Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3878/2025 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X16 (Göyçay rayon Notariat ofisi) qarşı (X17 mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X16 (Göyçay rayon Notariat ofisi) qarşı (X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-968/2025 nömrəli, 1 oktyabr 2025ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 yanvar 2026cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Həsənоv Vаlеh Müsеyib оğlu ilə Qurbаnоvа Sədəf Qurbаn qızı 15 mаrt 1958-ci il tаriхdə rəsmi nikаhа dахil оlаrаq аilə qurmuşlаr, həmin nikаhdаn оnlаrın - xx.xx.1956-cı il tаriхdə Həsənоvа Оfеlyа Vаlеh qızı və xx.xx.1958-ci il tаriхdə Həsənоv Fеyruz Vаlеh оğlu аdlı iki övlаdlаrı dоğulmuşdur.
2. Həsənоv Vаlеh Müsеyib оğlu ilə Həsənоvа Sədəf Qurbаn qızı аrаsındа оlаn nikаh 6 iyul 1980-ci il tаriхdə Göyçаy rаyоn VVАQ şöbəsində 59 sаylı аkt qеydi ilə pоzulmuşdur.
3. Göyçаy şəhəri Nigаr Rəfibəyli küçəsi dаlаn 2 еv 4 ünvаndа yеrləşən 0,1784 hа tоrpаq sаhəsi və həmin tоrpаq sаhəsi üzərində inşа еdilmiş 177,4 kv metr sаhəsi оlаn fərdi yаşаyış еvi хüsusi mülkiyyət kimi Həsənоv Vаlеh Müsеyib оğlunun аdınа dаşınmаz əmlаkın dövlət rеyеstrində qеydiyyаtа аlınmışdır.
4. Fеyruz Həsənоv Mürsəlоvа Еlnurə Ədаlət qızı ilə 9 оktyаbr 2001-ci il tаriхdə rəsmi nikаhа dахil оlаrаq аilə qurmuş, bu nikаhdаn üç övlаdı dоğulmuşdur.
5. Həsənоv Vаlеh Müsеyib оğlu 4 iyul 2006-cı il tаriхdə, Qurbаnоvа Sədəf Qurbаn qızı isə 15 аprеl 2012-ci il tаriхdə vəfat etmişdir.
6. İddiaçının mərhum atası Valeh Həsənovdan miras qalmış SSRİ əmanət bankının Göyçay rayon filialındakı əmanəti almağı üçün 23 avqust 2012-ci il tarixdə ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
7. Bundan sonra iddiаçı Həsənоvа Оfеlyа Vаlеh qızı cаvаbdеhlər Həsənоvа Еlnurə Ədаlət qızınа, Həsənоvа Fаtimə Fеyruz qızınа, Həsənоvа Nəzrin Fеyruz qızınа və mübаhisə prеdmеti bаrədə müstəqil tələb irəli sürməyən 3-cü şəхs Göyçаy rаyоn Nоtаriаt ofisinə qаrşı «mirasın faktiki qəbul оlunmаsının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi və həmin əsasda mülkiyyət hüququnun tanınması» tələbinə dаir iddiа ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2ndan miras qalmış ünvan 1 ünvanda yеrləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr оlаn fərdi yaşayış ev inin iddiаçı Həsənоvа Оfеlyа Vаlеh qızı və cаvаbdеh Həsənоvа Еlnurə Ədаlət qızı, Həsənоvа Fаtimə Fеyruz qızı, Həsənоvа Nəzrin Fеyruz qızı və Həsənli Hüsеyn Fеyruz оğlu tərəfindən qəbul olunması müəyyən edilmiş, həmin miras əmlakın 1/2 hissəsinə Həsənоvа Оfеlyа Vаlеh qızının, 1/8 hissəsinə Həsənоvа Еlnurə Ədаlət qızının, 1/8 hissəsinə Həsənоvа Fаtimə Fеyruz qızının, 1/8 hissəsinə Həsənоvа Nəzrin Fеyruz qızının və 1/8 hissəsinə Həsənli Hüsеyn Fеyruz оğlunun vərəsəlik hüquqlаrı tаnınmışdır. Həmin qətnamədən narazı qalan Elnurə Həsənova apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)766/2024 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-254/2023 saylı qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 20 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 23 fevral tarixli 2(102)-254/2023 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi rədd edilmişdir.
8. Bundan sonra iddiaçı X23 cаvаbdеh Həsənоvа Еlnurə Ədаlət qızınа, Həsənоvа Fаtimə Fеyruz qızınа, Həsənоvа Nəzrin Fеyruz qız ınа qarşı Göyçay şəhəri, Nigar Rəfibəyli küçəsi dalan 2 ünvanında yerləşən 4 nömrəli evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-1370/2024 saylı qətnaməsinə əsasən İddiaçı Göyçay şəhəri, Nigar Rəfibəyli küçəsi dalan 2 ünvanında yerləşən 4 nömrəli evə köçürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)- 286/2025 saylı qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2(102)-1897/2025 nömrəli qətnaməsi ilə, kassasiya şikayətləri təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)286/2025 n ömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə X23 iddiası rədd edilmiş, Ali Məhkəmənin Mülki kollegiyasının 12 yanvar 2026-cı il tarixlə qərarı ilə həmin qətnamə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
9. Göyçаy rаyоn Nоtаriаt Оfisinin xx.xx.2024-cü il tаriхli 955 sаylı məktubundаn görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məsələsinə baxılmışdır. Həmin miras əmlakla bağlı Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(046)-368/2022 saylı qətnamə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kolleg iyası tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilərək 2(107)-766/2022 saylı yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir. Digər miras şərikləri olan X18, X19 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına verilmiş kassasiya şikayəti 2 (102)254/2023 saylı qərarla təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün hesab edilmişdir.
10. X9 qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-479 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qeyd edilmişdir ki, Göyçay rayon no tariat ofisinin Xüsusi notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsəsən təsdiq etmişdir ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş-X10 vərəsələri: Göyçay şəhəri, Nigar Rəfibəyli küç, ev.7. d.2 ünvanında yaşayan nəvəsi X17 (AA2412081, xx.xx.2020 - GÖYÇAY RPŞ QvŞV qrupu, F!N:7GQUR6E, d/t: xx.xx.2004] və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -DƏDRX 16 saylı Ucar rayon ərazi idarəsi tərəfindən xx.xx.2020 tarixdə X13 verilmiş **********60-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Göyçay şəhəri, Nigar Rəfibəyli küç, ev.4, d.2 Yeni qaydalarla ünvan 5 ünvanında 0,1784 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********QO74401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Göyçay şəhəri, Nigar Rəfibəyli küç, ev.4. d.2 Yeni qaydalarla Göyçay şəhəri, Nigar Rəfibəyli küç, giriş 38 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyildir və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. QEYD: xx.xx.2022 ci il tarixli iş № 2(107)-76ö/2022 ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən digər vərəsələr X6 və X11 və X7 payı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh X16 (Göyçay rayon Notariat ofisi) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ilə b ağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Göyçay rayon Notariat ofisi tərəfindən X9 verilmiş 3 iyun 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və ünvan 7 ünvan: ünvan 8ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 4 iyul 2006-cı il tarixdə vəfat etmiş atası X5 ünvan 9 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evi miras qalmışdır. X2 ilə mərhum anası X20 arasında olan nikah 6 iyul 1980-ci il tarixdə pozulmuşdur. X1 ölümündən sonra qanun üzrə birinci növbə vərəsə olan iki vərəsəsi qalmışdır: o və 30 aprel 1958-ci ildə doğulmuş qardaşı X25. Mərhum atası X5 miras qalmış Göyçay şəhəri, Əzizbəyov küçəsi, dalan 2 ev 4 (hazırki ünvan: ünvan 10ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin edilməsi xahişi ilə Göyçay rayon Notariat ofisinə müraciət etmişdir. Göyçay rayon Notariat ofisinin notariusu Polad Nəcəfli 6 noyabr 2024cü il tarixli 955 saylı məktubla ona 4 iyul 2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğunu bildirmiş və imtinasını həmin miras əmlakla bağlı Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci il tarixli 2(046)-368/2022 saylı qətnamənin Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən 23 avqust 2022-ci il tarixdə ləğv edilərək 2(107)-766/2022 saylı yeni qətnamənin qəbul edilərək iddianın təmin olunmaması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması ilə əsaslandırmışdır. Halbuki işin faktiki halları ondan ibarətdir ki, mirasla bağlı mübahisəyə Göyçay Rayon Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində baxılarkən 23 avqust 2012-ci il tarixdə ona mərhum atasının mirasından irs alması üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi faktı məhkəmələrə məlum olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqu st 2022-ci il tarixli 2(107)-766/2022 saylı qətnaməsindən kassasiya şikayəti verən vəkili Rasim Almuradov 23 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni elektron kabinetə yerləşdirsə də, kassasiya instansiyası məhkəməsi həmin sənədə hüquqi qiymət verməmişdir. Lakin cavabdeh Göyçay rayon Notariat ofisi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinin tələbini nəzərə almayaraq mərhum atası X5 miras qalmış Göyçay şəhəri, Əzizbəyov küçəsi, dalan 2 ev 4 (hazırki ünvan: ünvan 8ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən qanunsuz olaraq imtina etmişdir. İş məhkəmənin icraatında olmasına baxmayaraq cavabdeh Göyçay rayon Notariat ofi si heç bir məhkəmə qərarı olmadan miras evə dair mərhum qardaşı X4 Nəzrin Feyruz qızına 3 iyun 2025-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh Göyçay rayon Notariat ofisi heç bir məhkəmə qərarı olmadan miras evə dair mərhum qardaşı X4 Nəzrin Feyruz qızına 3 iyun 2025-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və şəhadətnamənin qeyd hissəsində guya Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli 2(107)-766/2022 saylı qətnaməsinə əsasən digər vərəsələr X6, X11 və X7 payının müəyyən edildiyini göstərmişdir. Halbuki qeyd edilən qətnamə ilə Göyçay Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(046)-368/2022 saylı qətnaməsi ləğv edilmiş, mirasla bağlı onun tələbi təmin edilməmişdir. Həmin mülki işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən mərhum qardaşı Feyruz Həsənovun vərəsələri məhkəməyə qarşılıqlı iddia ərizəsi verməmişlər və sonradan da mirasla bağlı məhkəmədə iddia qaldırmamışlar. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Göyçay rayon Notariat ofisinə müraciət edərkən vəkili sorğusu verərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən 15 may 2024-cü il tarixdə əldə etdiyi 2V-945 saylı vərəsəlik işinin surətini də təqdim etmişdir və həmin işdə olan sənədlərdən görünür ki, mərhum X25 mərhum atası Valeh Həsənovdan miras qalmış bankda olan əmanət pulundan ona çatası payı qəbul etməməsi, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağı barədə 10 avqust 2012-ci il tarixdə Göyçay rayon Notariat Kontoruna ərizə vermişdir və 23 avqust 2012-ci il tarixdə ona mərhum atasının mirasından irs alması üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna baxmayaraq cavabdeh Göyçay rayon Notariat ofisinin xüsusi notariusu miras evə dair mərhum qardaşı X4 Nəzrin Feyruz qızına 3 iyun 2025-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən onu notariat ofisinə dəvət etməmişdir. Hazırkı mülki iş üzrə cavabdeh olan notarius mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəmə mübahisəsinin olmasını nəzərə almadan mirasda payı müəyyən etməyən qətnaməyə əsasən qanunsuz olaraq nəinki X9 ¼ hissədə pay vermiş, hətta digər vərəsələrin paylarının məhkəmə qətnaməsi ilə müəyyən edildiyini şəhadətnamədə göstərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli 2(107)-766/2022 saylı qətnaməsinin nəticə hissəsində iddia tələbinin təmin edilməməsi göstərildiyi halda cavabdeh heç bir hüquqi əsas olmadan həmin qətnaməyə istinad edərək Nəzrin Həsənovaya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
13. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2004-cü il tarixdə anadan olmuş, Göyçay şəhəri Nigar Rəfibəyli küçəsi dalan 2, ev 7də qeydiyyatda olan X17 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Göyçay Rayon Məhkəməsinin 2025-ci il 30 iyun tarixli, e-2(046)-1064/2025 nömrəli qətnaməsi ilə (hakim: X21) iddia təmin edilmiş, mərhum X12 miras qalmış Göyçay şəhəri, Əzizbəyov küçəsi, dalan 2 ev 4 (hazırki ünvan: ünvan 10ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət mirasa əmlaka dair Göyçay rayon Notariat ofisinin xüsusi notariusu X26 tərəfindən X9 verilmiş 2V-479 nömrəli 3 iyun 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmaqla ləğv edilməsi, İddiaçı ünvan 11 ünvan: ünvan 10ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət mirasa əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Göyçay rayon Notariat ofisinin xüsusi notariusu X16 tapşırılması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı X2ndan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsinə dair cavabdeh Göyçay rayon Notariat kontorunun xüsusi notariusu X14 hərəkətləri qanunsuzdur. Belə ki, cavabdeh Polad Nəcəfli imtina məktubundan qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2(107)766/2022 nömrəli qətnaməsini əsas gətirmişdir ki, İddiaçı qeyd edilən qətnaməyə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Digər tərəfdən isə cavabdeh Göyçay rayon Notariat ofisinin xüsusi notariusu Polad Nəcəfli vərəsələrin dairəsini müəyyən etmədən, eləcə də Göyçay rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni nəzərə almamışdır. Bundan başqa Göyçay rayon Notariat ofisinin xüsusi notariusu Polad Nəcəfli səhvən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın xx.xx.2022-ci il tarixli 2(107)766/2022 nömrəli qətnaməsini əsas tutaraq hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 X2ndan qalmış Göyçay şəhəri, Əzizbəyov küçəsi, dalan 2 ev 4 (hazırki ünvan: ünvan 8ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka ¼ hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 6 və 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 1243.1, 1243.2, 1243.3 və 1255-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59, 60-cı, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 4.1, 4.2, 14.2 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 apellyasiya şikayəti ilə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahi sə ilə bağlı işə birinci instansiya məhkəməsi qismində baxan Göyçay Rayon Məhkəməsi tərəflər arasında olan mübahisə ilə bağlı daha əvvəllər qəbul edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-766/2022 saylı qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)254/2023 saylı qərarında olan hallara qiymət verməmişdir, bu da, məhkəmənin həmin qərarlarla tanış olmadığı, dolayısı ilə də, işi hərtərəfli və obyektiv araşdırmadığı barədə qənaətə gəlməsinə səbəb olmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi ki, birinci instansiya məhkəməsi də, həmin hala düzgün hüquqi qiymət verməmişd ir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmaması əsası ilə məhkəmə iddia tələbini təmin etməməli idi. Lakin hazırki işdə iddiaçının qeyd edilən hərəkətləri etməsi müəyyən olunmur. Apellyasiya məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış və müəyyən etmişdir ki, iddiaçı atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır. Hazırki mübahisə ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-254/2023 nömrəli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-254/2023 nömrəli qərarında İddiaçı ünvan 11 ünvan: ünvan 10ahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmədiyi müəyyən edilmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 1 oktyabr tarixli, 2(107)-968/2025 nömrəli qətnaməsi ilə (hakimlər: X29 (sədrlik edən və məruzəçi), X27 və X22) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(046)-1064/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın rədd olunması qət edilmişdir.
20. Apelyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edilən zaman MPM-nin 14.2 və 217-ci maddələrinin tələblərini pozmuş, o cümlədən MPM-nin 82.3, 233.3-cü maddələrinin tələbl ərini nəzərə almamışdır.
21. Məhkəmə tərəflər arasında olan əvvəlki qətnamələrin nəzərə alınmaması ilə bağlı hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ünvan 1 ünvanda yerləşən evə vərəsə kimi hüququnun olmadığı müəyyən edildiyindən mübahisələndirilən qətnamədə bunun əksinin qeyd edilməsi prosessual pozuntudur.
22. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş və hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-254/2023 saylı qərarından görünür ki, atası X24 vəfat etdikdən sonra İddiaçı mirası faktiki qəbul etməsi, həmin evdə yaşayaraq evə sahiblik etməsi təsdiq edilməmiş, iddiaçı eyni zamanda mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötür müşdür. Bu əsaslarla İddiaçı miras əmlak olan fərdi yaşayış evinə vərəsə kimi mülkiyyət hüququnun tanınmasını tələb etməyə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. İddiaçının iddia ilə bağlı subyektiv hüququ olmamışdır.
23. Məhkəmə qeyd edilənlərlə yanaşı birinci instansiya məhkəməsinin “qanuni qüvvəsini almış əvvəlki qətnamələr ilə X8 miras əmlaka payının müəyyən edilməməsi və notariusun vərəsəlik şəhadətnaməsi verilən zaman vərəsələrin dairəsinin nəzərə alınmaması” ilə bağlı əsaslandırmasına da münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında əvvəllər baxılmış və hazırda qüvvədə olan qətnamələr ilə, xx.xx.2006-cı il tarixdə vəfat etmiş - X10 vərəsəsinin nəvəsi X17 olması (Həsənоvа Еlnurə Ədаlət qızı və digər iki nəfərlə yanaşı) müəyyən edilmişdir. Yəni, həmin qətnamələr ilə faktiki olaraq dörd vərəsənin olması müəyyən edilmişdir. X17 notariat ofisinə müraciət edərək öz payına münasibətdə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Göyçаy rаyоn Nоtаriаt ofisi tərəfindən X9 miras əmlakın ¼ hissəsinə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verməkdə haqlı olmuşdur.
24. Apellyasiya məhkəməsi rayon məhkəməsinin “iddiaçının irs alması” ilə bağlı əsaslandırmasına münasibət bildirərək qeyd etmişdir ki, qanuni qüvvəsini almış qətnamələr ilə miras əmlakı fаktiki оlаrаq yalnız Həsənоvа Еlnurə Ədаlət qızının 3 övlаdı ilə birgə qəbul etmələri müəyyən edilmişdir.
25. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dai r məhkəmə tərkibinin 20 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi 2023-cü il 23 fevral tarixli 2(102)-254/2023 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi rədd edilmişdir. Həmin qərardaddan qeyd edilmişdir ki, iddiaçının yeni açılmış hal kimi istinad etdiyi əmanət pulunu miras kimi qəbul etməsi faktı ona işə məhkəmələrdə baxılarkən məlum olmuş, kassasiya şikayətində bu fakta istinad etmiş, lakin bu faktı təsdiq edən sübutu məhkəmə prosesinin gedişində deyil, sonradan əldə etmişdir. Buna görə də istinad edilən hal yeni açılmış hal hesab edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə tərkibi də qeyd etmişdir ki, həmin fakt iddiaçıya işə məhkəmələrdə baxılarkən məlum olmuş lakin, sübutu məhkəmə prosesinin gedişində təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etməmişdir.
26. Apellyasiya məhkəməsi rayon məhkəməsinin “iddiaçı Ofelyanın miras əmlaka daxil olan evdə yaşaması, ondan istifadə etməsi və mirası faktiki qəbul etməsi, eyni zamanda iddiaçının evə köçürülməsinə dair məhkəmə qətnamələrinin olması” ilə bağlı əsaslandırmasına münasibət bildirərək qeyd etmişdir ki, hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-254/2023 saylı qərarından görünür ki, atası X24 vəfat etdikdən sonra İddiaçı mirası faktiki qəbul etməsi, həmin evdə yaşayaraqla evə sahiblik etməsi təsdiq edilməmiş, iddiaçı eyni zamanda mirası qəbul etmək üçün qanunl a nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bu əsaslarla İddiaçı miras əmlak olan fərdi yaşayış evinə vərəsə kimi mülkiyyət hüququnun tanınmasını tələb etməyə subyektiv hüququ olmadığı müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(102)-1897/2025 nömrəli qətnaməsi ilə, kassasiya şikayətləri təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-286/2025 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarında da qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ünvan 1 ünvanda yerləşən evə vərəsə kimi hüququ olmadığı müəyyən edildiyindən mübahisələndirilən qətnamədə bunun əksinin qeyd edilməsi proses sual pozuntudur.
27. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, əvvəlki mülki mübahisə üzrə müəyyən edilmiş hallarla bağlı məhkəmənin hansı səbəbdən razılaşmaması qətnamədə öz əksini tapmamış, qətnamənin əsaslandırma hissəsində qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş hallara münasibət bildirilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı Həsənоvа Оfеlyа Vаlеh qızı mirası faktiki olaraq qəbul etməmiş və ona sahiblik etməmişdir.
28. İddiaçının miras əmlaka vərəsəlik hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verərkən hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı iş üzrə preyudisial xarakter daşıyan məhkəmə aktı ilə müəyyən edilmiş hallar yenidən araşdırılmalı və müzakirə edilməli olmayan faktlar olaraq nəzərə alınmalı idi. İddiaç ı Həsənоvа Оfеlyа Vаlеh qızının miras əmlakda payının olmaması həmin qərarlarla öz təsdiqini tapmışdır. İş üzrə qəbul edilmiş çoxsaylı məhkəmə qətnamələri ilə hazırki iş üzrə iddiaçı Həsənоvа Оfеlyа Vаlеh qızının atası öldükdən sonra mübahisəli evdə yaşamadığı, ondan istifadə etmədiyi və miras əmlakı faktiki qəbul etmədiyi sübuta yetirilmişdir. Eyni zamanda iddiaçı Həsənоvа Оfеlyа Vаlеh qızının miras əmlakda payının olmaması həmin qərarlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin hallar yenidən mübahisələndirilə bilməz.
29. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin şəhadətnamənin etibarsızlığı ilə bağlı hissədə səhv nəticəyə gəldiyindən və iddia tələbinin digər hissəsi isə birinci tələbdən asılı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
30. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.3, 158.4, 337.1, 1133.1, 1133.2, 1134.1 və 1134.2-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59, 60-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 47.1, 77.1, 88, 119.1, 119.2, 119.5, 217.1, 217.2, 217.3, 217.4, 233.3, 372.1, 372.2, 372.6, 372.7, 384.0.2 və 3851.1-385.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azər baycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
33. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edi lir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
38. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sa ğ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
40. Maddə
60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. İddiaçı (nümayəndə-Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti işin hallarına istinadla onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə müvafiq olaraq vərəsəliklə bağlı yeni qaydalarda vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulmamasının iddiaçının vəziyyətini yüngülləşdirən hal olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında hüquqi vəziyyəti yüngülləşdir ən normativ hüquqi aktın geriyə qüvvəsini tətbiq etməmiş və iddiaçının vərəsəlik hüququna dair konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur.
53. İşin faktiki hallarına əsasən İddiaçı cavabdeh ünvan 12 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsinə və 2 mərtəbəli, ümumi sahəsi 177,4 kv metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin tapşırılması tələbinə dair mülki iş hazırda məhkəmələrin icraatındadır. Belə olan halda Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddəsinin AR Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı hazırkı mübahisəyə tətbiq olunmaqla id diaçının vərəsəlik hüquqları təmin edilməlidir.
54. Məhkəmə qanuni qüvvəsini almış qətnamələrlə mirasqoyanın ölümündən sonra oğlu Fеyruz Həsənоvun öz аilə üzvləri ilə miras еvdə yаşаmasının, sonuncunun ölümündən sonra bu günədək qеyd оlunаn fərdi yаşаyış еvində Fеyruz Həsənоvun аilə üzvləri - Həsənоvа Еlnurə Ədаlət qızının 3 övlаdı ilə birgə yаşаmasının, mirаs əmlаkı fаktiki оlаrаq cаvаbdеhlərin qəbul еtmələrinin müəyyən edildiyini göstərir. X3 10 avqust 2012-ci il tarixdə Göyçay rayon Notariat Kontoruna ərizə verərək mərhum Valeh Həsənovdan miras qalmış bankda olan əmanət pulundan ona çatası payı qəbul etmədiyini, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. Həmçinin apellyasiya məhkəməsi rayon məhkəməsinin “iddiaçının irs alması” ilə bağlı əsa slandırmasına münasibət bildirərək qeyd edir ki, qanuni qüvvəsini almış qətnamələr ilə miras əmlakı fаktiki оlаrаq yalnız Həsənоvа Еlnurə Ədаlət qızı 3 övlаdı ilə birgə qəbul etmələri müəyyən edilmişdir. Lakin işdə olan qətnamələrdən görünür ki, miras tələbi ilə bağlı məhkəməyə iddiaçı müraciət etmişdir və onun tələbi birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilsə də, apellyasiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilərək iddia tələbi ilə rədd edilmişdir. Həmin mülki işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən mərhum Feyruz Həsənovun vərəsələri məhkəməyə qarşılıqlı iddia ərizəsi verməmişlər və sonradan da mirasla bağlı məhkəmədə iddia qaldırmamışlar. Heç bir qətnamə ilə mirasda cavabdehlərin payı müəyyən edilməmişdir.
55. İddiaçı mərhum atasından miras qalmış ə manəti Notariat ofisinə ərizə verməklə qəbul etmiş və Göyçay rayon Notariat Kontoru iddiaçıya 23 avqust 2012-ci il tarixdə mərhum atasının mirasından irs almağı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Apellyasiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək iddianı rədd edərkən Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərini pozmuşdur. 56. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı hazırkı iş üzrə mənzil münasibətlərinə düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları iddiaçının mirası faktiki qəbul etdiyini təkzib edir. Halbu ki, iddiaçı mirasın bir hissəsini rəsmi qəbul etmişdir və bu hal iddiaçıya 2012-ci ildə verilmiş mirasın əmanət bankındakı pulun qəbulu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq olunur. Əvvəlki mülki işlərə baxılarkən iddiaçıya 2012-ci ildə verilmiş mirasın əmanət bankındakı pulun qəbulu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə məhkəmələrin sübut kimi qiymət verməməsi, daha sonra həmin sənədin yeni açılmış hal kimi nəzərə alınmaması iddiaçının məhkəməyə əlçatanlığını bitirmişdir.
57. Məhkəmə işdəki sübutlara düzgün qiymət verməmiş, yalnız iddiaçı ilə cavabdehlər arasında miras mübahisəsinə dair iş üzrə qəbul edilmiş məhkəmə aktlarına sübut kimi istinad etmiş, bu zaman iddiaçıya mirasın bir hissəsinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnaməsini, qanun üzrə birinci növbə vərəsə mərhum Feyruz Həsənovun mirasdan imtina etməsini nəzərə almamışdır. Bununla da MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.
58. Hazırki işdə vərəsənin mirasdan imtina etməsi halı müəyyən edilməmişdir. Belə olan halda, vərəsənin mirası qəbul etməməsinə istinad edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kass asiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
63. İddiaçı kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
64. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələb lərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-968/2025 nömrəli iş üzrə 1 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.