Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3879/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2; İkini iş üzrə: İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı bir icraatda birləşdirilmiş mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əqdin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə, ikinci iş üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hes ab edilməsi” barədə bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4744/2025 nömrəli 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı-cavabdeh İddiaçı başqa şəxs - Rahib Budaqov 162.000 ABŞ dolları məbləğində maddi zərər vurub. Rahib Budaqov hazırkı iş üzrə cavabdeh-iddiaçı Cavabdeh2 atası, cavabdeh-iddiaçı Cavabdeh1 isə əridir.
2. Zərərin vurulması faktı məhkəmə hökmü ilə müəyyən edilib. Rahib Budaqov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-220/2021 nömrəli hökmünə əsasən, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 11 ay 28 gün azadlıqdan məhrum e tmə cəzasına məhkum edilib. Hökmlə müəyyən edilib ki, təqsirləndirilən şəxs Rahib Budaqov zərər çəkmiş şəxs İddiaçı 162.000 ABŞ dollarını ələ keçirməklə ona qarşı dələduzluq edib.
3. Cinayət işi üzrə icraat zamanı – xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Arzu və Cavabdeh1lar arasında sadə yazılı formada müqavilə bağlanıb. Müqaviləyə görə, Arzu və Cavabdeh1lar öhdəlik götürüblər ki, Rahib Budaqovun vurduğu 162.000 ABŞ dolları məbləğində zərəri İddiaçı ödəyəcəklər.
4. Müqaviləyə görə, 162.000 ABŞ dollarının ödənilməsi göstərilən qaydada həyata keçirilməlidir: Birinci, İddiaçı 11.700 ABŞ dollarının Cavabdeh1 tərəfindən ona ödənildiyini etiraf edir, qalan ümumi borc 150.300 ABŞ dolları təşkil edir (162.000 - 11.700 = 150.300). İkinci, müqavilə bağlandığı gündən 1 ay müddətində ünvan 1 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən Arzu və Cavabdeh1ların adına rəsmiləşdirilmiş, ümumi dəyəri 97.000 ABŞ dolları qiymətləndirilən yaşayış və ya qeyri-yaşayış sahəsindən həmin şəxslər İddiaçı xeyrinə imtina edəcək və bu əmlakın İddiaçı adına rəsmiləşdirilməsini təmin edəcəklər. Üçüncü, qalıq 53.300 ABŞ dolları müqavilə bağlandığı gündən 12 ay ərzində hər ay minimum 2.000 ABŞ dollarından az olmayaraq ödənilir. Dördüncü, Arzu və Cavabdeh1lar qeyd olunan daşınmaz əmlakdan İddiaçı xeyrinə imtina edərək əmlakı onun adına sənədləşdirməyəcəkləri təqdirdə 150.300 ABŞ dolları bu müqavilə bağlandığı gündən 12 ay ərzində hər ay minimum 6.000 ABŞ dollarından az olmayaraq ödənilir.
5. İddiaçı həmin müqaviləyə əsaslanaraq cinayət işi üzrə məhkəmə baxışı zamanı bildirib ki, Rahib Budaqovun ona vurduğu maddi zərər tam şəkildə ödənilib. O, bu barədə notariat qaydasında təsdiq olunmuş ərizəni, habelə mülki iddiadan imtina barədə ərizəni cinayət işinə baxan məhkəməyə təqdim edib. Məhkəmənin hökmündə hökm edilib ki, mülki iddiadan imtina qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Birinci iş:
6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək olaraq 249.390 (146.700 ABŞ dollarını) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əri X9 mənə qarşı dələduzluq cinayəti törədərək külli miqdarada pulumu ələ keçirməsinə görə onun barə sində AR CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanılan və cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən ona vurulan ziyanın ödənilməsi və onun ondan şikayətçi olmamağı üçün özünün və qızı Cavabdeh2 təklifi ilə aralarında xx.xx.2021-ci il tarixdə “X4” bağlanmışdır. Müqaviləyə görə də qarşılıqlı razılaşmanın predmetini Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101 )-220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X9 törətdiyi dələduzluq əməli nəticəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi və bunun müqabilində onun R.Budaqovdan şikayətinin olmaması təşkil etmişdir. "Tərəflərin öhdəlikləri bölməsinə görə: 1.Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri olan X15 tərəfindən İddiaçı 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanı öz borcları kimi qəbul edir, dəymiş ziyanın əvəzinin ödənilməsini öz öhdələrinə götürür və həmin borcun əvəzi olaraq: 1- Müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən "xxxx" MTK tərəfindən Cavabdeh1 və ya Arzu Rahib qızının adına rəsmiləşdirilmiş pilot layihə olaraq inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yerləşən, tərəflər arasında ümumi dəyəri 165,000 (bir yüz altmış beş min) manat və ya 97.000 (doxsan yeddi min)ABŞ dolları kimi qiymətləndirilmiş 110 kv.metr sahəsi olan yaşayış və ya qeyri-yaşayış sahəsindən zərərçəkmiş İddiaçı x eyrinə imtina edərək, həmin daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsini təmin edir və 2- Qalıq 53.300 (əlli üç min üç yüz) ABŞ dolları məbləğində pulu isə müqavilə bağlandığı gündən 12 (on iki) ay ərzində hər ay minimum 2.000 (iki min) ABŞ dollarından az olmayaraq ödəyir. QEYD: Cavabdeh1 və Cavabdeh2 müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən yaşayış və ya qeyri-yaşayış sahəsindən zərərçəkmiş İddiaçı xeyrinə imtina edərək, həmin daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsini təmin etmədiyi təqdirdə, ümumi borc 150.300 (bir yüz əlli min üç yüz) ABŞ dolları kimi qiymətləndirilir və borcu müqavilə bağlandığı gündən 12 (on iki), ay ərzində hər ay minimum 6.000 (altı min) ABŞ dollarından az olmayaraq ödəyirlər. İddiaçı hazırkı müqavilə b ağlandığı gün Cavabdeh1 və Cavabdeh2 təkidi ilə razılaşaraq,1 - X15 tərəfindən ona dəymiş 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində ziyanın əvəzi olaraq Cavabdeh1 qəbul etdiyi 20.000 (iyirmi min) manat və ya 11700 (on bir min yeddi yüz) ABŞ dolları məbləğində pulu etiraf edir və qalıq borcun 150.300 (bir yüz əlli min üç yüz) ABŞ dolları olduğunu təsdiq edir və 2- Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-220/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X15 ilə barışaraq, sonuncu tərəfindən ona 162.000 (bir yüz altmış iki min) ABŞ dolları məbləğində dəymiş ziyanın tam ödənilməsi, ona qarşı mülki iddiasının olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə mə hkəmə kollegiyasına müraciət edərək, onun barəsində AR CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir.
8. Cavabdehlər iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişlər ki, İddiaçı onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 249.390(iki yüz qırx doqquz min üç yüz doxsan) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmağa çalışır ki, onlarla iddiaçı arasında 15 noyabr 2021-ci il tarixində "X4" bağlanmış və bu müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilsə də, cavabdehlər hazırda da qüvvədə olan həmin müqavilənin şərtlərini tam yerinə yetirməmiş, bu günə kimi ona borclu qaldıqları 249.390 manat pulu ödəmirlər və buna görə də məhkəməyə müraciət edib. İddiaçının bu iddiası tam əsassızdır, qanunsuzdur buna görə də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməlidir. Mülki iddianın təmin olunmaması üçün əsaslar və faktlar aşağıdakılardır: İddiaçı və onun nümayəndəsi tərəfindən hazırlanan və son səhifədə onlara imza etdirilən "X4" Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə zidd olaraq hazırlanıb və buna görə də etibarsız əqddir. İddiaçı iddianı əsaslandırdığı zaman istinad etdiyi 15 noyabr 2021-ci il tarixli “X4”nin “Tərəflərin öhdəlikləri” adlı bölməsində yazılır: Müqavilə bağlandığı gündən 1 ay müddətində Bakı şəhəri, Mir Qasımov 13 ünvanında yerləşən "xxxx" MTK tərəfindən Cavabdeh1 və ya Cavabdeh2 adına rəsmiləşdirilmiş pilot layihə olaraq inşa edilərək çoxmərtəbəli yaşayış binasında yerləşən, tərəflər ar asında ümumi dəyəri manat və ya 97.000 ABŞ dolları kimi qiymətləndirilmiş 110 kv.m sahəsi olan yaşayış və ya qeyriyaşayış sahəsindən zərərçəkmiş İddiaçı adına rəsmiləşdirilməsini təmin edir". Müqavilənin yuxarıda qeyd etdiyi hissəsindən də aydın görünür ki, adı çəkilən müqavilə də tərəflərin öhdəliyi daşınmaz əşyaya mülkiyyət və ya digər hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürməklə bağlı bir qanunsuz yazıdır, əqddir. Bu iddianın predmeti olaraq nəzərdə tutulan “müqavilə”də daşınmaz əşyaya mülkiyyət və digər hüquqları digər tərəfə vermək və ya əldə etməklə bağlı öhdəlik götürülməsi ilə əlaqədar olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinin tələbinə uyğun olaraq notarial qaydada təsdiqlənməli idi. Yəni Mülki Məcəllə bu siyahıya daxil olan müqavilələrin notarial qaydada təsdiqlənməsini məcburi şərt kimi tərəflərin üzərinə qoyur. Bundan əlavə olaraq məhkəmənin diqqətinə bu müqavilənin "Tərəflərin hüquqları və məsuliyyəti" bölməsində yazılan aşağıdakı abzasa çəkmək istəyir. Həmin abzasda yazılır: "Razılaşmanın şərtlərini pozan və həmin şərtlərdən sui-istifadə edən tərəf Azərbaycan Respublikası Cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyır". Tərəflər arasında bağlanmış bu müqavilənin Mülki Məcəllə ilə tərəflərin hüquq və vəzifələri tənzimlənirsə, nə üçün cinayət qanunvericiliyi ilə məsuliyyət daşımalıdır? Tərəflər arasında bağlanmış "Mülki Müqavilə"ni pozan şəxsin cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyır yazmaqla, iddiaçının, onları təsir altına almaq, onlara hədə-qorxu gəlmək əslində olmayan bir hər hansı pul vəsai tini bizdən almaq istəməsi üçün qurulmuş tələ olduğu aydındır. Yəni iddiaçının bu saxta kağıza onlara qol çəkdirərək, sonradan onlara hədə-qorxu gələrək onlardan pul tələb etmək üçün cinayətkar planına hüquqi don geyindirmək olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, bu müqavilədə göstərilən guya Rahib Budaqovun CMnin 178.3.2 maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsindəki həmin dövrdə davam edən cinayət işində bu işdə iddiaçı, həmin işdə zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanın məbləği 130.000 (yüz otuz min) manat olub. Yəni sözü gedən cinayət işində zərərçəkmiş şəxsə dəymiş zərərin miqdarı 130000 manat olub. Cinayət işi həmin məbləğ davam edib. Belə olduğu halda zərərçəkmiş şəxs 250.000(iki yüz əlli min) manatlıq müqavilə imzalatması, sonra həmin pulu tələb etməsi İddiaçı planının nədən ibarət olduğunun göstəricisidir. Bundan əlavə olaraq bunu da nəzərinizə çatdırıram ki, bu müqavilədə adı keçən Rahib Budaqov hal-hazırda həbsdədir. Həmin cinayət işi ilə bağlı ona təyin olunan cəzanı çəkir. Etdiyi cinayət görə cəza çəkən şəxs tərəfindən vurulmuş zərərə görə o, məsuliyyət daşıya biləcəyi hansı qanunvericiliyə uyğundur? Bundan əlavə olaraq vurulmuş zərər 130.000 manat, iddiaçı saxta sənəd imzaladıb onlara 250.000 manat, bu iddiaçı çox saxtakar və qərəzli bir davranışla onu aldadaraq onun əmlakını ələ keçirmək üçün planladığı cinayət əməlidir. Məhkəmə predmeti olaraq göstərilən xx.xx.2021-ci il tarixli "Müqavilə" formal xarakterlidir, heç bir hüquqi qanunvericiliyi ilə tənzimlənmir. Belə ki, Mülki Hüquq normalarına zidd olaraq bağlanan həmin "müqavilənin" "Tərəflərin hüquq və məsuliyyəti" adlı bölməsində yazılır: Razılaşma şərtlərini pozan və həmin şərtlərdən sui-istifadə edən tərəf Azərbaycan Respublikası cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyır." Mülki Hüquq Normalarıyla tənzimlənən, tənzimlənməli olan “müqavilə” tərəflərin hüquq və vəzifələri, yaranmış mübahisələrin cinayət qanunvericiliyi ilə tənzimlənəcəyini yazan bir müqaviləni "qeyri ciddi əqd" də adlandırmaq olar, ya da bu qanunlara zidd hazırlanan müqavilədən istifadə edərək" hədə qorxu gələrək pul tələb etmək" üçün şəxsə qarşı cinayət etmək üçün bir vasitədir. Çünki guya Rahib Budaqovun barəsində olan cinayət işində olan zərərin əvəzi kimi bağlanmış kimi göstərərək onların əmlakını və pulunu ələ keçirmək istəyib, buna görə də heç bir qanunvericiliyə uyğun gəlməyən, adını "X4" qoyduğu bu saxta s ənədi onlara imzaladıb, sonra onlardan "hədə-qorxu ilə pul tələbi". Məhkəmənin diqqətini Rahib Budaqovla bağlı cinayət işində olan reallıqlara çəkmək istəyir: Rahib Budaqov bu işdə İddiaçı şikayəti ilə məhkum olunub və 5 ildir həbsdədir. Rahib Budaqov tərəfindən bu işdə iddiaçı olan İddiaçı vurulan zərər manat olub və həmin zərəri də 2020-ci ildə Rahib Budaqovun qardaşı tam ödəmişdir. İddiaçı bu müqavilənin şərti kimi göstərdiyi (əslində pulu Rahibin qardaşı ödəmişdir) barışıq və şikayət və tələbinin olmaması barədə ərizəsinin ləğv elətdirib və bu barədə də Rahib Budaqovla bağlı gedən cinayət işinin araşdırılmasın aparan məhkəməyə təqdim edib. Rahib Budaqovun qardaşından 2020-ci ildə pul alıb, ona dəymiş ziyanı ödəməsi barəsində ərizə verəcəyini söz verən iddiaçı hələ də Rahib Budaqovdan ş ikayət ərizələri yazır. Yəni konkret olaraq bu Mülki işdə iddiaçı kimi adı yazılan İddiaçı saxta, yalan, uydurma, hədə-qorxu həqiqəti əks etdirməyən və sair üsullarla onların pulunu ələ keçirmək üçün hər cür qanunsuzluq edir. Əslində heç Rahib Budaqovun da İddiaçı zərər vurmağı həqiqəti əks etdirmir. Buna baxmayaraq 5 ildir Rahib Budaqov həbsdədir və cəzaçəkmə müəssisəsindədir. Bunun səbəbi də Nüsrət Güluşovdur. İndi də İddiaçı onlara hədə-qorxu gəlir. Hədə-qorxu ilə onlardan 27.000 (iyirmi yeddi min) manat pul almışdır. X19 törətdiyi iddia olunan cinayətlə bağlı pul ödəməyə məcbur deyil. Rahib Budaqov cinayət edib. Nüsrətdə onu həbs etdirib. 5 ildir həbsdə saxladıb, cəzasını alıb. İddiaçı saxtakarlıqlarından, cinayətlərindən o da hüquq mühafizə orqanlarına şikayət edəcək, ona qarşı cina yət edərək, hədə-qorxu ilə tələb edərək pul alması barədə. İddia predmeti olan "X4" Mülki Məcəlləyə zidd olaraq hazırlanıb. Həmin müqavilənin öhdəliyi kimi guya icra etdiyi Rahib Budaqovun borcunun ödənilməsi barədə notarial təsdiq ərizəni iddiaçı 2022-ci ildən ləğv etdirib. Həmin müqavilədəki tərəflərin mübahisəsinin "Cinayət qanunvericiliyi ilə tənzimlənməsi" bəndi yazılması bu müqaviləni etibarsız, ağır, şərtlərlə qəbul edilmiş, uydurma əqd olduğun bir daha sübut edir. Rahib Budaqovun bu müqavilədə adı keçən cinayət işində vurduğu ziyan 130000 manatdır, bu müqavilə 250.000 manatla bağlanıb. Bundan əlavə olaraq da Rahib Budaqov bu cinayətə görə hələ də cəza çəkir 5 ildir cəzaçəkmə müəssisəsindədir. İddiaçı onlara qarşı yalanlar danışaraq, onları aldadaraq, onlara hədə-qorxu gələrək bu mü qaviləni imzaladıb. Yuxarıda yazılanlardan aydın görünür ki, iddiaçının bu iddiası tam əsassızdır və iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı onların barəsində verdiyi 249.390 manat pulun onun xeyrinə tutulması barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İkinci iş:
9. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış X1 etibarsızlığının tanınması (etibarsız hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıların çıxılmaz vəziyyətdə olmasından istifadə e dərək AR Mülki Məcəlləsini prinsiplərinə zidd olan ağır şərtlərlə əqd bağlamağa məcbur etmişdir. Buna görə də həmin əqdin etibarsızlığının tanınması zərurəti yaranmışdır. Ən əsas və başlıca amil ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh X13 arasında heç bir pul (borc) münasibəti olmamış və İddiaçı cavabdehlərin çətin vəziyyətə düşməsindən istifadə edərək AR Mülki Məcəlləsinin tələblərinə zidd olaraq bağlanmış əhəmiyyətsiz əqdə əsaslanır. Belə ki, cavabdeh X2 Aygün Hümbət qızına və Cavabdeh2 heç bir pul vəsaiti vermədiyi halda ən X9 barəsində cinayət işinin getməsindən istifadə edib AR Mülki Məcəlləsinə zidd olan Cavabdeh1 və Arzu Bıudaqovanın qanuni əsas olmadan son dərəcə ağır şəraitə düşməsinə səbəb olmuş X3 imza etməyə məcbur etmişdirlər. Bundan başqa, cavabdehin iddiaçılara bağlamağa mə cbur etdiyi əqddə diktə etdiyi şərtlər qüvvədə olan mülki qanunvericilik normalarını təkzib edir. Belə ki, pul tələbini X3 əsasən tələb edən iddiaçı AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə istinad edir. Halbuki həmin maddi hüquq norması bilavasitə imperativ olaraq göstərir ki, tərəflər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Hazırkı X4 isə Məcəllənin tələblərini pozmaqla bağlandığından əhəmiyyətsiz əqddir. Həmçinin X4ndə istinad edilən pul məbləği Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-220/2021 saylı hökmündən də göründüyü kimi 249.390 AZN deyil 130.344 manat olaraq müəyyən edilmişdir. Ümumiyyətlə isə məbləğdən asılı olmayaraq iddiaçının istinad etdiyi X4 Cavabdeh1 və Cavabdeh2 üçün heç bir öhdəlik yarada bilməz. B undan başqa, İddiaçı X3 Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka mülkiyyət hüquqlarının ona keçməsinə səbəb olacaq şərtlər daxil etmişdir ki, bu da yuxarıda qeyd etdiyi kimi AR Mülki Məcəlləsinin imperativ tələblərindən birinin yəni, AR Mülki Məcəlləsinin 394-cü maddəsinin tələbini pozmuşdur. X1 məzmunundan da görünür ki, Cavabdeh1 və Cavabdeh2 əvvəllər borc münasibətində olmadığı şəxslə iradə sərbəstliyinin ziddinə son dərəcə ağır şərtlərlə əqd bağlamağa məcbur olmuşdurlar, buna görə da həmin X1 etibarsızlığı məhkəmə qaydasında tanınmalıdır.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1874/2025 nömrəli 15 may 2025-ci il tarixli qərardadı ilə (hakim Starə Əliyeva) Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuş icraatda olan iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qa rşı “əqdin etibarsızlığının tanınması” tələbinə dair 2(007)-1874/2025 nömrəli mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair 2(007)-496/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi, bir icraatda birləşdirilmiş 2(007)-496/2025 nömrəli mülki iş saxlanılmaqla, 2(007)-1874/2025 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-496/2025 nömrəli iş üzrə 05 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 146.700 ABŞ dolları pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə tutularaq İddiaçı xe yrinə ödənilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 540 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməyərək, Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiyası məhkəməsi ilk növbədə mübahisə predmeti olan və iddia tələblərinin əsasını təşkil edən xx.xx.2021-ci il tarixli müqavilənin etibarlı olub-olmadığına münasibət bildirməyi məqsədəmüvafiq hesab etmişdir.
14. Məhkəmə əqdin etibarlılığı barədə hesab etmişdir ki, İddiaçı cinayət işi üzrə ümumilikdə 162000 ABŞ dolları zərər dəymişdir və həmin zərərin yalnız 11700 ABŞ dolları hissəsi hazırkı iş üzrə cavabdehl ər tərəfindən ödənilmiş, geridə qalan məbləğlə bağlı tərəflər arasında razılıq müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə ödənilməmiş zərərin, yəni 150300 ABŞ dolları məbləğində pulun cavabdehlər tərəfindən 97000 ABŞ dolları hissəsi üçün əvəzində mənzil verilməklə, qalan 53300 hissəsində isə aylıq 2000 ABŞ dolları ödəniş etməklə geri qaytarılması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə cavabdehlər cinayət işi üzrə təqsirləndirilən şəxsin yaxın qohumları (qızı və arvadı) olmuş və bu müqaviləni İddiaçı cinayət işi üzrə ərizə verərək X7 tələbi və şikayəti olmadığını bildirməsi müqabilində bağlamışlar və sözügedən zərərin tam ödənilməsi barədə öhdəlik götürmüşlər.
15. Hazırda məhkəmə araşdırması zamanı cavabdehlər həmin müqavilənin etibarsızlığını onunla əsaslandırmışlar ki, sözügedən müqavilədə daşınmaz əmlakın özgəninkiləşdirilməsi nəzərdə tutulduğu halda müqavilə notarial qaydada bağlanılmamışdır.
16. Məhkəmə tərəfin bu mövqeyinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki müqavilənin predmeti daşınmaz əmlak olmamış, yalnız cinayət işi üzrə dəymiş zərər olmuş, həmin zərər məbləğinin bir hissəsinin ödənilməsi barədə razılıqda daşınmaz əmlakın 1 ay ərzində İddiaçı adına özgəninkiləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, müqavilədə həmin əmlakın alqı-satqısı, bağışlanması və.s ilə bağlı iradə ifadəsi olmamış, mövcud olan zərərin əvəzində həmin əmlakın gələcəkdə Gülüşov adına özgəninkiləşdirilməsi qeyd edilmişdir, yəni özgəninkiləşdirmə baş tutacağı təqdirdə gələcəkdə bununla bağlı bağlanacaq hər hansı əqd notarial qaydada bağlanılacaqdır. Həmçinin müqavildə bu h alın baş tutmaması nəticəsində həmin məbləğin hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
17. Bundan başqa tərəf əqdin etibarsızlığını onunla əsaslandırmışdır ki, həmin əqd hədə-qorxu və aldatma nəticəsində bağlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin əqd bağlanılan zaman qeyd edilən hədə-qorxu, aldatmanın mövcud olması faktı sübuta yetirilməmişdir. Habelə iddiaçı Gülüşov tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən də müəyyən edilir ki, videonu çəkən şəxs müqavilə şərtlərini oxuyur və cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 müqavilə şərtlərini dinləyir və təsdiq edirlər.
18. Beləliklə məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilə bilməz, müqavilədə tərəflərin iradə ifadəsi tam aydın əks olunmuşdur. Belə olan halda mə hkəmə qeyd edir ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 əqdin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz.
19. Məhkəmə İddiaçı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı müqavilədə ümumilikdə 150300 ABŞ dolları zərər mövcud olması qeyd edilməsinə baxmayaraq, ona zərərin bir hissəsinin ödənildiyini qeyd edərək, 146700 ABŞ dolları pul tələb etmişdir.
20. Məhkəmə ilk növbədə İddiaçı müvafiq olaraq cinayət işi üzrə notarial ərizə verərək (hökm çıxarıldıqdan sonra həmin ərizənin ləğv edilməsinə baxmayaraq) X11 qarşı heç bir tələbinin olmadığı və gələcəkdə olmayacağını, habelə zərərin ona tam ödənildiyini bildirməsi ilə bağlı hesab etmişdir ki, bu barədə notarial ərizə mübahisə predmeti olan müqavilə ilə eyni tarixdə, xx.xx.2021-ci il tarixdə yazılmışdır. Bel ə olan halda, həmin ərizənin məhz bu müqavilə ilə dəymiş zərərin Budaqovalar tərəfindən ödəniləcəyi ilə bağlı öhdəlik götürmələri nəticəsində yazılması və məhkəməyə təqdim edilməsi işin mübahisəsiz halıdır.
21. Məkhəmə cavabdeh Budaqovanın məhkəmə iclasında zərərin vəfat etmiş əmisi tərəfindən tam ödənilməsini bildirməsi barədə qeyd etmişdir ki, iddiaçı müqavilədə 150300 ABŞ dolları yazılmasına və ödənişlər barədə heç bir qəbz olmamasına baxmayaraq səmimi etiraf ilə və vicdanlılıq prinsipinə uyğun olaraq iddia ərizəsində 146700 ABŞ dolları tələb etmişdir.
22. Məhkəmə tərəflərin müqavilədə qeyd edilən 162000 ABŞ dolları məbləği ilə razılaşmamalarına münasibətdə qeyd etmişdir ki, tərəfə dəymiş zərər həmin dövrün məzənnəsinə uyğun olaraq 130000 manat olsa da, zərər faktiki olaraq ABŞ dolları ilə vurulmuşdur və belə olan halda iddiaçının həmin zərəri ABŞ dolları ilə ödənildiyi vaxtın məzənnə qiymətinə uyğun hesablanmaqla tələb etmək hüququ mövcuddur.
23. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçılar (Budaqovalar) iddia ərizəsində göstərikləri dəlillərini sübut edə bilməmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 324.1, 324.5, 329.1, 329.2, 337.1, 337.2, 339.6, 386.1, 389.1-389.4, 390.1, 394, 399.1, 404.1, 404.2, 442, 448.1, 739.1, 739.2, 740.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İ kinci iş üzrə iddiaçılar Aygün və Cavabdeh2lar (Vəkil2) apellyasiya şikayəti verərək, Nizami Rayon Məhkəməsinin 2(007)-496/2025 nömrəli 5 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətində iddia ərizəsinə etirazda və ikinci iş üzrə iddia ərizəsində göstərilmiş dəlilləri təkrar qeyd edilərək əlavə olaraq bildirilmişdir ki, məhkəmə qətnaməsinin əsaslandırması zamanı məhkəmə yalnız Gülüşovun təqdim etdiyi “X6”-sinə istinad etdiyini göstərsə də, həmin müqavilənin AR Mülki Məcəlləsinin tələblərin zidd olduğuna və imperativ tələblərə cavab vermədiyi üçün etibarsız olmasına heç bir tutarlı münasibət bildirməmişdir. Həmçinin həmin Razıla şma Müqaviləsi də Rahib Budaqova aid olan cinayət işinin əsasında tərtib oldunduğunu nəzərə alsaq qanuni qüvvəsini almış hökmdə dəymiş zərər manatla göstərilmiş və məbləğ də 130.344 manat olaraq təsdiqini tapmışdır. Konstitusiya Məhkəməsinin Qərarından çıxarışı qətnaməyə əlavə etməklə birinci instansiya məhkəməsi işinin bitmiş olduğu qənaətinə gəlmişdir. Halbuki məhz həmin Qərarda əqdin etibarsızlığının əsas mühüm komponentləri açıq-aşkar sadalanmışdır. Hazırkı iş üzrə iddianın əsasını təşkil edən Müqaviləyə Qərarın interpretasiyası ümumiyyətlə həyata keçirilməmişdir. Həmin X1 üçüncü şəxsin təqsirli əməlinə görə hazırkı iş üzrə cavabdehlərdən tutulması nə cinayət qanunvericiliyinin nə də mülki qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bundan başqa, əqdin etibarlılığına dair 4 şərtin ( əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;- əqdin formasına dair şərtlər) tələblərinin pozulmasına da məhkəmə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Qərarında müəyyən edilən hüquqi müddəalar hazırkı qətnamənin qəbulu zamanı nəzərə alınmamışdır. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il12 aprel tarixli Qərarı). İşin mübahisə edilməyən hallarından da göründüyü kimi İddiaçı ilk iddia üzrə cavabdehlərə heç bir pul vermədiyi halda onların müvafiq olaraq əri və atalarının pis vəziyyətdə olmasından istifadə edərək etibarsız hesab edilən (forma və məzmun baxımından) əqdi bağlamışdır. İlk və qarşılıqlı iddia həmin hissələrdə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Bütün bunlardan başqa, apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırım ki, hazırkı mülki iş ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. Belə ki, iş üzrə tərəflərdən heç biri Bakı şəhəri Nizami rayonu ərazisində pasport qeydiyyatında olmasa da birinci instansiya məhkəməsi həmin işə baxaraq yekun məhkəmə aktını qəbul etmişdir. Hazırkı əqd də məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamsından asılı olmayaraq bağlandığ ı andan etibarsızdır Qətnamənin qəbulu zamanı Mülk Məcəllənin 394-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Müqavilə şərtlərində açıq-aşkar şəkildə daşınmaz əmlaka olan hüququn bir tərəfdən digər tərəfə keçməsindən söhbət getsə də bu Müqavilə notarial qaydada təsdiqedilmədən və digər tərəf üçün son dərəcə ağır şərtlə bağlanmış etibarsız əqddir.
28. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirmişlər.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2025-ci il tarixli 2(103)-4744/2025 nömrəli qətnaməsi (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və F.Abdıyev) ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007) -496/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiya gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: Arzu və Cavabdeh1ların iddiası barədə
31. Məhkəmə bu iddianı rədd etməklə düzgün nəticəyə gəlib.
32. Arzu və Cavabdeh1lar iddianı onunla əsaslandırıb ki, ağır vəziyyətə düşüblər, əks tərəf bundan istifadə edib, nəticədə isə son dərəcədə əlverşisiz şərtlərlə müqavilə bağlamağa məcbur olublar. Onlar hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinin göstərişinə istinad edib. Bu maddəyə görə, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Lakin g östərilən maddənin tətbiqi üçün əsas yoxdur. Məhkəmə bunu aşağıda qeyd olunanlarla əsaslandırır.
33. Birinci, məhkəmənin icraatında Rahib Budaqovun barəsində cinayət işinin olması onun yaxınlarının - Arzu və Cavabdeh1ların ağır vəziyyətə düşməsi kimi qiymətləndirilmir.
34. İkinci, şərti olaraq hesab olunsa ki, məhkəmənin icraatında cinayət işinin olması nəticəsində Rahib Budaqovun yaxınları ağır vəziyyətə düşüb, belə halda İddiaçı bundan istifadə etməsi və Rahib Budaqovun yaxınlarının özləri üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur olması müəyyən edilmir. X18 Gülüşova 162.000 ABŞ dolları məbləğində zərər vurması məhkəmə hökmü ilə müəyyən edilib. Arzu və Cavabdeh1lar məhz həmin zərəri ödəyəcəklərini könüllü olaraq öhdələrinə götürməklə müqavilə bağlayıblar.
35. Hazırda Ar zu və Cavabdeh1lar müqaviləni ona görə mübahisələndirir ki, cinayət iş üzrə icraat onların ümid etdiyi kimi yekunlaşmayıb, yəni Rahib Budaqova azadlıqdan məhrum etmə növündə cəza təyin edilib. Halbuki, müqaviləyə görə, İddiaçı cinayət işinə baxan məhkəməyə ərizə ilə müraciət edərək 162.000 ABŞ dolları məbləğində zərərin ödənildiyini, mülki iddiasının olmadığını bildirməli və təqsirləndirilən şəxsin barəsində CMnin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etməlidir. Müqavilə bağlandıqdan sonra İddiaçı cinayət işinə baxan məhkəməyə ərizə verib, zərərin ödənildiyini və mülki iddiadan imtina etdiyini bildirib. Təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilib-edilməməsi isə məhkəmənin səlahiyyətinə aid olan məsələdir, zərər çəkmiş şəxs həmin maddənin tətbiq edilməsini məh kəmədən tələb edə bilməz.
36. Nəzərə alınmalıdır ki, İddiaçı müqaviləyə güvənərək mülki iddiadan imtina etdiyinə və buna əsasən mülki iddia üzrə icraata xitam veridiyinə görə, onun Rahib Budaqova qarşı “cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddianı yenidən məhkəməyə verməsi mümkün deyil (MPM, maddə 153.2.2). Əgər müqavilə etibarsız sayılsa, İddiaçı özü ağır vəziyyətə düşəcək. İddiaçı iddiası barədə
37. Məhkəmə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlib.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ilə Arzu və Cavabdeh1ların arasında bağlanmış müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd deyil.
39. Müqa viləyə görə, Arzu və Cavabdeh1ların İddiaçı 150.300 ABŞ dolları ödəmək öhdəliyi var. Öhdəliyin icrası müddəti bitib, lakin 146.700 ABŞ dolları ödənilməmiş qalıb. Belə ki, İddiaçı 146.700 ABŞ dollarının ödənilmədiyini bildirir. Öhdəliyin icra ediliyini sübutetmə yükü borclunun üzərinə düşür, lakin Arzu və Cavabdeh1lar 146.700 ABŞ dollarının ödənildiyini təsdiq edən sübut təqdim etməyiblər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, İddiaçı həmin məbləğin ödənilməsini tələb etməyə haqlıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. İkinci iş üzrə iddiaçı Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4744/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsini ləğv edib ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin qəbulu zamanı Mülki Məcəllənin 394-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Müqavilə şərtlərində açıq-aşkar şəkildə söhbət daşınmaz əmlaka olan hüququn bir tərəfdən digər tərəfə keçməsindən söhbət getsə də bu Müqavilə notarial qaydada təsdiq edilmədən və digər tərəf üçün son dərəcə ağır şərtlə bağlanmış etibarsız əqddir. Məhkəmə hökmü ilə dəymiş zərərin məbləği 162.000 manat müəyyən edilsə də, həmin hökmə istinad edən məhkəmə 249.300 manat pul tutmuşdur.
42. Hazırkı əqd də məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamsından a sılı olmayaraq bağlandığı andan etibarsızdır və buna görə də biz məhkəmədən əqdin etibarsızlığının nəticələrinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Aldatma və ağır şərtlə bağlanmış əqdin müqabilində verilmiş barışıq ərizəsi də sonradan cinayət işinə baxılması zamanı ləğv edilmişdir. Bunun özü də aldatmadır.
43. Apellyasiya instansiyasında məhkəmə iclasından 2 gün əvvəl teleqram vuraraq cavabdeh səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasını təxirə salmağı xahiş etsə də, hakim bunu heç qətnamədə qeyd etməmiş və iclası təxirə salmamışdır. Bununla da cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir.
44. Məhkəmə iddiaçının əqdin etibarlı olmasına dair heç bir sübut təqdim etmədiyi halda iddianı təmin etmişdir. Məhkəmə tərəfində mad di və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İkinci iş üzrə cavabdeh İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iş üzrə verilmiş kassasiya şikayətinin təmin edilməməsini və birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdiyi məhkəmə aktlarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
46. Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
47. Maddə 3 24.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;
48. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
49. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
50. Maddə 329.2.Əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır;
51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
52. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
53. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
54. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
55. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxs in razılaşması müqavilə sayılır.
56. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
57. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
58. Maddə 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.
59. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
60. Maddə
442. Ööhdəliyin icra edilməməs i dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
61. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində və qarşılıqlı iddiaya dair hissəsində yoxlanılır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
73. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə hökmü ilə dəymiş zərərin məbləği 162.000 manat müəyyən edilsə də, həmin hökmə istinad edən məhkəmənin 249.300 manat pul tutduğu barədə dəlili ilə razılaşmır. Belə ki, müvafiq hökmlə təsdiq edilir ki, (iş materialları İ cild, iş v. 56-110) X16 tər əfindən İddiaçı kassasiya şikayətində göstərildiyi kimi 162 000 manat deyil, 162 min ABŞ dolları ziyan vurmuşdur.
75. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyasında məhkəmə iclasından 2 gün əvvəl teleqram vuraraq cavabdehin səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasını təxirə salmağı xahiş etsə də, hakimin bunu heç qətnamədə qeyd etmədiyi və iclası təxirə salmadığı, bununla da cavabdehin məhkəmə iclasında iştirakının təmin edilmədiyi barədə dəlilləri ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
76. Əvvəla, Cavabdeh1 məhkəmə iclasının təxirə salınması barədə teleqramla müraciət etsə də məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiyini təsdiq edən sübutları təqdim etməsi iş materialları ilə təsdiqlənmir. Digər tərəfdən məhkəmə iclasının təxirə salınması Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsində məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 29 avqust 2025-ci il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, məhkəmə iclasının təxirə salınması barədə Cavabdeh1 teleqramı elan edilərək məhkəmə tərəfindən müzakirə olunmuş, apelyasiya şikayətinə Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan baxılması qərara alın mış və beləliklə də apelyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbi pozulmamışdır.
77. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
78. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün t ərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
79. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində və qarşılıqlı iddiaya dair hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4744/2025 n ömrəli, 29 avqust 2025-ci il tarixli qətnaməsi ilkin iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində və qarşılıqlı iddiaya dair hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.