Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3865/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdeh 3 saylı Dəri-Zöhrəvi Dispanserinin vəkili Xnun iştirakı ilə, İddiaçı cavabdehlər 3 saylı Dəri-Zöhrəvi Dispanseri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Səhiyyə İdarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12595/ 18 saylı, 11.12.2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 3 saylı Dəri-Zöhrəvi Dispanseri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Səhiyyə İdarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qeyd edilənləri nəzərə alaraq, İddiaçı işdən azad olunması ilə bağlı 06.10.2017-ci il tarixli, 141 - k saylı əmrin ləğv olunması, iddiaçının əvvəlki işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)978/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər 3 saylı DəriZöhrəvi Dispanseri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Səhiyyə İdarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Namiq Cəfərov) 11.12.2018-ci il tarixli, 2(103)12595/2018 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2018-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli, 2(103)-12595/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qəra r qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində aparılmış araşdırma, araşdırmanın nəticəsi, barəsində tərtib edilmiş aktlar və aktlarda qeyd edilənlər, barəsində verilmiş təqdimat və təqdimatda qeyd edilənlər tamamilə absurddur, hər hansı sübuta və ya fakta söykənməyən, hər hansı sübutla təsdiq edilməyən formal mülahizələrdən başqa bir şey deyil. Aktlardan görünür ki, tərtib edilmiş aktların bəziləri 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserində, bəziləri isə göndərişlə işlədiyi 13 saylı Uşaq Poliklinikasında guya yol verdiyi əmək pozuntuları ilə bağlı tərtib edilib. Belə ki, aktlarda qeyd edilib ki, 13 saylı Uşaq Poliklinikasında yol verdiyi pozuntuların araşdırılması üçün cavabdeh 3 saylı Uşaq DəriZöhrəvi Dispanseri nin rəhbərliyi tərəfindən komissiya yaradılıb və komissiya 13 saylı Uşaq Poliklinikasında araşdırma apararaq 05.10.2017-ci il tarixli akt tərtib edib. Qanunvericiliyin tələblərinə əsasən, akt hadisə yerində tərtib edilməli olduğu halda iş üzrə şahid qismində izahat vermiş 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserində kompüter üzrə operator vəzifəsində çalışan X3 izahatında qeyd etdi ki, bütün aktlar onun tərəfindən və onun iş otağında tərtib edilib, sonra isə müvafiq şəxslər tərəfindən imzalanıb. Maraqlıdır ki, 13 saylı Uşaq Poliklinikasında aparılmış araşdırma ilə bağlı bir neçə gün sonra necə 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserində akt tərtib edilib. İş materiallarında olan 06.10.2017-ci il tarixli, 7 nömrəli aktdan görünür ki, Həmkarlar İttifaqı Komitəsinin sədri X1nın, X2nın, həkim dermatove neroloq X4un və X5nın iştirakı ilə onun barəsində keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirakı məqsədilə dəfələrlə mobil telefonu vasitəsilə onun əlaqə saxlamaq cəhdi boşa çıxıb, dəstəyi qaldırmamış, onlar tərəfdən iclasa çağırılmağı ilə bağlı mesaj yazılsa da cavab verməmiş. Aktda adı çəkilən və aktı imzalayan X4 şahid qismində məhkəmə verdiyi izahatda bildirdi ki, 06.10.2017-ci il tarixli, 7 nömrəli akt Həmkarlar İttifaqı Komitəsinin qeyd edilən iclası bitdikdən sonra imzalanması üçün ona təqdim edilib və o da aktı imzalayıb. Lakin, onun yanında iddiaçıya heç bir zəng edilməyib, mesaj yazılmayıb. 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserinin Həmkarlar İttifaqı Komitəsinin 06.10.2017-ci il tarixli yığıncağı tamamilə qanunsuz olub və həmin yığıncaqda qəbul edilmiş qərar qanuni s ayıla bilməz. Həmkar İttifaqı Təşkilatının iclası üzvlərin 50%-dən az tərkibdə keçirildiyindən iclas səlahiyyətli sayıla bilməz və həmin səlahiyyətsiz iclasda qəbul edilmiş qərar legitimlik kriteriyasına qətiyyən cavab vermir. X4un və başqa şahidlərin məhkəmədə verdikləri ifadələrdən açıq-aydın görünür ki, iddiaçı həmin iclasa dəvət edilməmiş və onun iclasa dəvət edilməyilə bağlı tərtib edilmiş akt iclasdan sonra tərtib edildiyindən və imzalandığından tam sübut olunur ki, akt qanunsuzdur və o, iclasa dəvət edilməyib. X6 həmin iclasda iştirak etmədiyi halda onun qərarda çıxışçı kimi qeyd edilməsi, lakin şahidlərin onun iclasda iştirak etməsini təsdiqləməməsi, X6nin iclasın sonunda tərtib edilmiş protokolu imzalamaması tam sübut edir ki, qərar saxtalaşdırılıb və bu qərar Həmkarlar İttifaqı T əşkilatının mənim işdən azad edilməyinə müsbət rəy verməsi kimi qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin tələbinə görə Həmkarlar İttifaqı Təşkilatı onun işdən azad edilməsi ilə bağlı işəgötürənin təqdimatına baxaraq müvafiq qərar qəbul etməli idi. Lakin iş materiallarında olan Həmkarlar İttifaqı Təşkilatının sənədindən görünür ki, həmin sənəd qərar deyil, protokoldur. Protokol və qərar qanunvericilikdə fərqli xarakterdə olan sənəd kimi müəyyən edildiyindən protokol Həmkarlar İttifaqı Təşkilatının qərar kimi qiymətləndirilə bilməz. Deməli, faktiki olaraq onun işdən azad edilməsinə müsbət rəy verilməsi ilə bağlı Həmkarlar İttifaqı Təşkilatının qərarı yoxdur. Bu səbəbdən də iddiaçının işdən azad edilməyi qanunsuzdur. Məhkəməyə təqdim edilmiş kifayət qədər iş üçün əhəmiyyətli dəlillərin heç b iri məhkəmə tərəfindən araşdırımayıb, məhkəmə qətnamə çıxararkən həmin dəlilləri nəzərə almayıb, qətnamədə həmin dəlillərə dair heç bir münasibət bildirməyib. Nəticədə məhkəmə tamamilə qanunsuz və əsassız qətnamə çıxarıb. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh 3 saylı Dəri Zöhrəvi Dispanserin vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ İ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, 26.01.2018-ci il tarixli, 141-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv olunmaqla, o, tutduğu vəzifədən azad edilmişdir Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı müəyyən olunmuş qrafik üzrə əmək funksiyasını yerinə yetirməmiş, ona bununla bağlı edilmiş iradlara əhəmiyyət verməyərək üzrsüz səbəbdən iş yerində olaraq əmək funksiyasının müqavilədə nəzərdə tutulmuş qaydada y erinə yetirməmişdir. Bu hallar işdə olan aktlar, əmrlər və izahatlarla, həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilir.. 3 saylı DəriZöhrəvi Dispanserinin Həmkarlar İttifaqı Komitəsinin 06.10.2017-ci il tarixli yığıncağının qərarı ilə onun işdən azad edilməsinə razılıq verilmişdir. Apellyasiya şikayətinin iddiaçının siyası baxışlarına görə işdən azad olunduğuna, işdən çıxarılmasına dair əmrin və həmin əmrin verilməsindən əvvəl rəsmiləşdirilmiş digər əmrlərin həqiqətə uyğun olmadığına, işdən azad olunarkən həmkarlar təşkilatının razılığının alınmamasına, təqdim olunan razılığın isə qərar formasında qəbul olunmamasına, həmkarlar təşkilatının keçirilən iclasında yetərsayın olmaması, əmək funksiyasını lazımi qaydada yerinə yetirməsi, müəyyənləşdir ilmiş qrafikə uyğun olaraq işdə olmaqla əmək funksiyasını yerinə yetirdiyini göstərməsi barədə dəlilləri ilə bağlı apellyasiya məhkəməsi müəyyən etmişdir ki, işin araşdırılmış hər hansı bir halı ilə iddiaçının siyası təqibə məruz qalmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. İddiaçı bununla bağlı hər hansı mötəbər sübuta istinad etmir. Əksinə hazırkı icraat zamanı və birinci instansiya məhkəməsində araşdırılmış işin halları iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu təsdiq edir. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, 03.03.2017-ci ildə cavabdeh təşkilatda həmkarlar təşkilatı hesabat seçki yığıncağı keçirilmiş, həmin iclasda sədr və təşkilatının 6 üzvü seçilmişdir. 06 oktyabr 2017ci il tarixdə isə məhz həmin üzvlərin və digər şəxslərinin i ştirakı ilə iddiaçının Əmək Məcəlləsinin 70 maddəsinin ç bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. Həmin protokolun yekun hissəsində yığıncağın bu barədə qərarı qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi ilə bağlı olmuşdur. Əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndinə istinad olunmuşdur. Həmin maddə ilə müqavilə ləğv edilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndində göstərilən əsaslarla müqavilənin ləğv edilməli olması mümkün hesab edilmişdir. Həmin maddənin məzmununa görə əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, hüquq pozuntusu nəticəsində işəgötürən, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafelərinə ciddi xələl gətirilməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bu baxımdan iddiaçının işdən çıxarılmasına əsas olan və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə sadalanan əsasları işəgötürən haqlı olaraq əmək fəaliyyəti zamanı yol verilən kobud pozuntular kimi qiymətləndirmiş və iddiaçı ilə əmək müqaviləsinin davam etdirilməsini mümkünsüz hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini ) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəal iyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçını n hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfində ətraflı araşdırılmış, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçının iddiaçının siyası baxışlarına görə işdən azad olunması və bu məqsədlə barəsində qanunsuz aktlar tərtib edilməsi barədə dəlilləri onun tərəfindən heç bir sübutla təsdiq ed ilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12595/18 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3865/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3865/2019
10.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver