Məhkəmə qərarları › İş №2(102)-3869/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3869/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3869/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər sahiblik hüququ, mənzilin təhvil verilməsi, mənzilə köçürülmə, paylı istifadəyə yaradılan maneələrin aradan qaldırılması, müqavilənin etibarlılığı, ekspert rəyi) Kateqoriya: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (m əruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4468/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilə ilə MMC, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yen i yaşayış binasının tikintisini həyata keçirərək bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 51 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 1 otaqlı, 60.7 kv.m. mənzili İddiaçı mülkiyyətinə verməyi (bənd 1.1.), İddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər (bənd 1.2).

2. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilə ilə MMC, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və b u sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 89 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 3 otaqlı, 106,5 kv.m. mənzili İddiaçı mülkiyyətinə verməyi (bənd 1.1.), İddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər (bənd 1.2.). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan isə iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək, tam təmirli 1 otaqlı 60.7 kv.m. mənzilin İddiaçı təhvil verilməsi və İddiaçı (ailə üzvlər i ilə birlikdə) ünvan 1 ünvanında A bloku, 7-ci mərtəbədəki mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 4 il 3 ay əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanı qarşılıqlı razılaşma əsasında cavabdeh tərəfindən sökülmüş və orada yeni yaşayış binası tikilmişdir. Razılaşmaya əsasən, binadan 106 m2 və 60 m2 olmaqla 2 mənzil cavabdeh tərəfindən müqavilə ilə onun adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq 60 m2 mənzildə təmir işləri aparmaq istəsə də, ona cavabdeh tərəfindən qərəzli manelər yaradılmışdır. 10 sentyabr 2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, cavabdeh Y.Bakuvi küçəsi, ev 19, mənzil 10 ünvanında yerləşən yaşayış üçün qəza lı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə (ona) məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı 51 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümümi sahəsinə 15-25 faiz əlavə etməklə tam təmirli 1 otaqlı 60.7 kv.m. mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür. Dəfələrlə cavabdehdən mənzili tələb etsə də, qərəzli maneələrin yaradılması davam etdirilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1541/2023 nömrəli iş üzrə 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabd eh MMC iddiaçıya məxsus mənzillərin sökülməsi müqabilində iddiaçıya 1 otaqlı, 60.7 kv.m və 3 otaqlı, 89 kv.m. mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxus mənzilin yerləşdiyi bina sökülmüş, yerində yeni bina tikilmişdir. İddiaçıya verilməli olan iki mənzildən biri, yəni 3 otaqlı mənzil təhvil verilmiş, hazırda mübahisələndirilən mənzil isə təhvil verildikdən sonra ona istifadəsində maneələr yaradılmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün öz mənzilinin söküntüsünə icazə vermiş və həmin mənzili boşaltmış, MMC isə müqavilə bağlayaraq onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır.

9. Məhkəmənin qənaətinə görə, iddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ ilə yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır.

10. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.5 və 2.2.3-cü bəndlərinə əsasən isə müqavilədə göstərilən müddətdə "Araz-2011 A” MMC -dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək mülkiyyətçinin hüququdur. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək isə "Araz2011A” MMC-nin vəzifəsidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.1.5, 165-ci, 178.8, 385.1, 425, 452.1, 752.1, 752.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti üzrə” 15 yanvar 2010-cu il tarixli Qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və "Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004cü il tarixli Qərarlarına, Avropa Konvensiyasının 1 saylı Prot okoluna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bütün faktiki halları aydınlaşdırmamaqla qanunsuz qərar qəbul etmiş, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmış, məhkəmə prosesi barədə MMC-yə ümumiyyətlə məlumat verilməmiş, iddiaçının istinad etdiyi müqavilənin saxta olduğu, onunla yalnız 3 otaqlı bir mənzilə dair müqavilə bağlandığı və həmin mənzilin iddiaçıya təhvil verildiyi aydınlaşdırılmamışdır. İşə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıldığı üçün qarşılıqlı iddia verilməmiş, habelə müqavilənin saxtalığının müəyyən olunması üçün ekspertiz a keçirilməmişdir.

14. Məhkəmə kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli rəydə aşağıdakılar göstərilmişdir: - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddia çı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsinin orta hissəsində olan "xxxx" yazıları ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) birinci səhifəsinin orta hissəsində olan "xxxx" yazıları - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya t əqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "A bloku 7-ci mərtəbə” yazılarından başqa) ilə apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş eyni tarixli (saylı) müqavilənin (iş səh. 156158) birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsinin orta hissəsində olan “A bloku 7-ci mərtəbə" yazıları ilə apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən tə qdim olunmuş eyni tarixli (saylı) müqavilənin (iş səh. 156-158) birinci səhifəsinin orta hissəsində olan “A bloku 7- ci mərtəbə” yazıları - EYNİ ŞƏXS tərəfindən ica olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə “Araz-2011 A" MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsindəki əlyazmalar ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (İş səh.32-34) üçüncü (sonuncu) səhifəsindəki əlyazmalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsində “X1” qrafasındakı imza ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) üçüncü (sonuncu) səhifəsində “X1” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza şırnaqlı printer vasitəsilə vurulmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 156-1 58) üçüncü (sonuncu) səhifələrində “X1" yazısının qarşısında olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. - İddiaçı ilə "Araz-2011 A” MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilələrin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrində “X1” yazısının qarşısında olan möhür əksi ilə imzanın yerləşmələrinə və formalarına görə fərqli olmaları. - İddiaçı ilə "Araz-2011 A” MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilədə (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilədə (iş səh. 156-15 8) olan əlyazmalar və üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. - Rəyin nəticə hissəsinin 4-cü bəndində göstərilən müqavilələrdəki və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilədə (iş səh. 32-34) olan əlyazmalar, üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar kimyəvi tərkibinə görə müxtəlif diyircəkli qələmlə icra olunmuşdurlar. - İddiaçı ilə “Araz-2011 A" MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X1” yazısının qar şısında olan imzaların icra olunma üsulu rəyin nəticə hissəsinin 1-ci bəndində göstərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4468/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağladığı B/30a saylı müqaviləyə görə cavabdeh, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən binada tam təmirli 1 otaqlı, 60.7 kv.m. mənzili ona təhvil verməyi öhdəsinə götürm üş, lakin öhdəliyini yerinə yetirməmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi Nərimanov rayonu, Y.Bakuvi küçəsi, ev 19 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A bloku, 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv m olan mənzilin iddiaçıya verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin saxta olduğunu irəli sürdüyündən apellyasiya baxışı zamanı kompleks xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin edilmiş, ekspertlərin rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı və MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli, B/30a saylı müqavilənin üçüncü (sonuncu) səhifəsindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza, şırnaqlı printer vasitəsilə vurulmuşdur.

18. Ekspert rəyin i nəzərə alaraq kollegiya hesab etmişdir ki, MMC ilə iddiaçı arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da onun iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir.

19. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh MMC, tərəfi olduğu bildirilən xx.xx.2018-ci il tarixli B/30a saylı müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, həmin müqavilə saxtalaşdırılmaqla əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5, 337.1, 337.2, 337.3. 337, 385, 386.1,442-ci maddələrinə istinad edərək əsaslandırmış dır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında sözügedən mənzillə bağlı xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilə bağlanmış, tərəflər iradələrini ifadə etmişlər, bina inşa edilmiş, binada olan mənzillər, o cümlədən mübahisəli mənzil də təmir olunmuş, həmin mənzillə bağlı iddiaçı ilə 2023-cü ilədək heç bir mübahisə yaranmamış, iddiaçı mənzilin təmirinə özü də xərc çəkmiş, təmir prosesinə nəzarət etmişdir. Lakin, 2023-cü ildə iddiaçını mənzilə buraxmamışlar, mənzilin ona aid olmadığını, MMC-nin hansısa işçisinin saxtakarlıq etdiyini demişlər.

23. İddiaçı qeyd etmişdir ki, ona məxsus evin əvəzində iki mənzil ayrılmış, izahatında göstərmişdir ki, o, ümumiyyətlə binadan mənzil almaq istəməmiş, söküləcək evinin əvəzində MMC-dən pul tələb etmişdir. MMC inşaat prosesləri ilə bağlı ona pul verməkdən imtina etmiş, iki mənzil təklif edərək onu mənzil götürməyə razılaşdırmışdır. Ona görə də tərəflər arasında qarşılıqlı razılıqla iki müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, B/30 və xx.xx.2018-ci il tarixli, B/30a saylı müqavilələr. İkinci müqavilə ilə mübahisəli mənzil ayrılmışdır. Hər iki müqaviləni MMC tərtib etmiş, hər iki müqavilənin möhrünü MMC vurmuş, hər iki müqavilənin əl xətləri ilə olan hissələrini MMC-nin əməkdaşları yazmışlar. O, yalnız öz adının qar şısına imza edərək müqavilələrin bir nüsxəsini almışdır. Lakin, o, ekspert rəyinə kimi ikinci müqavilənin möhrünün şırnaqlı printer vasitəsilə edildiyini bilməmişdir.

24. İşin digər mühüm halı da odur ki, həmin müqavilənin bir nüsxəsi də eyni formada MMC-nin özündə var, məhkəməyə də özləri bu formada təqdim etmişlər. Buradan tam aydın olur ki, MMC ikinci müqaviləni özü belə tərtib etmiş, burada onun təqsiri yoxdur, əksinə belə çıxır ki, MMC onu əvvəldən aldatmaq istəmişdir. Əgər MMC-nin hansısa işçisi MMC-yə qarşı saxtakarlıq edibsə, onda MMC həmin işçidən ona vurulmuş ziyanı tələb edə bilər, vətəndaşdan 5 il sonra mənzili tələb edə bilməz. İkinci müqavilənin möhrünün printer vasitəsilə vurulmasında iddiaçının təqsiri olmadığından və tərəflər müqaviləni bağlayarkən iradə ifadələrini etdikl ərindən müqavilə etibarlı əqddir. Cavabdeh sözügedən müqavilənin bağlanmasında təqsirkarın onların hansısa bir işçisinin olmasını bildirmişdir. Lakin, cavabdeh həmin işçinin kim olmasını, belə müqavilə nə üçün bağlamasını, həmin şəxsin iddiaçı ilə hər hansı bir əlaqəsinin olub-olmamasını və digər halları məhkəməyə bildirməmiş və belə halları sübuta yetirməmişdir. Müqavilə mövcuddur, möhürün skaner vasitəsilə vurulmasında və MMC-nin digər qanunsuzluqların olmasında isə iddiaçının heç bir təqsiri sübuta yetmir.

25. Kassator şikayətini Mülki Məcəllənin 324.1, 324.5, 324.6-cı, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 27 Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 28Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 29.Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 30.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 31.Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 32.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 33.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 34.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayar aq özlüyündə etibarsız olan əqddir. 35.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 36.Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 37.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 38 Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr ba ğlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 39.Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir 40 Maddə 452.1 Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tə ləb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 41Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 42 Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 43 Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvə z edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 44.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 48.Maddə 407.2. Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 49.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 50.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. 53 Belə ki, iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı şikayətinin ilk dəlilini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilədə tərəflərin iradə ifadəsinin məzmunu dəqiq müəyyənləşdirilir, tərəflərin mübahisəli mənzillə bağlı iradə ifadəsini şübhə altına alan heç bir hal yoxdur, möhürün cavabdeh tərəfindən skaner vasitəsi ilə edilməsi onun məzmununa heç bir təsir göstərmir. Möhürün düzgün vurulmaması iddiaçı vətəndaşın təqsiri deyil, burada təqsirkar tərəf MMC özüdür. 54 Baxılan işlə müəyyən olunur ki, apellyasiya məhkəməsi kompleks məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları t əyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 22 yanvar 2024-cü il tarixli rəy almışdır. Həmin rəyin sənədlərin məhkəmə texniki ekspertiza hissəsinin 1 bəndindən görünür ki, verilmiş suala ekspertin cavabı aşağıdakı qaydada olmuşdur. -“İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza şırnaqlı printer vasitəsilə vurulmuşdur.” 55 Apellyasiya instansiya məhkəməsi rəyin yalnız istinad olunan hissəsinə əsaslanaraq yekun nəticəyə gələrək iddianı rədd etmişdir. A pellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin nümayəndəsi ünvan 3 ünvanında "xxxx" MMC” tərəfindən inşa edilmiş binanın A bloku, 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60,7 kv.m olan mənzilin iddiaçıya verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin saxta olduğunu irəli sürdüyündən apellyasiya baxışı zamanı kompleks xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları təyin edilmiş, ekspertlərin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin üçüncü (sonuncu) səhifəsindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza, şırnaqlı printer vasitəsilə vurulmuşdur. 56 Daha sonra məhkəmə məhz rəyin həmin bəndinə əsaslanaraq hesab etm işdir ki, MMC ilə iddiaçı arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da onun iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyindən müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməzsə, habelə ekspert rəyinin sübut kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olarsa, o zaman ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur. 57 Göründüyü kimi apellyasiya məhkəməsi ekspert rəyini möhtəbər sübut olaraq qəbul etmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilənin iki nüsxədən ibarət olması, onlardan bir nüsxəsinin iddiaçı tərəfindən birinci instasyia məhkəməsinə təqdim edilməsi, digər nüsxəsinin isə apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilməsi, əgər müqavilənin hər ikisi saxtadırsa, bununla bağlı cavabdeh tərəfindən səlahiyyətli orqanlara müraciət edilib-edilməməsi, saxtalığın nədə ifadə olunması, fakt təsdiq olunduğu halda saxta müqavilənin cavabdeh MMC-də olması və saxlanmasının səbəbləri aydınlaşdırılmamış qalmışdır. Belə aydınlaşdırmanın aparılmadığı və ekspertin digər suallar üzrə vermiş olduğu cavabları həmin rəyin məhkəmənin istinad etdiyi hissə üzrə qarşılıqlı olaraq qiymətləndirilmədiyi halda gəlinən nəticə əsasılı hesab oluna bilməz. 58 Bununla yanaşı, qeyd edilməlidir ki, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisəyə aydınlıq gətirmək məqsədilə təyin etdiyi qərardad əsasında verilmiş rəydə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək imkanlarından istifadə etmədən yekun qənaətə gəlmişdir.

59. Digər tərəfdən iddiaçının göstərdiklərindən aydın olur ki, onun MMC-yə təqdim etdiyi mənzil(lər)in əvəzinə onunla iki ayrı-ayrı mənzillə görə müqavilələr bağlanmış birinci müqavilə artıq cavabdeh tərəfindən icra olunmuş həmin mənzil onun tərəfindən qəbul olunmuş və təmir edilmişdir.

60. Belə olan halda apellyas iya instansiya məhkəməsi məhz həmin müqavilələrin qarşılıqlı yoxlanmasının təmin edilməsi üçün həmin müqavilələr üzrə də ekspert tədqiqatının aparılması zəruri hesab etməli, bu əsasla ekspert qarşısında müvafiq suallar qoyulmalı, B/30 (iş vərəqi 32-32 səhifədə olan və müvafiq olaraq cavabdehdə saxlanılan nüsxələri üzrə) saylı müqavilədə olan imza və möhür əksinin şırnaqlı printer vasitəsi ilə vurulub-vurulmamasının aydınlaşdırılması təmin olunmalı idi. Bunun nəticəsi olaraq aydınlaşdırıla bilərdi ki, MMC-də möhürün və imzanın icra edilməsindən sonra digər hissələrin icrası artıq formalaşdırılmış işgüzar qayda olmuş və ya yalnız iddiaçının fakt olaraq istinad etdiyi müqavilə üzrə bu vəziyyət yaranmışdır. 61 İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağladığı B/30a saylı müqaviləyə görə cavabdeh Y.Bakuvi küçəsi, ev 19, mənzil 10 ünvanında yerləşən binada tam təmirli 1 otaqlı 60,7 kv.m. mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir.

62. İddiaçı kassasiya şikayətində daha sonra göstərir ki, tərəflər arasında sözügedən mənzillə bağlı müqavilə bağlanmış, tərəflər iradələrini ifadə etmiş, bina inşa olunmuş, binada olan mənzillər, o cümlədən mübahisəli mənzil təmir olunmuş, həmin mənzillə bağlı iddiaçı ilə 2023-cü ilədək heç bir mübahisə yaranmamış, iddiaçı mənzilin təmirinə özü də xərc çəkmiş, təmir prosesinə nəzarət etmiş, lakin 2023-cü ildə iddiaçı mənzilə buraxılmamış mənzilin ona aid olmadığını, MMC-nin hansısa işçisinin saxtakarlıq etməsini demişlər. 63 Göründüyü kimi həmin dəlillərin a ydınlaşdırılması və işdə olan digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilməsi təmin edilməmişdir. Belə araşdırmanın aparılması zamanı mənzilin təmir edilməsi, cavabdehə təqdim və ya təhvil verilməsi, təmirin tərəflərin hansının vəsaiti əsasında aparılması, 2023-cü ildən mənzildən kimin istifadə etməsi və sahibliyin kimin tərəfindən həyata keçirilməsi aydınlaşdırılmış olardı. İstinad edilən sübutun çəkişmə prinsipinə uyğun olaraq məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılması, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. 64 Digər tərəfdən məhkəmə həqiqətən saxtalaşdırmanın olması ilə bağlı cavabdehin dəlilləri ilə razılaşdığı nəticəsinə gəldiyi halda məhz həmin faktın araşdırılması üçün xüsusi qərardad çıxararaq müvafiq orqanları məlumatlandırmaq imkanına malik olsa da, belə imkandan istifadə etməmişdir. 65 Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. 66 Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzr ə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 67 İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. 68 İşin yuxarıda qeyd olunan faktiki hallarını və sad alanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. 69 Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iş üzrə irəli sürülmüş bütün dəlillərə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. 70 Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. 71 İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, araşdırma nəticəsindən asılı olaraq iş üzrə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. 72 Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-ci il tarixli, 2(103)-4468/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar