Məhkəmə qərarları › İş №2(102)-3871/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3871/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3871/2021 29.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia - evdən çıxarılma, qarşılıqlı iddia - istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-536/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyul 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 339 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-612/2018 nömrəli, 21 aqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 mart 1990-cı il tarixdə Zaqatala rayon VVAQ şöbəsində 8 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə ol an Balakən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 303705 nömrəli, 26 sentyabr 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında 1925-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzil var. Həmin mənzilin mülkiyyətində olduğunu təsdiq edən 22 iyul 2005-ci il tarixli 339 nömrəli qeydiyyat vəsiqəsi vardır. Cavabdeh onun keçmiş həyat yold aşıdır. Onların nikahları Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh onlar ayrıldıqdan sonra evdən çıxıb getmişdir. Cavabdeh Balakən rayonu Katex kəndində yaşayış yerinin olmasına baxmayaraq ona məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzilə ondan icazəsiz olaraq gəlib gedir, özünə məxsus əşyaları saxlayaraq ona həmin evdə yaşamağa imkan vermir. Cavabdeh onun evini qanunsuz olaraq zəbt etməklə onun hüquqlarını pozur. Ona görə də, məcburiyyət qarşısında qalaraq cavabdehin evdən çıxarılması barədə iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanın da 1925-ci ildə tikilmiş, 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sonradan qarşılıqlı iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Katex kəndində oğlu Ceyhun Lələyevə məxsus təsərrüfatda qeydiyyatdadır. O, İddiaçı ilə 09 mart 1990-cı il tarixdə 8 nömrə ilə Zaqata la rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Həmin ildə ünvan 1 ünvanında 1925-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzili alaraq ora köçüb yaşamışlar. Onun İddiaçı ilə birgə nikahlarından 27 iyul 1994-cü il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında bağlanmış nikah Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, 26 sentyabr 2018-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışlar. İddiaçı ilə Cavabdeh birgə nikahları dövründə aldıqları mənzilə X3 İnventarlaşdırma Mülkiyyət Hüquqları Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 22 iyul 2005-ci il tarixli 09 saylı sərəncama əsasən 339 saylı qeydiyyat vəsiqəsi alınmış, lakin qeydiyyat vəsiqəsi İddiaçı adına rəs miləşdirilmişdir. Onlar ailə qurduqları vaxtdan, yəni 1990-cı il tarixdən bugünə qədər həmin mənzildə yaşayırlar. Cavabdehin bütün əmlakın həmin evdədir, cavabdehin hazırda yaşamağa başqa evi yoxdur. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov, iş № 2(033)-691/2020) İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə qarşılıqlı iddia təmin edilərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər 2000-ci il sentyabrın 1-dək yəni, 09 mart 1990-cı ildə ailə qurmaqla, mübahisələndirilən evə köçüb yaşamışlar, lakin həmin mənzil 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvünü onun köçməsi zamanı başqa qeyd-şərt göstərməmiş, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmişdir. Cavabdeh 01 oktyabr 200 9-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq arvadına, hazırki iş üzrə iddiaçıya məxsus mənzildə istifadə hüquqları olmuş və həmin istifadə hüquqlarına xitam verilməmişdir. Göründüyü kimi evin mülkiyyətçisi İddiaçıdır. İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları zaman Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil özəlləşdirilməklə İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Cavabdehin mübahisə predmeti olan həmin evdən istifadə hüququ olduğundan, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsinə maneəçilik yaradıldığından qarşılıqlı iddiaçı, həmin evə köçürülməsini və həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Qarşılıql ı iddiaçı isə əksinə, cavabdehin evdən çıxarılmasını tələb etməkdə haqlı deyildir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov, iş № 2(107)-536/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(033)-691/2020 qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair ilk iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mənzildən çıxarılması, Cavabdeh İddiaçı qarşı Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mə nzilindən istifadə hüququnun tanınması və fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh 1944-cü ildə Balakən rayonu Katex kəndində doğularaq həmin ünvanda qeydiyyatda olmaqla yaşamış, o, ailəli olaraq birinci nikahından 3 nəfər övladı olmuşdur. Birinci nikahı pozulduqdan sonra Cavabdeh İddiaçı ilə 09 mart 1990-cı il tarixdə rəsmi qaydada nikah bağlamaqla evlənərək köçüb sözügedən Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildə birlikdə yaşamışlar. Onların birgə nikahlarından 27 iyul 1994-cü il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. İddiaçı Zaqatala rayonu DTİ və MHQ-nin rəisinə 20 iyul 2005-ci il tarixdə ərizə ilə müraciət edərək adına olan mənzilin özəlləşdirilməsinə sərəncam verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 339 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil 22.07.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-612/2018 nömrəli, 21 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 mart 1990-cı il tarixdə Zaqatala rayon VVAQ şöbəsində 8 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçı, ünvan 1 ünvanında ye rləşən mənzilin mülkiyyətində olduğunu əsas gətirərək cavabdehin mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh ikinci ailəsidir. Cavabdeh 09 mart 1990-cı il tarixdə İddiaçı ilə ailə həyatı qurmazdan əvvəl birinci ailəsi ilə birlikdə Balakən rayonu Katex kəndində yaşamış və həmin ünvandada qeydiyyatda olmuşdur. Cavabdeh qeydiyyatda olduğu ünvanda onun fərdi təsərrüfatı, həyətyanı torpaq sahəsi və 1972-ci ildə tikilən evi olmuşdur. Sonradan, yəni 2010-cu ildə həmin təsərrüfat Cavabdeh oğlu X1 a dına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı ilə 1990-cı il tarixdə ailə həyatı quraraq İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçsə belə, əvvəlki özünə məxsus olan Balakən rayonu Katex kəndində yerləşən mənzildə həmişə qeydiyyatda olmuş və onu həmin qeydiyyatda olduğu ünvandan heç kəs qeydiyyatdan çıxarmamışdır. Bundan başqa Cavabdeh 2018-ci ildə İddiaçı ilə məhkəmə qaydasında ayrıldıqdan sonra da öz yaşayış sahəsi olan Balakən rayonu Katex kəndində yerləşən mənzilə qayıdaraq hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, cavabdeh başqa yaşayış sahəsinə malikdir. Ona görə də onun mülkiyyət hüququ ilə başqasına (İddiaçı) məxsus olan sözügedən evdən istifadə hüququ istisna olunur. Habelə, ünvan 1 ünvanında yerləşən mənzil tərəflərin birgə nikahı dövründə əldə edilən mənzildə deyildir. Cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh sözügedən mənzildə heç bir zaman qeydiyyatda olmamış, o cümlədən, 2005-ci ildə mənzilin İddiaçı mülkiyyətinə verilməsi zamanı da o, həmin mənzildə qeydiyyatda olmadığına görə onun razılığı alınmamışdır. Birinci instansiya məhkəməsinin “özəlləşdirilən mənzildə faktiki yaşayan Cavabdeh həmin mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə verilməsi haqqında razılığının olmasının, onun həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilməsinin düzgün olmaması” barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından birinci instansiya məhkəməsi bununla bağlı səhv nəticəyə gəlmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə, iddiaçı mülkiyyətind ə olan yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)536/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, baxılan iş üzrə evin 1990-cı ildə tərəflər birgə nikaha daxil olduqları vaxt əldə etdiklər və cavabdehin evdə 1990-cı ildən iddiaçının razılığı əsası nda yaşaması və 2018-ci ilə kimi birgə təsərrüfat aparması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində 2005-ci ildən tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. Xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzildən istifadə hüququ əldə etmiş və istifadə hüququnu itirməmişdir. Apellyasiya insansiyası məhkəməsi onun mənzildə istifadə hüququnun olmamasını orada qeydiyyatda olmaması ilə əlaqələndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişl ər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 228.1-ci madəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymə ti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüv vəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəli f hüquqi kateqoriyalardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 ma rt 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müst əsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi ilkin iddianı təmin edən, qarşılıqlı iddianın rədd edən apellyasiya instansiyası məhkəməsi nəticələrini onunla əsaslandırmışlar ki, Cavabdeh 2018-ci ildə İddiaçı ilə məhkəmə qaydasında ayrıldıqdan sonra da öz yaşayış sahəsi olan Balakən rayonu Katex kəndində yerləşən mənzilə qayıdaraq hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, cavabdeh başqa yaşayış sahəsinə malikdir. Ona görə də onun mülkiyyət hüququ ilə başqasına (İddiaçı) məxsus olan sözügedən evdən istifadə hüququ istisna olunur. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 09 mart 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxt cavabdeh iddiaçının istifadəsində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilə köçmüş və daimi yaşayış yeri olaraq həmin ünvanı seçmişdir. Baxılan iş üzrə mübahisəli ev 22.07.2005-ci il tarixində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Tərəflər arasından olan nikah 21 avqust 2018-ci ildə pozulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə qədər ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmuş və cavabdeh iddiaçının həyat yoldaşı və ailə üzvü kimi mübahisəli mənzilə köçmüş, bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququ əldə etmişdir. 2005-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış və lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Bu halda isə onun istifa də hüququn əsas kimi qüvvədə olan Mülki Məcəlləsinin 228-ci maddəsi baxımından saxlanılırdı. Tərəflər arasında nikahın 2018-ci ildə pozulması isə cavabdehin mənzil üzərində istifadə hüququna xitam verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə olan halda apellyasiya instansiya məhkəməsinin «cavabdehin mülkiyyət hüququ ilə başqasına (İddiaçı) məxsus olan sözügedən evdən istifadə hüququ istisna olunur.» kimi mövqeyinin əsassız olması aşkar olaraq müəyyən olunmuş olur. Apellyasiya instansiya məhkəməsinin digər mövqeyi cavabdehin mübahisəli mənzildə qeydiyyatda olmaması və həmin mənzildə yaşadığı müddətdə oğlunun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqda davam etməsi mübahisəli mənzildən istifadə hüququna malik olmasını istisna edir. Bu halda qeyd edilməlidir ki, hər hansı mənzildə ş əxsin və ya şəxslərin qeydiyyatda olması onların məhz həmin mənzilə münasibətdə hər hansı hüququn, o cümlədən istifadə hüququnun əldə edilməsi əsası kimi çıxış etmir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh Zaqatala rayon Katex kəndinə oğlunun mülkiyyətində olan mənzildə istifadə hüququ əldə etmiş və həmin ünvanı özü üçün daimi yaşayış yeri seçərək daimi olaraq orada yaşayır. Lakin işin halları baxımından məhkəmənin hansı əsas və sübutlar əsasında cavabdehin digər yaşayış yerinə malik olması, mübahisəli mənzillə davamlı əlaqələrini kəsməsi, mübahisəli mənzilə ehtiyacının olmaması, davamlı olaraq digər (oğlunun mülkiyyətində) olan mənzillə bağlı olması müəyyən edilməmiş qalmışdır. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin istifa də hüququnun tanınması, həmin hüququn mövcud olub-olmamasını deyil, yalnız boşanmadan sonra artıq əldə edilmiş istifadə hüququnun saxlanmalı olub-olmamasının müəyyən edilməsi zəruri olmuşdur. Hazırkı işin halları baxımından, yəni ilkin iddianın və qarşılıqlı iddianın qarşılıqlı olaraq qiymətləndirilməsinin təmin edilməsi üçün apellyasiya instansiya məhkəməsinin müəyyən etməli olduğu hallar yuxarda sadalananların mövcud olmasının müəyyən edilməsi ilə bağlı olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamədə hər hansı araşdırmanın aparılmasını təmin etməmiş və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamasına dair mövqeyi isə ziddiyyətli olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyə tə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunveri cilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri g örməli, mübahisəyə istinad olunan maddələrinin tələblərinin tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-536/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olusun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar