləri olmuşdur ki, həmin hal da imzalanmış kağızla sübuta yetirilir. Belə üçtərəfli müqavilə adlanan kağızda qazancdan güzəşt edilir, yanan mala görə verilən pul bölünür qeydi olması bu şərikliyi təsdiq edir, belə bir razılaşma olduğu halda məhkəmənin yanan malın pulunu cavabdehdən tutması da tamamilə haqsız, qanunsuz və qərəzli olmuşdur. Göründüyü kimi tərəflər arasında öhdəlik münasibəti olmamış və öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmamışdır. Tərəflər arasında yalnız 2016-da borc müqaviləsi bağlansa da, 2019-cu ildə cəmi malın dəyəri, haqqhe sab edilərək malın sayılmalı olması, qazancdan güzəştə gedilməsi, zərərə gedən (yanan) mala görə pul verilməsi halında pulun bölünməsi halları tam ortaqlığı sübut etdiyi halda məhkəmə münasibətləri borc münasibəti kimi qiymətləndirməklə, yanan mala görə ödənməli olan 40 min manatın yarısının iddiaçıya düşməli olduğu, onun da tam ödəndiyini nəzərə almadan qanunsuz olaraq yanan 285000 manatlıq malın cavabdehdən alınmalı olduğu qənaətinə gələrək qərəzini sonadək davam etdirmişdir. Məhkəmə Məcəllənin tələbinin ziddinə şəriklik münasibətini borc müqaviləsi kimi qiymətləndirmişdir. Halbuki, tək borc 2016-cı ildəki olmuş və həmin borc bağlandıqdan sonra şərikli biznes fəaliyyəti başlamışdır və həmin halda belə Cavabdeh2 heç bir halda münasibətdə iştirak etməmişdir. Göründüyü kimi, tərəflər aras ındakı yalnız 2016-cı ildəki münasibət borc münasibəti olmuş, həmin münasibət bitdikdən sonra 2019-cu ildə şərikli biznes bağlamış və həmin baş borc ******* manatlıq santexnik mallarının pulu 2023-cü ilin yanvar ayında tam ödənmişdir. Tərəflər arasındakı qarşılıqlı münasibət ortaqlıq biznes olduğu halda məhkəmə bu münasibətdə səhv nəticəyə gələrək, qərəzli olaraq borc münasibəti kimi qiymətləndirmişdir. Halbuki borc müqaviləsində qazancdan, zərərdə güzəştdən, gömrük və s xərclərindən bəhs edilə bilməzdi. Mülki işə birinci instansiyada baxılarkən iddiaçının 259000 manatlıq malın Xırdalandakı ona məxsus obyektdə olduğunu etiraf edən kimi, dərhal müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizə verilsə də məhkəmə həmin ərizəyə əhəmiyyət belə verməmiş, nə geri qaytarmış, nə təmin et miş, nə də rədd etməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə çəkişmə prinsipini də kobudca pozmuş, verilən heç bir sübutu tədqiq etməmiş, hansı sübutun mötəbər, hansının hansı əsasla qeyri-mötəbər olduğunu aydınlaşdırmamış, təqdim etdikləri səslərdəki ifadələrə əhəmiyyət belə verməmişdir. Halbuki, iddiaçının whatsapp yazışmasından belə qətnamədə əsaslandırmalar olmuşdur. İnvoyslara istinad edən məhkəmə həmin invoyslarda olan ÇİN dilində yazılmış bir cümləni belə tərcümə etməmiş, mənasını, adını, məbləğini, kim tərəfindən hansı tarixdə, hardan, haraya göndərildiyini əsaslandıra bilməmiş, işdə olan və yalnız Qəhrəmana Çindən və iddiaçı tərəfindən göndərilməyən, hədiyyə kimi gələn mal bəyannaməsinə istinad edərək 978 mindən çox pul tutulmasını qət etmişdir. İş üzrə təqdim edilmiş xərclər (g ömrük, reklam və s. özündə əks etdirən iddiaçının xətti ilə yazılmış) barədə əlyazmalar, bloknotdakı bəzi imzalar mübahisələndirildiyi, Cavabdeh2 nə borc, nə şərikli biznes münasibəti ilə heç bir əlaqəsi olmadığını və imzanın onun tərəfindən çəkilməsini mübahisələndirdiyi və xəttşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətləri rədd edildiyi halda bu barədə əsaslandırılmış qərardad qəbul etməyərək məhkəmə pozuntularının sayını artırmışdır.

28. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunvericiliyə aid olmayan digər hallarla qətnamə qəbul edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, təqdim edilmiş kağız parçasında müqavilə kimi qeyd edilən əlyazmadan da göründüyü kimi tərəflər arasında ş ərikli bir biznes münasibəti olmuşdur ki, sözügedən biznesin şərtləri müəyyən edilmişdir. Həmin şərtlərdə qazancdan güzəşt, zərərə şəriklik tam açıq aydın göründüyü və sözügedən 285000 manatlıq zərərin məhkəmənin hökmü ilə də təsdiq edildiyi halda məhkəmə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd etmək daha da vacibdir ki, məhkəmə əgər birinci instansiya məhkəməsinin qətnaməsini tam qanuni və əsaslı saymışdırsa yenidən daha da hesablama ilə qətnamədəki qanunsuzluqları möhkəmləndirməyə çalışmamalı, heç bir pozuntu olmadan qəbul edildiyini qeyd etməli və buna dair hüquqi normalara istinad etməli idi. Lakin, məhkəmə nədənsə hüquqi əsaslandırma hissəsində gah borc müqaviləsinə, gah öhdəliyə istinad etmiş, tərəflərin əsl münasibətlərini gizlətməyə çalışmışdır. Halbuki, tərəfləri n təqdim etdiyi bütün sübutlar, əlyazma deyilən kağız parçasında olan şərikli biznes olmasını inkar etməyən hallardan fərqli olaraq əvvəlki borc müqaviləsinə istinad edərək münasibətləri gah borc münasibəti gah da öhdəlik kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı özü də məhkəmə iclasında bildirmişdi ki, 2016-cı il tarxində borc müqaviləsi verilmiş pul da 2019-cu ildə olan əlyazmada qeyd edilən pulun işində idi. Bu da danılmaz gerçəkdir ki, iddiaçı cavabdehə borc kimi 2016-cı ildə verdiyi pulu geri almamış ona yenidən hər hansı bir borc verə bilməzdi. Bununla yanaşı məhkəmə iddiaçının öz iddiasında guya cavabdehlərə 2 milyon 100 mindən artıq pul verdiyini və buna dair bir dənə olsun nə şifahi, nə yazılı təsdiq edici sənəd olmadığı halda məhkəmə qanunsuz olaraq iddiaçının əsaslandıra bilmədi yi halları əsaslandırmaqla hakimliyi unudaraq iddiaçıya vəkillik etmişdir. Halbuki mülki işin gedişində iddiaçı bloknotda imza olmayan məbləğləri onun göstərişi ilə torpaq alqı-satqısı üçün verdirtdiyini də, həmin məbləği verdiyi adamın onu aldatdığından onu həbs etdirdiyini də, Xırdalana gedən 259000 manatlıq malı da, 285000 manatlıq malın yanmasını da tam etiraf etdiyi halda məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün iddiaçının etiraflarını belə inkar etmiş və qətnaməni əsaslandırarkən həmin bloknotda həmin məbləğlərin qarşısında imza olmadığından o pulların verilmədiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi iddiaçının həmin məbləğləri etiraf etdiyinin əksinə bloknotda həmin hissələrdə imza olmadığına görə məbləğlərin ödənmədiyi qənaətinə gəlmiş, lak in qərəzli olaraq bloknotda kimin xətti olduğu bilinməyən, imzasız, tarixsiz və sonradan gələn malları iddiaçının verdiyi mal kimi qiymətləndirmişdir. Bununla yanaşı çin dilində olan invoyslarda nə yazıldığını bilməyən, tərcümə təsdiqi olmayan, hər şeyin çin dilində yazıldığı və yalnız nədənsə adın Cavabdeh1 adı qeyd edilən və Dövlət Gömrük Komitəsindən gəldiyi təsdiq edilməyən və məbləği, tarixi, kim tərəfindən göndərildiyi bəlli olmayan malların cavabdehlərə göndərildiyi kimi qeyd edən məhkəmə öz qərəzini bütün hallarda sübuta yetirmişdir. Bununla yanaşı qeyd edilməli çox hal kimi daha əvvəl icraatında olan başqa bir mülki işdə mediasiya arayışının işə gec əlavə edildiyini, iddia verilərkən mediasiya arayışının olmadığı əsası ilə uzun araşdırma nəticəsində qəbul edilmiş haqlı qətnaməni l əğv edən hakim nədənsə hazırki işdə tərəflərin biznes fəaliyyətini, biznes fəaliyyəti ilə bağlı bütün danışıqları, razılıqları, əsaslı saydığı invoysları sonradan fəaliyyət növünü dəyişərək taksi fəaliyyəti kimi məşğul olmadığı bir fəaliyyət növünə əsaslandıraraq aidiyyat qaydasının da pozulmadığı qənaətinə gəlməsi də qərəzdən və sifarişdən başqa bir şey deyil. Halbuki, bütün sübutlar tərəflərin biznes əlaqəsini sübut etmiş, hər iki şəxsin sahibkar kimi fəaliyyət göstərdiyini tam təsdiq etmişdir. İddiaçı həqiqətən də taksi sürücüsü kimi fəaliyyət göstərmişdisə o zaman invoysların onunla hansı əlaqəsi olduğu da, taksi fəaliyyəti ilə santexnik məhsulları satışının da əlaqəsi təsdiq edilməli idi. Həmçinin iddiaçının iddia verərkən ödədiyi dövlət rüsumu da kifayət qədər pozuntu sayıldığı halda, bir mediasiya arayışına görə qətnamə ləğv edən hakimin dövlətdən kəsilən rüsumu irad tutmaması da qərəzin tam sübutudur. Qeyd edilməli daha bir hüquqi əsaslandırma da odur ki, iş materiallarında verilmiş haqlı xəttşünaslıq ekspertizası barədə vəsatətə münasibət bildirilməməsi, haqsız olaraq təmin edilməməsi barədə şikayətlərə, bununla yanaşı məhkəmənin yalnız iddiaçının qanunsuz haqlı çıxarılmasına çalışılmasındansa təqdim edilmiş səslərin apellyasiya məhkəməsində belə dinlənilməməsi və ona qiymət verilməməsi, həmin səslərin nə kimi əhəmiyyət daşıdığı, niyə sübutlar sırasında qalmalı, niyə çıxarılmalı olması barədə bir kəlmə belə qeyd edilməmişdir. Halbuki, Ali Məhkəmədə rayon məhkəməsində tərəf olduğu başqa bir işdə rayon məhkəməsində təmin edilmiş vəsatətin cavabının gəlmədiyi əsasını pozuntu sayan Ali Məhkəmə qətnaməni ləğv etmişdir ki, bu qədər pozuntuya baxmayaraq apellyasiya məhkəməsi qətnaməni haqlı qətnamə sayaraq qüvvədə saxlamışdır b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

33. Maddə 324.5. İ radə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir

34. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdir ə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər

37. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

38. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

39. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müq avilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

40. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

43. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir

46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

47. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 48. 560.3.2. Şəxsin öz vəzif ələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 49. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

50. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

51. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

52. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

53. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər

54. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

59. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Hazırkı işdə iddiaçı cavabdehlərə qarşı tələb irəli sürərək göstərmişdir ki, Cavabdeh1lə onun arasında xx.xx.2016-cı ildə borc müqaviləsi bağlanmış, xx.xx.2019-cu il tarixədək aylıq 10.000 manat qaytarmaq şərti ilə 300.000 borc verilmişdir. Müqavilə üzrə 2-3 aylıq ödənişdən sonra birgə fəaliyyət göstərilməsinə razılaşmışlar. Razılaşmaya görə iddiaçı X11 m al göndərməli, cavabdeh isə həmin malı satıb pulunu ödəməli olmuşdur. 2023-cü ildə hesablaşma aparıldığını ümumi alınmış mal və edilmiş ödənişlər hesablandığı, ümumi verilmiş malın 2.080507 manat olması, əlavə olaraq verilmiş kombi, radiator və s. ehtiyat hissələrinin dəyəri 21.095 manat təşkil etməklə, cəmi verilmiş malın dəyərinin 2.101,602 manat təşkil etməsi, ondan 1.286.552 manatın qaytarılması qalıq məbləğin 815.050 manat təşkil etməsini göstərmişdir. Bundan başqa xx.xx.2019-cu ildə tarixdə “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində cavabdehlərə verilmiş 285.000 manat dəyərində malın yanmasını qeyd edərək həmin pulun da geri qaytarılmadığı göstərilmişdir. Nəticədə iddiaçı cavabdehlərdən 1.100.050 manat təşkil edən pul məbləğini tələb etmişdir.

65. Cavabdeh tərəf etiraz ında İddiaçıla olan ticarətini qəbul etdiyini, tərəflər arasında pulun qaytarılması ilə bağlı bloknotda qeyd edilərək qarşılıqlı imzalarla təsdiq edildiyini, Cavabdeh2 isə yanan mallara görə bir sənədə imza etdiyini, başqa hesablaşmalarının olmadığını, İddiaçı tələb etdiyi mallardan 259.000 manatlıq malın Xırdalana aparıldığı, 285.000 manat yanan mallara görə tələb edilən pulun ona aidiyyəti olmadığını, öhdəliyini tam icra etməsini, yanan mallara görə verilmiş pul məbləğinin iddiaçıya aid olmadığını göstərmişlər.

66. Cavabdeh tərəf etirazda daha sonra göstərmişdir ki, təqdim edilmiş bloknotda iddiaçının imza ataraq qəbul etdiyi, kartına köçürülmüş, göstəriş əsasında verilmiş pulların cəmi dəyəri 639.104 manat təşkil etmişdir. İşdə olan hökm, iddiaçının tələbindən və “üçtərəfli müqavilə” ad ında olan sənəddən göründüyü kimi 285.000 manat dəyərində yanan mal olmuşdur. 259818 manat məbləğində iddiaçının göstərişi ilə və oğlunun da sayımda iştirak ilə iddiaçıya məxsus Xırdalanda yerləşən anbara təhvil verilmişdir. Bundan əlavə məhz iddiaçının öz xətti ilə də yazılan və özü tərəfindən elektron kabinetə əlavə edilən yazıdan da göründüyü kimi iddiaçının gömrüyə 364455 manat, Asifə ödənən 551934+600000 manat, Eurohome-dakı mağazanın təmirinə 35000 manat, 14600 manat Demaxoda, Zərər olaraq atılası 12000 manatlıq mal, barterdə etdiyi ziyanı 29000, Reklama 15000 manat, 4700 manat esenjor üçün gömrüyə, kollektor 6600 manat, 60000 manat qohumu Elnura, 65889 manat özündə mal olduğuna dair qeydlərlə birlikdə 415798 manat sonradan mal gəldiyinə dair də qeydlər etmişdir ki, həmin halların he ç birini iddia ərizəsində qeyd etməmişdir. Bununla yanaşı iddiaçının iddia ərizəsinin əsasını təşkil edən onun üçtərəfli müqavilə adını qoyduğu kağızda borc məbləğinin əvvəl ******* manat olduğu və həmin məbləğdən 145899 manat çıxılaraq ******* manat qaldığı qeyd edildiyi halda sonradan ******* manat iddia tələbi ilə məhkəməyə müraciət etmiş və 285000 manat yanan mal və 815000 manat qalıq borcu qaldığı barədə ifadələr qeyd etsə də məhz öz imzası ilə təsdiq edilmiş ərizəsində 2023-cü ilin yanvar ayında haqq-hesab etdiklərini və cavabdehlərin ona ümumilikdə ******* manat pul qaytardıqlarını etiraf etmişdir. Belə olan halda da Cavabdeh1 də dediyi kimi tam şəkildə mal qalığına görə tərəflərin şəriklik münasibətlərinin və qalıq məbləğin tam sıfırlandığı, əksinə iddiaçıya cavabdeh tərəfindən art ıq pul ödəndiyi tam təsdiq edilir. Belə ki, “üçtərəfli müqavilə” adı qeyd edilən imzalı vərəqdə borc məbləğinin əvvəl ******* manat olduğunu qeyd edən iddiaçı 2023-cü ilin yanvar ayında haqq-hesab etdiklərini qeyd etdiyi iddia ərizəsində də ******* manat pul qaytardıqlarını etiraf etməsi ilə yanaşı digər bütün yanakı sübutlarla da (bloknotlardakı və əlyazmadakı qeydləri, qaimələr və s) iddianın tam əsassız olduğunu sübut edir. İddiaçının öz iddia ərizəsi, izahatı və sübutlarına əsasən ümumi borc məbləğindən ******* –iddiaçının öz etirafı ilə aldığını qeyd etdiyi ******* manat pulu çıxdıqda arada yenə cavabdehin artıq ödəməsi yaranır (1286***-*******=101). Təkcə iddiaçının veridiy “borc” və aldığını etiraf etdiyi məbləğə görə cavabdehin iddiaçıya 101 manat artıq ödənişi olmuşdur. Digər hesa blama ilə hesablandıqda isə ******* manat qeydinə baxmayaraq iddiaçının iddia ərizəsində tələbi olan ******* manatdan bloknotdakı ödənmiş məbləğlərin cəmi olan 639104 manat, 285000 manat dəyərində yanan mal, 259818 manat məbləğində Xırdalana aparılan mal, gömrüyə 364455 manat, Eurohome-dakı mağazanın təmirinə 35000 manat, 14600 manat Demaxoda, Zərər olaraq atılası 12000 manatlıq mal, barterdə etdiyi ziyanı 29000, Reklama 15000 manat, 4700 manat esenjor üçün gömrüyə, kollektor 6600 manat, (60000 manat qohumu Elnura olan qeyd bloknotda 55000 manat kimi qeyd edildiyindən yalnız 5000 manatı hesablanmalıdı), 65889 manat özündə mal qeydlərini hesabladıqda 1100050-639104-285000-259818= -83872 manat artıq ödəmə yaranır ki, digər məbləğlərin cəmini də - yəni gömrüyə, təmirə, zərər-ziyana hesablan an məbləğlər də hesablandığı təqdirdə daha çox artıq ödəmə yaranır ki, buna dair də Foton markalı avtomobilin tələbinə dair iddia hüququ olduğu tam sübut edilir. Belə ki, iddia tələbinin həcmi olan 1.100,050 manatdan təkcə bloknotda qeyd edilən qaytarılan pul, Xırdalana gedən mal və yanğındakı malın cəmi çıxıldıqda 83872 manat artıq ödəmə çıxır ki, həmin məbləğdən də göründüyü kimi yenə də heç bir borc məbləğinin qalmasından söhbət belə gedə bilməz. Halbuki həmin məbləğlərlə yanaşı digər çəkilmiş xərclərin cəmi də hesablandıqda iddiaçının bloknotundakı məbləğlə hesablansa belə borc qalmadığı müəyyən edilir. Belə ki, ilk öncə onu qeyd edək ki, iddiaçının son təqdim etdiyi iddiaya dəqiqləşmədə guya öz bloknotunda 434857 manat ona ödəndiyini qeyd etmişdir ki, 11000050 manatdan-434857 manat-28 5000 manat yanan mal, 259818 manat məbləğində Xırdalana aparılan mal, gömrüyə 364455 manat, Eurohome-dakı mağazanın təmirinə 35000 manat, 14600 manat Demaxoda, Zərər olaraq atılası 12000 manatlıq mal, barterdə etdiyi ziyanı 29000, Reklama 15000 manat, 4700 manat esenjor üçün gömrüyə, kollektor 6600 manat, (60000 manat qohumu Elnura olan qeyd bloknotda 55000 manat kimi qeyd edildiyindən yalnız 5000 manatı hesablanmalıdı), 65889 manat özündə mal yenə də artıq ödəniş edilmiş olur. 11000050-434857-285000-259818=120375 Çəkilən xərclərin cəminə dair qeydlər də aşağıdakı kimi olduğunu nəzərə aldıqda qalıq borc qalmasının deyil, artıq ödəmənin tam sübut edir. 364455+35000+14600+12000+29000+15000+4700+6600+5000+65889=552244 qeyd edilən bu məbləğlərin Asifin öz əl yazmasında özünə ödənmiş kimi 55193 4 manat qeydinə də yaxın bir məbləğ olduğundan həmin əyazmanın da özünə məxsus olduğunu etiraf etməsindən də göründüyü kimi bu hallar da heç bir borcun qalmadığını, artıq ödəniş edildiyini tam təsdiq edir. Beləliklə iddiaçı öz qurama iddiasını məhz öz sübutları ilə də bütün hallarda əsassız olduğunu təsdiq etmişdir. Hətta iddiaçı özü tərəfindən yazılan vərəqdə və iş materiallarına əlavə etdiyi qeydlərdə olan müəyyən məbləğləri etiraf etməmiş olsaydı belə yenə də borcun qalmasına dair hər hansı sübut qalmır. Çünki Xırdalana anbara gedən mal həm oğlu ilə yazışmadan, həm məhkəmə iclasındakı etirafından, həm də qaimələrlə tam təsdiq edilmiş, yanan mala dair qanuni qüvvəsini almış hökm vardır.

67. Birinci instansiya məhkəməsinin mövqeyindən aydın olur ki, İddiaçı tərəfindən tərəflərin qarşılıql ı imzaları ilə təsdiq edilən kitabçada xx.xx.2019-cu il tarixdə qeyd olunur ki, əvvəlki borc yanğından sonra 1.140.000 manat - 08/2019-cu ildə kombi təzə qarışıq malların dəyəri 202035 manat hansı ki, bu məbləğ cavabdehlərin təqdim etdikləri kitabçada da öz əksini tapmışdır. 11/2019-cu il kombi təzə korona 213763 manat, 11/2019cu il 39883 manat qazanc 2 yerə bölünür 19943 manat - kitabçada xx.xx.2019-cu il tarixdə 10.000 manatı Asifə ödəyən şəxsin Kamran olduğu qeyd olunmuşdur. Bu hallara görə Kamran və Cavabdeh1 birgə borclu kimi İddiaçı qarşısında məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı iş materialları ilə də öz təsdiqini tapır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli üçtərəfli razılaşmaya əsasən ortaq ticarət əlaqələri olmuş və birgə fəaliyyət nəticəsində İddiaçı tərəfin dən cavabdehlərə ümumilikdə ******* manat mal verildiyi halda cavabdehlər tərəfindən qarşılıqlı imzalarla təsdiqlənmiş iş materiallarına əlavə edilmiş dəftərdən də göründüyü kimi cavabdehlər tərəfindən nağd şəkildə iddiaçıya 437292,21 manat, həmçinin iddiaçının yaxın adamı olan Pərviz və Əhmədlə barter olunan 199291 manatlıq mal olmaqla ümümilikdə 636583,21 manat pul qaytarılmışdır. Belə olan halda 1594888-636583,21=958304,79 manat cavabdehlərin mallar üzrə borcu həmçinin iş materiallarında olan “Diqlas” Ticarət Mərkəzinin yanması ilə əlaqədar olaraq cavabdehlərə ödənilmiş 40.000 manatın yarısı olan 20.000 manat cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir.

68. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

69. Cavabdehlər kassasiya şikayət ində işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin onların dəlilləri üzrə hər hansı araşdırma aparılmaması və onlara qiymət verilmədiyini göstərmişlər. Məhkəmə tərkibi cavabdeh tərəfin bu dəlili ilə razılaşır.

70. Belə ki, ilk dəlil tələbin maddi hüquqi əsasının düzgün müəyyən edilməməsi ilə bağlıdır.

71. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz v ə müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

72. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil.

73. Hazırkı işdə məhkəmələr cavabdehlərin iddiaçının hesabına konkret olaraq hansı əmlak dəyərini əldə etdiyini, əldəetmənin hüquqi əsasının, yəni tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakterinin nədən ibarət olmasını (alqı-satqı, nisyə alqı-satqı, borc müqaviləsi, əsasız varlanma, mülki hüququ pozuntusu və s.) üçün qanunda nəzərdə tutulmuş əsasları müəyyən etməmişlər.

74. İddiaçının mövqeyindən aydın olur ki, ilkin olaraq Cavabdeh1 xx.xx.2016-cı ildə 300.000 manat borc vermiş, bundan sonra isə qarşılıqlı razılaşmaya görə Çin Xalq Respublikasından mal göndərməli və göndərilmiş olan malların dəyəri Cavabdeh1 tərəfindən ona ödənilməli olsa da, cavabdeh tərəfindən öhdəlik tam icra olunmamışdır. Göründüyü kimi iddiaçı cavabdehlər arasında yaranmış münasibətin tamamını borc münasibəti kimi qiymətləndirməmişdir. Əksinə iddiaçı cavabdehlərin ona qarşı mülki hüququ pozuntusu törətmələri qənaətindədir.

75. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 385.1,386.1, 442, 443.1, 445, 448.1, 739.1, 740.1-ci maddələrinin tətbiq olunmalı olması nəticəsinə gəlmişdir.

76. Qeyd edilməlidir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredito run) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər..

77. Belə olan halda məhkəmələr nəzərə almalıdır ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır

78. Lakin işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr belə bir hüquqi dəyərləndirmə aparmamış tərəflərin həqiqi münasibətlərini müəyyən olunmasına cəhd etməmişdir. Halbuki, göst ərildiyi kimi tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir.

79. Digər tərəfdən iddiaçının mövqeyindən aydın olur ki, borc müqaviləsinin bağlanmasından 2-3 ay sonra, təqribən 2016-cı ilin noyabr ayından onlar aralarında borc münasibətlərindən fərqli qaydaya uyğun gələn yeni münasibətlər (özünə məxsus malları cavabdehə verməli, cavabdeh həmin malı satmalı, mal dəyəri ona ödənməli idi) formalaşdırmışlar. Bu zaman tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır.

80. Məhkəmə tərkibinin qənaətinə görə yeni apellyasiya baxışı zamanı məhkəmə tərəfindən tərəflərin həqiqi münasibətləri müəyyən olunduqdan sonra cavabdeh tərəfin digər dəl illərinə qiymət verilməsi zəruri hesab edilməlidir.

81. Belə ki, hər iki tərəf qəbul edir ki, qarşılıqlı öhdəlikləri üzrə hesablaşmaları hər birinə aid olan hesablaşma kitabı əsasında aparılmışdır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, kitabçalarda hesablaşmaların başlanğıcı xx.xx.2019-cu ildən, yəni üçtərəfli müqavilənin bağlanmasından sonra başlanmışdır.

82. İş materiallarında mövcud olan İddiaçı, Kamran və Cavabdeh1 arasında bağlanmış müqavilənin şərtlərindən aydın olur ki, həmin vaxtadək aralarında olan öhdəliklərinin qarşılıqlı üzləşdirilməsini təmin edərək qarşılıqlı güzəştlərdən sonra icra edilməli olan öhdəliyin son həcmi müəyyən edilmiş, xx.xx.2019-cu il tarixə cavabdehlərin iddiaçı qarşısında öhdəliyi 1.140.000 manat həddində olmuşdur (yanmış malların dəyəri ödənilərs ə onun yarısı).

83. Lakin iddia ərizəsində görünür ki, iddiaçı göstərilən razılaşmanın şərtlərindən kənarda hesabladığı məbləğə uyğun (ümumi olaraq Qəhrəmana verilmiş malın dəyəri 2.101.602-1.286.552 qaytarılmış məbləğ = 815050 qalıq məbləğ + 285000 yanmış malların dəyəri) tələb irəli sürür.

84. Lakin işə baxan məhkəmələr, tərəflər arasında xx.xx.2019-cu ildə qarşılıqlı güzəştlər əsasında icra edilməli öhdəliyin həcminin müəyyən edilməsinə baxmayaraq həmin razılaşmadan fərqli qaydada hesablama aparılmasının səbəblərini aydınlaşdırmamışlar.

85. Digər tərəfdən müəyyən edilir ki, yanan malların dəyəri istisna olmaqla cavadehlərdən tələb olunan məbləğin cəmi 815.050 manat təşkil etmişdir. İddiaçı məhz həmin pul vəsaitini tələb etmişdir. Məhkəmələr isə bu məbləğin 958304,79 manat təşkil etməsi qənaətinə gəlmişlər. Lakin bu məbləğin hansı mötəbər sübutlar əsasında hesablanmasını müəyyən etmək mümkün deyildir. Məhz bu hesablamanın düzgün olmamasına istinad edən cavabdeh tərəf işə baxan birinci instansiya məhkəməsinin tələbdən kənara çıxmasına dair dəlil irəli sürmüşlər.

86. Lakin apellyasiya instansiya məhkəməsi iddiada tələb olunan məbləği formalaşdıran hissələrini aydınlaşdırmadan ümumi tələb olunan məbləğə istinadla düzgün olmayaraq birinci instansiya məhkəməsinin iddia tələbi həddində işə baxması nəticəsinə gəlmişdir.

87. Cavabdeh tərəfin digər dəlili onlar tərəfindən təqdim olunmuş sübutlara və dəlillərinə qiymət verilməməsi ilə bağlıdır. Məhkəmə tərkibi həmin dəlillərlə razılaşır və qeyd edir ki, məhz cavabdeh tərəfin bu qərarın 60-61-ci bəndlərində göstərilən hər hansı dəli linin aydınlaşdırmağa cəhd göstərmədiyi aşkardır.

88. Beləliklə, yuxarıda qeyd edilənlər qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

89. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əmə l olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

90. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.

91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

92. Bu səbəbdən Kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiyanın baxış predmeti olan tələblərin yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

93. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2993/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar