Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3875/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3875/2023 (Açar sözlər: hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasın ın Xammal və Əmtəə Birjasının Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı “hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3829/23 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-11260/2016 nömrəli, 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı və X1 müştərək q aydada 10.936,03 ABŞ dolları əsas borc, 1.269,58 ABŞ dolları faiz borcu, 50,80 ABŞ dolları cərimə, cəmi 12.256,41 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq "xxxx" ASC yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsaitdən borcun ödənilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının 10 yanvar 2020-ci il tarixli, 01/32 saylı “Hərracın keçirilməsinə dair” bildirişinə əsasən, “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ilk in hərrac 21 yanvar 2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ünvan 1 ünvanında keçiriləcək. İlkin satış qiyməti 11.000 manat müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının 24 yanvar 2020-ci il tarixli, 01/73 saylı “Hərracın keçirilməsinə dair” bildirişinə əsasən, “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair təkrar hərrac 05 fevral 2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ünvan 1 ünvanında keçiriləcək. İlkin satış qiyməti 11.000 - 15%=9.350 (doqquz min üç yüz əlli) manat müəyyən edilmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-86/2021 nömrəli, 25 fevral 2021ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus olan “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin nəticə ləri haqqında "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 19-175 saylı hesabatı ləğv edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4204/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)86/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli 08/04 nömrəli protokolda məhz Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 11.000 manat olmaqla, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 7.012,5 manata tələbkar Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Cavabdeh2 ASC, Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı “hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən, X3 saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli pro tokolun etibarsız hesab edilməsi; “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həm məhkəmələr tərəfindən, həm də ekspert tərəfindən avtomobillə bağlı qiymətləndirmənin düzgün keçirilmədiyi və məbləğin aşağı göstərildiyi təsdiq olunmuşdur. Qiymətləndirici tərəfindən avtomobilin qiymətinin müəyyən edilmə metodları düzgün seçilməmişdir. Digər tərəfdən avtomobilin hərracdan satışını həyata keçirən cavabdeh "xxxx" MMC tərəfindən təşkil edilərək həyata keçirilmiş nə ilkin, nədəki, təkrar hərracların keçirilmə yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməmiş, həmin hərraclarda onun iştirakı təmin e dilməmiş, əmlakın əldə edilməsində üstünlük hüququ pozulmuşdur. Hərracdan ümumiyyətlə xəbəri olmamışdır. İş materialları ilə tanış olarkən əldə edilmiş poçt qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən ona göndərilən heç bir poçt qəbzi ona çatmamış, onun tərəfindən imzalanmamışdır. Bunlardan başqa, icra şöbəsindən əldə olunmuş sənədlərin surətlərindən görünür ki, avtomobillə bağlı ilkin və təkrar hərraclar baş tutmadığına görə, "xxxx" MMC tərəfindən tələbkar olan Cavabdeh2 ASC-yə təklif göndərilmişdir. Həmin təklifdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində ilkin satış qiymətindən 25% aşağı, yəni 7.012,5 manata əldə olunması təklif olunmuşdur. Təklifdə həmçinin avtomobilin 30 təqvim günü ərzində əldə olunmadığı halda ipotekaya x itam veriləcəyi barədə Bank xəbərdar olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. X3 saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, bankın səlahiyyətli nümayəndəsi X4 həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtomobilin 7.012,5 manata əldə olunmasına razılıq vermişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, ipoteka predmeti Bank tərəfindən 30 günlük müddət ötürülməklə qəbul edilmişdir. Belə ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş, həmin müddətdən etibarən 30 gün müddətində yəni, xx.xx.2020-ci ilədək əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, həmçinin 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən əldə edilmişdir.
9. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-FL*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən, X3 saxlayana ipoteka predmeti nin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi; “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi, “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddianın həcminin artırılması barədə ərizədə göstərilmişdir ki, işə məhkəmədə baxıldığı müddətdə cavabdehlər tərəfindən çoxsaylı pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 52/20 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat tərtib edilmişdir. Həmin hesabata əsasən, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil 11.000 manata dəyərləndirilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın ləğvi” tələbinə dair məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxıldığı müddətdə ekspertiza təyin edilmiş, 26 yanvar 2021-ci il tarixli, 9/4701 saylı ekspert rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1600 kub/sm, “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 12.500 (on iki min beş yüz) manat müəyyən olunur. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul edildiyi halda, icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdıqdan sonra icraatın təzələnməsinə dair hər hansı qərar qəbul edilməmiş, “İcra haqqında” Qanunun 19.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da, icraatın təzələnməsinə dair hər hansı qərar mövcud olmadığı halda, hərracın keçirilməsinin davam etdirilməsi tamamilə qanunsuzdur. Bu isə, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə daha bir əsasdır. İşə məhkəmədə baxıldığı dövrdə mübahisə predmeti ol an avtomobil bir neçə dəfə onun razılığı və məlumatı olmadan satılmışdır. Belə ki, sorğuya cavab məktubundan bəlli olur ki, avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" (Azərbaycan) ASC-nin adına qeydiyyata alınsa da, elə həmin gün də bank tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Sonuncu isə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən avtomobili Cavabdeh4 satmışdır (əslində isə addan-ada keçirmiş, özgəninkiləşdirilmə üçün görünüş yaratmışdır) və bu barədə ona heç bir məlumat verməmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdeh bank iddiaya qarşı yazılı etiraz verərək iddianın qəbul edilmədiyini, iddiaçının dəlillərini əsassız hesab etdiklərini göstərmişdir. Belə ki, iddiaçı hərracın nəticələrinin ləğv edilməsinə əsas ola biləcək hal kimi hərr acın birtərəfli qaydada keçirilməsini və iddiaçının iştirakını lazımi qaydada təmin etmədiyini göstərmişdir. Aşağıda qeyd olunan əsaslara görə Bank iddia tələblərini faktiki və hüquqi baxımdan əsassız hesab edir. İş materiallarına əlavə olunan bildirişdən göründüyü kimi, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Xammal və X8 Mərkəzi "xxxx" MMC tərəfindən bir saylı bildiriş iddiaçıya göndərilmişdir. İlk hərracdan sonra avtomobili əldə edən olmadığı səbəbdən xx.xx.2020-ci il tarixdə ikinci hərrac keçirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hərrac keçirilmişdir. Keçirilən hərraclarda alıcı olmadığı səbəbindən xx.xx.2020-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərildi və Bank xx.xx.2020-ci il tarixdə bu təklifi qəbul etdi. xx.xx.2 020-ci il tarixdə Sumqayıt Şəhər İcra İdarəsinin qərarına əsasən icra sənədi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş sübutlardan göründüyü kimi, xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubundan göründüyü kimi, məhkəmə prosesi yekunlaşdığından hərracın qaldığı yerdən davam etdirilməsi xahiş olunmuşdur. Nəhayət xx.xx.2022-ci il tarixli 08/04 saylı hərracın yekunları barədə protokola əsasən avtomobil ipoteka saxlayan tərəfindən məcburən, çarəszlikdən alınmışdır. Əks halda ipotekaya xitam riski ola bilərdi.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-236/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 18 mart 2022-ci il tarixli “X3 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Həracın yekunları” barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi, ilk növbədə iddia tələblərinin “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, 21 yanvar 2020-ci il tarixli hərracda ipoteka predmetinin ilkin satış qiyməti 11.000 (on bir min) manat məbləğində müəyyən edilmiş, 05 fevral 2021-ci il tarixli təkrar hərracda isə 11.000-15%=9.350 (doqquz min üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Daha sonra iddiaçının qiymətləndirməni mübahisələndirməsi ilə bağlı icraat dayandırılsa da, 18 mart 2022-ci il tarixli hərracın yekunları barədə protokolda yenə də qiymət 11.000-25%=7.012,5 (yeddi min on iki manat əlli qəpik) məbləğində müəyyənləşdirilərək bank tərəfindən qəbul edilmişdir. Halbuki həmin vaxt artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsinə, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyinə əsasən ipoteka predmetinin orta bazar qiymətinin 12.500 (on iki min beş yüz) manat olmasına baxmayaraq, icra məmuru hərracı da yandırıldığı yerdən davam etdirilməsi barədə hərrac təşkilatına müraciət etmiş, bank isə ipoteka predmetini əldə etmişdir. Beləliklə, məhkəmə qətnaməsi nəzərə alınmamışdır.
14. Eyni zamanda hərrac təşkilatı ipoteka qoyana bildirişin göndərilməsi və kütləvi informasiya vasitələrinə elanın dərc edilməsi ilə bağlı müddəaları da pozaraq, müddətlərə riayət etməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Lakin mülki işin materiallarına əlavə edilmiş “Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, 21 yanvar 2020-ci il tarixdə baş tutan hərracın keçirilməsi barədə elan 10-16 yanvar 2020ci il tarixdə verilmiş - yəni hərracın keçirilməsinə cəmi 10 gün qalmış; 05 fevral 2020-c i il tarixli təkrar hərracın keçirilməsi barədə elan isə 24-30 yanvar 2020-ci il tarixdə verilmişdir – yəni, hərracın keçirilməsinə cəmi 12 gün qalmış.
15. Məhkəmə iddia ərizəsinin bildirişlərin iddiaçıya çatdırılmaması ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
16. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab etmişdir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə mü əyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növ bəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.
17. Mülki işin materialları ilə təsdiq edilir ki, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin hərrac təşkilatı tərəfindən yenə də müddətlərə riayət edilməmiş, bildirişlər 10 yanvar 2020-ci il və 24 yanvar 2020-c il tarixlərində göndərilmiş, bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbi pozulmuşdur.
18. Məhkəmə göstərilən halların hərracın keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin pozuntusu kimi qiymətləndirmiş və hesab etmişdir ki, hərracın nəticələri barədə 18 mart 2022-ci il tarixli protokol etibarsız hesab edilməlidir. İddia tələbinin “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun icra sənədi üzrə hərəkətlərindən narazı qaldığı halda, məhkəmə qətnaməsini çıxaran məhkəməyə şikayət edə bilər. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, məhz məhkəmə qətnaməsi qəbul edən məhkəmə qətnamənin icrasına nəzarəti həyata keçirir.
19. Məhkəmə iddia tələbinin “ipotekaya xitam verilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsində sadalanmışdır. Hazırkı mülki iş üzr ə həmin hallardan heç biri müəyyən edilmir. Eyni zamanda iddia ərizəsində göstərilənin əksinə olaraq, “ipoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinin pozulması da müəyyən edilmir; Belə ki, hərracın baş tutması barədə elan “Birja yenilikləri” barədə qəzetin 01 mart 2022-ci il tarixli sayında dərc edilmiş, protokol isə 18 mart 2022-ci il tarixdə imzalanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Cavabdeh3, Cavabdeh4 vicdanlı alıcı olması mülki işin materialları ilə təsdiq edildiyindən, əksini sübut edə biləcək dəlillər iddiaçı tərəfindən məhkəməyə t əqdim edilmədiyindən bu hissədə də iddia tələbi əsassızdır və təmin edilə bilməz.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 182.2, 269.1, 317.1, 319.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.8, 48.1-1, 48.1.1, 48.1.2, 48.1.3, 48.1.4, 48.1.5-ci, “İcra haqqında” Qanunun 53.1, 53.2, 53.3-cü, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.1 15.2, 15.3, 15.4, 15.5 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən iddiaçı və Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
23. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh ed ilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında günlük müddət ötürülməklə qəbul edilmişdir. Belə ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş, həmin müddətdən etibarən 30 gün müddətində yəni, xx.xx.2020-ci ilədək əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, həmçinin 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən əldə edilmişdir Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddianın qismən “hərracın yekunlarına dair protokolun etibarsız sayılması” hissəsində təmin edilməsi, iddia tələbinin qalan hissələrdə də təmin edilməsi üçün əsas idi. Belə ki, bütün iddia tələbinin kökündə “hərracın etibarsızlığı” dururdu. Hərrac etibarsız sayıldığı halda, avtomobilə dair yeni alqı-sa tqı müqavilələri də etibarsız sayılmalı idi. Çünki, bank tərəfindən həmin avtomobilin satılmasına dair heç bir səlahiyyətinin olmadığı məhkəmənin özü tərəfindən müəyyənləşdirilmişdir. Sözügedən avtomobilin satılmasına dair satıcı olan Bankın səlahiyyətli olmadığı məhkəmə tərəfindən təsdiq edilmişdir. Əgər Bankın həmin avtomobili satmaqda heç bir səlahiyyəti yoxdursa, alıcının legitimliyindən necə söhbət gedə bilər?! İşə məhkəmədə baxıldığı dövrdə mübahisə predmeti olan avtomobil bir neçə dəfə iddiaçının razılığı və məlumatı olmadan satılmışdır. Belə ki, sorğuya cavab məktubundan bəlli olur ki, avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" (Azərbaycan) ASC-nin adına qeydiyyata alınsa da, məhz elə həmin gün də bank tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Avtomobilin Ca vabdeh3 satılmasına dair alqı-satqı müqaviləsində ümumiyyətlə tarix göstərilməmişdir. Müqavilənin müddəti isə müqavilənin mühüm şərtlərindəndir. Bundan əlavə, həmin müqavilədə qiymət 9.500 manat, yəni avtomobilin real dəyəri olan 12.500 manatdan qat-qat aşağı göstərilmişdir ki, bu da müqavilənin etibarsızlığına və alıcının vicdanlı alıcı olmadığına dəlalət edir. Nədənsə sonuncu da guya “vicdanlı alıcı” olmasına baxmayaraq, avtomobili bir neçə aydan sonra xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmış (əslində isə addan-ada keçirmiş, özgəninkiləşdirilmə üçün görünüş yaratmışdır) və bu barədə ona heç bir məlumat verməmişdir.
25. Cavabdeh “Bank VTB (Azərbaycan) ASC apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hərracın nəticələrinə dair protokolu, iddiaçının xahişi əsasında etibarsız hesab etməsi qanunsuz və əsassızdır. Belə ki, 7 ildir ödənməyən borcun qaytarılması üçün qanunvericiliklə və tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyən, girov əmlakına tutma yönəltməyən, əmlakların hərracda yüksək qiymətə satılması üçün heç bir hərəkət etməyən iddiaçı ipoteka qoyanın formal olaraq əmlakın aşağı qiymətə qiymətlandirildiyini iddia etməsi əsassızdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara hüquqi qiymət verməmiş, iddiaçının hüquqlarını bərpa etdiyini əsas gətirərərk qanunsuz olaraq bankın hüquqlarını kobud şəkildə pozmuşdur.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3829/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xumar Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti ilə bağlı hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki, ipoteka predmeti olan avtomobil ilə bağlı hərrac sonradan məhkəmə qətnaməsi ilə ləğv edilmiş qiymətləndirmə hesabatında göstərilən qiymət əsasında ke çirilmişdir. Bu qiymətin real olmadığı isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Ona görə də hərracın yekunları ilə bağlı protokolu etibarsız sayarkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.
29. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac b aş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Hazırki iş üzrə cavabdeh olan bank isə bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmeti olan avtomobili əldə etmişdir. Düzdü, iddiaçı bəyan edir ki, ipoteka predmeti bank tərəfindən 30 günlük müddət ötürülməklə, yəni, xx.xx.2020-ci ilədək əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022ci il tarixdə tərəfindən əldə edilmişdir. Ancaq bunun səbəbi tələbkar bankın ipoteka predmetini əldə etmək istəyinin olmaması deyil, icra məmuru tərəfindən icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı olmuşdur. Birdəki, hər bir halda mübahisə predmeti olmuş avtomobil onsuzda ipoteka yüklülüyündən azad edilmiş və ipotekaya xitam verilmişdir. Çünki, bank hərracın nəticələri olaraq avtomobili əldə etdikdən sonra, digər Cavabdeh3 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmış, Cavabdeh3 isə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır.
31. Qeyd olunan qərardadın 32-34-cü paraqr aflarında qeyd olunmuşdur ki, həmçinin, ipotekaya xitam verilməsi tələbi hərracların müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi əsası ilə təmin edilmədiyi təqdirdə, həmin əmlaklarla bağlı hərraclar keçrilməmiş hesab edildiyi üçün onların yenidən təşkili “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin (yalnız iki hərracın keçirilməsi) tələblərinə zidd olmayacaqdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası. Bununla bağlı ilk növbədə qeyd edilməli dir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
32. Bununla yanaşı, “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinin tələbinə əsasən, yəni ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməli olduğundan bank da həmin avtomobili özgəninkiləşdirmişdir. Məhz bu hala görə avtomobilin bankın mülkiyyətinə keçməsinə dair tərtib edilmiş protokolu etibarsız hesab edərkən Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinin tətbiq edilməsi mümkün olmazdı. Çünki, mübahisəli avtomobil vicdanlı üçüncü şəxs tərəfində n əldə edilmişdir. Bu cür vəziyyətdə ipoteka predmeti olmuş avtomobilin əvvəlki vəziyyətə, yəni etibarsızlığın nəticəsi olaraq ipoteka qoyanın mülkiyyətinə qaytarılması mümkünsüz olan bir vəziyyət sayılır. Ona görə də əqdin etibarsızlığının nəticəsi kimi həmin avtomobilin ipoteka qoyanın mülkiyyətinə qaytarılması məsələsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Çünki, onsuzda ipoteka predmeti olmuş avtomobil sonradan vicdanlı üçüncü şəxslər tərəfindən əldə edildiyindən iddiaçının istədiyi əsasla ipotekaya xitam verilməsi və ipoteka qoyanın mülkiyyətinə qaytarılması da mümkünsüz sayılırdı. Düzdür, iddiaçı ipoteka predmeti olmuş avtomobili bankdan əldə edən digər cavabdehləri vicdanlı hesab etmir və buna görə alqı-satqı müqavilələrini də mübahisələndirir. Lakin bəyan et diyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür, o, isə bu halları sübuta yetirə bilmir.
33. İpoteka qoyanın bildirişi şəxsən almaması isə keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
34. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndəri lməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış avtomobilin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin avtomobili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin avtomobili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Bu cür hallar isə ipot eka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur.
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 182.1, 182.2, 319.1, 319.6, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 43.4, 43.5, 44-cü, “İcra haqqında” Qanunun 51.1, 61.1, 61.2-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 6, 7, 8-ci, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin “İpoteka qoyanın bildirişi şəxsən almaması isə keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Hərraca çıxarılmış avtomobilin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin avtomobili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin avtomobili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur” mövqeyi tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh2 ASC, İddiaçı və X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə hərracın keçiriləcəyi barədə məlumat qeyd olunmuşdur. Bildirişlər İddiaçı tərəfindən alınmamışdır. D igər tərəfdən avtomobilin hərracdan satışını həyata keçirən cavabdeh "xxxx" MMC tərəfindən təşkil edilərək həyata keçirilmiş nə ilkin, nə də ki təkrar hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməmiş, həmin hərraclarda iddiaçının iştirakı təmin edilməmiş, əmlakın əldə edilməsində iddiaçının üstünlük hüququ pozulmuşdur. Hərracdan ümumiyyətlə xəbərləri olmamışdır. İş materialları ilə tanış olarkən əldə etikləri poçt qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən onlara göndərilən heç bir poçt qəbzi onlara çatmamış, onlar tərəfindən imzalanmamışdır. Halbuki, iddiaçı razılaşma ilə bağlı dəfələrlə Banka getmiş, iddiaçının telefon nömrəsi və ünvanı Bankda olmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Məhkəmə isə öz qətnaməsində göstərir ki, guya “hərracın baş tutması barədə elan “Birja yenilikləri” barədə qəzetin 01 mart 2022-ci il tarixli sayında dərc edilmiş, protokol isə 18 mart 2022-ci il tarixdə imzalanmışdır.” Halbuki, iş materiallarında xx.xx.2022-ci il tarixdə həmin elanın dərc olunmasına dair məlumat mövcud deyildir. Bunlardan başqa, icra şöbəsindən əldə olunmuş sənədlərin surətlərindən görünür ki, avtomobillə bağlı ilkin və təkrar hərraclar baş tutmadığına görə, "xxxx" MMC tərəfindən tələbkar olan Cavabdeh2 ASC-yə təklif göndərilmişdir. Həmin təklifdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində ilkin satış qiymətindən 25% aş ağı, yəni 7.012,5 manata əldə olunması təklif olunmuşdur. Təklifdə həmçinin avtomobilin 30 təqvim günü ərzində əldə olunmadığı halda ipotekaya xitam veriləcəyi barədə Bank xəbərdar olunmuşdur. Göründüyü kimi, ipoteka predmeti Bank tərəfindən 30 günlük müddət ötürülməklə qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, “ipoteka predmetinin əldə olunmasına dair” xx.xx.2020-ci il tarixli Təklifdə ilkin satış qiyməti 11.000 manat olmaqla, 25% az – 7.012,50 manata təklif edilmişdir. Bank tərəfindən də məhkəmə qaydasında ləğv edilmiş qiymətləndirmə üzrə təklif qəbul edilmişdir ki, bu da tamamilə etibarsızdır. Halbuki, İcra məmurunun sifarişi əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilənlər rəhbər tutulmaqla, yenidən qiymətləndirilmə, ən azı 12.500 manat məbləğ nəzərə alınmaqla keçir ilməli, Bank isə həmin ilkin məbləğ 12.500 manata dair təklifə münasibət bildirməli idi. Göründüyü kimi, ipoteka predmeti Bank tərəfindən 30 günlük müddət ötürülməklə, məhkəmə tərəfindən ləğv edilmiş qiymətə münasibətdə qəbul edilmişdir. Belə ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində guya elan dərc edilmiş, həmin müddətdən etibarən 30 gün müddətində əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, həmçinin 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən əldə edilmişdir. Birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən iş üzrə iddianın qismən “hərracın yekunlarına dair protokolun etibarsız sayılması” hissəsində təmin edilməsi, iddia tələbinin qalan hissələrdə də təmin edilməsi üçün əsas idi. Belə ki, bütün iddia tələblərinin kökündə “hərracın etibarsızlığı” dururdu. Hərrac etibarsız sayıldığı halda, avtomobilə dair yeni alqısatqı müqavilələri də etibarsız sayılmalı idi. Çünki Bank tərəfindən həmin avtomobilin satılmasına dair heç bir səlahiyyətinin olmadığı məhkəmələrin özü tərəfindən müəyyənləşdirilmişdir. Apelyasiya məhkəməsinin mövqeyi tamamilə əsassızdır. Əvvəla, sözügedən avtomobilin satılmasına dair satıcı olan Bankın səlahiyyətli olmadığı məhkəmələr tərəfindən təsdiq edilmişdir. Əgər Bankın həmin avtomobili satmaqda heç bir səlahiyyəti yoxdursa, alıcının legitimliyindən necə söhbət gedə bilər?! Qeyd olunmalıdır ki, işə məhkəmədə baxıldığı dövrdə mübahisə predmeti olan avtomobil bir neçə dəfə iddiaçının razılığı və məlumatı olmadan satılmışdır. Belə ki, sorğuya cavab mə ktubundan bəlli olur ki, avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" (Azərbaycan) ASC-nin adına qeydiyyata alınsa da, məhz elə həmin gün də bank tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. İş materiallarında olan avtomobilin Cavabdeh3 satılmasına dair alqı-satqı müqaviləsində ümumiyyətlə tarix göstərilməmişdir. Müqavilənin müddəti isə müqavilənin mühüm şərtlərindəndir. Bundan əlavə, həmin müqavilədə qiymət 9.500 manat, yəni avtomobilin real dəyəri olan 12.500 manatdan qat-qat aşağı göstərilmişdir ki, bu da müqavilənin etibarsızlığına və alıcının vicdanlı alıcı olmadığına dəlalət edir. Və nədənsə sonuncu da guya “vicdanlı alıcı” olmasına baxmayaraq, avtomobili bir neçə aydan sonra - xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır (əslində isə a ddan-ada keçirmiş, özgəninkiləşdirilmə üçün görünüş yaratmışdır) və bu barədə iddiaçıya heç bir məlumat verməmişdirlər. Apellyasiya instansiya məhkəməsi apelyasiya şikayətinin “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı hər hansı münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 14.1, 217.1 və 218.1-ci maddələrinə və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi.
38. Maddə 182.1 Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
39. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
40. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
41. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
42. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respu blikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
43. Maddə 319.6. İpoteka predmetinin sa tışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
45. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
46. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkil at çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
47. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
48. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qayd aları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
49. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
50. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
51. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət gös tərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
52. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxar ılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
53. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
54. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
55. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
56. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
57. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barə də hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
58. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
59. Maddə 43.3. Hərracın baş tutmaması barədə e lanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
60. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
61. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməs i xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
62. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
63. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ö dənilməsi üçün kifayət qədər olsun.
64. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
65. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
66. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.
67. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qəra rı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
68. Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
69. Maddə 61.2. İxtisaslaşdır ılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
70. Maddə
3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.
71. Maddə
6. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.
72. Maddə
7. Qiymətləndirmə nəticələri haqqında hesabatlar ın tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
73. Maddə
8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək h üququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
77. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
81. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasi ya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
87. H ərracın nəticələrinin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
88. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı qismən təmin etmişlər.
89. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 18 mart 2022-ci il tarixli “X3 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Həracın yekunları” ba rədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə, yəni “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi, avtomobilə dair Cavabdeh2 ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsini etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmuşdur.
90. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi hissəsində haqlı olaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinin tələbinə əsasən, yəni ipoteka saxlayan xarakterinə və təyinatın a görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməli olduğundan bank da həmin avtomobili özgəninkiləşdirmişdir. Məhz bu hala görə avtomobilin bankın mülkiyyətinə keçməsinə dair tərtib edilmiş protokolu etibarsız hesab edərkən Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinin tətbiq edilməsi mümkün olmazdı. Çünki, mübahisəli avtomobil vicdanlı üçüncü şəxs tərəfindən əldə edilmişdir. Bu cür vəziyyətdə ipoteka predmeti olmuş avtomobilin əvvəlki vəziyyətə, yəni etibarsızlığın nəticəsi olaraq ipoteka qoyanın mülkiyyətinə qaytarılması mümkünsüz olan bir vəziyyət sayılır. Ona görə də əqdin etibarsızlığının nəticəsi kimi həmin avtomobilin ipoteka qoyanın mülkiyyətinə qaytarılması məsələsi üz rə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Çünki, onsuzda ipoteka predmeti olmuş avtomobil sonradan vicdanlı üçüncü şəxslər tərəfindən əldə edildiyindən iddiaçının istədiyi əsasla ipotekaya xitam verilməsi və ipoteka qoyanın mülkiyyətinə qaytarılması da mümkünsüz sayılırdı. Düzdür, iddiaçı ipoteka predmeti olmuş avtomobili bankdan əldə edən digər cavabdehləri vicdanlı hesab etmir və buna görə alqısatqı müqavilələrini də mübahisələndirir. Lakin bəyan etdiyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür, o, isə bu halları sübuta yetirə bilmir.
91. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
92. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
93. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-c ı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
94. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş ü zrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
95. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3829/23 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.