Məhkəmə qərarları › İş №2(102)-3872/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3872/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3872/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: Mənzil mübahisələri, mənzilə köçürümə, özbaşına tikili Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2959/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 9 sentyabr 2017-ci il tarixdə İddiaçı və Cavabdeh arasında nikah bağlanmış, birgə nikahdan tərəflərin iki övladı doğulmuşdur. Daha sonra tərəflər arasındakı nikah pozulmuşdur.Hazırda iddiaçı gəlin köçdüyünü iddia etdiyi özbaşına tikiliyə övladları ilə birlikdə köçürülməsini tələb edir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı xx.xx.2018-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün, övladları X4 və X1 ünvan 2 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslan dırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin gündən etibarən ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin evə özünün cehiz əşyalarını da gətirmişdir. Həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışdır. Birgə yaşadıqları dövrdə valideynlərinin maddi dəstəyi ilə cavabdehlə həmin evdə təmir-tikinti işləri aparmışdır. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlər yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə aralarında mübahisə olduğundan o məcbur qalıb uşaqları ilə birlikdə atasının yaşadığı Kürdəmir rayonuna getmiş və həmin evdə yaşamışdır. Onun və uşaqlarının atasının yanında qalmağı mümk ün deyil. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, cavabdeh onların həmin yaşayış evinə köçməyinə imkan vermir. İddiaçı qeyd etmişdir ki, hal-hazırda cehiz əşyaları da həmin evdə yerləşir. Onun hazırda yaşamağa və qalmağa heç bir yeri yoxdur.

5. Cavabdeh iddia ərizəsinə etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçı həmin evə gəlin gəlməmişdir. Həmin ev onun nənəsinə məxsusdur və onlara həmin mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Lakin İddiaçı uşaqları ilə birlikdə atasının yaşadığı Kürdəmir rayonuna getdikdən sonra cavabdehin nənəsi həmin mənzili maddi ehtiyaclarını ödəmək üçün satmışdır. Hal-hazırda nənəsi ilə birlikdə müvəqqəti olaraq başqa bir ünvanda yaşayır. İddiaçının gəlin köçərkən cehizlərini bu ünvana gətirməsi ilə bağlı olaraq bildirmişdir ki, nənəsi evi satar kən iddiaçının əşyalarını qorumaq üçün onun cehizlərini müvəqqəti yaşadıqları mənzilə gətirmişlər və iddiaçı nə zaman istəsə onları gəlib götürə bilər.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı toy olandan sonra bibisinin evinə gəlmiş, sonra nənəsi birgə yaşamaqları üçün nəvələrinə mübahisəli evi almışdır. Cavabdeh 2-ci qrup əliliyi olan şəxsdir və diaqnozu şizofreniyadır. İddiaçı atasının evinə gedəndən sonra nənəsinin ehtiyacı olduğu üçün evi satmışdır. İddiaçının əşyalarını müvəqqəti olaraq bir yerdə saxlayıb ki, itməsin. Halhazırda həmin ev Şahid satılıb, o orda ailəsi ilə birgə yaşayır, iddiaçının ora köçürülməsi mümkün deyil. Nənəsi təklif edir ki, nəvələri evsiz qalmasınlar deyə onlara bir ev alsın. Mübahisə məhkəmədən kənar həll e dilsəydi daha yaxşı olardı.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1983/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmişdir.

8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin ev özbaşına tikilidir, dövlət reyestrində hüquqi qeydiyyatdan keçməmişdir, özbaşına tikili hazırda sökülməyib və mövcuddur.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.

10. Məhkəmənin qənaətinə görə, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyildir.

11. Beləliklə məhkəmə hazırkı vəziyyətdə, belə nəticəyə gəlmişdir ki, özbaşına tikiliyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin köçürülməsinə qadağalar müəyyən edilməmişdir.

12. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə, 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.1, 180.1, 180.2-ci maddələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Qətnamədən həm cavabdeh, həm d ə qətnamə ilə maraqlarına toxunan şəxs Şahid ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

15. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bu iş üzrə şahidlərin dindirilməsinin zəruri olduğunu bildirmişdir. Həmin tarixdə məhkəmə iclasında vəsatəti təmin edilərək şahidlərə söz verilmişdir. Birinci evin indiki sahibi Şahid izahat vermişdir. O bildirmişdir ki, hal-hazırda evi cavabdehin nənəsindən almış və öz ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Sonra nənəsi X2 izahat vermək üçün söz verilmiş, məhkəmə ona harada yaşadığını soruşmuş və sonra zalı tərk etməyini istəmişdir. Hacıyeva Tərlan sübutunu məhkəməyə təqdim edə bilməmişdir. O sübut etmək istəyirdi ki, həmin mənzilin Şahid satılması barədə aralarında razılaşma olmuşdur. Beləliklə, sübutlar düzgün qiymətləndirilməmiş və bununla məhkəmə onun müdafiə hüququnu pozmuşdur. İddiaçı tələbini əsaslandırarkən iddia ərizəsində 9 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurduğunu, həmin gündən mübahisəli ünvanında yerləşən evə gəlin köçdüyünü, həmin evə özünün cehiz əşyalarını da gətirdiyini, həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfat apardığını, birgə yaşadıqları dövrdə valideynlərinin maddi dəstəyi ilə cavabdehlə həmin evdə təmir-tikinti işləri apardığını bildirmişdir. Lakin iddiaçının vəkili Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən fərdi yaşayış evinin su və ka nalizasiya təchizatından istifadəyə görə müqavilənin kimin adına olması barədə məlumatın təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, No 055/3 saylı müraciətinə "xxxx" ASC-də baxılaraq, aşağıdakı kimi məlumat verilmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin su və kanalizasiya təchizatindan istifadəyə görə müqavilə (abonent kodu:**********000, sayğac markası və nömrəsi: CSS-20, ********) müvafiq sənədlər əsasında Cavabdeh Ceyhun oğlu ilə xx.xx.2017-ci il də bağlanılmışdır. Buradan da görsənir ki, iddiaçı həmin mənzilə gəlin gəlməmişdir. İddiaçı 9 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurduğu halda su və kanalizasiya təchizatindan istifadəyə görə müqavilə isə xx.xx.2017-ci il Cavabdeh adına müqavilə bağlanmışdır. Deməli bu da onu göstərir ki, iddiaçı həmin ünvana gəlin gəlməmişdir. Hakim bu məqamları araşdırmamışdır. Həmçinin şahid qismində dəvət olunmuş Cabbarov Sevil ümumiyyətlə, məhkəmə iclasında dindirilməmişdir. Hal-hazırda həmin ev Şahid satılıb, o orda ailəsi ilə birgə yaşayır, iddiaçının ora köçürülməsi mümkün deyil.

17. Maraqlı şəxs Şahid qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 iyul 2023-cü il tarixdə mübahisə predmetini təşkil edən ev Şahid satılmış, sonuncu həmin ev üçün 35 500 manat pul vəsaitini 29 iyul 2023-cü il tarixdə ödəmiş, 29 avqust 2023-cü il tarixdə isə ev təhvil verilərkən əlavə olaraq 500 manat pul vəsaiti ödəmişdir. O sözügedən ev üçün ümumilikdə 36 000 manat pul vəsaiti ödəmişdir. Mübahisəli ev üçün pul vəsaitinin ödənilməsi prosesi tərəflərin razılığı ilə video formatında qeydə alınmışdır. Şahid qeyd etmişdir ki, apellyasiya şikayəti elektron qaydada verildiyindən həmin video material Apellyasiya Məhkəməsinə CD disk vasitəsi ilə təqdim ediləcəkdir. 29 iyul 2023-cü il tarixdə mübahisə predmetini təşkil edən ev ona satıldığından iddiaçının və onun himayəsində olan digər şəxslərin həmin evə köçürülməsi barədə Şahidun mülkiyyət hüquqları bərpaedilməz olaraq pozulur. Mübahisə predmetini təşkil edən mənzil dövlət qeydiyyatından keçmədiyi üçün iddiaçının və onun himayəsində olan digər şəxslərin sözügedən mənzilə dair istifadə hüquqları yaranmır. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, iddiaçının və onun himayəsində olan digər şəxslərin evdən istifadə hüququnun yaranıbyaranmaması məsələsini araşdırmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, hazırkı iş üzrə cavabdehin ümumiyyətlə düzgün qoyulmadığını belə ki, iddiaçının köçürülməsini tələb etdiyi evin cavabdehin deyil, onun nənəsinin mülkiyyətində olduğunu, tərəflər nikaha daxil olduqdan sonra evi müvəqqəti yaşaması üçün Cavabdeh verdiyi, tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra nənənin evi 2023-cü ilin 29 iyul tarixində Şahid adlı şəxsə satdığını, evin kommunal ödənişlərinin cavabdehin adına olmasının səbəbinin isə nənənin yaşlı olması və bu məsələlərlə məşğul olmasına fiziki gücünün olmaması ilə bağlı olduğunu, lakin bütün bu halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını və kifayət qədər araşdırılmadığını qeyd etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Fuad Talışinskisədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov)2(103)-2959/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və maraqlı şəxs Şahid apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.

21. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, tikilinin sahiblik, istifadə və digər hüquqlar, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və i ddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırkı münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, anoloji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdır. Hazırkı mülki hüquq münasibətlərdə iddiaçının cavabdehlə ailə (mülki) qanunveri cliyinin maddi hüquq normalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Hər hansı şəxsin mənzilə (yaşayış sahəsinə) köçürülməsi üçün, ilk növbədə qeyd edilən mənzil (yaşayış sahəsi) və ora köçmək istəyən şəxsin hüquqları (qanuni gözləntisi) mövcud olmalı və ya bu hüquqların tanınması üçün müraciət olmalıdır. Bu baxımdan mənzilə köçürmə tələbindən öncə mənzilin (yaşayış sahəsinin) mövcudluğu müəyyən edilməlidir. Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan (müəyyən edilməyən) şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə mübahisəli tikilinin ca vabdehə məxsusluğu, qeydiyyatı və ünvanı, habelə iddiaçıya aidiyyəti və əmlak (əşya) hüquqları olması sübuta yetirilmir. Əksinə, tikilinin cavabdehin nənəsinə məxsus olması, hazırda isə ümumiyyətlə üçüncü şəxsin sahibliyində olması qeyd edilsə də, iddiaçı tərəfindən bu dəlilləri inkar edən əsassız mülahizələr də sübuta yetirilmir. Birinci instansiya məhkəməsi mübahisəli evin hüquqi statusu, faktiki sahibi və tələbin yönəldiyi şəxs üzrə təkzib edilən hallar ilə bağlı kifayət qədər araşdırma aparmadan yalnız iddiaçının mülahizələri əsasında qətnamə qəbul etmişdir.

24. Belə ki, cavabdehin nənəsi və maraqlı şəxs şahid qismində ifadələrində iddiaçının köçürülməsini iddia etdiyi tikilinin cavabdehin nənəsinə məxsus olaraq, nikahdan sonra başqa ünvanda yaşayan tərəflərin yaşamasına şərait yaradıl ması, iddiaçı tərəfindən cavabdehlə münasibətləri pozulduqdan sonra tikilini tərk etməsi və tikilinin əvəzli əsaslarla maraqlı şəxsin sahibliyinə verilməsinə dair təkzibedici (mötəbər və sübutedici) dəlillər irəli sürülmədiyi halda şahid ifadələri növündə olan sübutlara əsaslı qiymət verilməmişdir. Ümumiyyətlə, tikilinin mənzil (yaşayış sahəsi) statusu olduğu təqdirdə belə iddiaçının başqa ünvanda qeydiyyatda olaraq müvəqqəti (ailə və sair ehtiyaclarından irəli gələrək) hər hansı yerdə yaşaması həmin yerə istifadə, sahiblik və ya digər əmlak (əşya) hüquqlarına malik olmasını müəyyən etmir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı təmin etməklə, əslində sözügedən tikiliyə Mülki Məcəllənin 159, 162, 164.1-ci maddələri ilə qoru nan sahiblik hüququ pozulmuşdur. Qeyd edilənlərlə yanaşı, formalaşan təcrübəyə istinadən belə iddiaçının əmlak hüquqları və onları əhatə edə biləcək “qanuni gözləntiyə” malik olduğuna dair də əsaslar müəyyən edilməmişdir.

26. Bununla belə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddaçının mübahisə edilən tikilinin yaxşılaşdırılması və ya birgə nikah dövründə əldə edilmiş digər əmlak hüquqlarının pozulması ilə bağlı fərqli tələblər irəli sürmək hüquqları məhdudlaşdırılmır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 180-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12, 15, 16-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil3) kassasiya şikayəti verər ək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2959/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin gündən etibarən ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmçinin o evə özünün cehiz əşyalarını da gətirmişdir. Həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar.Birgə yaşadıqları dövrdə valideynlərinin maddi dəstəyi ilə cavabdehlə həmin evdə təmir-tikinti işləri aparmışlar. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlərə də nəzər salsaq, görərik ki, həmin qəbzlər yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Birgə n ikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında mübahisə olmuşdur. Bundan sonra məcbur qalıb uşaqları ilə birlikdə atasının yaşadığı Kürdəmir rayonuna getmişdir. Uşaqları ilə birlikdə məcbur qalıb həmin evdə yaşamışlar. Onun və uşaqlarının atasının yanında qalmağı mümkün deyildir. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, yaşadıqları evə köçürülmələrini ona bildirsə də, cavabdeh həmin yaşayış evinə köçmələrinə imkan vermir.Hal-hazırda cehiz əşyaları həmin evdə yerləşir. Hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur. Hesab edir ki, cavabdeh kimi onun və uşaqlarının də həmin evdən istifadə etmək hüququ olduğu üçün, o, və uşaqları həmin yaşayış sahəsinə köçürülməlidirlər. Göründüyü kimi onun və uşaqlarının yaşadığı sahədən məhrum edilmələri qanunsuz olmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin cavabdehin mübahisələndirilən evə hər hansı hüququnun olmasını təsdiq edən sənəd yoxdur. 30. 09 sentyabr 2017-ci il tarixdə nikahımız bağlanmış, nikah bağlandıqdan sonra biz Səbail rayonu, Arif İsmayılov küçəsi ev 42A- da yaşamışlar. Həmin evdə yaşayarkən iki övladları anadan olmuşdur. 2023-cü ildə bizim aralarında mübahisə olduğundan Kürdəmirdə atasının evində yaşayır. İyul ayında nikahın pozulması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Noyabrın 27- də nikahları pozulmuşdur. Verilmiş sorğular əsasında müəyyən edilmişdir k i, yasadıqları evin su və qaz sayğacları cavabdehin adına olmuşdur həmçinin birinci instansiya məhkəməsində Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsinə əsasən onların Səbail rayonu, Arif İsmayılov küçəsi ev 42A ünvanında yaşamaqları sübut olunur belə ki, etiraz ərizəsində həmin ünvanda yaşamaqları və birgə təsərüfat aparmaqları cavabdeh tərəfindən etiraf olunur. Lakin bütün bunlara baxmayaraq cavabdeh onun yaşayış sahəsinə köçürülməyi ilə bağlı iddia qaldırdığını bildikdən dərhal sonra birgə yaşadıqları evi satacağını və onun həmin evə köçməyə imkan verməyəcəyini bildirmişdir. Məhkəmə gedişində heçbir sübut və dəlil olmamasına və sübut edilməsi cavabdeh və üçüncü şəxs qismində məhkəməyə qoşulmuş Şahid tərəfindən qeyrimümkün olmasına baxmayaraq apelyyasiya instansiya məhkəməsi (X5) tərəfl ərin şifahi şəkildə deməyini qəbul edərək ünvan 5 ünvanında yerləşən evin Şahid satılması qənaətinə gəlmişdir. Qanunsuz və əsassız olaraq belə qənaətə gəlmək onun və uşaqlarının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunveriliciyi ilə qorunan hüquqlarının pozulması deməkdir.

31. Məhkəmə çəkişmə prinsipini pozmuş, təqdim etdiyi sübut və dəlillərə hüquqi qiymət vermədən, yalnız cavabdeh və üçüncü şəxsin sübut edilməyən mülahizə və izahatlarını əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi işə baxarkən prosessual qanunverciliyin qeyd olunan tələblərinə əməl etməmiş, cavabdehin məhkəmə iclasında verdiyi izahatlarını, müzakirə edilən dəlillərə etdiyi etirazlara qiymət vermədən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, iddia mövqeyini üzərinə götürərək, işə birtərəfli qaydada baxaraq, iddiaçının göstərdiklərinə uyğun yekun nəticəyə gəlmişdir.

33. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27-ci maddəsinə, “R.Şirinovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz verərək xx.xx.2024-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş qətnamənin qanuni və əsaslı olduğunu bildirmiş və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

36. Maddə 12.Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.

37. Maddə 15.Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

38. Maddə 16.Y aşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin q arşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik ol an apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün işdə iştirak edən şəxslərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cabbarova (Eminova) Aydan Maarif qızı tərəfindən verilmiş kassasiya şikayəti edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli 2(103)2959/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar