Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-387/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:artıq ödənilmiş pulun qaytarılması 21.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-2453/2022 saylı qətnaməsindən Cavabdeh MTK-nin verdiyi kassasiya şikayəti üzrə işə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: İ ddiaçı ilə Cavabdeh MTK arasında 31 may 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş müqavilənin 1.1-ci bəndinə görə MTK, paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 saylı mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada söküləcək mənzilin (faktiki 44 kv.metr) sahəsinə 25 faiz əlavə edilməklə tam təmirli bir ədəd 55 kv.metr mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, mənzil, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 18-24 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən təmir olunub təhvil veriləcəkdir. İddiaçı ilə Cavabdeh MTK arasınd a 8 yanvar 2020-ci il tarixdə bağlanmış və notariat kontorunda təsdiqlənmiş müqaviləyə görə tərəflər xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik və əlavə edilməsi barədə razılığa gəlmiş, MTK, paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 saylı mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada söküləcək mənzilin (faktiki 44 kv.metr) sahəsinə 25 faiz əlavə edilməklə bir ədəd təmirsiz 65,8 kv.metr mənzili onun mülkiyyətinə verməyi, İddiaçı isə bununla bağlı MTK-ya qarşı heç bir tələbinin və şikayətinin olmayacağını öhdələrinə götürmüş, xx.xx.2018-ci il tarixli müqavilənin digər bütün şərtləri dəyişilməz saxlanılmışdır. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 9 yanvar 2020- ci il tarixli müqaviləyə görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak edir, MTK isə yaşayış evi istifadəyə verildikdən sonra ümumi sahəsi 65,8 kv.metr olan 1 otaqlı (5-ci mərtəbə) 20 saylı mənzili ona verməyi öhdəsinə götürür. Həmin müqavilədə göstərilmişdir ki, İddiaçı sözügedən mənzilə görə ödənişi 12.960 manat (65,8 m2 – 55 m2 = 10,8 m2 x 1200 manat = 12 960 manat) təşkil edir, lakin İddiaçı 3 mənzilin təmir pulundan imtina etdiyinə və mənzillərin təmir xərci 16 500 manat (55 m2 x 3 ədəd = 165 m2 x 100 manat = 16 500 manat) təşkil etdiyinə görə, 3540 manat (16 500 – 12 960 = 3540) MTK tərəfindən İddiaçı ödənilərək ona 65,8 m2 mənzil verilir. 26 aprel 2021-ci il tarixli mənzil və mənzil açarlar ının təhvil-təslim aktı” ilə, Cavabdeh MTK-nın Bakı şəhəri, Ə. Dəmirçizadə, Təbriz, F. Əsədov və C. Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi hündürmərtəbəli “Grand Narimanoff” yaşayış kompleksinin D binasında 28, 29 və 30 saylı (5-ci mərtəbə) mənzillərinin açarları İddiaçı təhvil verilmiş, o, aktı imzalayaraq mənzillərin təmirsiz hazır olduğunu və açarları aldığını təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ona əksik verilmiş sahə üçün 15.360 manat, habelə 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mənzillər bölüşdürülərkən onlara verilməli olan üç ədəd hər biri 55 kv.m. olan mənzilləri bir mərtəbədə və yanaşı olması mümkün olmadığı üçün iddiaçı onlara verilməli olan üç ədəd mənzilin təmirindən imtina etmişdir və həyat yoldaşı X1 verilən iki mənzilə bitişik olan 65.8 kv.m. olan mənzilin ona verilməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı cavabdehlə 9 yanvar 2020-ci il tarixdə əlavə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən 10.8 kv.m. əksik sahə təşkil etmişdir. İddiaçı üç təmirli mənzilin pulundan imtina etdiyi üçün 55 kv.m. x 3 ədəd=165 kv.m. x 100 manat=16.500 manat təşkil etmişdir. Həmin məbləğdən 3.540 manat cavabdeh tərəfindən qaytarılmışdır. İddiaçı mənzil və onların açarlarının 26 aprel 2021-ci il tarixdə təhvil-təslim aktını imza edərək 5-ci mə rtəbədə yerləşən 28,29 və 30 saylı mənzillərin açarlarını qəbul etmişdir. Bundan sonra o, təhvil aldığı mənzillərin sahəsini ölçmüşdür və məlum olmuşdur ki, 55 kv.m. olan hər bir mənzil 43 kv.m.-dir, 65.8 kv.m. olan mənzil isə 53 kv.m-dir. Cavabdeh iddiaçıya 12.8 kv.m. sahə az vermişdir. Hər bir kv.m. sahəsi ona 1.200 manata satdığı üçün əksik verilən sahənin dəyəri 15.360 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli ekspert rəyində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələb ləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi, 18 saylı evin 30 saylı mənzilinin faktiki ümumi sahəsinin 54.2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan 30 saylı mənzilin faktiki (əmsallar tətbiq dilmədən) ümumi sahəsi 57.8 kv.m. təşkil edir. (tikililərin ayrıayrılıqda sahələri bu şəkildə müəyyən edilmişdir: 1 saylı tikilinin sahəsi 6 kv.metr, 2 saylı tikilinin sahəsi 4 kv.metr, 3 saylı tikilinin sahəsi 3.7 kv.metr, 4 saylı tikilinin sahəsi 13.3 kv.metr, 5 saylı tikilinin sahəsi 25.7 kv.metr, 6 saylı tikinti sahəsi 5.1 kv.metr). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-5054/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnamə si (hakim:Aygün Həsənova) ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 9600 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən ekspert rəyinə istinad etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzil 65.8 kv.m. deyil, 57.8 kv.m. təşkil etdiyindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə sözügedən yaşayış sahəsinin hər kv.metrinin 1200 manatdan hesablanmalı olması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh MTK arasında olan öhdəliklər müqavilə əsasında yaranmışdır. Həmin müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. Odur ki, əksik verilmiş 8 kv.metr sahə üzrə hər kv.metr üçün 1200 manat hesablamaqla (8 x 1200) cəmi 9.600 manat pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442-ci maddələrinə, Mülki Prosesual Məcəllənin 14.1, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ba xışı zamanı əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, C. Zeynalov küçəsi 18 saylı evin 30 saylı mənzilinin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 57,8 m2 təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-2453/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik edən, məruzəçi, V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasl andırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassator şikayətini Mülki Məcəllənin 385.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 9, 88, 153.2.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azald a bilər Maddə
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə
1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə l ociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı v ə maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 31 may 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri, 38 saylı notariat kontorunda təsdiqlənmiş müqavilənin 1.1-ci bəndinə görə MTK, paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 saylı mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada söküləcək mənzilin (faktiki 44 kv.metr) sahəsinə 25 faiz əlavə edilməklə tam təmirli bir ədəd 55 kv.metr mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik və əlavə edilməsi barədə razılığa gəlmiş, MTK, paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 saylı mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada söküləcək mənzilin (faktiki 44 kv.metr) sahəsinə 25 faiz əlavə edilməklə bir ədəd təmirsiz 65,8 kv.metr mənzili onun mülkiyyətinə verməyi, iddiaçı isə bununla bağlı MTK-ya qarşı heç bir tələbinin və şikayətinin olmayacağını öhdələrinə götürmüş, xx.xx.2018-ci il tarixli müqavilənin digər bütün şərtləri dəyişilməz saxlanılmışdır. Tərəflər arasında bağlanmış 9 yanvar 2020-ci il tarixli müqaviləyə görə, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak edir, MTK isə yaşayış evi istifadəyə verildikdən sonra ümumi sahəsi 65,8 kv.metr olan 1 otaqlı 20 saylı mənzili ona verməyi öhdəsinə götürür. Həmin müqavilədə göstərilmişdir ki, iddiaçının mənzilə gör ə ödənişi 12.960 manat təşkil edir, lakin o, 3 mənzilin təmir pulundan imtina etdiyinə və mənzillərin təmir xərci 16.500 manat təşkil etdiyinə görə, 3.540 manat MTK tərəfindən iddiaçı ödənilərək ona 65,8 m2 mənzil verilir. 26 aprel 2021-ci il təarixli mənzil və mənzil açarlarının təhvil-təslim aktı” ilə cavabdehin inşa etdiyi sözügedən hündürmərtəbəli “Grand Narimanoff” yaşayış kompleksinin D binasında 28, 29 və 30 saylı (5-ci mərtəbə) mənzillərinin açarları iddiaçıya təhvil verilmiş, o, aktı imzalayaraq mənzillərin təmirsiz hazır olduğunu və açarları aldığını təsdiq etmişdir. Apellyasiya baxışı zamanı əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, C. Zeynalov küçəsi 18 saylı evin 30 saylı mənzilinin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 57,8 m2 təşkil edir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 766-cı maddəsində göstərilir ki, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalm a və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 59.2-ci maddəsində göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin g əldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşıdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri sözügedən ekspert rəyinə əsasən tam əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzil 65.8 kv.metr deyil, 57.8 kv.metr təşkil etdiyindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb, ekspertin rəyinə istinad edərək qeyd etimişdir ki, sözügedən yaşayış sahəsinin hər kv.metrinin 1200 manatdan hesablamaqla tərəflər arasında olan öhdəliklər sözügedən müqavilə əsasında yaranmışdır. Həmin müqavilədə isə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. Odur ki, əksik verilmiş 8 kv.metr sahə üzrə hər kv.metr üçün 1200 manat hesablamaqla (8 x 1200) cəmi 9.600 manat pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MTK-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-2453/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.