Məhkəmə qərarları › İş №2(102)-387/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-387/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-387/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi 03.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7547/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı **********20001 saylı kodla cavabdeh "xxxx" ASC-nin abonentidir. 18 may 2020-ci il tarixdə onun evinin elektrik enerjisi ilə təminatının hesablanmasına xidmət edən elektrik sayğacına baxış keçirilərkən evə sayğac sxemindən kənar xəttin daxil olduğu və kənar xətdən axan yükün 6,6 kvt təşkil etdiyi aşkarlanmış, hesabat dövrü 200 gün nəzərə alınmaqla və sayğacın göstəricisi olan 1894 kvts çıxılmaqla ona 20 282 kvts (6,6 kvt x 0,7 x 24 saat x 200 gün – 1894 kvts = 20 282 kvts) əlavə sərfiyyat hesablanmış, həmin əlavə sərfiyyatın 106 kvts hissəsi 0,07 manat, 20 176 kvts hissəsi 0,11 manat tarifi ilə hesablanaraq iddiaçıya ümumilikdə 2226,78 manat borc yazılmışdır.

2. Həmçinin iş materiallarından görünür ki, sözügedən borc məbləği ilə bağlı iddiaçı və cavabdeh təşkilat arasında 15.09.2020-ci il tarixdə razılaşma protokolu bağlanmış, həmin protokola görə iddiaçı 15.09.2020-ci il tarixində 300 manat, 26.09.2020-ci il tarixində 200 manat ödəniş həyata keçirmiş, 20.10.2020-ci il tarixindən etibarən hər ayın 20-də aylıq sərfiyyatdan əlavə 100 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 18.05.2020-ci il tarixli akt əsasında hesablanmış 2219.36 manat borcun silinməsi və həmin akt əsasında ödənilmiş 500 manat məbləğində pulun onun **********20001 say lı abonent hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə məhəllə ünvanı üzrə abonent hesabına qanunsuz və əsassız olaraq borc hesablanmışdır. Borcun nəyə görə hesablandığı ona məlum deyil. Həmçinin elektrik enerjisinin bərpa olunması üçün cərimədən 500 manat ödəmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim S.Bəhrəmzadə) 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC tərəfindən xxx ünvanına (abonent kodu **********20001) əsassız hesablanmış 2219.36 manat borcun silinməsi, həmin akt əsasında ödənilmiş 500 manat məbləğində pulun onun **********20001 saylı abonent hesabına qaytarılması, eyni zamanda "xxxx" AS C-dən dövlət rüsumuna görə 30 manatın alınıb Dövlət büdcəsinə köçürülməsi qət olunmuşur.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 2219.36 manat məbləğində borcun əsasını enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübut etmə yükü cavabdehin üzərinə düşür. Həmin akta görə ümumilikdə 2219.36 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadığından və həmin borcun yaranmasının əsaslı olması müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

7. Məhkəmə iddia tələbinin 500 manat pulun abonent hesabına qaytarılmasına dair hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə də iddia təmin edilməlidir.

8. Belə ki, cavabdeh qurum tərəfindən iddiaçının ödədiyi 500 manat pul həmin akta əsasən hesablanmış borca silinmişdir ki, bu halda həmin məbləğ iddiaçının abonenet hesabına qaytarılmalıdır.

9. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6, 7.7, 8.2, 8.4, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 77.2, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamə dən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7547/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-502/2021 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi "xxxx" ASC tərəfindən xxx ünvanına (abonent kodu **********20001) əsassız hesablanmış 2219,36 manat borcun silinməsi” və “həmin akt əsasında ödənilmiş 500 manat məbləğində pulun onun **********20001 saylı abonent hesabına qaytarılması” hissələrində dəyişdirilmiş, "xxxx" ASC tərəfindən 18.05.2020-ci il tarixli akt əsasında Bxxx ünvanına (abonent kodu **** ******20001) hesablanmış 2203,48 (iki min iki yüz üç manat 48 qəpik) manat borcun silinməsi və həmin akt əsasında ödədiyi 500 manatın 484,12 (dörd yüz səksən dörd manat 12 qəpik) manatının İddiaçı **********20001 saylı abonent hesabına qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" ASC iddiaçının evindən kənarda – küçədə quraşdırılmış sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunduğunu və onun kənar xətdən istifadə etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir və 18.05.2020-ci il tarixli akt iddiaçının, habelə hal şahidlərinin iştirakı olmadan tərtib edildiyindən bu halı şübhədənkənar şəkildə təsdiq edən sübut kimi qəbul edilə bilməz; bununla belə, həmin aktın tərtibindən sonra iddiaçının davranışı, razılaşma protokolu bağlaması, akta görə hesablanan borcun bir hissəsini ödəməsi və işin ümumi halları belə qənaətə gəlməyə əsas verir ki, o, enerjidən sayğacdankənar istifadə etdiyini etiraf etmiş, müvafiq tarixdə tərtib edilmiş aktı mübahisələndirməmişdir.

13. Buna görə də kollegiya hesab etmişdir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının, barəsində tərtib olunmuş aktı mübahisələndirmədiyi və həmin aktın qüvvədə olması nəzərə alınmaqla akt əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir.

14. İddiaçının evindəki kənar xətdən axan yükün 6,6 kvt təşkil etdiyi aşkarlanmış, hesabat dövrü 200 gün nəzərə alınmaqla və sayğacın göstəricisi olan 1894 kvts çıxılmaqla müvafiq hesabla ma aparılmışdır; halbuki, sayğacdan kənar xəttin məhz aktın tərtib olunmasından 200 gün əvvəldən mövcud olduğu sübuta yetirilməməklə yanaşı, inandırıcı da deyildir. Çünki həm “Elektrik enerjisindən istifadə Qaydaları”na, həm də bilinən işgüzar praktikaya görə elektrik enerjisi təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməlidir. Bu isə o deməkdir ki, əgər iddiaçı kənar xətdən istifadə etmişdirsə, bu hal sayğaca baxış keçirən nəzarətçi tərəfindən həmin baxış zamanı aşkar edilməlidir. İddiaçıya aid olan və iş materiallarına əlavə edilmiş “abunə haqqında” adlanan sənəddən aydın olur ki, iddiaçının evinə sayğac 24.10.2019-cu il tarixdə quraşdırılmış, bundan sonra hər ay sayğacın göstəricisi oxunmuş və göstəricilərə uyğu n ödəniş həyata keçirilmiş, 18.05.2020-ci il tarixli akt tərtib edilməmişdən 3 gün əvvəl, yəni 15.05.2020-ci il tarixdə sayğacın göstəricisi 1835 kvts olaraq çıxarılmışdır (oxunmuşdur). Bu mənada kollegiya hesab edir ki, iddiaçının yalnız 3 gün müddətində sayğacdan kənar xətdən istifadə etdiyi qənaətinə gəlinə bilər və məhz bu dövr üçün enerji itkisinin hesablanması daha ağlabatandır. Başqa sözlə, əgər kənar xəttin hansı tarixdən çəkildiyini müəyyənləşdirmək mümkün deyildirsə, bu halda istehlakçıdan yalnız, müvafiq pozuntunun aşkar edildiyi bildirilən tarixdən sayğaca baxış keçirilən əvvəlki tarix intervalında olan dövr üçün ödəniş tələb oluna bilər.

15. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarət olmuşdur ki, 18.05.2020-ci il tarixli akt əsasında iddiaçıya hesablanmalı olan ə lavə sərfiyyat 332,64 kvts (6,6 kvt x 0,7 x 24 saat x 3 gün) təşkil edə bilər və bu sərfiyyatın dəyəri 23,3 manatdır (332,64 kvts x 0,07 manat). 18 may 2020-ci il tarixli akt əsasında hesablanmış 106 kvts əlavə sərfiyyatı (7,42 manat borcu) mübahisələndirmədiyini və həmin məbləğin iddiaçının hesabından silinmədiyini nəzərə almaqla kollegiya hesab edir ki, 23,3 manatın bu məbləğdən artıq olan hissəsi (15,88 manat) istisna olmaqla ondan tələb edilən əlavə sərfiyyat məbləği, yəni 2203,48 manat iddiaçının abunə hesabından silinməlidir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının sözügedən akt əsasında həyata keçirdiyi 500 manatın 484,12 manatının onun abonent hesabına qaytarılmalı olması nəticəsinə gəlmişdir (500 – 15,88 = 484,12 manat) və bununla bağlı əlavə əsaslandırma aparılmasına z ərurət olmadığını vurğulamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bu ndan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

20. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam l əğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”

25. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə d əyişdirilir və istismar edilir. (maddə 7.6)

26. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. (maddə 7.11)

27. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. (maddə 8.4) Mülki Prossesual Məcəllə

28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

31. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. (maddə 106.3)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7547/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar