Məhkəmə qərarları › İş №2(102)-3868/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3868/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3868/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış faydanın əvəzinin ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3609/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 23 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilini 60.000 manata almışdır. Həmin mənzilin üzərində alıcı İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 02 fevral 2018-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

2. Tərəflər arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsinin 11-ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı Cavabdeh mənzili xx.xx.2018-ci ilədək alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.

3. Həmin müqavilə üzrə tərəflərin arasında mübahisələr yaranmış, Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, aralarında bağlanmış alğı-satqı müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh mənzildən çıxarılması, son kirayə haqqının və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)- 1914/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilk iddiası rədd, İddiaçı qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilindən çıxarılması qət edilmişdir.

4. Həmin iş üzrə Cavabdeh apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(10 3)1596/2021 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2(102)-3577/2021 saylı qərarı ilə təmin edilməmişdir.

5. Bundan başqa, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(005)-578/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-356/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya sikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)-578/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xita m verilmişdir.

7. Cavabdeh mübahisəli mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmış, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun 08 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(005)-1914/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, evin təhvil verilmədiyi müddət ərzində əldən çıxmış fayda olmaqla 15200 manat pul məbləğinin və 135 manat dövlət rüsumunun Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 yanvar 2018-ci il tarixdə alğısatqı müqaviləsi bağlayarkən cavabdehə bildirmişdir ki, mənzili almaqda məqsədi mənzili kirayəyə verib pul qazanmaqdır. Müqaviləyə əsasən cavabdeh 23 aprel 2018-ci il tarixədək mənzili iddiaçıya təhvil verməli idi. Həmin müddət başa çatdıqdan sonra cavabdeh özü həmin evdə kirayədə qalıb kirayə pulunu ödəyəcəyini bildirmiş, iki ay ərzində kirayə haqqını ayda 300 manat olmaqla ödəmişdir. Bundan sonra münasibətləri korlanmış, cavabdeh iddiaçıya kirayə pulu ödəməmiş və mənzili boşaltmaqdan imtina etmişdir.

10. Cavabdeh iddiaçıya qarşı mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, iddiaçı isə cavabdehin mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi ü çün məhkəməyə qarşılıqlı iddia vermişdir. Son nəticədə cavabdehin iddiası təmin olunmamış, iddiaçının iddiası təmin olunaraq cavabdehin mənzildən çıxarılması qət olunmuşdur. Qətnamə icraya yönəldildikdən sonra 7 dekabr 2021-ci ildə mənzil iddiaçıya təhvil verilmişdir. Bu müddət ərzində iddiaçı xeyli maddi itkilərə məruz qalmış, 01 sentyabr 2018-ci ildən fayda götürəcəyinə ümid etdiyi gəlir əldən çıxmışdır. 01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək hər ay həmin mənzili 400 manata kirayəyə versəydi, iddiaçı 38 ay ərzində (38 ayx400 manat) 15200 manat məbləğində gəlir əldə edə bilərdi.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 157.5-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, o, heç vaxt mənzi li kirayəyə götürməmişdir. Aralarında daşımalı olduğu kirayə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı, hüquqi əsaslarla müəyyən edilmiş, bu iş üzrə hüquqi əhəmiyyət kəsb edən və işin hüquqi nəticələrinə bir başa təsir edən hər hansı mötəbər sübut mövcud deyil. Onun mənzildən çıxarılması barədə məhkəmə qərarı icraya yönələn kimi mənzili boşaltmışdır. Buna görə də hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

13. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(005)1316/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Səbinə Nuriyeva)

14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi küçəsi ev 44, 6 saylı mənzilin iddiaçı ya satılması razılaşdırılmışdır. Bundan sonra qeyd olunan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətinə keçmiş, daha sonra tərəflər arasında, müqavilənin etibarsızlığı, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi və istifadə hüquqlarına xitam verilməsi iddia tələbi növlərində məhkəmə mübahisələri baş vermişdir. Həmin iş üzrə icra sənədi üzrə icra orqanı icra hərəkətlərini yerinə yetirmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmuş mənzildən cavabdeh tərəfindən istifadə etməsi nəticəsində əldən çıxmış fayda nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icra edilmişdir. Həmin qətnamə ilə iddiaçının iddia tələbinin kirayə haqqının ödənilməsi hissəsi təmin edilməyib. Hazırda iddiaçı məhkəməyə əldən çıxmış faydanın verilməsi ilə bağlı müraciət edərək cavabdehin mübahisə predmeti olan mənzildə olduğu müddət ərzində ona dəymiş ziyanın ödənilməsini tələb edir.

16. Göstərilən bu halları uyğunsuz hesab edən Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan mübahisələr üzrə iddiaçının cavabdehə yönəlmiş tələbi kirayə borcunun ödənilməsindən ibarət olduğu h alda həmin tələb üzrə aparılmış məhkəmə araşdırması zamanı kirayə müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Lakin hazırda iddiaçı məhkəməyə müraciət etdiyi müddətləri də daxil edərək, cavabdehin həmin müddət ərzində mənzildə yaşamasının iddiaçıya ziyan vurduğunu və bu ziyanın əldən çıxmış fayda olduğunu göstərmişdir

17. Birinci instansiya məhkəməsi tərəflərin arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə məhkəmə aktlarının hazırda baxılan iddiaya münasibətdə preyudisiallığını araşdıraraq göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi son kirayə haqqının ödənildiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kir ayə haqqı hesablanaraq ödənilməsi tələbi olmuşdur. Hazırda qaldırılmış “əldən çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsi” tələbini isə iddiaçı həmin mənzilin digər şəxslərə kirayə verə bilmədiyi üçün cavabdeh tərəfindən ona vurulmuş ziyan kimi əsaslandırmışdır.

18. Birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə etirazına münasibətdə qeyd etmişdir ki, hazırki mübahisə üzrə tərəflərin subyektiv tərkibi eyni olsa da, mübahisənin predmeti və əsası əvvəlki mübahisədən fərqlidir. Belə ki, əvvəlki mülki iş üzrə qarşılıqlı iddiada iddiaçı cavabdeh tərəfindən ödənilməmiş kirayə borcunun ödənilməsini tələb etdiyi halda, indiki tələbdə əldən çıxmış fayda üzrə dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə real zərərin tərkibinə müvafiq ş əxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur.

20. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinadən vurğulamışdır ki, bu maddi hüquq normalarının imperativ şərtlərinə əsasən şəxsin ziyan tələbinin əsaslılığının yaranması üçün baş vermiş hadisə müvafiq şərtləri ödəməlidir. Yəni ilk növbədə şəxsin qanunla qorunan hüququnun pozulması halı b aş verməlidir. Lakin həm iş materiallarından, həm də məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır. Hətta Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunur.

21. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı əldən çıxmış faydanı cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin təqsiri üzündən iddiaçının zərərə məruz qalması və faydadan məhrum olması sübut olunmamışdır.

23. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən ziyan tələblərinin əsasını təşkil edən hal əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçı tələbinin əsasını təşkil edən hallara, yəni iddiaçının digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi ziyanın dəyməsini müəyyən etmək müm künsüzdür. Belə olan halda iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş ziyan tələbinin əsassız olması təsdiq olunur.

24. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2-ci, Mülki Prossesual Məcəllənin 76.1, 76.2, 77.1, 80, 81, 82.3, 107, 119.1, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması ilə əsaslandırılmışdır.

27. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı 2018-ci ilin yanvar ayında maddi durumumun ağır olmasından istifadə edərək dəyəri 90000 manat olan mənzili ondan 60000 manata almaqla onu aldatmışdır. Uzun müddət mənzilin onun istifadəsində qalmasının səbəbi məhkəmə çəkişmələrinin davam etməsi ilə bağlı olmuşdur. Odur ki, məhkə mə qeyd edilmiş halları və qanunvericiliyin tələblərini əsas götürərək iddianı rədd etməklə düzgün və ədalətli nəticəyə gəlmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6823/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov)

