Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-387/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5710/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi tərə findən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17.07.2018-ci il tarixli əmrinə əsasən 06.07.2018-ci il tarixdə gecə saatlarında Kürdəmir (Ağsu) Rayonlararası Mühafizə Bölməsində xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyətini öyrənmək məqsədi ilə keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, Ağsu Rayon İcra Hakimiyyətində mühafizəçi İddiaçı sayıqlığını itirərək yatdığı və üstəlik olaraq qrup rəhbərinin və yoxlayıcıların ona yaxınlaşmasına heç bir reaksiya vermədiyi və tutulan iradlara kobudcasına cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-in 14.04. 2015-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat” ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozaraq təyin olunduğu postda sayıqlığını itirərək yatmaqla obyektin etibarlı mühafizəsini təmin etmədiyinə görə İddiaçı AR Əmək məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. İddiaçı Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Mülki Mühafizə Xidmətində əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması və Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Mülki Mühafizə Xidməti əməkdaşlarının əmək haqlarının artırılması məqsədi ilə MMX-nın bir qrup (32 nəfər) əməkdaşları ilə birlikdə yazılı surətdə yuxarı dövlət orqanlarına kollektiv mü raciət etmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17.08.2018-ci il tarixli əmrlə BMİ-nin 17.07.2018-ci il tarixli əmri ilə qüvvədə olan “sonuncu xəbərdarlıqla şiddətli töhmət“ ciddi intizam tənbehindən nəticə çıxarmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.01.2016-cı və 06.03.2018-ci il tarixli sərəncamlarının mülki mühafizəçilərə şamil edilməsinə dair guya BMİ tərəfindən müvafiq əmrlərin verilməsi barədə işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsini DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 07.07.2018-ci il tarixli Ə163-038-18 saylı nömrəli və 17 avqust 2018-ci il tarixli, Ə191-038-18 saylı nömrəli əmrlərinin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 07.07.2018-ci il tarixli Ə163-038-18 saylı nömrəli əmri ona verilmiş birbaşa sonuncu xəbərdarlıq, şiddətli töhmət intizam tənbehi tamamilə qanunsuz və əsassızdır. Belə ki, o həmin yoxlama vaxtı yatmamış, stulda oturmuş vəziyyətdə telefona gələn ismarıcı cavablandırmış, hətta onlar (XTŞ əməkdaşları) onun həmin formada fotoşəkilini çəkmişdirlər. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi isə onun yatdığımı əsas gətirərək həmin intizam tənbeh tədbirini ona vermiş, dəfələrlə həmin əmrin surətinin ona təqdim olunmasını tələb etsə də, hazırki vaxtadək ona təqdim olunmamışdır. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 07.07.2018-ci il tarixli Ə163-038-18 saylı nömrəli əmri ləğv edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 17 avqust 2018-ci il tarixli, 0191-038-18 saylı nömrəli əmri ilə onunla bağladığı əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş, tamamilə qanunsuz və əsassız əmr tərtib edərək onu işdən çıxarmışdır. Belə ki, həmin əmrdə təşkilatın adı göstərilsə də, hüquqi ünvanı, imzalayan işə götürənin vəzifəsi, adı və soyadı göstərilsə də, atasının adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il göstərilməmişdir. Hər iki əmrin verilməsinin əsl səbəbi o və 31 nəfər mülki mühafizəçi ilə birlikdə bizim təşkilatda mövcud olan nöqsanların arad an qaldırılması üçün Azərbaycan Respublikasının dövlət qurumlarına ünvanladığı kollektiv müraciəti olmuş, cavabdeh təşkilat bu yolla onu və onun kimi eyni əsasla işdən çıxarılan digər işçini cəzalandırmışlar. Halbuki o əmək qanunvericiliyinin tələblərinə görə iş vaxtının rejimi qaydalarının müəyyənləşdirilldiyi əmək müqavilə ilə tanış edilməli idi və həmin müqavilənin bir surəti ona təqdim olunmalı idi. Amma hazırki vaxtadək də əmək müqaviləsi ona təqdim olunmamışdır. Bundan əlavə, cavabdeh öz əmrində onun tərəfimdən Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hansı konkret əmək vəzifələrinin kobud şəkildə pozulmasını əsaslandıra bilməmişdir. Bu hallara görə də, işəgötürən tərəfindən onun işdən azad edilməyi barədə 17 avqust 2018-ci il tarixli, Ə191-038-18 saylı nömrəli əmri tam əs assız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) 2(006)-1516/2019 nömrəli 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işlədiyi dövrdə Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinə münasibətdə ittihamlar irəli sürməklə müxtəlif dövlət orqanlarına şikayət etmiş və bununla da İdarənin qanuni mənafeyinə, habelə işgüzar nüfuzuna ciddi xələl gətirən hüquqazidd hərəkətlərə yol vermişdir. Daha öncə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam cəzası almasına baxmayaraq, İddiaçı bundan nəticə çıxarmamışdır. İddiaçı dövlət orqanlarına verdiyi şikayətlərin heç birinin əsası olmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmık Məcəlləsinin 70, 7 1.2, 71.3, 72-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Zaur Əliyev) 08 iyul 2019-cu il tarixli 2(103)8754/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1516/2019 nömrəli, 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməs inin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “ç” bəndi, 77, 79, 80, 186190, 259-269, 281, 286-cı maddələri; MPM-nin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, mühafizə xidməti müxtəlif dövlət və özəl obyektlərin təhlükəsizliyini təmin edən qurum olduğu üçün işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş icra intizamı xüsusi əhəmiyyət kəsb edir və icra intizamının pozulmasına şərait yaradan, habelə bunun kütləvi şəkildə baş verməsinə yönəlmiş təhrikedici və (kollekti v) mübahisələrin həlli qaydası üzrə əmək qanunvericiliyindən kənara çıxan hərəkətlər işəgötürən tərəfindən intizam tədbirlərin həyata keçirilməsini istisna etmir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli 2(103)-8754/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8754/2019 nömrəli 08 iyul 2019-cu il tarixli qətnaməsinin qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ələsgər Əli yev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev və Vəfaddin İbayev) 2(102)147/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən olunmuş əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və kobud pozuntuya yol verməsi nəticəsinə gələrkən iddiaçının hərəkətinin həmin maddədə müəyyən olunmuş əlamətlərə nə dərəcədə uyğun olmasına qiymət verməmiş və gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Cavabdehin qanuni məna feyinə ciddi xələl dəyməsi məsələsi də araşdırılmamış və bunun nədə ifadə olunduğu müəyyən olunmamışdır. İddiaçının hərəkətlərinin onunla bağlanmış əmək müqaviləsində müəyyən olunmuş hansı funksiyaların pozulmasına səbəb olması əsaslandırılmamış və işə baxan məhkəmə instansiyaları da işin həmin mühüm halını araşdırmamışlar. İddiaçının digər əməkdaşlarla birlikdə yuxarı dövlət orqanlarına kollektiv müraciət göndərilməsinin məqsədi BMİ MMX-də olan əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasına və MMX əməkdaşlarının əmək haqlarının artırılmasına nail olmaqdan ibarət olmuşdur. İddiaçının ərizəsinə qanunun tələbi izah edilməklə cavab verilməli olduğu halda, işdən göründüyü kimi bu hüququndan (müraciət etmək) istifadə etməsinə görə o, tutduğu vəzifədən azad edilmişdir. Məhkəm ə kollegiyası hesab etmişdir ki, işçinin hər hansı bir müraciətlə (istər əsaslı və istərsə də əsassız) işlədiyi müəssisənin tabe olduğu yuxarı orqana müraciət etməsi onun tərəfindən müəssisənin qanuni mənafeyinə ciddi xələl vurması kimi qiymətləndirilə bilməz. İddiaçının göndərdiyi kollektiv müraciət bilavasitə onun öz əmək vəzifələrini icra etməsi ilə bağlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün qiymət verilməməklə mübahisəyə bu münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından iddiaçının pozulmuş əmək hüquqlarının müdafiəsi təmin olunmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə qərarını Azərbaycan Respublikası Kons titusiyasının 16, 57, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç bəndi), 72 (e bəndi) maddələrinə istinad etməklə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) 19 avqust 2020-ci il tarixli 2(103)-5710/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1516/2019 nömrəli, 21 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 17 avqust 2018-ci il tarixli, Ə191-038-18 saylı nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş b uraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan kollektiv müraciətdə 2016-cı il fevral və 2018-ci il mart aylarında olan əmək haqqı artımlarının Baş İdarə tərəfindən Ağsu manqası üzrə MMX əməkdaşlarına aid edilməməsi, mülki mühafizə işçilərinin 24 saat fasiləsiz xidmət aparması və Ağsu manqası üzrə MMX əməkdaşlarının işçi sayının yetərsiz olması qeyd edilmişdir. Cavabdehə görə iddiaçı işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İddiaçının digər əməkdaşlarla birlikdə yuxarı dövlət orqanlarına kollektiv müraciət göndərilməsinin məqsədi BMİ MMX-də olan əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasına və MMX əməkdaşlarının əmək haqlarının artırılmasına nail olmaqdan ibarət olmuşdur. Apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işçinin hər hansı bir müraciətlə (istər əsaslı və istərsə də əsassız) işlədiyi müəssisənin tabe olduğu yuxarı orqana müraciət etməsi onun tərəfindən müəssisənin qanuni mənafeyinə ciddi xələl vurması kimi qiymətləndirilə bilməz. İddiaçının göndərdiyi kollektiv müraciət bilavasitə onun öz əmək vəzifələrini icra etməsi ilə bağlı olmamış, BMİ MMX-də olan əmək qanunvericiliyinin pozulması hallarını n aradan qaldırılmasına və MMX əməkdaşlarının əmək haqlarının artırılmasına nail olmaqdan ibarət olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 17 avqust 2018-ci il tarixli, Ə191-038-18 saylı əmri ləğv edilməli və iddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 17.07.2018-ci il tarixli (iddia ərizəsində səhvən 07.07.2018-ci il tarixli qeyd edilmiş), Ə163-038-18 saylı əmrinin, yəni iddiaçı barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddiaçı tərəfindən əsaslı sübutlar təqdim edilmədiyi üçün təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 16, 57, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç bəndi), 72 (e bəndi) maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5710/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək işə tam və hərtər əfli araşdırma aparılmaqla yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilmiş, onun işdən azad edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmiş, beləliklə müvafiq əmrin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların mövcud olduğu sübut edilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 420-ci maddəsində nəzərdə tutulmuş-məcburi göstərişlərinə düzgün əməl etməyərək, iddiaçının nə səbəbə görə pozulmuş hüquqlarının həyata keçirilməsi məqsədləri, niyyəti baxımından nə üçün qanunla müəyyən edilmiş qaydada və formada fərdi yox, məhz "kollektiv”, işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına qarşı əsassız kollektiv müraciətlər ünvanlamağa təhrik etməklə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməklə yanaşı işçilər ilə rəhbərliyin arasında süni qalmaqal və narazılıqlar yaratmağa çalışdığını araşdırmamışdır. Məhkəmə kollegiyası iddiaçının digər mülki mühafizə xidmətinin mühafizəçiləri ilə birlikdə dövlət orqanlarına və onların rəhbərlərinə ünvanladıqları müraciətlərin bir nüsxəsini tələb etmədən şikayət ərizələrinin mətinlərində və məzmununda şikayət müəlliflərinin təhrik formalı və müəssisənin qanuni mənafeyinə ciddi xələl vurulması kimi hallarını aşkara ç ıxardmaqdan və araşdırmaqdan vaz keçmişdir. İddiaçı iddia ərizəsində və bütün şikayətlərində ƏM-nin bəndlərinin pozulduğunu öz marağına uyğun olaraq əsaslandırsa da, lakin həmin müddəaları heç vaxt düzgün əsaslandırmamışdır, nəticədə də aşağıda qeyd olunan qanunun normalarını səhv təfsir etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70-ci maddəsinin “ç” bəndinə, 76-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, iddiaçının tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Bakı Apellyasiya məhkəməsi iş üzrə faktları düzgün araşdırmamış, işin faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, tərəflərin izahatlarının işdəki digər sübutlarla yoxlanılmas ı və qiymətləndirilməsinə dair MPM-nin 106.1-ci maddəsinin tələblərini pozaraq nəticədə də faktlar nöqteyi nəzərdən mülki mübahisəyə dair əsaslı və düzgün qətnamə çıxarmamışdır, İddianın qismən təmin edilməməsi barədə nəticəyə gələrkən mülki iş üzrə Bakı Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, mübahisə işdəki faktlar nöqteyinəzərindən və qanuni baxımdan mahiyyəti üzrə düzgün həll edilməmişdir, İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5710/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qə tnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (e bəndi) Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 71.3 İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansi yası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri tam icra edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4164/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.