Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3871/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqına əlavələrin ödənilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqına əlavələrin ödənilməsi və.s tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(103)-3791/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 26 noyabr 2024-cü il tarixdə Azərbayca n Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı "xxxx" ASC-nin Gəncə filialının 10 noyabr 2008-ci il tarixli 208 saylı əmrinə əsasən 30 dekabr 2008-ci il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2008-ci il tarixdən 3 ay sınaq müddətinə xx.xx.2009-cu il tarixədək Daşkəsən şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2. "xxxx" ASC-nin Gəncə filialının 10 noyabr 2008-ci il tarixli 208 saylı əmrində əmək haqqının 795 manat olması və yüksəkliyə görə əlavə olaraq əmək haqqının 20 %-i həcmində vəsait hesablanması barədə göstəriş yer almış, lakin əmək haqqında qeyd edilən əlavə xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənilməmişdir. 3. 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixdə bağlan mış Əlavənin şərtlərinə görə, tərəflər əmək müqaviləsinin 4.4-cü bəndinin dəyişdirilməsi və aşağıdakı yeni redaksiyada verilməsi barədə razılığa gəlmişlər: «4.4. Əmək funksiyasını dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə olan iş yerində icra etdiyi üçün (xüsusi şəraitdə) işçinin əmək haqqına 20 %-i məbləğində əlavə müəyyən edilir. (Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il avqust tarixli 137 №-li qərarına əsasən)». 4. 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 02 mart 2022ci il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı hər ay 1800 manat məbləğində vəzifə maaşı ödənilməsi, işçinin icbari tibbi sığortalanmasının təmin edilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması r azılaşdırılmışdır.
5. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia ərizəsinə əlavə verərək, "xxxx" ASC-dən xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə hər ay üçün əmək haqqının 20 faizi məbləğində ödənilməli olan, lakin ödənilməyən əmək haqqına əlavələrin - ümumilikdə 41.374,25 manat məbləğin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandır mışdır ki, xx.xx.2019-cu ildə cavabdehlə bağladığı əmək müqaviləsinə əlavə imzalanmışdır. Həmin əlavəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək yüksəklikdə icra etdiyi (xüsusi şəraitdə) üçün əmək haqqına 20 %-i məbləğində əlavə müəyyən edilmişdir. Həmin tarixdən etibarən işdən çıxdığı vaxtadək əmək haqqına qeyd edilən miqdarda əlavələr edilmişdir. Əmək müqaviləsinə xitam verilərkən son haqq hesabının ödənilməsi zamanı işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün əmək haqqına əlavə edilməli olan məbləğlər ona ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə görə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli Qərarına müvafiq olaraq cavabdeh tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2019-cu ilədək əmək haqqına görə əlavə ödəniləcək məbləğ 35.230 manat təşkil edir. Həmin məbləğ cavabdeh tərəfindən təqdim olunmuş bank hesabından çıxarışlara əsasən müəyyən olunmuşdur. Əslində heç bir əsaslı səbəb olmadan cavabdeh onu işdən azad etməklə maddi vəz iyyəti olduqca pisləşmişdir. Artıq bir neçə aydır ki, işsizdir. Ailədə yeganə qazanc gətirən şəxs olaraq hal-hazırda işsiz olması ona təkcə maddi yox, həm də mənəvi-psixoloji təsir edir. Himayəsində olan üç uşaq, həyat yoldaşı, yaşlı və şəkər xəstəsi olan anası ümidini ona bağlamışlar.
8. İddiaçı iddia ərizəsində qeyd etdiyi tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdehə mediasiyanın tətbiqi barədə təklif ünvanlamış, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən, Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən 19 avqust 2022-ci il tarixli MŞB/11-00642 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Lakin, iddiaçı xx.xx.2022ci il tarixə saat 16:30-a təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir.
9. Cavabdeh ASC-nin nümayəndəsi "xxxx" ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2008-ci il tarixdə artıq ASC-nin Daşkəsən Şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdu və dəniz səviyyəsindən yüksəkdə işlədiyini bilirdi və ya bilməli idi. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Digər tərəfdən, iddiaçının əmək haqqına əlavələr xx.xx.2019-cu il tarixdən etibarən edilməyə başlanmışdı r. İddiaçının öz hüququnun pozulmasını aşkar etdiyi zamanın xx.xx.2008-ci il tarix deyil, məhz sözügedən əlavələrin edilməsinə başlandığı an olduğunu fərz etdikdə belə, iddiaçı iddia müddətini ötürmüşdür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 9/6581 saylı rəyi ilə tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən "xxxx" ASC tərəfindən İddiaçı ödənilmiş məbləğin 192.340,28 manat, ödənilməli olan məbləğin 233.714,53 manat, yaranmış fərqin isə 41.374,25 manat olması müəyyən edilir. Tədqiqatla iş materiallarında olan sənədlərə əsasən xx.xx.2008-ci il tarixli əmək müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdən 29 yanvar 2010-cu il tarixədək olan dövr üzrə əmək haqqına 20 % miqdarında əlavənin hesablanması müəyyən edilir. Apa rılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-43/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbli rədd edilmişdir. (hakim Tağıyev Ceyhun).
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı işəgötürənə qarşı pul tələbi üzrə iddia müddətini buraxdığı üçün iddia təmin edilə bilməz.
13. Məhkəmə iddiaçı tərəfin Əmək Məcəlləsinin 296.4-cü maddəsinə istinad etməklə (işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir) hazırki mübahisəyə iddia müddətinin tətbiq edilə bilməməsinə dair dəlilinə qiymət verərək hesab etmişdir ki, göstərilən norma iddiaçının cavabdeh təşkilatda işçi olduğu dönəmdə onun həyatına və sağlamlığına zərər vurulması faktını özündə ehtiva et mir. Başqa sözlə, qeyd edilən normanın hazırki iddia tələbi ilə heç bir bağlantısı yoxdur.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2ci, Əmək Məcəlləsinin 296.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə və L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
16. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddia müddətinin axımı “Əmək kitabçasının” iddiaçıya təqdim edildiyi 6 iyul 2022-ci il tarixdən başlanır. Lakin rayon məhkəməsi müddətin axımının başlanma anını səhv müəyyən etmişdir.Digər tərəfdən, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Çünki iddiaçıya ödənilməli olan “əmək haqqına əlavə” iddiaçının mülkiyyətidir. Bundan başqa nəzərə alınmalıdır ki, "xxxx" ərizəni təqdim etmiş cavabdeh ASC-nin nümayəndəsinin səlahiyyəti olmamışdır. Belə ki, həmin nümayəndəyə etibarnamə ASC-nin Hüquq Departamentinin müdiri tərəfindən verilmiş və həmin Departamentinin möhürü ilə təsdiq edilmişdir. Halbuki etibarnamə ASC-nin adından verilməli idi. Departament müdirinin belə səlahiyyətə malik olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Lakin Rayon Məhkəməsi qeyd edilən hallara qiymət verməyərək, iddiaya iddia müddətini əsassız tətbiq etmiş, bunla da maddi və prosessu al hüquq normalarının tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(103)-3791/2024 nömrəli qətnaməsi ilə.(hakimlər Məmmədov Məmməd-sədrlik edən və məruzəçi, Talışinski Fuad və İmanov Azad) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ASC-nin Gəncə filialının xx.xx.2008-ci il tarixli, 208 saylı əmrinə əsasən xx.xx.2008-ci il tarixdən 3 ay sınaq müddətinə xx.xx.2009-cu il tarixədək əmək müqaviləsi bağlanılmaqla ASC-nin Daşkəsən Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
19. İddiaçının əmək fəaliyyətini yerinə yetirdiyi Daşkəsən şəhəri dəniz səviyyəsindən 1.500 m etrdən 2.000 metrədək olan yaşayış məntəqələrinə aid olduğundan əmrdə əmək haqqının 795 manat olması və yüksəkliyə görə əlavə olaraq əmək haqqının 20 %-i həcmində vəsait hesablanması barədə göstəriş yer almışdır. Həmin əmrə əsasən xx.xx.2008-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Bundan başqa, iddiaçı işçi kimi bank və kommersiya sirrinin qorunması və s. ilə əlaqədar öhdəliklər götürmüş, həmin öhdəlik iddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə imzalanmışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Buna qədər isə xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanılan əmək müqaviləsinə Əlavə imzalanmış, həmin Əlavəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək yüksəklikdə icra etdiyi üçün əmək haqqına 20% məbləğində əlavə müəyyən edilmiş və həmin tarixdən işdən çıxdığı tarixədək əmək haqqına qeyd edilən miqdarda əlavələr edilmişdir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə, həm də Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbl əğinin minimum miqdarının müəyyən edilməsi” haqqında xx.xx.2002-ci il tarixli 137 nömrəli Qərarına əsasən iddiaçının əmək haqqına əlavələr xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanılmışdır
20. Cavabdeh ASC iddiaçının işə götürülməsi barədə xx.xx.2008-ci il tarixli, 208 saylı əmrində nəzərdə tutulan əmək haqqına 20% əlavəni xx.xx.2019-cu il tarixədək ödəmədiyindən iddiaçı, əmək haqqının tərkibinə daxil olan və ona ödənilməli olan 20% əlavənin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia müddəti buraxıldığı üçün hazırki iddia əsassız hesab edilməlidir. 22. "xxxx" ərizənin səlahiyyətsiz şəxs tərəfindən verildiyinə dair apelyasiya şikayətinin dəlili araşdırılaraq müəyyən edilmişdir ki, ərizə cavabdeh ASC-nin nümayəndəsi X2 tərəfindən verilmişdir. Nümayəndənin səlahiyyəti isə ASC-nin Hüquq Departamentinin direktoru X4 tərəfindən verilmiş və Departamentin möhürü ilə təsdiq edilmiş etibarnamə ilə müəyyən edilir. İşdə olan xx.xx.2023-cü il tarixli, 6-2-41/2- 35527/2023 saylı etibarnamədən görünür ki, ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov tərəfindən X5 işçilərinin məhkəmələrdə bankı təmsil etmək üçün etibarnamələrin imzalanması, işin müvəffəqiyyətlə həll olunması istiqamətində bütün prosessual hüquqlardan istifadə olunması səlahiyyətləri etibar edilmişdir. Buna görə də “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə səlahiyyətli şəxs tərəfindən verildiyi müəyyən edilərək apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilmişdir.
23. Məhkəmə hesab etmişdir ki, biri nci instansiya məhkəməsi hazirki tələbə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq etməkdə haqlı olmuş, iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti əsassız hesab edilərək təmin olunmamalıdır.
24. Məhkəmə hesab etmişdir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır.
25. İddia müddətinin hansı tarixdən hesablanmalı olduğuna dair mübahisə doğuran məsələ ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya əmək haqqına 20% əlavə xx.xx.2019-cu il tarixdən ödənilməyə başlandığından iddiaçının həmin vaxta qədər iş yeri dəyişmədiyindən ona ödənilməli olan əlavələrin ödənilməməsindən, eləcə də, bu əlavələrin qanunvericiliyə əsasən ödənilməli olmasından xx.xx.2019-cu il tarixdən məlumatı olduğundan iddia müddətinin axımı həmin tarixdən başlamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 375.2-ci, Əmək Məcəlləsinin 296.4-cü və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etm işdir.
28. Kassasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, hazırki tələbə iddia müddəti tətbiq edilə bilməz. Çünki iddiaçıya ödənilməli olan “əmək haqqına əlavə” iddiaçının mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözləntisini” təşkil edir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə iddia müddəti tətbiq edilmir. Hazırkı işə münasibətdə ödəmənin müqavilə və ya normativ aktla müəyyən edilməli olması və işəgötürənin öhdəliklərinin yaranması əsasını isə tərəflər arasında bağlanmış əmək müqaviləsi, əmək qanunvericiliyinin müvafiq normaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında 2002-ci il tarixli 137 nömrəli Qərarı təşkil etmişdir. Apellyasiya məhkəməsinin diqqətinə birinci instansiya məhkəməsinin ümumiyyətlə cavabdehin nümayəndəsinə münasibətdə qeyd olunan maddənin tələblərinə əməl olunmadığı apellyasiya şikayətinə əlavədə, birinci, ikinci apellyasiya baxışında dəfələrlə qeyd olunduğu halda işə baxan apellyasiya məhkəməsi qanunun imperativ göstərişlərinə qiymət verməmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin, MM-nin 362.5-ci, 384-cü maddəsinin və Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 372.2-ci maddələrinin pozulduğuna istinad edilmiş dir. Cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 6-2-41/2- 35527/2023 saylı etibarnaməsi məhz apellyasiya baxışında xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən elektron kabinet vasitəsilə Günel Baxşıyevanın səlahiyyətlərinə dair 2021-və 2023-cü il tarixli etibarnamələr təqdim olunmuşdur. Lakin hüquqi nöqteyi-nəzərdən 1-ci instansiya məhkəməsində bankın hüquq departamentinin əməkdaşına (S.İsmayılovaya) səlahiyyət verərək onu öz nümayəndəsi təyin edən G.Baxşıyevanın özünün bank tərəfindən belə bir məsələ üçün səlahiyyətləndirilmiş şəxs olmasına dair sənədlər məhz 1-ci instansiya məhkəməsi zamanı təqdim olunmalı idi. İşdə nümayəndə kimi cavabdehi təmsil edərək iddianın təmin olunmamasının yeganə əsası olan iddia müddətinin tətbiqi barədə ərizə verən şəxsin (S.İsmayılovanın) cavabde h hüquqi şəxs tərəfindən həm Mülki Məcəllənin, həm Mülki Prosessual Məcəllənin tələblərinə uyğun səlahiyyətləndirilmədiyi 1-ci instansiya məhkəməsinin ümumiyyətlə diqqətini çəkməmiş, apellyasiya məhkəməsi isə MPM 372.2-ci maddəsinin tələblərinə əhəmiyyət verməmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Mülki Məcəllənin 384-cü, 362.5-ci, MPM-nin 9.1, 14.2.372.2-ci maddələrinin pozulduğuna istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
32. Maddə
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən t ərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
33. Maddə 159 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya)
1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
34. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
35. Maddə 296.2. Bu m addənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
36. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 37.Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə mürac iət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
39. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
40. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 73.1. Nümayəndənin səlahiyy əti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
42. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında xx.xx.2002-ci il tarixli, 137 nömrəli Qərarı: 5-ci bənd-Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1.200 metrdən 1.500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1.500 metrdən 2.000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2.000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3, məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1.200 metrdən 1.500 metrədək, 1.500 metrdən 2.000 metrədək və 2.000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Həmin Qərara edilmiş 1 saylı Əlavədə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək və 2.000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı göstərilmiş və Daşkəsən rayonu bu siyahıda nəzərdə tutulmuşdur. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
49. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək yüksəklikdə icra etdiyi (xüsusi şəraitdə) üç ün əmək haqqına 20 %-i məbləğində əlavə "xxxx" ASC-nin Gəncə filialının Daşkəsən şöbəsinin müdiri vəzifəsinə işə götürüldüyü xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmişdir. İddiaçı bu ödənişin ödənilməsi üçün işdən azad edildikdən sonra 2022-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmiş, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.
50. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin adından iddia müddətinin tətbiqi barədə ərizə vermiş nümayəndənin buna səlahiyyəti olmaması barədə kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının vəkili eyni dəlili həmçinin apelyasiya şikayətində qeyd etmiş, apelyasiya instansiyası məhkəməsi bu dəlillə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, “iddia müddətinin tətbiqi barədə ərizə” nümayəndə X2 tərəfindən verilmişdir. Nümayəndənin səlahiyyəti isə ASC-nin Hüquq Departamentinin direktoru X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə ilə rəsmiləşdirilmişdir. Məhkəmə müəyyən etmişdir ki, ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov tərəfindən X5 işçilərinə məhkəmələrdə bankı təmsil etmək və bütün prosessual hüquqlardan istifadə etmək səlahiyyətləri verən etibarnamələrin imzalanması barədə xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş etibarnamə mövcud olduğundan “iddia müddətinin tətbiq edilməsi barədə” ərizənin cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verildiyi müəyyən edilmişdir. Bankın Hüquq Departamentinin direktoru X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin apelyasi ya instansiyası mərhələsində təqdim edilməsi (birinci instansiya mərhələsində iddiaçı nümayəndənin səlahiyyətini mübahisələndirmədiyi üçün) MPM-nin 372.2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Belə ki, həmin normada nümayəndələrin səlahiyyətləri barədə etibarnamələrin deyil, yeni sübut və yeni tələblərin qanuni əsaslar olmadığı təqdirdə apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsinin mümkünsüzlüyü qeyd edilir.
51. İddiaçının işəgötürənə qarşı pul tələbinə mülkiyyət (qanuni gözlənti) kimi yanaşılaraq iddia müddətinin tətbiq edilməli olmaması ilə bağlı dəlili apelyasiya instansiya məhkəməsi tərəfindən düzgün olaraq əsassız hesab edilmiş və məhkəmə hesab etmişdir ki, iddiaçı onunla əmək müqaviləsi bağlandığı tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqına əlavə o laraq ödənilməli olan vəsaitin cavabdehdən tutulması üçün 2022-ci ildə məhkəməyə müraciət etməklə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Bu mövqe Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinad edilməklə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir.
52. Məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddətinin başlanğıcının hüququn pozulduğunun aşkar edildiyi gündən hesablanmalı olduğu normanın dispozisiyasında aydın qeyd edildiyindən iddia müddətinin Əmək Məcəlləsinin 296.3-cü maddəsin də nəzərdə tutulmuş qaydada (işdən azad edilməsi barədə əmrin və digər sənədlərin iddiaçıya təqdim edildiyi tarixdən) hesablanmalı olduğuna dair kassasiya şikayətinin dəlili əsassızdır.
53. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(103)-3791/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir