Məhkəmə qərarları › İş №2(102)-3878/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3878/2019

31.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3878/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, vəkili X3, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2nə qarşı mənzilin bölünməsi, istifadəyə verilməsi və kirayə müqaviləsinin bağlanması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətin ə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov) İddiaçı cavabdehlər X2 və Cavabdeh2nə qarşı mənzilin bölünməsi, istifadəyə verilməsi və kirayə müqaviləsinin bağlanması tələbi təmin edilmiş, ünvan 1-a dair istifadə qaydasının müəyyən edilərək mənzilin 17,5 kv.m-dən ibarət yaşayış otağının İddiaçı, 21 kv.m-dən ibarət yaşayış otağının Cavabdeh1 istifadəsinə verilməsi, hamam və mətbəxin isə ümumi istifadədə saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏ Rİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X2 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə və İddiaçı i stifadəsinə 17,5 kv.m 1-ci yaşayış otağının verilməsinə, hamam və mətbəxin isə ümumi istifadədə qalmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, keçmiş Lenin Elektrik şəbəkəsi tərəfindən verilmiş 20 fevral 1961-ci il tarixli orderə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi G.Məmmədov küçəsiev 9 mənzil 9 İddiaçı icarəsinə verilmişdir və mənzil Xəzər rayon Mənzll- Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. Mənzil 2 otaq lı olmaqla 38,5 kv.m-dir. Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 186 saylı Mənzil-Kommunal İstismar sahəsinin 20 iyun 2017-ci il tarixli 158 saylı arayışına əsasən mənzilin hər cür şəraiti var, İddiaçı ailəsi 3 nəfərdən ibarətdir. Özü - İddiaçı, qızı - X, nəvəsi - X. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 84.1-ci maddəsinə görə icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. İşin halları ilə müəyyən edilir ki, mübahisəli mənzil sahəsi 21 kv m olan və sahəsi 17,5 kv metr olan 2 otaqdan ibarətdir. Mənzildə yaşayan iddiaçı ilə onun qızı olan cavabdeh arasında ailə münasibətləri münaqişəli xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ünvan 1-a dair istifadə qaydasını müəyyən etməklə, mənzilin 17,5 kv.m-dən ibarət yaşayış otağının İddiaçı, 21 kv.m-dən ibarət yaşayış otağının X1 istifadəsinə verilməsi, hamam və mətbəxin isə ümumi istifadədə saxlanılması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar