Məhkəmə qərarları › İş №2(102)-3874/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3874/2025

22.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3874/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerinin müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2025-ci il tarixli, 2(103)5080/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və X7 01 avqust 2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 15 may 2009-cu il təvəllüdlü XXX, 12 may 2010-cu il təvəllüdlü X10 və 11 avqust 2013-cü il təvəllüdlü X11 adlı övladları anadan olmuşlar.

2. Nikaha daxil olduqdan sonra, X7 qayınanası X1 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, XXX küçəsi XXX saylı evə köçərək, ailəsi ilə birgə yaşamışdır.

3. X2 20 noyabr 2015-ci il tarixdə ölmüşdür.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və X7 arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar analarının yanında saxlanılmış, onların saxlanılması üçün atadan aliment və əlavə xərclər tutularaq analarına ödənilməsi qət edilmişdir. 5. 02 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı və X1 digər 3 nəfər vərəsələrinin hər birinə miras əmlaka 1/4 hissədə pay verilmiş, digər vərəsələr paylarını İddiaçı bağışlamış, 23 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, XXX küçəsi XXX saylı ev üzərində sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı övladları ilə birlikdə ünvan 2-dən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia belə ə saslandırılmışdır ki, mübahisəli evə 2008-ci ildə gəlin kimi köçən cavabdehin evin həmin vaxt mülkiyyətçisi olmuş X2 arasında Mülki Məcəllənin 228-ci maddəsində təsbit olunan, yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranmadığına görə, cavabdeh X7, habelə azyaşlı övladları 15 may 2009-cu il təvəllüdlü XXX, 12 may 2010-cu il təvəllüdlü X10 və 11 avqust 2013-cü il təvəllüdlü X11 mübahisəli evdən çıxarılmalıdırlar. İddiaçı cavabdehdən uşaqlarla birgə evdən çıxmasını xahiş etsə də, onlar evdən çıxmırlar.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(003)1908/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia qismən təmin edilmiş, cavabdeh X3 ünvan 1 ünvanına 3 il müddətinə istifadə hüququnun saxlanılması və cavabdeh X3 10 iyul 2028-ci il tarixdə əşyaları ilə birgə ünvan 2 ünvanından çıxarılması, iddianın tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən mübahisə predmeti olan mənzilin onun qanuni sahibliyin də və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə iddianın mənzildə yaşayan azyaşlı uşaqları — XXX, X10 və X8 aid hissəsi ilə bağlı hesab etmişdir ki, uşaqlar birgə nikahdan doğulmuş uşaqlardı, iddiaçı onların atasıdır və onların həmin mənzildə istifadə hüquqları vardır. Bu gün uşaqların cavabdeh ananın himayəsində olmasına baxmayaraq gələcəkdə onlar istənilən vaxt ataları ilə də yaşamağı seçə bilərlər.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, iş üzrə mövcud faktiki hallar birlikdə nəzərə alınmaqla cavabdeh X4 mübahisə predmetinə aid olan evdə 3 (üç) il müddətində yaşamaq hüququ verilməli, 3 il başa çatdıqdan sonra isə, mülkiyyətçi olan iddiaçının hüquqlarının tam bərpası üçün cavabdeh məcburi qaydada mübahisəli evdən çıxarılmalıdırlar.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2025-ci il tarixli, 2(103)-5080/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi edən və məruzəçi ilə, hakimlər E.Kazımov və N.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab edir etmişdir ki, rayon məhkəməsi iddia tələblərini uşaqlara aid hissədə təmin etməməkdə haqlı olmuşdur. Rayon məhkəməsi bu qənaətə gələrkən ona əsaslanmışdır ki, nikahın pozulmasından sonra keçmiş arvadın iddiaçı ərin mənzilinə olan istifadə hüququna da xitam verilsə də, bu, iddiaçının uşaqlarına münasibətdə hər hansı yeni hal müəyyən etmir, başqa sözlə desək, uşaqların iddiaçı olan atalarının mənzilinə istifadə hüququ onların doğulduğu gündən yaranmış və həmin hüquq onların valideynlərinin arasında olan nikahın pozulmasından asılı olmayaraq qalmaqda davam edir. Uşaqlar həm mülki qanunvericiliyin, həm də ailə qanunvericiliyinin tələblərinə əsasən valideynlərinin mə nzilindən istifadə və onlarla birgə yaşamaq hüququna malikdirlər.

16. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbinə görə on dörd yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərin yaşayış yeri sayılır. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsində isə hər bir uşağın öz valideynləri ilə birgə yaşamaq hüququ təsbit edilmişdir.

17. Nikahın pozulmasından sonra azyaşlıların cavabdeh ananın yanında saxlanılması isə heç bir halda uşaqlar üçün müəyyən olunmuş həmin hüquqların xitamı və ya aradan qalxması kimi təfsir edilə bilməz. Rayon məhkəməsi haqlı ol araq qeyd etmişdir ki, uşaqların ananın yanında saxlanması, onların istənilən vaxt atalarının yanında qalmaq, onunla yaşamaq və qanunun onlar üçün müəyyən etdiyi hüquqlardan istifadə etmək və faydalanmaq imkanını istisna etmir. Bu baxımdan həm də Mülki Məcəllənin 15.2-ci maddəsində təsbit olunmuş prinsipi nəzərə alınmalıdır. Həmin normanın tələbində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlarından istifadə etməməsi qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

18. Beləliklə də, qeyd edilənlərə əsasən müəyyən olunur ki, mənzildən çıxarılması istənilən azyaşlı uşaqların iddiaçı ataya məxsus mənzildə istifadə hüquqları mövcuddur və valideynlər arasındakı nikahın pozulması və nikahın pozulmasından sonra uşaqla rın cavabdeh ananın yanında saxlanılması heç bir vəchlə onların həmin hüquqlarının xitamına və ya aradan qalxmasına səbəb olmur. Demək ki, rayon məhkəməsinin iddia tələblərinin azyaşlı uşaqlara aid hissədə təmin edilməməsinə dair qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti bu hissədə əsassızdır və təmin edilə bilməz.

19. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının uşaqlara münasibətdə hazırkı tələbi yalnız onlara müvafiq kompensasiyanın verilməsi yolu ilə həll oluna bilər.

20. Daha sonra, apellyasiya məhkəməsi göstərmişdir ki, hazırda iddiaçı apellyasiya şikayəti verərək, həm də qətnamənin cavabdehin onun mülkiyyətində olan mənzildə 3 il müddətinə müvəqqəti istifadə hüququnun tanınması ilə bağlı hissəsini mübahisələndirir. İddiaçı şikayətinin dəlillərini belə əsaslandırm ışdır ki, mübahisəli ev tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınan zaman cavabdehlə onun nikahları artıq pozulmuş və cavabdeh onun ailə üzvü sayılmırdı.

21. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya istifadə hüququna əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və digər diqqətə layiq hallar onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

22. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalar ının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətin dair” 22 yanvar 2015-ci il tarixli qərardadına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına istinad edən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2025-ci il tarixli, 2(103)-5080/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30.4-ü, Mülki Məcəllənin 228.5, 386-cı, Mülki Prosessual Məcəllənin 217, 387.1-ci maddələrinin tələbləri pozulmuşdur.

25. Belə ki, cavabdeh 01 avqust 2008-ci il tarixli nikahdan sonra qeyd olunan ünvana gəlin gəlmiş, lakin ev həmin vaxt iddiaçının anası X1 mülkiyyətində olmuş, onun vəfatından sonra qanuni vərəsəlik hüququ əsasında iddiaçı əmlakın tam mülkiyyətçisi olmuşdur. Mübahisəli mənzil 23 noyabr 2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış və həmin vaxt artıq tərəflər arasında bağlanmış nikah Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçının adına qeydiyyata alınan evdə cavabdeh in istifadə hüquqlarının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən itirilməsi nəticəsinə gələrkən tətbiq edilməli olan qanunu tətbiq etməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdehin istifadə hüquqları 2008-ci ildə evə gəlin gələrkən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən yaranmamış, istifadə hüququ həmin vaxt yaranmadığına görə məhkəmə 2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə, cavabdehə 3 illik istifadə hüququ tanımaqla səhv nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə iddianın mənzildə yaşayan azyaşlı uşaqları - XXX, X10 və X8 aid hissəsi ilə bağlı qeyd edir ki, uşaqlar birgə nikahdan doğulmuş uşaqlardır, iddiaçı onların atasıdır və onların həmin mənzildə istifadə hüquqları vardır. Bu gün uşaqların cavabdeh ananın him ayəsində olmasına baxmayaraq, gələcəkdə onlar istənilən vaxt ataları ilə də yaşamağı seçə bilərlər. İddianın bu hissəsinin rədd edilməsi barədə məhkəmə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmi n yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhk əmənin qərarı əsasında saxlanıla bilər.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 1255-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 -ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edil ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı cavabdeh X4 münasibətdə təmin edərkən, onun mübahisəli yaşayış sahəsində 3 il müddətinə müvəqqəti istifadə hüququnu tanımaqla əsaslı nəticəyə gəlsə də, iddianı uşaqlara münasibətdə rədd edərkən maddi hüquq normalarını müəyyən olunmuş işin faktiki hallarına uyğun düzgün tətbiq etməmişdir. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə iddianın tərəflərin azyaşlı övladlarına münasibətdə təmin edilməyən hissəsində ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddia həmin hissədə də təmin olunmalıdır.

35. Belə ki, məhkəmə kollegiyası ilk olaraq kassasiya şikayətinin cavabdeh X4 münasibətdə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə mübahisəyə düzgün olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etmişdir.

36. Qeyd olunmalıdır ki, cavabdeh mübahisəli yaşayış sahəsinə köçərkən mənzil qayınanası X1 mülkiyyətində olmaqla, onlar arasında Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan qaydada müqavilə bağlanmadığından cavabdehin həmin zaman yaşayış sahəsindən istifadə hüququ yaranmasa da, mülkiyyətçinin 20 noyabr 2015-ci il tarixdə ölümü ilə həmin yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçmişdir.

37. Belə olan halda, həmin tarixdən sonra mübahisəli yaşayış sahəsinə münasibətdə iddiaçı və cavabdeh arasında yeni hüquq münasibətlər yaranmış və bu münasibətlər Mənzil Məcəllənin 30-cü maddəsi ilə tənzimlənir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu hissədə dəlilləri üzrə qeyd edir ki, iddiaçının mübahisəli yaşayış sahəsi üzərində hüquqlarını tərəflərin nikahları pozulduqdan sonra, 23 noyabr 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hazırkı mübahisə üçün əhəmiyyət kəsb etmir. Bu səbəbdən ki, Mülki Məcəllənin 1255-ci maddəsinin 21 iyun 2025-ci il tarixədək qüvvədə olan redaksiyasına görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiy yəti sayılır. Yəni, X1 20 noyabr 2015-ci il tarixdə ölümü ilə miras açılmış və vərəsələr miras əmlakın (o cümlədən mübahisəli fərdi yaşayış evinin) mülkiyyətçisi olmuşlar. Cavabdeh həmin zaman iddiaçının ailə üzvü olmaqla, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən evdən sonuncu ilə bərabər istifadə etmək hüququna malik olmuşdur.

39. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin faktiki hallarını araşdıraraq hesab etmişdir ki, cavabdehin maddi və ailə vəziyyəti, özünü başqa yaşayış sahəsi ilə təmin etmək imkanında olmaması nəzərə alınaraq, onun 3 il müddətində iddiaçının yaşayış sahəsindən istifadə hüququ saxlanılmalıdır. Bu hissədə də apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının pozulmasına yol ver ilməmişdir.

40. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.... Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sah əsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.

41. Konstitusiya Məhkəməsinin Palatası “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli Qərardadında isə qeyd etmişdir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin mü əyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq digər halları nəzərə almalıdır.

42. İddianın rədd olunmuş hissəsinə dair kassasiya şikayətinin dəlilləri ilə isə məhkəmə kollegiyası razılaşır.

43. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmaqla, uşaqlar ananın – hazırkı iş üzrə cavabdehin himayəsi ndə saxlanılmışlar.

44. Məhkəmə kollegiyası razılaşır ki, yuxarıda qeyd olunan qətnamə ilə iddiaçı ilə yetkinlik yaşına çatmayan uşaqlarının ailə münasibətlərində dəyişiklik baş verməmişdir.

45. Lakin, eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

46. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

47. Yəni, hazırkı vəziyyətdə - iddia uşaqlara münasibətdə təmin edilmədikdə, Azərbaycan Respublikası adından qəbul edilən məhkəmə qərarların a rasında ziddiyyət yaranmaqla, onlardan birinin icrası qeyri-mümkün olacaqdır.

48. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X7 mübahisəli yaşayış sahəsindən çıxarılacağı zaman, azyaşlı övladları da, onunla birgə həmin evdən çıxarılmalıdırlar.

49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, gələcəkdə uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı qarşılıqlı razılaşma əldə olunduğu, ya də ki, qanuni qüvvəyə minmiş başqa məzmunda məhkəmə qərarı qəbul edildiyi halda, hazırkı qərar Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən onların mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarını istisna etmir.

50. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30.2-ci maddəsi düzgün təfsir edilmədiyindən Mülki Prosessu al Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin azyaşlı uşaqların iddiaçının yaşayış sahəsindən çıxarılmasının rədd olunması hissəsində ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2025-ci il tarixli, 2(103)-5080/2025 nömrəli tarixli qətnaməsi qismən, yəni iddianın azyaşlı övladlarına münasibətdə təmin edilməyən hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya insta nsiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia bu hissədə təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları – 15 may 2009-cu il təvəllüdlü XXXnun, 12 may 2010-cu il təvəllüdlü X5 və 11 avqust 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanına istifadə hüquqları 10 iyul 2028-ci il tarixədək saxlanılmaqla, onlar həmin tarixdə cavabdeh X7 ilə birlikdə çıxarılsınlar. Qətnamə mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar