Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3864/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və vəkili İRnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.M.Həsənov, iş 2(003)-2769/2018) İddiaçı Cavabdeh evə köçürülmə tələbi nə dair iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri,ÜNVANə köçürülməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli, 2(103)-1016/2019 saylı qətnaməsi ilə (V.T.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər Ş.A.Məmmədova və N.Ş.Cəfərov) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2769/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul olunması və iddianın rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ÜNVANinə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəmə sinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili İR kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı ol madan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2009-cu il tarixli qətnaməsi ilə Bakı şəhər ÜNVANinin ¾ hissəsinə X1, ¼ hissəsinə isə mərhum Əzimov Tahir Çingiz oğlunun vərəsəlik hüquqları tanınmışdır. İddiaçı istinadTƏının mübahisəli əmlak üzərində ¼ hissə də vərəsəlik hüququnun tanınmasına istinad edərək hazırkı idda tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin işin araşdırılmış hər hansı bir halı ilə təsdiq olunmur ki, iddiaçı atasından miras qalmış əmlakı rəsmi və ya faktik olaraq qəbul etmiş, mübahisəli əmlak üzərində hər hansı hüquqa malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsas ında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli evin hər hansı hissəsi üzərində hüquqa malik olmasına dair sübuta malik deyildir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessua l hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3864/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3864/2019
04.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver