Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3870/2025 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "əşyaların qanunsuz sahiblikdən qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4894/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh3 arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanmış, birgə nikahdan onların iki uşaqları doğulmuş, nikahları xx.xx.2020-ci il tarixli qətnamə ilə pozulmuşdur. Uşaqlar ananın yanında yaşayır.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-5105/2020 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdeh X2 qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) birgə əmlakın bölünməsinə dair iddia tələbi təmin edilmiş, “Changan” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində X3 ilə Cavabdeh3 hər birinin ½ hissədə pay hüququ müəy yən edilməsi, “Changan” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil alğı-satqısına dair xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış 3105 manat məbləğində qalıq borcun ½ hissəsi X2, ½ hissəsi Cavabdeh3 aid edilməsi, Cavabdeh3 tərəfindən qeyd edilən müqavilə üzrə hər ay 159.5 manat məbləğində ödənişlərin həyata keçirilməsi xx.xx.2020-ci il tarixdən başlanılması qət edilmişdir.
3. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-405/2021 nömrəli qətnaməsi ilə İddiaçı Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev № 64-də yerləşən 34 №-li mənzildən çıxarılmış, həmin qətnamə icra edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdə icra məmurları tərəfindən mənzildən çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsin də icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təsviri hissəsində olan cehiz, qızıl-zinət əşyaları, yaxud onların dəyərinin və ödənmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan cehiz əmlakı və qızılzinət əşyaları cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə olmuşdur. İddiaçı özü də əvvəllər həmin mənzildə yaşamış və əmlaklarına sahiblik etmişdir. Lakin ailə münasibətləri pozulduğuna görə rəsmi nikahları pozulmuş və Cavabdeh3 ilə Nəzərli (Tağıyeva) Pəri Abbas qızı iddiaçının mənzildən çıxarılması barədə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Sur axanı Rayon Məhkəməsinin 2(010)405/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamə ilə Cavabdeh3 yaşadığı və iddiaçıya məxsus əmlakların yerləşdiyi mənzildən iddiaçının çıxarılması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanmışdır. Bununla da, iddiaçı özü və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlər tərəfindən yaşayış yerindən çıxarılmış və iddiaçıya əmlaklarını götürməyə imkan verilməmişdir. Nəticədə iddiaçı öz əmlaklarından məhrum olmuşdur. Belə ki, iddiaçı mənzildən çıxarılarkən heç bir əmlakını və qızıl-zinət əşyasını götürə bilməmişdir. Həmin əmlaklar onun daha əvvəl yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə qalmışdır. Odur ki, sözügedən əmlakların cavabdehlərd ən geri tələb olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya qaydasında müraciət edilmiş, xx.xx.2024-cü il tarixdə mediasiya arayışı alınmışdır. Məhkəməyə təqdim edilən əmlak siyahısı nikaha daxil olarkən iddiaçıya məxsus olan və qanuni əsasla hədiyyə kimi sonradan əldə etdiyi əmlaklardan ibarətdir və iddiaçı yaşadığı mənzildən məcburi qaydada çıxarıldığı üçün həmin əmlaklardan məhrum olmuşdur.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aşağıda sadalanan cehiz və qızıl-zinət əşyalarının, yaxud onların dəyərinin, habelə birgə nikah dövründə əldə edilən əşyaların dəyərinin yarısının cavabdehlərdən alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə q əbul edilməsini xahiş etmişdir. İddiaçıya məxsus olan cehiz və qızıl-zinət əşyaları – qonaq otağı mebel dəsti (2400 manat), yataq otağı mebel dəsti (2800 manat), mətbəx mebeli (2400 manat), mətbəx stolu, 2 ədəd stul (360 manat), soyuducu (300 manat), “Samsung” markalı paltaryuyan (1500 manat), soba (60 manat), qaz pilitəsi qara rəngli şüşə (300 manat), aspirator boz rəngli (70 manat), təzə elektrik samovarı (240 manat), mikser (100 manat), ətçəkən maşın (250 manat), televizor (250 manat), “Bosch” markalı ətçəkən maşın (230 manat), qızıl sep (220 manat), qızıl sırğa 2.6 qram (240 manat), gümüş sep və klonlar (400 manat), bujiteriyalar (270 manat), yataq otağı tül pərdə (270 manat), pərdə bəzəyi (30 manat), xalça boz rəngli (150 manat), 3 ədəd işlənməmiş pastel dəsti (500 manat), 4 ədəd ya taq örtüsü (600 manat), taxt döşək, 3 ədəd tək nəfərlik döşək, 5 ədəd yastıq, 5 ədəd yorğan (700 manat), 3 ədəd “Tefal” markalı qazan və 1 ədəd düdüklü qazan (420 manat), “Aura” yemək dəsti, çay dəsti (göy rəngli, çay dəsti ağ rəngli, 6 ədəd tava, 4 ədəd qazan, 3 ədəd çay dəsti, gündəlik qab-qacaqlar və qaşıqlar) (1700 manat), 2 ədəd süfrə dəsti (200 manat), ipək xalça ağ rəngli (1200 manat), bagema güldan göy rəngli (200 manat), 6 ədəd güllü fujer dəsti göy rəngli (250 manat), 12 ədəd xrustal güldan (300 manat), Almaniya istehsalı olan yemək dəsti çəhrayı rəngli (1300 manat), Amerika istehsalı olan 6 ədəd çay dəsti (350 manat), 6 ədəd fujer qara rəngli (200 manat), qızıl suya salınmış dini boşqab (200 manat), 3 ədəd bagema dəsti yaşıl rəngli (250 manat), güldan göy rəngli (120 manat), mey və vazası xrustal (80 manat), çay dəsti sarı rəngli (80 manat), “Aura” yemək dəsti (12 ədəd yaşıl rəngli + 12 ədəd qırmızı rəngli + böyük boşqablar) (700 manat), xrustal qablar (500 manat), lüstur qonaq otağı (360 manat), 2 ədəd divar tablosu (130 manat), güldan (sarı rəngli + süni güllər) (135 manat), Çexiya istehsalı olan “Madonna” böyük yemək dəsti ağ rəngli (700 manat), 2 ədəd çəngəl-bıçaq dəsti (300 manat), 3 ədəd süfrə tül pərdə, 4 ədəd böyük dəsmal, 2 ədəd yataq örtüyü (işlənməmiş) (900 manat), qonaq otağı pərdə dəsti (700 manat), pərdə dəsti qırmızı rəngli (300 manat), cehizlik yataq örtüyü dəsti (460 manat); - Birgə nikah dövründə əldə edilmiş əşyalar – künc divanı, yumşaq mebel dəsti (1600 manat), 1 nəfərlik kravat (270 manat), yazı masası (120 manat), 4 qapılı şkaf (270 manat), mikrodalğa ağ rəngli (350 manat), blender (140 manat), şirəçəkən aparat (170 manat), “HP” markalı printer (400 manat), modem aparatı (50 manat), 1 ədəd “Braun” markalı saç feni dəsti (350 manat), hava feni (65 manat), 2 ədəd düzləşdirici fen (340 manat), “Waffle” markalı fen (80 manat), daraq düzləşdirici fen (150 manat), “Samsung” markalı tozsoran (270 manat), “Panasonic” markalı ev telefonu (45 manat), lüstur yataq otağı (280 manat), divar dekor saatı (45 manat), 5 ədəd pastel dəsti (işlənmiş) (470 manat), 1 ədəd pastel dəst (işlənməmiş) (140 manat), 2 ədəd yataq örtüyü (230 manat), Alman istehsalı olan 2 ədəd ütü (280 manat), divar saatı qonaq otağı (45 manat), at heykəli suvenir (55 manat), “Aura” çərəz dəsti (60 manat), 2 ədəd divan örtüyü dəsti (300 manat), xalça (250 manat), divar s aatı (35 manat), yeni il yolkası və dekorları (370 manat), “Fendi” markalı ayaqqabı (200 manat), “Stradivarius” markalı uzun boğaz qadın çəkməsi (260 manat), 7 cüt uzun boğaz qadın çəkməsi (360 manat), 2 cüt hündür daban qadın ayaqqabısı (160 manat), 4 ədəd palto (520 manat), cins kürklü kurtka (110 manat), 4 ədəd jaket (200 manat), 3 ədəd pencək (220 manat), 5 ədəd cins şalvar (240 manat), 3 ədəd parça şalvar (215 manat), 4 ədəd qadın çantası (335 manat), ziyafət geyimi qırmızı rəngli (200 manat), 2 ədəd oğlan kurtkası (220 manat), 6 ədəd yubka (290 manat), 4 ədəd don (300 manat), 15 qadın köynəyi (540 manat), 3 ədəd oğlan cins şalvarı (130 manat), oğlan koftaları (170 manat), 2 ədəd balonka kurtka (240 manat), sport dəstlər (385 manat), 2 ədəd yun don (130 manat), “Zara” markalı klassik qadın dəsti (190 manat), 3 ədəd qadın qol saatı (270 manat), 3 ədəd kişi qol saatı (180 manat), 3 ədəd qadın sport ayaqqabısı (220 manat), 2 ədəd oğlan sport ayaqqabısı (110 manat), 2 ədəd süfrə (220 manat), 2 ədəd uzun boğaz çəkmə (210 manat), 2 ədəd pencək (240 manat), 3 ədəd cins şalvar (160 manat), 1 ədəd parça şalvar (65 manat), 3 ədəd qadın çantası (220 manat), 4 ədəd yubka (170 manat), 2 ədəd don (200 manat), 5 ədəd qadın köynəyi (160 manat), 1 ədəd oğlan cins şalvarı (50 manat), oğlan köynəkləri (130 manat), 2 ədəd qadın qol saatı (110 manat), kosmetik vasitələr (1400 manat), 3 ədəd qadın sport ayaqqabısı (210 manat), 1 ədəd oğlan sport ayaqqabısı (55 manat), 2 ədəd attestat, məzun vinetkası, şəkillər, ad günü diskləri, kitablar, dərsliklər, “Karaca” markalı 32 ədədlik yemək dəsti (600 manat), 6 ədədlik kofe dəsti (120 manat), playstation oyun diskləri (30 manat), playstation 2 (80 manat), “Apple watch” markalı qol saatı (1200 manat), “Acer” markalı notebook qara rəngli (1000 manat), trenajor (300 manat), “Xiaomi Redmi” markalı qulaqcıq (70 manat), ev səs sistemi (250 manat), kondisioner (300 manat), “Samsung A011” markalı mobil telefon (350 manat).
7. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbinin əsaslılığına dair kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçının uşaqlarının cavabdehə məxsus mənzildən hansı vəziyyətdə çıxarılmasını təsdiq edən video yazı, iddiaçının özünün həmin mənzildən çıxması zamanı üzərində he ç bir əşyasını götürməməsi ilə bağlı şahid ifadəsi, digər foto şəkillər, eləcə də icra qurumu tərəfindən təqdim edilmiş icra işinin materialları mötəbər sübut növü kimi qəbul olunmalı və iddia tələbi təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsində Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilmiş video yazıya münasibətdə qeyd edilməlidir ki, həmin video yazının nə vaxt, hansı şəraitdə qeydə alınması, eləcə də həmin video yazının alınma mənbəyinin göstərilməməsi müvafiq video yazının mötəbər sübut kimi nəzərə alınmamalı olduğuna işarə edir. İddiaçının cavabdehə məxsus mənzildən çıxarılması zamanı icra məmuru tərəfindən tərtib edilmiş müvafiq akt məhkəməyə təqdim edilmiş və mötəbər sübut növü kimi nəzərə alınmalıdır. İddiaçının həmin mənzildən çıxarılması, eləcə də müvafiq aktın tərtib edilməsi zamanı yalnız icra məmuru deyil, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Daxil İşlər Nazirliyinin əməkdaşları, təcili tibbi yardım stansiyasının tibb işçiləri, hal şahidləri də iştirak etmiş və bu barədə akta imza edilmişdir. Digər tərəfdən, iddia ərizəsində qeyd olunan əşyaların həqiqətən də, iddiaçıya məxsus olması, onun mülkiyyətində olması, eləcə də həmin əşyaların cavabdehə məxsus mənzildə yerləşdirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbi öz-özlüyündə düzgün qaydada qaldırılmamış, iddia tələbinin yönəldiyi üçüncü şəxs – Cavabdeh2 tələb olunanların nədə ifadə olunması aydın göstərilməmişdir. Hər bi r halda iddia tələbi əsassızdır və təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsində şahid qismində X4 bildirmişdir ki, iddiaçı onun qonşusu olmuşdur. Belə ki, o, 2012-ci ildən iddiaçının yaşadığı binanın 1-ci mərtəbəsində yaşayır. İddiaçı isə 8-ci mərtəbədə yaşamışdır. İddiaçı ilə qonşuluqda yaşadıqları dövr ərzində münasibətləri yaxşı olmuş, bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. Təxminən 2021-ci ilin oktyabr ayında öz evinin eyvanından çölə baxdıqda həyətdə polis və digər dövlət orqanlarının nümayəndələrinin olduğunu görmüş, digər bina sakinləri kimi hadisəyə tamaşa etmişdir. Daha sonra iddiaçını görmüş və hadisədən məlumatlı olmuşdur. İddiaçı yaşadığı evdən çıxarılmış və göy rəngli avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Bu hadisədən 1 ay keçdikdən sonra ünvana yük maş ını gəlmiş və iddiaçının cehiz əşyalarının həmin maşına yükləndiyini görmüşdür. Dərhal iddiaçıya zəng etmiş və cehizlərinin maşına yüklənməsinin səbəbini, bu hadisədən məlumatlı olub-olmamasını xəbər almışdır. İddiaçı da ona polisə zəng edəcəyini bildirmişdir. Qeyd etdiyi hallardan başqa hər hansı digər hadisəyə şahid olmamışdır.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)594/2025 nömrəli qərardadı ilə iddiaçı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü hissəsində baxılmamış saxlanılmışdır.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)594/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödəni lmiş 188 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Fəridə Rzayeva)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(010)-405/2021 nömrəli icra vərəqəsinə əsasən, iddiaçının ünvan 2 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılması qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlanmışdır. Daha sonra müvafiq icra sənədinin icrası istiqamətində icra şöbəsinin icra məmurları tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, həmin akta əsasən icra sənədi üzrə borclu olan hazırki iş üzrə iddiaçı ünvan 3 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılmış, mənzildən çıxarılan zaman iddiaçı mən zildə ona məxsus heç bir qızıl-zinət və ya digər qiymətli əşya, həmçinin pul vəsaitinin olmadığını bildirmiş və bu barədə akta imza etmişdir. Ardınca, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-405/2021 nömrəli icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
13. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddia ərizəsində yuxarıda qeyd olunan ünvanda iddiaçıya məxsus qızıl-zinət və digər əşyaların qaldığı göstərilsə də, iddiaçı digər məhkəmə işi üzrə həmin ünvandan çıxarılması zamanı heç bir əşyasının, eləcə də pul vəsaitinin qeyd olunan ünvanda qalmamasına dair tərtib edilmiş akta imza etmiş və bu aktı mübahisələndirməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi 2 hissədən – 1) mülkiyyətində olan d aşınar əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və 2) birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsündən ibarətdir. Qeyd edildiyi kimi, iddia ərizəsi birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü hissəsində baxılmamış saxlanılmışdır.
15. İddia tələbinin digər hissəsi – iddiaçıya məxsus əşyaların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən müvafiq hüquq normasının tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mül kiyyətində olmalı), 2) həmin əşyalar iddiaçının (mübahisə edən tərəfin) iradəsindən kənar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 3) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir.
16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının hazırkı mülki mübahisəyə tətbiq edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ərizədə (iddia tələbinin dəqiqləşdirilməsinə dair) qeyd edilən əşyaların hər birinin ona məxsus olması, həmin əşyaların hər birinin ayrıayrılıqda iş üzrə cavabdehlərdən hansının sahibliyində ol ması (yəni iddia tələbinin yönəldiyi şəxslərin hər birinə qarşı yönələn tələbin aydın və dəqiq göstərilməsi), eləcə də həmin əşyaların hər birinə ayrı-ayrılıqda sahiblik edən şəxslərin əşyalar üzərində sahibliyinin qanunsuz olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Birinci instansiya məhkəməsi yalnız tərəflərin təqdim etdikləri sübutları əlaqəli şəkildə qiymətləndirdiyini qeyd edərək, iddia tələbinin təmin edilməməli olması nəticəsinə gəldiyini vurğulamışdır.
18. Birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş şəxsin ifadəsinə qiymət verərək bildirmişdir ki, şahid ifadəsində iddiaçı ilə qonşuluqda yaşayan şəxs olmasını, əşyaların mənzilindən çıxarılmasını və yük maşınına boşaldıldığını gördüyünü qeyd etsə də, həmin əşyaların nədən ibarət olmasını və c ehiz əmlak kimi həmin mənzilə iddiaçı tərəfindən gətirilib-gətirilmədiyindən məlumatı olmadığını məhkəməyə bildirmişdir.
19. İddiaçı iddia ərizəsində heç bir əşyasının həmin mənzildən çıxarılmamasını və orada qalmasını göstərmiş və bu barədə iddia ərizəsində, eləcə də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə özünə məxsus olmasını iddia etdiyi daşınar əşyaların siyahısını qeyd edərək cavabdehlərdən geri tələb etmişdir. Məhz iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında iştirakı təmin olunan şahidin ifadəsi ilə iddia ərizəsində uyğunsuzluq aşkar edilməsi məhkəmənin iddianın rədd edilməsi ilə bağlı mövqeyini bir daha təsdiq edir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim edilmiş sonuncu ərizədə qeyd edilən əşyala rdan bir neçəsinin iddiaçının qızına məxsus olması bildirilsə də, öz hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirməklə şərtlənən mülki prosessual fəaliyyət qabiliyyətinə malik olan xx.xx.2003-cü il təvəllüdlü X5 tərəfindən sonuncuya məxsus olması iddia edilən əşyalar müstəqil iddia tələbi şəklində həmin əşyaların olduğu şəxslərin qanunsuz sahibliyindən geri tələb edilə bilər. Hazırkı iş üzrə isə belə bir tələb mövcud deyildir. İddiaçının isə həmin əşyaları (qızıl sep – 220 manat; ümumi çəkisi 2.6 qram olan qızıl sırğa – 240 manat) cavabdehlərdən tələb etməklə şərtlənən subyektiv hüququ (subyektiv hüququn tərkib elementi kimi öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb hüququ və s.) mövcud deyil.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə id diaçı cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsasını təşkil edən hüquqi halları sübut edə bilməmiş, həmin halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, birinci instansiya məhkəməsi birtərəfli mövqedən işə yanaşaraq qeyri-obyektiv nəticəyə gəlmiş, hüquq və mənafeləri məhkəmədə təmin olunmamışdır. Məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə i ddiaçının cehiz əmlaklarına dair qanunvericiliyə istinad etsə də, lakin mübahisə predmetinə münasibətdə qanunun tələblərinə riayət etməmişdir. Məhkəmə qətnaməsində hazırkı mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin əşyaların qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalı olmasını göstərdiyi halda işin sonrakı gedişində qanununun bu tələbini unudaraq, öz subyektiv mülahizələri əsasında qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmi ş 2(010)-405/2021 nömrəli icra vərəqəsinə əsasən, cavabdeh X1 Bakı şəhəri, Suraxanı rayonu, “AB” yaşayış sahəsi, ev64 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılması barədə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş və icra məmurları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktla borclu İddiaçı ünvan 3 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılması, mənzildən çıxarılan zaman icra sənədi üzrə borclu İddiaçı mənzildə ona məxsus heç bir qızıl-zinət və ya digər qiymətli əşya, həmçinin pul vəsaitinin olmaması müəyyən edilsə də, həmin aktın məzmunundan bu iş üzrə İddiaçı məlumatının olması dəqiqləşdirilməmiş və həmin icra sənədi üzrə icraya xitam verilməsi barədə qərardan da İddiaçı məlumatlı olub-olmaması aydınlaşdırılmadan, səthi müşahidələrə ə saslanmaqla məhkəmə qətnamə qəbul etmişdir. İcra sənədi üzrə borclunun (iddiaçının) icraya xitam verilməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş şəxsin ifadəsində göstərdiklərini də məhkəmə düzgün qiymətləndirməyərək, iddiaçı ilə qonşuluqda yaşayan şəxs olmasını, əşyaların mənzilindən çıxarılmasını və yük maşınına boşaldıldığını gördüyünü qeyd etsə də, həmin əşyaların nədən ibarət olmasını və cehiz əmlak kimi həmin mənzilə iddiaçı tərəfindən gətirilib-gətirilmədiyindən məlumatı olmadığını məhkəməyə bildirməsinə istinad etmişdir. Göründüyü kimi, şahid cavabdehlər tərəfindən müəyyən əmlakların avtomobilə yüklənməsini görən kimi, iddiaçıya telefonla zəng edib məlumat verməsini məhkəmə nəzərə almamışdır. Hansı ki, şahid iddiaçı ilə cavabdehlərin ailə mübahisəsinin ol masını və iddiaçıya yaxşılıq əlaməti olaraq maşına yüklənən əmlakların iddiaçıya məxsus cehiz əşyaları olmasından şübhələnərək ona zəng etməsinə də lazımi qiymət verməmişdir. Əslində şahid ifadəsi ilə müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçıya məxsus cehiz əmlaklarının və toy nişan mərasimində qəbul etdiyi hədiyyələr olmaqla ona məxsus olan qızıl-zinyət əşyaları cavabdehlər tərəfindən yaşadıqları mənzildən başqa, özlərinin bildiyi ünvana aparılmaqla qanunsuz sahibliklərində saxlayırlar. Buna görə də, həmin əmlaklar cavabdehlərdən alınmalıdır. Məhkəmə isə bu halın üstündən sükutla keçmişdir. Məhkəmə iddia ərizəsində – iddiaçının heç bir əşyasının həmin mənzildən çıxarılmamasını və orada qalmasını göstərməsini və bu barədə iddia ərizəsində, eləcə də iddia tələbinin dəqiqləşdirilməsin ə dair ərizədə özünə məxsus olmasını iddia etdiyi daşınar əşyaların siyahısını qeyd edərək cavabdehlərdən geri tələb etməsini, məhz iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında iştirakı təmin olunan şahidin ifadəsi ilə iddia ərizəsində uyğunsuzluq aşkar etməsi kimi dəyərləndirməsi, məhkəmənin iddianın rədd edilməsi ilə bağlı mövqeyə əsas axtarmasından başqa bir şey deyildir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4894/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü iddia ərizəsində bildirm işdir ki, həmin əşyalar Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 64, mənzil 34-də olub, məhkəmə qətnaməsinə əsasən mənzildən çıxarılan zaman əşyalar mənzildə qalıb. Lakin Suraxanı Rayon İcra Şöbəsinin icra məmurları, polis əməkdaşı, hal şahidləri, o cümlədən iddiaçının özünün iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, icra tədbirləri nəticəsində iddiaçı (həmin iş üzrə borclu) göstərilən mənzildən çıxarılıb, bu zaman iddiaçının sözlərinə görə, mənzildə ona məxsus heç bir qızıl-zinət və ya digər qiymətli əşya, həmçinin pul vəsaitinin olmadığı müəyyən olunmuşdur (iş v. 127). İddiaçl bu aktı imzalayıb, bu zaman akta hər hansı qeyd (məsələn, məişət əşyalarının mənzildə qalmasını) yazmamışdır. Göründüyü kimi, iddiaçı özü təsdiq etmişdir ki, mə nzildə ona məxsus əşya qalmamışdır. Bundan başqa, iddiaçıya məxsus əşyalar mənzildə qalmış olsaydı, ağlabatan mühakiməyə görə o, qısa müddətdə bu əşyaları geri almaq üçün tədbir görməli idi. Lakin iddiaçı mənzildən çıxarıldıqdan 3 il sonra - xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edərək əşyalarının mənzildə qaldığını iddia edib.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 157.2ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçıya məxsus əşyaların cavabdehlərin sahibliyində olduğu müəyyən edilmədiyinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyə tləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inki şafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
37. İddia tələbi mülkiyyət hüquqlarını n müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. İddiaçı tələbinin əsası kimi iddia ərizəsində göstərdiyi əşyaların Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 64, mənzil 34-də olmasını, məhkəmə qətnaməsinə əsasən mənzildən çıxarılan zaman əşyaların həmin mənzildə qalmasına istinad edib.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçının həmin mənzildən çıxarılması barədə Suraxanı Rayon İcra Şöbəsinin icra məmurları, polis əməkdaşı, hal şahidləri, o cümlədən iddiaçının özünün iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, həmin akta əsasən icra tədbirləri nəticəsində iddiaçının (həmin iş üzrə borclu) göstərilən mənzildən çıxarılması, bu zaman iddiaçının sözlərinə görə, mənzildə ona məxsus heç bir qızıl-zinət və ya digər qiymətli əşya, həmçinin pul vəsaitinin olmadığı qeyd olunmuşdur.
39. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan əşyaların (və ya onların bir hissəsinin) cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan əşyaların hər hansı birinin cavabdehlərin qanunsuz sahibliyində olması halı işə mahiyyəti üzrə baxan məhkəmələrin tədqiq etdiyi sübutlarla müəyyən edilməyib. Əksinə, müəyyən edilib ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən mənzildən çıxarılark ən mənzildə ona məxsus hər hansı qızıl-zinət və ya digər qiymətli əşya, həmçinin pul vəsaitinin olmadığını göstərmiş və bu fakt iddiaçının özünün imzaladığı xx.xx.2021-ci il tarixdə aktda əks olunmşdur.
41. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
43. Kassasiya şikayətinin dəlilləri də yuxarıda göstərilənlərə əsasən qəbul edilməməlidir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4894/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.