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının faydadan məhrum olunduğunu qeyd etdiyi 01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək olan dövrdə mənzilin alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması barədə məhkəmə mübahisələri getmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunaraq allqı-satqı müqaviləsinin etibarlı olması müəyyən edilmişdir. Bundan sonra məhkəmə aktı icraya yönəldilmiş, cavabdeh 03 dekabr 2021-ci ildə mənzili boşaldaraq məhkəmə aktını dərhal icra etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, həmin işdə hazırkı İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə tələb irəli sürmüş, iddia tələbi təmin olunmamışdır. Həmin işdə də iddiaçı cavabdehdən 2018-ci ilin sentyabr ayından məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kirayə haqqının ödənilməsini tələb etmişdir. Qeyd olunan işdə məhkəmələr bu qənaətə gəlmişlər ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər olm amışdır.

31. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin təqsiri üzündən faydadan məhrum olmasını sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

32. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin təhvil verilməməsinə dair kifayət qədər sübut təqdim edilmiş və mülki işin materiallarına daxil edilmişdir. Bunlara icra orqanından mənzilin təhvil verilməsi barədə akt, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qətnamələri aiddir. Eyni zamanda cavabdeh öz izahatında qeyd etmişdir ki, həqiqətən də mənzili 38 ay ərzində təhvil verməmişdir. Amma bütün bu sübutları məhkəmə nəzərə almamış, qiymətləndirməmiş, heç bir münasibət bildirməmiş və sanki cavabdehin həmin mənzili təhvil verməməsinə dair hər hansı bir sübut yoxdur kimi qiymətləndirmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1207/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir.

35. Ali Məhkəmənin mövqeyi: - iddiaçı cavabdehlə bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdehin mənzili təhvil vermək vəzifəsinin vaxtında icra edilməməsi səbəbindən ona dəyən zər ərin əvəzinin ödənilməsini tələb edir. Alğı-satqı müqaviləsi əsasında satıcı əşyanı alıcının mülkiyyətinə vermək, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi daşıyır (MM-in 567-ci maddəsi); - tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu müəyyən edılməlidir. Bu baxımdan, cavabdehin müqavilə öhdəliyini icra etməməsi işin mübahisə olunmayan halıdır. Belə ki, cavabdeh alğı-satqı müqaviləsinin 11-ci bəndində iddiaçıya satdığı mənzili xx.xx.2018-ci ilə dək təhvil verməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyi icra etməmiş, iddiaçının tələbi ilə Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmiş, cavabdeh həmin qətnamə əsasında mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmışdır; - iddiaçı tələbini cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsi ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişd irilmir (Mülki Məcəllənin 399, 425-ci maddələri). Bu, cəmiyyətdə olan hüquq qaydasını, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Bu məqsədlərə nail olunması müvafiq olaraq müqavilə öhdəliyinin lazımınca icrasını, öhdəliyin pozulmasının qarşısının alınması üçün təminatların yaradılmasını tələb edir və qanunvericilik bu məqsədə nail olmaq üçün mülki hüquq məsuliyyəti müəyyən edir; - Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; - göründüyü kimi, cavabdeh öhdəliyini icr a etməmişdir və iddiaçının bu səbəbdən məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququ vardır. Zərərin anlayışı Mülki Məcəllənin 21.2-ci maddəsində müəyyən edilərək deyilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - iddiaçı da iddia ərizəsində iddianın maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21ci maddəsinə istinad etmişdir. Lakin nəzərə alınmalıdır ki, bu norma zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir; - apelyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, həm iş materiallarından, həm də məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi cavabdehin müqavilə öhdəliyini icra etməməsi, yəni alğı-satqı müqaviləsinin 11-ci bəndindəki şərtə əsasən mənzili xx.xx.2018-ci ilədək təhvil vermək öhdəliyini yerinə yetirməməsi işin mübahisə olunmaya n halıdır. Cavabdehin mənzildən müqavilədə göstərilən tarixdən çıxmaması, iddiaçının mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmışdır. İddiaçı bu məhdudlaşdırma nəticəsində vurulmuş ziyanın, həmin mənzili kirayəyə verib əldə edə biləcəyi gəlirdən ibarət olduğunu bildirir; - bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunur. Halbuki, mənzil bir otaqlı idi və cavabdeh mənzildən çıxmağı vəd etdiyi tarixdən sonra da mənzildə yaşamaqda davam edirdi. Bu halda məhkəmə nin “mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması” barədə gəldiyi nəticə işin hallarına uyğun sayıla bilməz; - habelə birinci instansiya məhkəməsinin “digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir” kimi əsaslandırması da ziddiyyətlidir. Çünki kirayə müqaviləsinin bağlanması üçün mənzil boş olmalı idi ki, kirayəçiyə real olaraq təhvil verilsin. Çünki kirayə müqaviləsinin bağlanması, kirayəyə verənin əşyanı kirayəçinin istifadəsinə vermək, kirayəçinin isə bu istifadəyə görə kirayəyə verənə kirayə haqqı ödəmək öhdəliyi yaradır (Mülki Məcəllənin 675-ci maddəsi); - eyni zamanda kirayəyə verən, Mülki Məcəllənin 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslər in hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün məsuliyyət daşıyır. Bu halda iddiaçıdan zərərə məruz qalmasını sübut etmək üçün cavabdehin faktiki yaşadığı və ona təhvil vermədiyi mənzilə dair üçüncü şəxslə bağlanmış kirayə müqaviləsinin tələb olunması əsassız mövqedir; - bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək olan dövrdə mənzilin alğı-satqı müqaviləsinin etibarlı olub-olmaması barədə məhkəmə mübahisələri getmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunaraq alğı-satqı müqaviləsinin etibarlı o lması müəyyən edilmişdir. Bundan sonra məhkəmə aktı icraya yönəldilmiş, cavabdeh 03 dekabr 2021-ci ildə mənzili boşaldaraq məhkəmə aktını dərhal icra etmişdir”. Apellyasiya instansiyası məhkəməsinin bu dəlili iddianın rədd olunması üçün əsas deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Alğı-satqı müqaviləsinin etibarsızlıq şərtləri əsasında mübahisələndirilməsi üzrə icraat, iddianın rədd olunması ilə nəticələnmişdir. Bu hal onu ehtiva edir ki, müqavilədə müəyyən olunan xx.xx.2018-ci tarixdən sonrakı bütün dövr ərzində cavabdehin mənzildən istifadə etməsinin hüquqi əsası olmamışdır; - işə baxmış məhkəmələr iddianın hüquqi əsasını yalnız iddiaçının əsaslandırdığı əldən çıxmış fayda kimi araşdırmış v ə iddiaçının mənzildən kirayə verməklə və başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması barədə nəticəyə gəlmişdir. Lakin qeyd olunmalıdır ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla yanaşı, balanslaşdırılmış ortaq maraqdan çıxış edirlər. Bu cəhətdən müqavilə bağlanarkən satıcı (cavabdeh) mənzilin dəyərini alıb mənzili təhvil verməyi, alıcı (iddiaçı) isə mənzilin dəyərini ödəyib, şərtləşdirilmiş vaxtda mənzili əldə etməkdə ifadə olunan balanslaşdırılmış marağa nail olmalarını əsas götürmüşlər. İddiaçı bu müqaviləni bağlamaqda son nəticədə mənzildən istifadə edib ondan yararlanmaq niyyətində olub; - iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqa vilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı); - iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir; - iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilir; - xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəməni n vəzifəsidir Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Bu baxımdan, verilmiş iddia tələbinin əsassız varlanmanın dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalı idi; - apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Buna görə də mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

36. Təkrar apellyasiya baxışında iddiaçı özünün sifarişi ilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, UNİ/M-204/23 saylı mütəxəssis rəyini təqdim etmişdir. Həmin rəyə əsasən, 2018-ci il oktyabr, 2021-ci ilin noyabr ayınadək mənzilin aylar üzrə aylıq kirayə dəyəri 400-450 manat olmuşdur.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin olunmuş, cavabdehdən əldən çıxmış fayda olmaqla 10800 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumundan 82 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 53 manatın iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrli k edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına görə cavabdeh alğı-satqı müqaviləsinin 11-ci bəndində iddiaçıya satdığı mənzili xx.xx.2018-ci ilədək təhvil verməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyi icra etməmiş, iddiaçının tələbi ilə Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmiş, cavabdeh həmin qətnamə əsasında mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmışdır. Bununla da cavabdehin müqavilə öhdəliyini icra etməməsi işin mübahisə olunmayan halıdır. Hazırda iddiaçı cavabdehin müqavilə öhdəliyini icra etməməsi səbəbindən məruz qaldığı zərərin ödənilməsini tələb etmiş və tələbinin maddi-hüquqi əsası kimi Mülki M əcəllənin 21-ci maddəsinə istinad etmişdir Belə ki, cavabdehin mənzildən müqavilədə göstərilən tarixdən çıxmaması, iddiaçının mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmışdır. İddiaçı bu məhdudlaşdırma nəticəsində vurulmuş ziyanın, həmin mənzili kirayəyə verib əldə edə biləcəyi gəlirdən ibarət olduğunu bildirir.

39. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən halın aşkar olunmamasına istinad etməsi düzgün olmamışdır. Belə ki, şəxsin ziyan tələbinin əsaslılığının yaranması üçün baş vermiş hadisə müvafiq şətləri ödəməlidir. Yəni ilk növbədə şəxsin qanunla qorunan hüququnun pozulması halı baş verməlidir. Hazırki işin mübahisə edilməyən hallarına görə cavabd eh müqavilə öhdəliyini lazımınca icra etməmiş və iddiaçı ilə bağlanmış müqavilənin 11-ci bəndində iddiaçıya satdığı mənzili xx.xx.2018-ci ilədək təhvil verməyi öhdəsinə götürsə də, nəticə etibarı ilə iddiaçının tələbinə əsasən Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmişdir və cavabdeh həmin qətnamə əsasında mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmışdır.

40. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdeh razılaşdırılmış müddət ərzində mənzildən çıxmayaraq iddiaçının məhz mülkiyyətdən istifadə hüquqlarını pozmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin dəlillərinə qiymət verərək bildirmişdir ki, cavabdehin müəyyən edilmiş mü ddət ərzində mənzili tərk etməməsi iddiaçının həmin mənzildən istifadə hüquqlarını pozduğu kimi, iddiaçının həmin mənzili kirayəyə verərək real gəlir əldə etməsinə də maneə yaratmışdır.

42. Məhz bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən tələbinin əsasını təşkil edən hallara, yəni digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olmasının müəyyən edilməməsi barədə gəldiyi nəticə də düzgün olmamışdır. Çünki cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsi, ev 44, 6 saylı mənzildən müəyyən edilmiş müddət ərzində çıxmamışdır və belə olan halda, yəni cavabdeh mənzildə olduğu vaxt həmin mənzilin kirayəyə verilməsi mümkünsüz olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına qiymət verməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli mənzili müəyyən edilmiş müddət ərzində tərk etsə idi iddiaçı həmin mənzili kirayəyə verməklə gəlir əldə bilərdi ki, bunu edə bilməmişdir. Bununla da iddiaçı əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Bu baxımdan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbin mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmamasının təsdiq olunmamasına dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayraq, göstərmişdir ki, mənzil bir otaqlı idi və c avabdeh mənzildən çıxmağı vəd etdiyi tarixdən sonra da mənzildə yaşamaqda davam edirdi. Bu halda birinci instansiya məhkəməsinin “mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması” barədə gəlinən nəticə, işin hallarına uyğun sayıla bilməz.

45. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin “digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir” kimi əsaslandırmasını da ziddiyyətli sayaraq, mövqeyini onunla əsalandırmışdır ki, kirayə müqaviləsinin bağlanması üçün mənzil boş olmalı idi ki, kirayəçiyə real olaraq təhvil verilsin. Bu halda iddiaçıdan zərərə məruz qalmasını sübut etmək üçün cavabdehin faktiki yaşadığı və ona təhvil verməd iyi mənzilə dair üçüncü şəxslə bağlanmış kirayə müqaviləsinin tələb olunması əsassız mövqedir.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı 2018-ci ilin sentyabr ayından hər ay 300 manat olmaqla mənzili kirayəyə verməyi planlaşdırmış, cavabdeh isə mənzili 03 dekabr 2021-ci il tarixdə tərk etmişdir ki, bununla da qeyd olunan tarixlər aralığı, yəni 36 ay ərzində iddiaçı mənzildən ümid etdiyi gəliri əldə edə bilməmişdir. İddiaçı 36 ay ərzində hər ay 300 manat olmaqla ümumilikdə (36 ay X 300 manat=10800 manat) 10800 manat gəlirdən məhrum olmuşdur.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 21.1, 21.2, 443.1, 443.2, 567, 675 və 676.03-cü maddələri ilə əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

48. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti belə əsaslandırılıb: - uzun müddət mənzilin cavabdehin istifadəsində qalmasının səbəbi məhkəmə çəkişmələrinin davam etməsi ilə bağlı olmuşdur. Belə olduğu halda, apellyasiya instansiya məhkəməsinin mübahisə edilən mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına dair məhkəmə mübahisəsi davam etdiyi müddətdə satıcı tərəfindən müqavilənin 11-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi əsas götürülməkl ə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz; - bundan əlavə, iddiaçı iddia etdiyi müddətdə çəkdiyi zərərin məbləğini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Yenidən mübahisəyə baxan apellyasiya instansiya məhkəməsi məhkəmə iclasının birinci baxışında iddiaçıya 2018-ci ilin oktyabr ayından 2021-ci ilin noyabr ayınadək mübahisə edilən mənzilin yerləşdiyi ərazidə mənzillərin aylıq kirayə haqqı barədə rəsmi arayış təqdim etməyi təklif etmiş, bu əsasla da məhkəmə iclasını təxirə almışdır. Növbəti məhkəmə iclasında isə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, UNİ/M-204/23 saylı mütəxəssis rəyi apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Apellyasiya instansiya məhkəməsi həmin rəyi sübut növü kimi qəbul edərək rəydə 2018-ci ilin o ktyabr ayından 2021-ci ilin noyabr ayınadək olan müddət ərzində mənzilin aylıq kirayə dəyərinin 400-450 manat olması göstərildiyini əsas götürməklə iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etmişdir. Bununla da apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 380-ci maddəsinin tələblərini pozmaqla Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 88-ci maddələrinin tələblərinə zidd olan qətnamə qəbul etmişdir; - yenidən mübahisəyə baxmış apellyasiya məhkəməsi iddiaçının eyni əsaslarla eyni tələblə cavabdehə qarşı iddia irəli sürmək hüququnun olmamasına diqqət yetirməmiş, bununla da, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mül ki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 676.0.3. kirayəyə verən, üçüncü şəxslərin hər hansı hüquql arı və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.

52. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirsə də, şikayətin dəlilləri iddianın təmin edilən hissəsi ilə bağlıdır. Bu səbəbdən kollegiya qətnaməni iddianını təmin edilən hissəsində yoxlayır.

53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 38-47-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsi nin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

58. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

59. Məhkəmə kollegiyası iddiaçının iddia etdiyi müddətdə çəkdiyi zərərin məbləğini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməməsi, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, UNİ/M-204/23 saylı mütəxəssis rəyini apellyasiya instansiya məhkəməsinə verməsi, apellyasiya instansiya məhkəməsinin də həmin rəyi sübut növü kimi qəbul edərək mənzilin aylıq kirayə dəyərinin 400-450 manat olması nəticəsinə gəlməklə MPM-in 77.1, 78.1 və 380-ci maddəsinin tələblərini pozması barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, işdən görünür ki, apellyasiya ins tansiyası məhkəməsi aylıq kirayə haqqını həmin rəy əsasında 400-450 manat civarında deyil, 300 manat müəyyən etmişdir. Bu da o deməkdir ki, kirayə haqqının miqdarının müəyyən edilməsində həmin rəy sübut kimi qəbul edilməmişdir.

60. Uzun müddət mənzilin cavabdehin istifadəsində qalmasının səbəbinin məhkəmə çəkişmələri olması və iddiaçının eyni əsaslarla eyni tələblə cavabdehə qarşı iddia irəli sürmək hüququnun olmaması barədə dəlillərə gəldikdə, bu dəlillər kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi baxımından əsaslı sayıla bilməz.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3609/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar