Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3870/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin kredit razılaşması və ona əlavə bağlanılmış sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(103)4615/2024 nömrə li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 16 sentyabr 2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi ilə "xxxx" QSC tərəfindən X10 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. 2. 16 sentyabr 2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq X1 şəhəri, Rəsul Rza küçəsində yerləşən, mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evini (0,06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. 23 sentya br 2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması ilə "xxxx" QSC tərəfindən X10 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində krеdit verilmişdir. 08 aprel 2015-ci il tarixli 08R000019676S saylı və 26 aprel 2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 4. 23 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi ilə Tağıyev Xoşbəxt Murtuza oğlu kredit xətti müqaviləsi üzrə X6 öhdəliklərinin icrasını bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
5. X14 12 mart 2017-ci il tarixdə ölmüşdür.
6. İddiaçı mərhum X6 anasıdır.
7. İddiaçı Cavabdeh QSC cavabdehlər X10 və Tağıyev Xoşbəxt Murtuza oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və t ələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, 23 sentyabr 2014-cü il tarixli kredit razılaşması üzrə əsas kredit borcu üzrə 29283,87 ABŞ dollarının, faiz borcu üzrə 13771,63 ABŞ dollarının, cərimə borcu üzrə 2000 ABŞ dollarının, məhkəmə xərclərinin əvəzi olaraq 61 manatın cavabdeh X6 hüquqi varisləri İddiaçı, X3, X2, X4, X7, X5 və Tağıyev Xoşbəxt Murtuza oğlundan müştərək qaydada tutularaq iddiaçı Cavabdeh QSC-yə ödənilməsi, tutmanın cavabdeh mərhum X6 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə (0,06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ilkin sa tış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılmaları qət edilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərardadı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh X10 münasibətdə, həmçinin pulun cavabdehlər X6 hüquqi varisləri İddiaçı, X15, X11, X16, X17, X5 müştərək qaydada tutularaq Cavabdeh QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh X10 münasibətdə xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2022ci il tarixli qərarı ilə, iddiaçı Cavabdeh QSC-nin kassasiya şikayəti təmin olunmuş, Şirvan Apellyasi ya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli qərardadı ilə X10 münasibətdə iş üzrə icraata xitam verilmişdir.
11. X9 Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi kredit borcunun X6 vərəsələrindən tutularaq banka ödənilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hissələrində ləğv edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2022ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci i l tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
13. Həmçinin Ali Məhkəmənin 29 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(106)-725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
14. Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsinə görə Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Tağıyev Xoşbəxt Murtuza oğlundan iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə 45055,50 ABŞ dolları məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum X6 mülkiyyətində olan və mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla İddiaçı, X15, X11, X16, X17, X8 fa ktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0,06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması qət edilmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə borcalan X14 arasında bağlanmış kredit xəttinin açılması haqqında 16 sentyabr 2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit Xətti Müqaviləsi” üzrə təminat qismində X14 ilə bağlanmış 16 sentyabr 2014-cü il tarixli 08M000001238 nömrəli "xxxx"nin, ondan 7 gün sonra bağlanmış 23 sentyabr 2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”nin mühüm şərtlərini əks etdirmədiyi, habelə mühüm şərtlər barədə tələblərin İpoteka Müqaviləsi bağlanarkən də Bank tərəfindən pozulduğu səbəbindən, həmin İpoteka Müqaviləsinin ondan 7 gün sonra bağlanılmış 23 sentyabr 2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”na və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 12 mart 2017-ci il tarixdə vəfat etmiş mərhum oğlu X10 cavabdeh QSC ilə bağladığı 16 sentyabr 2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit Xətti Müqaviləsi” ilə 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Həmçinin, həmin Müqavilə çərçivəsində əlavə kredit razılaşmaları (müqavilələri) bağlanılmaqla, kredit verilməsi arzu edilmişdir. Həmin “Kredit Xətti Müqavilə”sinin konkret kreditin verilməsi məsələsini tənzimləmədiyi, deklarativ, yalnız oğlu üçün, həmçinin onun oğluna görə zamin qalan və ipoteka qoyanlar üçün birtərəfli öhdəlikli, sürüşkən, qeyri-müəyyən xarakter daşıdığı, onun əsas aldadıcı mahiyyətinin açıqlaması Müqavilənin 1.1-ci bəndində aşağıdakı kimi ifadə edilmişdir: “Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (b undan sonra “kredit” adlandırılacaq) Kredit alana 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xəttini (bundan sonra mətndə-“kredit xətti”) açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma (bundan sonra “Kredit Razılaşması”) əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir.” Həmin “sənəd” “Kredit Xətti Müqaviləsi” adlandırılsa da, faktiki olaraq qüvvədə olan qanunvericiliyin imperativ (məcburi) tələblərinə zidd tərtib edilmiş, cavabdeh QSC üçün hər hansı hüquqi nəticələr və öhdəliklər yaratması, dəyişməsi və ya aradan götürülməsinə xidmət etmir. Həmin “sənəd” yalnız görünüş üçün tərtib edilmiş və onu bağlamaqda Bankın məqsədi istehlakçını - onun mərhum oğlu X12 inandı rmaqdır ki, guya ona 300000 manat məbləğində kredit (yəni, növbətçi xarakterli) verilməsi görünüşü yaratmaqla ola bilsin ki, onun həmin məbləğdə maliyyə resurslarından yararlanmaq “şansının” ola bilməsi ehtimalını təkrar ehtimal (xəyal) etməkdir. Ona görə də, cavabdeh həmin “müqaviləni” “bağlamaqla” kifayətlənərək, həmin müqavilə ilə öz üzərinə ümumiyyətlə heç bir hüquqi öhdəlik götürmədən istehlakçını (R.M.Əkbərovu) məsuliyyətsizcəsinə aldadaraq, istehlakçıya məxsus mümkün qədər böyük həcmdə və dəyərdə daşınmaz əmlakını özünün girovluğuna (ipotekasına) alıb, gələcəkdə müxtəlif maliyyə və digər fəndləri vasitəsilə həmin əmlakını özününkiləşdirsin. Bundan sonra, 16 sentyabr 2014-cü il tarixli "xxxx" bağlanılandan 7 gün keçdikdən sonra cavabdeh QSC ilə mərhum oğlu X14 arasında 23 sentyabr 20 14-cü il tarixli “Krеdit Razılaşması” bağlanılmış və həmin Kredit razılaşması əsasında R.M.Əkbərova 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, 40000 ABŞ dolları məbləğində krеdit verilmişdir. Daha sonra isə, tərəflər 08 aprel 2015-ci il tarixli və 26 aprel 2016-cı il tarixli Sazişlər bağlamış və həmin sazişlərə əsasən “Kredit razılaşması”na və ödəniş planına dəyişiklik edilmişdir. Bu halda isə, qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə əsasən 16 sentyabr 2014-cü il tarixli İpoteka müqaviləsi ondan 7 gün sonra bağlanılmış 23 sentyabr 2014-cü il tarixli krеdit razılaşmasına münasibətdə öhdəliklərin təminatı kimi bağlanılmış hesab edilmir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(004)1831/2024 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən ipoteka müqaviləsinin 23 sentyabr 2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”na və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsinə əsas yoxdur. Belə ki, sözügedən ipoteka müqaviləsi 16 sentyabr 2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi üzrə təminat olaraq bağlanılmışdır. “Krеdit Razılaşması” və ona əlavə bağlanılmış Sazişlərdə həmin müqavilədən fərqli qaydalar müəyyən edilməmiş, şəxsin vəziyyətini çətinləşdirən hər hansı dəyişiklik edilməmiş, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və digər şərtlərdə xətt müqaviləsindən kənar dəyişiklik edilməmişdir. 23 sentyabr 2014-cü il tarixli 08R000019676 saylı krеdit r azılaşması (kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan) əsasında 36 ay müddətinə, aylıq 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində krеdit götürülmüş, tərəflərin imzaladıqları 08 aprel 2015-ci il tarixli 08R000019676S saylı və 26 aprel 2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, kredit götürən və ipoteka qoyan eyni şəxs, mərhum X13r.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 307.6, 307.7, 309.1, 337, 337.2, 337.3, 337.4, 337.5, 385.1, 386.1, 389.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.3 və 217.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin Həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 iyul 2022-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsində icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(103)-4615/2024 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, sözügedən ipoteka müqaviləsi 16 sentyabr 2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi üzr ə təminat olaraq bağlanılmışdır. Kredit alan və ipoteka qoyan eyni şəxs olmuşdur. Krеdit razılaşmasında və ona əlavə bağlanılmış Sazişlərdə həmin müqavilədən fərqli qaydalar müəyyən edilməmiş, şəxsin vəziyyətini çətinləşdirən hər hansı dəyişiklik edilməmiş, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və digər şərtlərdə xətt müqaviləsindən kənar dəyişiklik edilməmişdir. 23 sentyabr 2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması (kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan) əsasında 36 ay müddətinə, aylıq 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində krеdit götürülmüş, tərəflərin imzaladıqları 08 aprel 2015-ci il tarixli 08R000019676S saylı və 26 aprel 2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
24. Məhkəmə kollegiyası bir daha xüsusi olaraq qeyd etmişdir ki, iş üzrə kredit götürən və ipoteka qoyan eyni şəxs - mərhum X14 olmuşdur və təbii ki, Bank bütün məsələləri onunla müzakirə etmiş, onun istər kredit alan kimi, istərsə də ipoteka qoyan kimi bütün məsələlərdən xəbəri olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(103)-4615/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 307.1, 307.4, 405.1-ci, Mülki Pros essual Məcəllənin 9.1, 9.3, 13.7, 14.2, 76, 77.1, 81, 82.3, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Cavabdeh QSC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Etiraz belə əsaslandırılmışdır ki, kredit götürən və ipoteka qoyan eyni şəxs mərhum X14 olmuşdur və təbii ki, Bank bütün məsələləri onunla müzakirə etmiş, onun istər kredit alan kimi, istərsə də ipoteka qoyan kimi bütün məsələlərdən xəbəri olmuşdur. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hal larını hərtərəfli və obyektiv araşdırılmış, sübutlara düzgün qiymət verilmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin tam əsassız olması iddiaçıya da çox yaxşı aydındır, şikayəti verməkdə məqsəd işin gedişatını qanunsuz uzatmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdiri lməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə mü əyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
36. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddianın hüquqi əsası mövcud deyildir.
37. İddiaçı həm tələbini, həm də şikayətlərini tərtib edərkən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına istinad etmişdir.
38. Həmin Qərarın 2-ci bəndində belə nəticəyə gəlinmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıq da, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
39. Lakin, kassator, habelə kassasiya şikayətini tərtib edən vəkil Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarını oxuyub təhlil etsəydi, müəyyən edərdi ki, ipoteka qoyanın ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə tələbi yalnız o halda təmin oluna bilər ki, sonradan bağlanmış kredit müqavilələrində olan kreditin zəruri şərtləri barədə onun razılığı alınmasın.
40. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.
41. Hazırkı işdən isə müəyyən olunur ki, həm kredit alan, həm ipoteka qoyan eyni şəxs - X14 olmuş, ipoteka müqaviləsi 16 sentyabr 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi bağlansa da, sonradan imzalanmış 23 sentyabr 2014-cü il tarixli krеdit razılaşmasında kreditin bütün zəruri şərtləri öz əksini tapmış, kredit alan (ipoteka qoyan) həmin şərtlərlə razılaşmaqla müqaviləni imzalamış və kr edit məbləğini qəbul etmişdir.
42. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(103)-4615/20 24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.