Məhkəmə qərarları › İş №2(102)-3872/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3872/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3872/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3872/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Üçüncü şəxs: Fətiyev Mirsəfər Mircəfər oğlunun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(103)1269/2021 saylı q ətnaməsindən üçüncü şəxs Fətiyev Mirsəfər Mircəfər oğlunun kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, Yardımlı rayonu, Pirembel kəndində yerləşən ümumi sahəsi 98,9 kv.metr olan kənd klubunun hərracdan satılmasına dair 19 mart 2019-cu il tarixli “hərracın yekunları barədə” protokolun və həmin hərracın nəticəsində Mirsəfər Fətiyevlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 27 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış binasına dair Reyestr Xidməti tərəfindən Mirsəfər Fətiyevin adına verilmiş 11 dekabr 2019-cu il tarixli Çı xarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.N.Abbasova) iddia təmin edilərək, Yardımlı rayonu, Pirembel kəndində yerləşən ümumi sahəsi 98,9 kv.metr olan kənd klubunun hərracdan satılmasına dair 19 mart 2019-cu il tarixli “hərracın yekunları barədə” protokolun və həmin hərracın nəticəsində Mirsəfər Fətiyevlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 27 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış binasına dair Reyestr Xidməti tərəfindən Mirsəfər Fətiyevin adına verilmiş 11 dekabr 2019-cu il tarixli Çıxarışın ləğv edilməs i qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı 01 noyabr 2004cü ildən Yardımlı rayonu, Pirembel kəndində kənd klubunun müdiri vəzifəsində işləyib. Həmin klub Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 mart 2019-cu il tarixində keçirilən hərrac zamanı özəlləşdirilib və hərracın qalibi Mirsəfər Fətiyev hesab edilib. Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərracın qalibi Mirsəfər Fətiyev arasında 27 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanıb və sonuncunun adına 11 dekabr 2019-cu il tarixli Çıxarış verilib. Bundan sonra, işəgötürənin 03 oktyabr 2019-cu il tarixli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilib. Eyni zamanda, həmin klubun özəlləşdirilməsi zamanı İddiaçı he ç bir məlumat verilməyib və bu barədə hər hansı yazılı sübutlar məhkəməyə təqdim edilməyib və beləliklə də hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 416.1, 416.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Üçüncü şəxs Mirsəfər Fətiyev və cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti eyni məzmunlu apellyasiya şikayətləri verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakiml ər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.1, 415.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayəti nin dəlilləri Üüçüncü şəxs Mirsəfər Fətiyev kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında üçüncü şəxs Mirsəfər Fətiyevin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbayca n Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Üçüncü şəxs Mirsəfər Fətiyev və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Üçüncü şəxs Mirsəfər Fətiyevin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Üüçüncü şəxs Mirsəfər Fətiyev kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edil miş həqiqi hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 30 mart 2018-ci il tarixli, 91 saylı sərəncamına əsasən, Yardımlı rayonu, Pirembel kəndində yerləşən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, X1 və Turizm İdarəsinin balansına aid qeyri-yaşayış binası 98,6 kv.metr, torpaq sahəsi 136,8 kv.metr olan Pirembel kənd klubu, müəssisə (obyekt) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edilməklə azı 30 gün sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada hərrac vasitəsi ilə özəlləşdirilməsi qərara alınıb. Bundan sonra, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Mirsəfər Fətiyev arasında 27 mart 2019-cu il tarixli müqavilə bağlanıb və müqavilənin predmetini sonuncunun Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad Ərazi Şöbəsi tərəfindən 19 mart 2019-cu il tarixdə ke çirilən hərracda 01 saylı protokola əsasən satın aldığı ümumi sahəsi 98,9 kv.metr, torpaq sahəsi 136,8 kv.metr olan Pirembel kənd klubu təşkil edir. Həmin müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi sözügedən obyekti 2.500 manata Mirsəfər Fətiyevə satıb. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi, Yardımlı Rayon Nümayəndəsi tərəfindən İddiaçı verilmiş 27 yanvar 2020-ci il tarixli arayışından görünür ki, Yardımlı rayonu, 8 saylı Pirembel kənd klubunun binası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərək satıldığı üçün klub Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 03 oktyabr 2019-cu il tarixli, 10 saylı əmri ilə ləğv edilib və Nazirliyin strukturundan çıxarılıb. Bununla əlaqədar olaraq Pirembel kənd klubunun müdiri İddiaçı, klubun mədən i-təşkilatçısı Nurlan Ağayev və klubun xadiməsi Esmira Ağayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Daha sonra, 11 dekabr 2019-cu il tarixli Çıxarışa əsasən, Yardımlı rayonu, Pirembel kəndində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Mirsəfər Fətiyevin adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (Mülki Məcəllənin 415.2-ci maddəsi). “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2.2-ci maddəsinə görə, dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsiplər i sırasında təsbit edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə görə, özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Həmin Qanunun 17.2-17.2.4-cü maddələrinin mənasına görə, özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir: əsas iş yeri həmin müəssisə hesab edilən işçilər; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; Özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər; 01 yanvar 1995-ci il tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər. Həmçinin Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.7-ci bəndinə görə, müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır. Həmin Proqramın 4.3-cü bəndinə görə, dövlət müəssisələri özəlləşdirilərkən həmin müəssisələrdə çalışan işçilərin hüquqları və onların sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir. Həmin Proqramın 4.2.2-ci bəndinə əsasən, dövlət müəssisələrini n çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15 faizi və ya kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15 faizi, digər səhmlərin və hissələrin satışı üsulundan asılı olmayaraq, işçilərə birbaşa güzəştli satışa yönəldilir. Həmin Proqramın 4.2.3-cü bəndində göstərilir ki, dövlət əmlakının (səhmlərin və ya hissələrin) güzəştli satışı həmin əmlakın özəlləşdirmə çeklərinə dəyişdirilməsini nəzərdə tutur. Həmin Proqramın 4.2.4-cü bəndinə əsasən, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin işçilərə güzəştli satışı aşağıdakı qaydada həyata keçirilir: müəssisənin özəlləşdirilmə komissiyası tərəfindən səhmləri satın almaq hüquqi olan şəxslərin tam siyahısı tərtib edilir; işçilərin hər biri nin özəlləşdirmə komissiyasına təqdim edəcəkləri özəlləşdirmə çeklərinin sayı müəyyənləşdirilir. Bu məqsədlə son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə bir özəlləşdirmə çekinin qiyməti müəyyən edilir. Güzəştli satışa çıxarılmış səhmlərin məcmu nominal dəyərini bir çekin qiymətinə bölməklə hər bir işçinin bərabər sayda təqdim edəcəkləri çeklərin sayı müəyyən edilir. Hesablamalar zamanı yuvarlaqlaşdırmalar ümumi qaydada həyata keçirilir. Özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sa yına bölünməklə bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir. Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30 faizi güzəşt edilmiş məbləği həcmində ödəniş edir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir. Mülki Məcəllənin 416.1-ci maddəsi müəyyən edir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllənin 416.2-ci maddəsi) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və y a əhəmiyyətsiz əqdlər ola bilər (Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, Mirsəfər Fətiyevin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, İddiaçı 01 noyabr 2004-cü ildən Yardımlı rayonu, Pirembel kəndində yerləşən Pirembel kənd klubunda müdir vəzifəsində işləyib. Həmin kənd klubu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 mart 2019-cu il tarixdə keçirilmiş hərrac zamanı özəlləşdirilib və həmin obyekt hərracın qalibi kimi Mirsəfər Fətiyevə satılıb. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərracın qalibi Mirsəfər Fətiyev arasında 27 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanıb və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən reyestrdən elektron çıxarış verilib. İşəgötürənin 03 oktyabr 2019-cu il tarixli əmri ilə İddiaçı Pirembel kənd klubu müdiri vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən “müəssisənin ləğv edilməsi” əsasına görə azad edilib. Lakin, həmin klubun özəlləşdirilməsi proseduru barədə iddiaçıya məlumatın verilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməyib. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi halla rını nəzərə alıb qeyd etmişdir ki, Pirembel kənd klubunun özəlləşdirilməsi ilə bağlı iddiaçıya məlumat verilməsi təsdiq olunmadığından və 19 mart 2019-cu il tarixdə hərracın keçirilməsi zamanı mülki qanunvericiliyin tələbləri pozulduğundan, habelə iddiaçıya hərracın keçirilməsi barədə məlumat bildiriş formasında göndərilmədiyindən, iddia tələblərini yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, üçüncü şəxs Mirsəfər Fətiyevin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs Fətiyev Mirsəfər Mircəfər oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(103)1269/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar