Məhkəmə qərarları › İş №2(102)-3864/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3864/2023

24.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3864/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi əmək mübahisəsi, əmək haqqının məbləğinin müəyyən edilməsi, əmək haqqının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1581/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı kas sasiya şikayətinə 24 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra – “cavabdeh” və ya “MMC”) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)3850/2018 nömrəli qətnaməsi ilə iddiaçının tələbi qismən təmin edilmiş, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olunması, iddiaçıya məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb MMC-dən tutulması, iddiaçıya vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Qətnaməyə izah verilməsi barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı ilə qətnamənin nəticə hissəsində “iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun” cümləsinin iddiaçıya bir aylıq orta əmək haqqının deyil, bütün məcburi işburaxma müddətini əhatə edən, iddiaçının işdən çıxarılması tarixdən başlayan və qətnamənin icra edilməsi tarixi ilə bitən dövr üçün orta əmək haqqının hesablanıb verilməsi kimi başa düşülməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi N ərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh MMC arasında bağlanılmış 4 yanvar 2015-ci il tarixli əmək müqaviləsi üzrə orta aylıq əmək haqqının məbləğinin 1750 (min yeddi yüz əlli) manat müəyyən edilməsi; ödənilməmiş qalıq əmək haqqının və 27.335 manat məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin 50 manat məbləğində mediasiya xərcinin cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçının əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart ayından artırılaraq 1750 manat olmuşdur. Lakin MMC əmək haqqının artması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik etməmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı doğuşa görə analıq məzuniyyətinə çıxmışdır. Cavabdeh tərəfindən idd iaçıya müraciət edilərək öz ərizəsi ilə işdən çıxması tələb olunmuş, əks təqdirdə, işdən çıxarılacağı ilə hədələnmişdir. İddiaçının hamilə vəziyyətdə olmağı nəzər alınmadan bu təzyiqlər davam etmiş, 9 may 2018-ci il tarixdə iddiaçıya zəng edilərək kobud ifadələrlə bir daha ərizə yazaraq işdən çıxması tələb olunmuşdur. Keçirdiyi əsəb gərginliyi və mənəvi sarsıntı iddiaçının halının pisləşməsinə səbəb olmuş, ailə üzvləri təcili tibbi yardıma müraciət etmişdir. İddiaçı ona təzyiq göstərilməsi ilə bağlı X1 Xidmətinə də müraciət etmişdir.

6. İddiaçı xx.xx.2018-ci il tarixdə elektron hökumət portalında əmək müqaviləsini yoxlayarkən onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2018-ci il tarixli 011 saylı əmrlə xitam verildiyini, əmrin sistemə xx.xx.2018-ci il tarixdə daxil edil diyini öyrənmiş, dərhal bu barədə X1 Xidmətinə məlumat vermişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi – müəssisənin ləğv edilməsi göstərilmişdir. İddiaçı Vergilər Nazirliyinin çağrı mərkəzinə zəng edərək MMC-nin ləğv olunub-olunmamasını maraqlandıqda, cəmiyyətin ləğv olunmadığı haqqında məlumat verilmişdir.

7. MMC-nin 01 noyabr 2017-ci il tarixli iş yerindən arayışında qeyd edilib ki, iddiaçı xx.xx.2015-ci ildən etibarən cavabdeh MMC-də işləyir və hal-hazırki tarixə kimi şirkətin ölkə üzrə meneceri vəzifəsini tutur. Onun aylıq əmək haqqı 1.750 manatdır.

8. Bundan əlavə, cavabdehə məxsus rəsmi elektron ünvanı üzərindən iddiaçı ilə olan yazışmalardan görünür ki, iddiaçının rəsmi əmək haqqı 1.750 manatdır. Onun əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart ayından artırılaraq 1.750 manat olmuşdur. Hazırda həmin məbləği təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq cavabdeh həmin məbləği qəbul etmir.

9. Bundan əlavə, cavabdeh tərəfindən əmək haqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verildiyi nəzərə alınsa, məhkəmədə iddia qaldırılan günədək, yəni xx.xx.2022-ci il tarixədək 1.562 gün üçün (1.750 x 1% x 1562 gün = 27.335) 27.335 manat məbləğində cavabdeh tərəfindən ödənc verilməlidir.

10. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş cavabdeh MMC-nin 01 noyabr 2017-ci il tarixli tələb olunan yerə təqdim etmək üçün verilmiş "xxxx"a əsasən iddiaç ı xx.xx.2015-ci il tarixdən etibarən sözügedən MMC-də işləyir və hal-hazırkı tarixə kimi şirkətin ölkə üzrə meneceri vəzifəsini tutur. Onun aylıq əmək haqqı 1.750 manatdır.

11. İddiaçı tərəfindən məhkəməyə tərəflər arasında olan e-mail yazışmaları sübut kimi təqdim təqdim edilmişdir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 16, 42, 43, 154, 155, 156, 157, 158, 172, 177 və 178-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3621/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı mülki iş üzrə icraata "xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş qalıq əmək haqqının tutulması” hissəsində xitam verilmişdir.

15. Bakı şəhəri Nərima nov Rayon Məhkəməsinin 2(005)-3621/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Solmaz Ədilova)

16. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halları kimi müəyyən edib ki, iddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)3850/2018 saylı qətnaməsinə əsasən işə bərpa edilmiş və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Lakin hazırda iddiaçı cavabdehin 01 noyabr 2017-ci il tarixli iş yerindən arayışına, cavabdehə məxsus rəsmi email ünvanı üzərindən yazışmalara istinad etməklə, aylıq əmək haqqının 1750 (min yeddi y üz əlli) manat olduğunu bildirir. Qeyd edir ki, iddiaçının əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, iddiaçı və cavabdeh arasında müqavilə azadlığı prinsipinə riayət edilməklə əmək müqaviləsi bağlanmış, müqavilə bağlanarkən iddiaçı müqavilənin şərtləri ilə razı olmuş və müqavilənin hər hansı bir bəndinə və ya hissəsinə etirazını bildirməmişdir. Buna görə də cavabdeh MMC-yə qarşı iddiaçının “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddiası əsassız təmin edilməməlidir..

18. Birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi əmək müqaviləsi üzrə “27.335 manat məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində də iddian tələbini əsassız sayaraq göstərmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə bu norma tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, işəgötürənin ümumiyyət lə əmək haqqı borcunun olması barədə iddia tələbinin irəli sürülməsi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Sözügedən maddənin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdiklə ri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir ki, həmin tələbə münasibətdə məhkəmənin müvafiq qərardadı ilə bir hissədə icraata xitam verilmiş, digər hissədə isə ümumiyyətlə əmək haqqının 1750 manat müəyyən edilməsi tələbi təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd edilənlər baxımından hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas olmadığından bu hissədə iddia təmin edilən bilməz.

20. Birinci instansiya məhkəməsi həmçinin “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi” hissə sində iddia tələbi rədd edildiyindən “ödənilməmiş qalıq əmək haqqının” cavabdehdən tutulması hissəsində iddia tələbinə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi ilə izah etmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42, 43, 46, 172, 292, Mülki Məcəllənin 324.1, 324.5, 339.4, 390, 399.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3621/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayəti birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təmin edilməmişdir.

23. İddiaçı qətnamədən də apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Qətnamədən verilən apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq aşağıdakılar göstərilmişdir: - iddia ərizəsinə əlavə edilmiş cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli iş yerindən arayışa əsasən iddiaçı xx.xx.2015-ci il tarixdən etibarən cavabdeh MMC-də işləyir və hazırki tarixədək şirkətin ölkə üzrə menecer vəzifəsini tutur. Onun aylıq əmək haqqı 1.750 manatdır. Cavabdeh tərəfindən hazırlanmış və möhürlənmiş, tərcümə və təsdiq edilmiş arayış məhz cavabdeh tərəfindən onun iradə ifadəsinə uyğun olaraq, heç bir qanunvericiliyə zidd olmadan tərtib edilmişdir. Belə olan halda, məhkəmənin əsassız olaraq, müqavilə azadlığı prinsipinə istinad etməsi tamamilə absurddur. Məhkəmə həmin sübutu mötəbər sübut kimi qəbul etməli idi; - bundan əlavə, cavabdehə məxsus rəsmi e-mail ünvanı üzərindən iddiaçı ilə olan yazışmalara əsasən iddiaçının rəsmi əmək haqqı 1.750 manatdır. Bununla belə, birinci instansiya məhkəməsi təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməməklə əsassız olaraq iddianı rədd etmişdir; - həmçinin birinci instansiya məhkəməsinin mövqeyi digər tələblər üzrə də yanlış olmuşdur. Belə ki, cavabdeh bundan əvvəlki məhkəmə qətnaməsinin icrasından yayınır, əmək haqqının verilməsini gecikdirir. Belə olan halda, işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi işin mübahisəsiz halıdır. İşə baxan məhkəmə isə bu tələbə səthi yanaşmaqla Əmək Məcəlləsinin 172.5-ci maddəsini səhv tövsif edərək iddiaçının hüquqlarını pozmuşd ur.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1581/2023, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov)

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçı cavabdeh MMC-də işlədiyi menecer vəzifəsi üzrə 1.750 manat məbləğində əmək haqqı aldığını sübut etməli idi. Lakin nəticə etibarı ilə sübut edə bilməmişdir. Əksinə, iş materiallarında olan sosial arayışa əsasən iddiaçının cavabdeh MMC-də işlədiyi qeydiyyatçı-menecer vəzifəsi üzrə əmək haqqı 400 manatdır. İddiaçı özü də əmək müqaviləsində əmək haqqı qismində 400 man at məbləğinin göstərildiyini, hər ay onun əmək haqqı kartına əmək haqqı qismində 400 manat məbləğində pulun köçürüldüyünü bildirir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının istinad etdiyi MMC tərəfindən 01 noyabr 2017-ci il tarixdə tələb olunan yerə təqdim etmək üçün verilmiş "xxxx"da onun xx.xx.2015-ci il tarixdən etibarən hal-hazırkı tarixə kimi aylıq əmək haqqının 1.750 manat göstərilməsi də iddiaçının məhz bu məbləğdə əmək haqqı alması qənaətinə gəlməyə əsas vermir. Hər bir halda, bu arayışın təqdim ediləcək yer və əldə ediləcək nəticə baxımından (iddiaçı arayışın verilməsi səbəblərini açıqlamır. Halbuki, arayışın alınmasının konkret məqsədi olmuşdur) cavabdehin belə bir qanunsuz hərəkət etməsi istisna deyil.

28. İddiaçının istinad etdiyi SMS yazışmalarda da iki yerdə iddiaçı 1.350 manat əmək haqqı aldığını, bir yerdə də əmək haqqının 1.750 manat olduğunu göstərir. Lakin cavabdeh tərəfin bu məbləğlərlə bağlı hər hansı etirafı və ya təsdiqi yoxdur. İddiaçı onun əmək haqqının sonuncu dəfə 2017-ci ilin mart ayında artırılaraq 1.750 manat olduğunu, lakin əmək haqqının artması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik edilmədiyindən onunla rəhbərlik arasında mübahisənin yarandığını bildirsə də, bu tarixdən sonrakı dövrə təsadüf edən həmin yazışmadan (2018-ci ilin may ayı istisna olmaqla) tərəflərin nəinki əmək haqqı, ümumiyyətlə mübahisəli münasibətlərdə olduğu müəyyən edilmir.

29. Apellyasiya instansiyası məhkəməsi qüvvədə olan əmək qanunvericiliyinə istinadən vurğulayıb ki, əmək haqqı barədə məlumatlar əmək müqaviləsində mütləq göstərilməli olan məlumatlara aid edilmişdir. Buna uyğun olaraq, bu barədə məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sistemində də əks etdirilir. Əmək haqqının məbləğinin dəyişdirilməsi, o cümlədən onun artırılması əmək müqaviləsinə dəyişikliyin edilməsini şərtləndirir. Bu baxımdan, əmək haqqı barədə məhz əmək müqaviləsində və buna uyğun olaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində əks olunmuş məlumat rəsmi hesab edilir. Bütün hesablamalar və tutmalar da məhz bu məbləğ əsas götürülməklə aparılır. İddiaçıya münasibətdə isə həm onun əmək müqaviləsində, həm də mərkəzləşdirilmiş elektron informasiya sistemində onun əmək haqqının məhz 400 manat olduğu göstərilmişdir. Bu da öz növbəsində iddiaçının əmək haqqının 1.750 manat olmasını istisna edir. İddiaçıya bu məbləğdən artıq hər hansı məbləğ ö dənilirdisə, həmin məbləğ onun əmək haqqı kimi qiymətləndirilə bilməz.

30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1.750 manat məbləğində əmək haqqı alması barədə dəlillərini də əsassız hesab edərək göstərmişdir ki, iddia üzrə bu tələbin əsas tələb olduğu, “ödənilməmiş qalıq əmək haqqının ödənilməsi” tələbinin bu tələbə münasibətdə törəmə tələb olduğu və onun təmin edilib-edilməməsinin bilavasitə əsas tələb olan “əmək haqqı məbləğinin 1.750 manat müəyyən edilməsi” hissəsinin təmin edilib-edilməməsindən asılı olduğunu və nəticə etibarı ilə bu tələbin təmin edilmədiyi nəzərə alınarsa, iddia tələbi “ödənilməmiş qalıq əmək haqqının ödənilməsi” hissəsində də əsassızdır.

31. İddia tələbinin “gecikdirilmiş vaxt üçün ödəncin tutulması” hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-3850/2018 nömrəli qətnaməsinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilsə də, həmin qətnamə əsasında verilmiş icra sənədi bü günədək icra edilməmiş, iddiaçı cavabdeh MMC-də tutduğu vəzifəyə bərpa edilməmişdir. İddiaçının MMC-də işləməsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində hər hansı məlumat yoxdur. Bu da öz növbəsində iddia tələbinin bu hissədə təmin edilməsini qeyri-mümkün edir. Belə ki, qeyd edilən tələb yalnız iddiaçı tutduğu vəzifəyə bərpa edildikdən sonra irəli sürülə bilər.

32. Apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 3, 9, 42, 43, 46, 85 və 172-ci maddələrinin müvafiq hissələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə işə baxan apellyasiya instansiya məhkəməsinin təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Konstitusiyası Maddə 35, hissə

4. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3, hissə

5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 9, bənd “b”. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüququdur. Maddə 42, bənd

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 43, bənd “ə”. İşçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əm ək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması barədə məlumatlar əmək müqaviləsində mütləq göstərilməlidir. Maddə 46, bənd

5. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarl ı hesab olunur. Maddə 85, hissə

1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Maddə

154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatl arın və digər ödənclərin məcmusudur. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzin də hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv m üqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüm lədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2632-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

41. Belə ki, iddia tələbi əmək müqaviləsində göstərilən əmək haqqının 1750 manat müəyyən edilməsi (eləcə həmin tələbdən doğan digər tələblər) barədədir.

42. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə də iddiaçı ilə bağlanm ış əmək müqaviləsində iddiaçının əmək haqqı 400 manat müəyyən edilib.

43. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin “ə” bəndinə görə də əmək haqqının miqdarı əmək müqaviləsi ilə müəyyən edilir.

44. Bu baxımdan, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə gəlinən nəticə əsaslı və qanuni olmuşdur.

45. Eləcə də əmək müqaviləsində göstərilən əmək haqqının 1750 manat müəyyən edilməsi barədə iddia təmin edilmədiyi üçün həmin tələbdən doğan digər tələblərin rədd edilməsi də əsaslı və qanuni olmuşdur.

46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini dəlillərini əsassız sayır.

47. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması nəticəsinə gəlmişdir.

48. Məhk əmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1581/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar