Məhkəmə qərarları › İş №2(102)-3876/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3876/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3876/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1408/2024 nöm rəli, 01 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Yaşayış binasında mənzil tikintisi haqqında” 17 may 2006-cı il tarixli müqavilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən, həmin MMC tərəfindən tikilməkdə olan binanın ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsini payçı İddiaçı verməyi, payçı isə sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2500 ABŞ dolları razılaşdırılmaqla qeyri-yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin maliyyə arayışına əsasən pay dəyəri olan ******* ABŞ dolları İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır. 2. “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən həmin MMC tərəfindən tikilməkdə olan binanın 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsini payçı Cavabdeh1 verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2521 manat olmaqla, cəmi 300000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMCnin 18 sentyabr 2011-ci il tarixli maliyyə arayışına əsasən pay dəyəri olan 300000 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş, borcu yoxdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh2 MMC tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 kv.m olan qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh2 MMC arasında müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq, 500 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında MMC tərəfindən Cavabdeh1 satılmışdır. Cavabdehlər arasında bağlanmış həmin müqavilə qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyət hüququnu pozur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)3162/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov)

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəs inin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh2 MMC-nin mülkiyyətində olmayan əşya (qeyriyaşayış sahəsi) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Cavabdeh1 ilə 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Buna baxmayaraq, iddiaçı müvafiq qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 324.1, 337.1, 337.2, 337.5, 425, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)-3162/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır k i, iddiaçı iddia ərizəsində cavabdeh X8 qeydiyyat ünvanını ünvan 2 ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2B, mənzil 44 ünvanıdır. X14 ünvan 4da olmadığı üçün həmin sənədlər mülki işə aidiyyatı olmayan şəxs tərəfindən qəbul edilmişdir. Mülki işlə tanış olarkən, mülki işdə olan xəbərnamələri vətəndaşın özünün imza etməməsi bunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində qeyd edilir ki, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquq şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələblərini pozaraq i ddiaçının iddia ərizəsində cavabdehin ünvanı hissəsində qeyd edilən Bakı şəhəri, Hüseyn Cavid prospekti ev 46 ünvanının cavabdeh X12 aid olub-olmaması hissəsini dəqiqləşdirməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı olduğu halda iddia ərizəsi icraata götürülmüş və iddia təmin edilmişdir. Məhkəmənin mövqeyi bununla əsaslandırılmışdır ki, “iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Belə ki, Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-c maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir”. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olarkən tarixi müəyyən edilməyən maliyyə arayışı, Araz-T.İ MMC-yə məxsus olmayan möhür vardır. Məhkəmə sübutları araşdırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 79, 87-ci maddəsinin tələblərini pozmuş, iddiaçının təqdim etdiyi arxiv arayışının tarixi barədə, təqdim edilən müqavilənin Araz-T.İ MMC-yə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir. Bundan başqa, Araz-T.İ MMC xx.xx.2022-ci i l tarixli hazırlıq iclasında mülki işin dayandırılması barədə ərizə versə də məhkəmə 2(004)3162/2022 saylı mülki işin dayandırılmasına istər məhkəmə iclas protokolunda, istər məhkəmə qərardadı ilə, istərsə də məhkəmə qətnaməsində münasibət bildirməmişdir. Cavabdeh mülki işin dayandırılmasının səbəbi kimi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyi əsas götürmüşdür. Lakin məhkəmə buna baxmayaraq, iddiaçının təqdim etdiyi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsinə münasibət bildirmişdir. Qeyd edir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin cavabdeh X9 aid olduğunu bilə-bilə məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli müqaviləni əsas sübut kimi təqdim etmişdir. Lakin, Məhkəmə Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 373.1-373.2-ci maddələrində qeyd edilənləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsi müddətin keçməsi ilə bağlı ərizənin verilməsi hüququnun pozulması anlamına gəlmişdir. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzi tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 1 ünvanında yerləşən Araz-T.İ” MMC-nin tikilməkdə olan binasının 2-ci giriş, 1- ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 m² olan qeyri-yaşayış sahəsinin payçıya (Cavabdeh1) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m² üçün 2521 manat olmaqla, cəmi 300.000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüş və öhdəliyi tam icra etmişdir. Cavabdehin məhkəmə iclasının gedişatından xəbərdar olmadığı üçün həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 24 may 2023-cü il tarixli rəyinə əsasən İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsidi r. Baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alınaraq, iddiaçıya verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 MMC ilə və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, hazırda mövcuddur, konfiqurasiyası və nisbi ölçüləri Cavabdeh2 MMC-nin direktoru R.S.Qazaxlı və “Payçı” Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 kv.m təşkil edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

12. Apellyasiya məhkəməsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 21(81)-3290/20 15 saylı, 21 iyul 2015-ci il tarixli, 2-1(81)-2123/2015 saylı, 28 aprel 2023-cü il tarixli, 2-1(81)-1268/2018 saylı, 12 fevral 2018-ci il tarixli qərarları araşdırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1067/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)-3162/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər: Məmmədova Şərafət (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz və Yusifov Cahangir)

14. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sx em ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu da özlüyündə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının surət olaraq təqdim etdiyi və İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış bina sında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi 500,0 kv.m sahə üçün plan-sxem olmamışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 500,0 kv.m qeyri-yaşayış sahəsinin plan-sxemini təqdim etməmiş, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 verilmiş 119 kv.metr qeyri-yaşayış sahəsinin ümumi plan sxeminin surətini təqdim etmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsa sən qeyri-yaşayış sahəsi 500,0 kv.m təşkil edir. Bu səbəbdən, yəni, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, yuxarıda istinad olunan ekspert rəyinə əsasən İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqa viləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 337.1, 337.2, 337.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7-ci maddələri ilə əsaslandırmışdır. c)Kassasiya instansiyasındakı birinci icraat

17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus qeyri -yaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 satılmışdır. Lakin, MMC ilə iddiaçı arasında daşınmaz əmlaka dair müqavilə daha əvvəl, 17 may 2006-cı ildə bağlanmışdır. Odur ki, cavabdehlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın boşaldılaraq iddiaçıya qaytarılması zəruridir. İddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər yerinə yetirilərək qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən ******* ABŞ dolları məbləğində pul vəsaiti cəmiyyətə ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə, iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. Cavabdehlər arasında bağlanmış müqavilə qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya instansiya məhkəməsi işin hallarını və müvafiq araşdırmanı tam aparmamış və ya aparmaq istəməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz təşəbbüsü ilə ekspertiza keçirsə də, qətnamə qəbul edərkən ekspert rəyinin məhkəmə üçün məcburi olmadığı qənaətinə gəlmişdir. Ekspertiza təyin edilərkən iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqaviləyə əsasən 500 kv.m qeyri yaşayış sahəsinin yerinin müəyyən edilməsi sualı qoyulsa da, ekspert tərəfindən icra edilməmişdir. Məntiqlə yanaşıldıqda 500 kv.m qeyri-yaşayış sahəsinin 119 kv.m hissəsinin faktiki mövcudluğu ekspert tərəfindən müəyyən edilirsə, demək ki, digər hissəsi də mübahisəli qeyri-yaşayış sahəsinin ətrafındakı yerlərdir. İddiaçının iddia üçün subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmiş, iddiaçının göstərdiyi sübutlara isə heç bir qiymət verməmişdir.

19. Kassasiya şikayəti Konstitusiyanın 60, 71, 127-ci, Mülki Məcəllənin 152.1, 337.1ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

20. Ali Məhkəmənin 06 dekabr 2023-cü il tarixli 2(102)-4176/2023 qərarı (E.Şamayev sədrlik edən məruzəçi, hakimlər Ə.Xıdırov, E.Vəliyeva) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2 023 nömrəli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını əsaslandırarkən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmiş və bununla da, Mülki Prosessual Məcəllənin 88 və 101.7-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarında olan ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqat yalnız 119 kv.m. qeyri-yaşayış sahəsi üzrə keçirilmişdir. Halbuki, iddiaçı müqavilə üzrə onun sahibliyinə 500 kv.m qeyri-yaşayış sahəsinin verilməsini və həmin sahənin 119 kv.m. hissəsinin cavabdehlər arasında bağlanmış müqavilənin predmetinin olmasını iddia etmişdi r. Apellyasiya məhkəməsi iddiaçının müqaviləsi üzrə plan-sxemin təqdim edilməməsini qeyd etməkdə, Cavabdeh1 sahəsinin iddiaçının sahəsi ilə üst-üstə düşməsinə dair ekspert rəyi ilə razılaşmamışdır.

22. Məhkəmə kollegiyasının hesab etmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət natamam araşdırmanın nəticəsi olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçı ilə bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə sonuncunun sahibliyinə verilən sahənin konfiqurasiyası, dəqiq yerləşmə nöqtələri və eyniləşdirməyi imkan verən digər məlumatlar öz əksini tapmamışdır. Əksinə, cavabdehlər arasında bağlanan 18 sentyabr 2011-ci il tarixli müqavilədə mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın 2-ci giriş, 1-ci mərtəbəsində, girişdə solda 7-ci və 8-ci s ütunların arasında yerləşməsi göstərilmişdir. Qeyd olunmuşdur ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən cavabdeh MMC-nin tikdiyi binanın qeyri-yaşayış sahəsinin ümumi ölçülərini müəyyən etmək üçün hər hansı araşdırma aparılmamışdır. Halbuki, binanın qeyri-yaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq onların hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir. Binanın qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 500 kv.m.dən artıq olduğu halda isə, qalan sahələrə münasibətdə MMC ilə işə cəlb olunmayan şəxslər arasında müqavilələrin mövcudluğu araşdırılmaqla, mübahisələndirilən sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olacaqdır.

23. Göründüyü kimi, iddiaçı etibarlılığı mübahisələndirilməyən müqavilə əsasında qeyriyaşayış sahəsi üzərində mülk iyyət hüququnun yaranmasına istinad etdiyi halda, apellyasiya məhkəməsi həmin müqavilə üzrə nəzərdə tutulan sahənin naturada yerləşmə vəziyyətinin müəyyən etmək mümkün olmamasını əsas götürüb, iddiaçının subyektiv hüquqa malik olmaması nəticəsinə gəlməklə, Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə almamış, əsassız olaraq tərəflər arasında mübahisəli hüquq münasibətlərinin qanuni əsasını müəyyən etməmiş və maddi hüquq normalarına əsasən iddiaya hüquqi qiymət verməmişdir.

24. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu i ddia edir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsində olsa da, ona nə vaxt təhvil verilməsi iş üzrə araşdırılmamışdır. Halbuki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir.

25. Kassasiya instansiyası məhkəməsi mövqeyini Konstitusiyanın 13, 60-cı maddəsinin birinci hissəsinə; Mülki Məcəllənin 6.1.5, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 452.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4, 416.1, 416.2, 418.1-ci maddələrinə; Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad etməklə əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Təkrar apellyasiya baxışı zamanı cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərin təqdim olunması tərəflərə təklif olunmuş, bu sənədlərin, eləcə də binanın 2-ci girişinin 1-ci mərtəbəsində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış qeyri-yaşayış sahələrinə dair sənədlərin alınması ilə bağlı müvafiq sorğular verilmiş və əlavə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

27. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 may 2024-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur:

28. İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı; 29. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S. Qazaxlı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla sahəsi 119 m2 təşkil edir; 30. ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m2 təşkil edir; 31. ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində, girişdən solda 7-ci və 8-ci sütunlar arasında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 119 m2 təşkil edir.

32. Məhkəmə kollegiyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən sənədlərdən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində 144,8 m2 qeyri-yaşayış sahəsi X6, 137,6 m2 qeyri-yaşayış sahəsi X3, 82 m2 qeyri-yaşayış sahəsi X2 adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin sənədlər tədqiq edilərkən müəyyən olunmuşdur ki, X6 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 1-ci və 2-ci sütunların arasında, X3 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 5-ci və 6-cı sütunları n arasında yerləşir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1408/2024 saylı, 1 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, "xxxx" MMC ilə X14 arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə etibarsız edildiyindən, həmin müqavilə üzrə ödənilmiş 300 000 (üç yüz min) manat "xxxx" MMC-dən alınaraq X9 qaytarılması qət edilmişdir. (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruizəçi) Xumar Mərdanova, Məmməd Məmmədov)

34. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mə rtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsi digər şəxslərin (X6, X3 və X2) adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşin materiallarından aydın olur ki, qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsinin adı çəkilən şəxslərin (onların sələflərinin) mülkiyyətinə verilməsinə 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarları əsas təşkil edir və iddiaçı tərəfindən həmin qərarlar mübahisələndirilmişdir.

35. Yuxarıda qeyd olunduğu kimi, əvvəlki apellyasiya baxışı zamanı alınmış ekspert rəyi əsasında, iddiaçı və "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqaviləyə əsasən ona verilmiş qeyri-yaşayış sahəsi ilə, "xxxx" MMC və X14 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilə üzrə X9 verilmiş qeyri- y aşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

36. Beləliklə görünən odur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və mumi sahəsi 488,4 m² olan qeyri-yaşayış sahələri faktiki olaraq tam şəkildə iddiaçıya satılmış, lakin onunla müqavilə bağlandıqdan 5 il sonra həmin qeyri-yaşayış sahələrinin 119 m²-lik hissəsinə dair X14 ilə də müqavilə bağlanmışdır.

37. Kassasiya instansiyası məhkəməsi də öz qərarında vurğulamışdır ki, binanın qeyriyaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq tərəflərin hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir

38. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında ira də və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir

39. Qeyd olunanlardan göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı həm iddiaçı, həm cavabdeh Əli Kərimli ilə müqavilələr bağlanmış, bununla belə, həmin əmlakın da daxil olduğu bütün qeyri-yaşayış sahələrinin qanuni qüvvədə olan məhkəmə qərarları əsasında iddiaçıya təhvil verilməli olduğuna göstəriş verilmişdir.

40. Bu həm də o deməkdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilmiş, onun irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilmişdir - hüquqi müəyyənlik prinsipi isə digər ləblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə utur.

41. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir

42. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının hüquqi nəticələrini tətbiq edib tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını təmin etməməklə maddi hüquq normasının (§ 44) tələbini pozmuşdur. Belə ki, Əli Kərimli ilə "xxxx" MMC arasında bağlanmış əqd etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməli idi.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apelyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitu siya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll tməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.

45. Bu kontekstdə kollegiya hesab etmişdir ki, “Yaşayış binasında mənzil tikintisi haqqında” 8 sentyabr 2011-ci il tarixli müqavilə X8 Cavabdeh2 MMC-nə ödədiyi 300.000 manat həmin MMC-dən alınıb ona qaytarılmalıdır.

46. Kollegiya onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən və qətnamədə ləğv edilməli hissə olmadığından, yol verilmiş sözügedən səhv qətnamənin ləğvinə səbəb olmamalı, restitusiya ilə bağlı müddəa ətnaməyə lavə edilərək qətnamə müvafiq qaydada dəyişdirilməlidir.

47. X7 da izah etmişdir ki, o, ona vurulmuş ziyanın ödənilməsi üçün MMC-nə qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malikdir.

48. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 324, 337.1, 337.2, 337.5, 339.1, 390.5, 404, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.3, 88, 101.7, 102.1, 102.2, 103.1, 106.1, 217.3, 384.0.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin d əlilləri

49. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il, 2(103)-1408/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "Araz-T.İ.” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsi olması qeyd edilmişdir. Ekspertiza baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alaraq, X4 verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. lakin "xxxx" MMC ilə və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsas ən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşməsi, hazırda mövcud olması, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və "Payçı" Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plansxemə uyğun olmaqla, sahəsi 119 m² təşkil etməsinin müəyyən olunması məhkəmə kollegiyasına nəticəyə gəlmişdir ki, iddiaçının “Araz- T.İ." MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni və müqaviləyə əsasən Cavabdeh1 qeyri-yaşayış sahəsinin verilməsini mübahisələndirməyə subyektiv hüququ olmadığı halda Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası İddiaçı subyektiv hüququ olduğunu göstərmişdir. Bundan başqa, cava bdeh X8 iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olarkən tarixi müəyyən edilməyən maliyyə arayışı, Araz-T.İ MMC-yə məxsus olmayan möhür olduğunu müəyyən etmiş və bununla bağlı apellyasiya şikayətində həmin saxta sübutların araşdırılmasını tələb etmişdir. Məhkəmə sübutları araşdırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 79, 87-ci maddəsinin tələblərini pozmuş, iddiaçının təqdim etdiyi arxiv arayışının tarixi barədə, habelə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilənin Araz-T.İ MMC-yə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir. Cavabdeh1 tərəfindən müqavilə əsasında təqdim edilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədəki binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7ci və 8-ci sütu nlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsini əsaslı təmir etmişdir. Hal-hazırda da sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh1 istifadəsindədir. Lakin məhkəmə bu halı nəzərə almamış, Cavabdeh1 mülkiyyət hüququ, yəni subyektin ona mənsub olması hüququnu pozmuşdur. Necə olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələri təşkil etdiyi halda, iddiaçı, İddiaçı aid müqavilədə olan yeri müəyyən edilməyən 500 kv.m. qeyri-yaşayış sahəsini Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədəki binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsi ilə eyniləşdirir?! Ali Məhkəmənin 06 dekabr 2023-cü il tarixli 2(102)-4176/2023 saylı qərarında qeyd edilmişdir ki, “işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərinin təqdim olunması tərəflərə təklif olunmalı, zəruri olduğu halda bu sənədlərin məhkəmə qaydasında alınması ilə bağlı müvafiq sorğuların verilməsi və əlavə məhkəmə tikinti ekspertizanın keçirilməsi məsələsi tərəflərlə müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.” Bakı Apellyasiya Məhkəməsinə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 may 2024-cü il tarixli rəydə göstərilmişdir ki; - İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyriyaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı; - "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S. Qazaxlı və Cavab deh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plansxemə uyğun olmaqla sahəsi 119 m2 təşkil edir; - ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m² təşkil edir; - ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində, girişdən solda 7-ci və 8-ci sütunlar arasında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 119 kv.m təşkil edir. Ekspert rəyində İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmaması qeyd edilsə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ekspert r əyində qeyd edilən cavablara münasibət belə bildirməmişdir. Ekspert rəyində ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m2 təşkil edildiyi qeyd edilsə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ekspert rəyində qeyd edilən cavaba münasibət belə bildirməmişdir. Halbuki İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyriyaşayış sahəsi müəyyən olunur. Burada yaranan m2(kvadrat metr) fərqindən əlavə "xxxx" MMC tərəfindən inşa olunan binanın 1-ci mərtəbəsində 3(üç) qeyri-yaşayış sahəsi üzrə DƏDRX tərəfindən mülkiyyətçilərə çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası təqdim edilən sübutlara göz yumaraq əsassız qət namə qəbul etmişdir. Həmin qeyri-yaşayış sahəsinin harada yerləşdiyinə dair ekspert rəyində 1-ci sualına cavab olaraq “İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı” qeyd edilsə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il, 2(103)-1408/2024 saylı qətnaməsinin əsaslandırma hissəsində ekspertin rəyi ilə məhkəmənin razılaşmaması əsaslandırılmamışdır.

51. Kassator şikayətini Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 182.1, 337.2, 337.4-cü; Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 76.1, 87.1, 88, 103.2, 165, 175.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kasasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmiş etmişdir. Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikası Konstitusiyası:

54. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

55. Maddə

60. Hissə İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

56. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

57. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

58. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı o nun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

61. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

62. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etib arsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

63. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə da ha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.2. Qətnamə mübah isəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

69. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.

73. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

74. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

75. Baxılan iş üzrə iddiaçının mövqeyinə görə ünvan 6 ünvanında yerləşən tikilməkdə olan binanın ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsini 17 may 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC-dən almış və hər kv.m dəyəri olan 2500 ABŞ dollarına almış, cəmi 1.250.000 ABŞ ödəmiş, MMC-yə hər hansı borcu qalmamışdır.

76. Cavabdeh Əli Kərimlinin mövqeyinə görə ünvan 6 ünvanında yerləşən tikilməkdə olan binanın ümum sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsini 18 sentyabr 2011-ci il tarixli müqavilə ilə "xxxx" MMC-dən hər kv.m dəyəri olan 2521 manata almış, cəmi 300.000 manat ödəmiş, MMC-yə hər hansı borcu qalmamışdır.

77. MMC tərəfindən İddiaçı verilmiş maliyyə arayışında borcun tam ödənilməsi gösərilsə də maliyyə arayışının hansı tarixdə verilməsini müəyyən etmək mümkün deyildir.

78. MMC tərəfindən Cavabdeh1 verilmiş 18 sentyabr 2011-ci il tarixli maliyyə arayışında borcun tam olaraq həmin gün ödənilməsi, borcun qalmaması göstərilmişdir.

79. İddiaçı onunla bağlanmış müqaviləyə, maliyyə arayışına, onunla MMC arasında başlanmış mülki iş üzrə qəbul olunmuş və qanuni qüvvədə olan 03 noyabr 2020-ci il tarixli qətnaməyə istinad edərək cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin sahibliyində olan 119 k v.m sahəsi olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini təmin etmək üçün cavabdehin qeyri-yaşayış sahəsindən (ümumi sahənin 119 kv.m hissəsindən) çıxarılmasını iddia etmişdir.

80. Cavabdeh1 isə etirazında və apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında tarix yoxdur, müqaviləyə MMC-yə məxsus olan möhür vurulmamış, müqavilədə MMC-yə aid olmayan möhür əks etdirilmişdir. Məhkəmə sübutları araşdırarkən prosessual qanunvericiliyin tələbini pozmuş, arayşın və müqavilənin MMC-yə aid olmasını müəyyənləşdirməmiş, bununla bağlı vəsatətlər verilsə də məhkəmələr bu vəsatətlərə qanuna uyğun qaydada baxmamışlar. Bununla yanaşı cavabdeh iddiaçının istinad etdiyi xx.xx.2020-ci il tarixli qətnaməni mübahisələndirdiyini, bununla bağlı icraatın dayand ırılmasını xahiş etsə də məhkəmələrin buna əhəmiyyət vermədiyini bildirmişdir.

81. İşin hallarında görünür ki, cavabdeh işin sonrakı mərhələlərində məhz apellyasiya şikayətində istinad etdiyi dəlillərini təkrarlamışdır. Cavabdeh hesab edir ki, həmin dəlillərin qiymətləndirilməsinin nəticəsi olaraq iddiaçının baxılan iş üzrə tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilə bilər.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz

83. Lakin məhkəmələr cavabdehin həmin dəlillərinə qiymət verməmiş, faktik olaraq irəli sürülmüş dəlillər qiymətləndirilmədən iddiaçının subyektiv hüquqa malik olması nəticəsinə gəlinmiş dir. Eyni zamanda bu nəticəyə gələrkən Cavabdeh1 tərəf olmadığı qətnaməyə və həmin qətnamədə müəyyən edilmiş hallara istinad edilmişdir.

84. Göstərildiyi kimi sonuncu apellyasiya icraatında işə baxan məhkəmə qeyd edir ki, “... mübahisəsi gedən əmlakla bağlı həm iddiaçı, həm cavabdeh Əli Kərimli ilə müqavilələr bağlanmış, bununla belə, həmin əmlakın da daxil olduğu bütün qeyri-yaşayış sahələrinin qanuni qüvvədə olan məhkəmə qərarları əsasında iddiaçıya təhvil verilməli olduğuna göstəriş verilmişdir. Bu həm də o deməkdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilmiş, onun irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilmişdir - hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.”

85. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda vurğulanmışdır ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə işti rak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər.

86. Baxılan iş üzrə apellyasiya instansiya məhkəməsinin “...mübahisəsi gedən qeyriyaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilməsi və onun irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilməsinə dair nəticəsi Konsutusiya Məhkəməsinin bu qərarın 46-cı bəndində göstərilən mövqeyinə uyğun olmamışdır.

87. Digər tərəfdən iddiaçı mübahisəli sa hə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu iddia edir.

88. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsindədir, sahənin ona nə vaxt təhvil verilməsi iş üzrə əhəmiyyətli olan haldır. Hər nə qədərki iddiaçının maliyyə arayışında tarix olmadığından pay haqqının ödənilməsi tarixinin müəyyən edilməsi mümkünsüzdür, bu halda həmin arayışın digər sübutlarla birlikdə qiymətləndirilməsi vasitəsi ilə iddiaçının pay haqqını ödəyib-ödəməməsi, ödəmişdirsə bu ödənişin məhz hansı tarixdə icra edilməsinin müəyyən edilməsi zəruridir.

89. Məhz bu qərarın 55-56-cı bəndlər ində göstərilənlərin aydınlaşdırılmalı olması kassasiya məhkəməsi tərəfindən zəruri hesab edilmişdir.

90. Nəzərə alınmalıdır ki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir.

91. İşə təkrar apellyasiya icraatında baxılarkən həmin göstərişlərə uyğun da hər hansı araşdırma aparılmamış və bununla bağlı cavabdeh tərəfin dəlillərinə qiymət verilməmişdir.

92. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh dəlil olaraq göstərir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilədə olan möhür MMC-yə aid deyil, təqdim olunmuş maliyyə arayışında isə tarix göstərilmədiyi üçün müqavilədə göstərilən məbləğin ödənilib-ödənilməsi və məhz hansı tarixdə ödənilməsi aydınlaşdırılmalıdır.

93. İş materiallarında olan sübutların tədqiqi zamanı müəyyən olunur ki, t əqdim olunmuş, maliyyə arayışı və müqavilə kserosurət olmaqla, həmin sənədlərin əsli məhkəmələrə təqdim olunmamışdır. Müəyyən olunmuş bu fakt isə cavabdehin apellyasiya şikayətində iddia olunanların aydınlaşdırılmaması və aydınlaşdırılmasına cəhd edilməməsini aşkar olaraq sübut etmiş olur.

94. Belə vəziyyətdə məhkəmə cavabdeh MMC və iddiaçı ilə həmin sənədlərin əslinin təqdim olunması ilə bağlı müzakirələr aparmalı və onların əldə olunmasının işin tam və hərtərəfli aydınlaşdırılması üçün yardım edəcəyini nəzərə almalı idi.

95. Apellyasiya instansiyası məhkəməsi iddianın əsasını təşkil edən sübutların əsli və lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunmaması halında hansı əsaslarla iddiaçının pay haqqını ödəməsi, məhz müqavilənin bağlanma tarixində ödənilməsi barədə mövqeyi əsasl andırlmış hesab edilə bilməz. Halbuki həm cavabdehin iddia ərizəsinə etirazının dəlilləri və həm də apellyasiya şikayətinin dəlilləri bunların aydınlaşdırılmalı olmasına yönəlmişdir.

96. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N. Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

97. Belə olan halda, cavabdehin qeyd edilən dəlilinə əsaslandırılmış şəkildə qiymət verilməməsi prosessual hüquq normalarına uyğun olmamışdır.

98. Yaranmış halda tərəflərin istinad etdiyi sübutların çəkişmə prinsipinə uyğun olaraq məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılması, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.

99. Buna baxmayaraq yuxarıda qeyd edilən hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin xüsusatlar üzrə zəruri olan araşdırmalar aparılmamış və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən dəlillərə lazımi qiymət verilməmiş, nəticə etibarilə qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericil iyə uyğun qaydada əsaslandırılmamışdır.

100. Kollegiya bildirir ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

101. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.

102. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarınd a dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

103. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

104. Bununla yanaşı kassasiya məhkəməsi qərarında göstərmişdir ki, binanın qeyriyaşayış sahəsinin ümumi ölçüsü 500 kv.m.-dən artıq olduğu halda isə, qalan sahələrə münasibətdə MMC ilə işə cəlb olunmayan şəxslər arasında müqavilələrin mövcudluğu araşdırılmaqla, mübahisələndirilən sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olacaqdır.

105. Apellyasiya icra atında işə təkrarən baxılan zaman həmin göstəriş də icra olunmamışdır.

106. Belə ki, işin digər halları ilə müəyyən olunur ki, iddiaçının iddia ediyi ümumi sahənin 119 kv.m.-dən artıq qalan hissəsi üçüncü şəxslərlə bağlanmış müqavilələrlə özgəninkiləşdirilmiş, ayrılmış sahələrə həmin şəxslərin mülkiyyət hüququ qeydə alınmışdır. Təkrar apellyasiya icraatında işə baxan məhkəmə həmin şəxslərin adına daşınmaz əmlakın digər hissələrinin qeydə alınmasını müəyyən edir, lakin həmin şəxslərin işə cəlb edilməsi ilə bağlı məsələni tərəflərlə birlikdə müzakirə etmir. Belə müzakirənin aparılması və digər mülkiyyətçilərin işə cəlb edilməsi işin bütün hallarına qiymət verilməsinə şərait yaratmış olar və tərəflərin qarşılıqlı olaraq irəli sürdüyü dəlillərin qiymətləndirilməsinə yardım etmiş olardı. Eyni z amanda məhkəmələr nəzərə almalı idilər ki, üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması məhkəmə aktları əsasında aparılmışdır. Bu baxımdan həmin məhkəmə aktlarının qüvvədə olması, onlardan şikayət verilməsi, şikayət verilmişdirsə yenidən baxılıbbaxılmaması aydınlaşdırılmalı olan məsələlərə aid olmuşdur.

107. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

108. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və qarşılıqlı olaraq tərəflərin irəli sürdükləri bütün dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olun muş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

109. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1408/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar