Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3873/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)3370/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 2, 43 saylı mənzil İddiaçı mülkiyyətindədir.
1. Cavabdeh İddiaçı oğludur və qeyd olunan mənzildə qeydiyyatdadır.
2. Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin, 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. O, bir müddət xaricdə yaşamış, Azərbaycan Respublikasına qayıtdıqdan son ra isə əvvəllər iddiaçının digər oğlu X2 mülkiyyətində olmuş, sonra cavabdehə bağışlanmış mənzildə yaşamışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur, iddiaçı ona görə əlavə kommunal xərclər ödəyir, mənzil barədə istədiyi kimi sərəncam verə bilmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış üçün ehtiyacı yoxdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e-2(004)725/2023 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia ərizəsi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən 43 saylı mə nzil İddiaçı mülkiyyətində olmaqla, onun övladı olan Cavabdeh qeyd olunan ünvanda pasport qeydiyyatındadır. Cavabdeh mübahisələndirilən mənzildə yaşamır.
7. İddiaçı o, ailə üzvü olan Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığı üçün kompensasiya ödənilmədən xitam verilməsini məhkəmədən xahiş etmişdir.
8. Bununla əlaqədar, məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının oğludur və 2003-cü ildən bəri, mübahisələndirilən ünvanda yaşamır, faktiki olaraq cavabdehin mülkiyyətində ünvan 3 ünvanında yerləşən 30 saylı mənzili var və həmin mənzildə yaşayır. Cavabdehin 2003-cü ildə, yeni mənzil üzərində mülkiyyət hüququ əldə etməsi və mübahisəli mənzildə daha yaşamaması ilə iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152 və 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e-2(004)-725/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli 2(103)-3370/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışınskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e2(004)-725/202 3 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)-3370/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 7.3, 228.5-ci. Mülki Prosessual Məcəllənin 64.1, 79.1, 97.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tari xli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli, “R.Ağalarovun işi üzrə” 26 sentyabr 2007-ci il tarixli və s. qərarları pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının ailə üzvü olmaqla, onun mübahisəli mənzildən istifadə hüququ vardır. Cavabdehin qeydiyyatda olduğu mənzildən uzun müddət istifadə etməməsi faktı iş üzrə təsdiqini tapmamışdır. Cavabdeh qardaşı vəfat etdiyi tarixədək ona bağışlanan mənzildə deyil, məhz anasına məxsus mənzildən istifadə etmişdir. O, 2018-ci ildə yaşadığı mənzilin anasının adına özəlləşdirilməsinə razılıq vermişdir. Məhkəmə işin hallarını araşdırmamışdır.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin təl əblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci madd əsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun yaranması işin mübahisə edilməyən halıdır. Odur ki, bu məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
23. Mübahisələndirilən məsələ həmin hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
25. Hazırki iş üzrə cavabdehin mülkiyyətində başqa yaşayış sahəsinin olması və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacı aradan qalxması iş üzrə müəyyən olunan hal olduğundan, apellyasiya instansiyası məhkəməsi nin yuxarıda qeyd olunan mövqeyi Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur. Bu zaman cavabdehin hansı müddətdə iddiaçının mülkiyyətində olan mübahisəli yaşayış sahəsindən istifadə etməməsi əhəmiyyət kəsb etmir.
26. İşin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması M PM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)-3370/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.