Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3877/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Aərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçıların vəkili X2, cavabdehin vəkili Vəkil2, üçüncü şəxsin vəkili Quliyeva Xəyalə Müslüm qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 Qulu qızı və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Əliyev və F.Talışinski, 2(103)-11707/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 Qulu qızı və İddiaçı5 Cavabdeh qarşı «evin sökülməsinə görə ödənilmiş kompensasiyanın geri alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduqları Bakı şəhəri, X evin sökülməsinə görə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfin dən cavabdehə ödənilmiş 39.666 manat məbləğində kompensasiyanın aralarında bərabər şəkildə 6 hissəyə bölünərək, hər birinə 6.611 manat olmaqla, cəmi 33.055 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X evə 1973-1997-ci illərdə pasport qeydiyyatına düşmüşlər və həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Həmin ərazidə olan evlər dövlət tərəfindən sökülür və ev sahiblərinə pul kompensasiyası verilir. Evin çıxarışı yoxdur və rəsmi olaraq özəlləşdirilməmişdir. Cavabdeh də həmın evdə qeydiyyatdadır. Cavabdeh ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 12-də faktiki yaşayırlar. Lakin ev sökülən zaman cavabdeh onlardan xəbər siz olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə Bakı şəhəri 53 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə müqavilə bağlamış və ona İcra Hakimiyyəti tərəfindən sökülən evə dair 39.666 manat məbləğində kompensasiya verilmişdir. Lakin o, kompensasiyanın alınması üçün X1 etibarnamə vermiş və sonuncu da evin sökülməsinə görə ödənilən 39.666 manat məbləğində pulu “xxxx” ASC-nin Yasamal filialından götürmüşdür. Həmin kompensasiya cavabdehə verilərkən xəbərləri olmamış, onları notariat kontoruna dəvət edən olmamış, onlarla heç bir müqavilə bağlanmamış və kompensasiya ödənilməmişdir. Halbuki, 43 saylı MKİS tərəfindən notariat kontoruna F-2 saylı arayış verilmişdir və həmin arayışda onların həmin evdə pasport qeydiyyatında olduqları qeyd edilmişdir. Lakin notariat kontoru onları dəvət etmədən, razılıqları alınmadan müqaviləni təsdiq etmişdir. Bu tamamilə qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İş üzrə apelyasiya və kassasiya şikayətləri iddia ərizəsində qeyd olunan hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili X4 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 və üçüncü şəxsin vəkili Quliyeva Xəyalə Müslüm qızı kassasiya şikayətinə etiraz edərə k, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktl ara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İş materiallarından müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli ev Bakı şəhər İcraHakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilərək reyestrdə 3M-07-1815 nömrə ilə qeydiyyata alınmışdır.Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilişi məqsədi ilə AR Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarına uyğun olaraq mübahisəli evın alınması Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli kompensasiya müqaviləsinə əsasən cavabdeh 43 saylı MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evdən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 39666 manat kompensasiyaya görə Bakı şəhəri Yasamal rayon İcraHakimiyyətinin xeyrinə imtina etmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Əvvəla, cavabdehlə Yasamal rayon İH arasında bağlanmış müqavilə hazırda qüvvədədir. Müqavilədə iddiaçılara hər hansı kompensasiyanın ödənilməsinə dair bir qeyd mövcüd deyildir. Həmçinin, iddiaçıların uzun müddət (20 ildən çox) mübahisəli evdə yaşamamaları, 1990-cı illərdə ailə tərkibinin artması ilə əlaqədar başqa yaşayış evinə köçmələri özlərinin izahatı və işdə olan sübutlarla təsdiq olunmuşdur. Yasamal rayon İH-nin təqdim etdiyi sənədlərdən gö rünür ki, həmin mülkiyyət xüsusi mülkiyyətdə olmamış, bu səbəbdən evin faktiki olaraq kimin sahibliyində və istifadəsində olması yoxlanılaraq, həmin evdən istifadə edən şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Beləliklə, müqavilə cavabdehlə bağlanılaraq, kompensasiya ona ödənilmişdir. Birinci instansiya və apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci, 7.1, 7.2, 7.3.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3877/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3877/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver