Məhkəmə qərarları › İş №2(102)-3882/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3882/2020

23.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3882/2020 23.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: X15, Bakı Şəhəri XXX Notariat Kontoru İddia tələbi: vərəsəlik hüququndan imtina barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi Açar sözlər: mirasdan imtinanın etibarsızlığı tələbi, mirasın qəbulundan imtina barədə mübahisə üzrə müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, tərcüməçi Oruclu Bahar Nurəddin qızının, kassator İddiaçı, onun vəkili Vəkil1, cavabdeh X8 və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12813/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXXa (bundan sonra – iddiaçı) ilə X18 xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Sonuncu xx.xx.2018-ci il tarixində Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olarkən gəmidə “beyin qan dövranının işemik tipli pozğunluğu” nəticəsində vəfat etmişdir. X17 və onun bacısı XXXanın (bundan sonra – cavabdeh) anası X13 xx xxxxxx 2015ci il tarixində vəfat etmiş, ondan “KİA CARENS MİNİK” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. xx.xx.2018-ci il tarixi ndə iddiaçı Bakı şəhəri XXX Notariat Kontoru tərəfindən təsdiq edilmiş ərizə ilə xx.xx.2018-ci il tarixdə vəfat etmiş – mərhum əri X2 bütün miras əmlakın vərəsəlik payından onun bacısı – cavabdeh X5 xeyrinə imtina etmişdir. Ərizədə buraxılmış müddətin bərpası və vərəsəlik payından imtina ərizəsini ləğv etməyin mümkünsüzlüyünün notarius tərəfindən ərizəçiyə izah edildiyi qeyd olunmuşdur. xx.xx.2018-ci il tarixində cavabdehə “KİA CARENS MİNİK” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı xx xxxx 2019-cu il tarixli ərizə ilə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSCnin rəhbərliyinə müraciət edərək mübahisə məhkəmə qaydasında həll edilənədək digər şəxslərə sığorta və digər ödənişlərin verilməməsini xahiş etmiş, b ununla bağlı X17 vəfatı ilə əlaqədar siğorta məbləğinin ödənilməsi müvəqqəti dayandırılmışdır. İddiaçı Bakı şəhəri XXX Notariat ofisinə 27 mart və xx xxxx 2019-cu il tarixlərində müraciət edərək vərəsəlik hüququndan imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli ərizənin etibarsız hesab olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-ci il tarixdə mərhum ərinin vəfatı ilə əlaqədar sığorta və digər ödənişlərin iş yerinə vərəsəlik haqqında şəhadətnamə təqdim edildiyindən sonra veriləcəyi ona məlum olmuşdur. Daha əvvəl ona məlum olmayan hallar aşkar edildiyindən hesab edir ki, yanılmışdır. Bakı şəhəri XXX Notariat ofisinin xx xxxx 2019-cu il tarixli cavab məktubu ilə qanunla mirasdan imtinanın geri götürülməsinə yol verilmədiyi bildirilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Bakı Şəhəri XXX Notariat Kontoruna və X3rşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri XXX Notariat Kontoru tərəfindən cavabdeh X5 adına xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1mış “KİA CARENS MİNİK” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, həmin nəqliyyat vasitəsinə dair X5 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD N 380056 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ona əsas olmuş qeydlərin ləğv edilməsi, XXXa tərəfindən miras əmlak faktiki qəbul edil diyindən həmin nəqliyyat vasitəsinə dair vəfat etmiş əri X4 üzrə birinci növbədə olan vərəsə olduğunun tanınması, həmin nəqliyyat vasitəsinə Bakı Şəhəri XXX Notariat Kontorunda vərəsəlik hüququndan onun tərəfindən imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və ona həmin əmlaka dair qanun üzrə birinci növbədə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərindən qalmış mirasın qanun üzrə birinci növbə vərəsəsidir. Miras qalmış əmlak Bakı şəhəri, Sarayev küçəsi, ev 20, mənzil 144 mərhumun anasından ona keçdiyinə və minik nəqliyyat vasitəsi anasının adına rəsmiləşdirilidiyinə görə o, xx.xx.2018-ci il tarixində həmin əmlaka dair vərəsəlik hüququndan mərhumun bacısı X 5 təkidi ilə onun xeyrinə imtina etmişdir. Lakin xx.xx.2019-cu il tarixdə ona zəng etmiş Fuad adlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də sığorta işləri ilə məşğul olan şəxs bildirmişdir ki, mərhum ərinin vəfatı ilə əlaqədar sığorta və digər ödənişlər iş yerindən vərəsəlik şəhadətnaməsi təqdim olunduqdan sonra veriləcək. Bu hal iddiaçıya öncədən məlum olmamışdır. xx.xx.2018-ci il tarixdə vərəsəlikdən imtina edərkən o, matəm və faciə hissləri içində olmuş, bu ağır vəziyyətə düşməsi nəticəsində bacısı ilə razılaşmışdır. Qanuna uyğun olaraq cavabdeh notariat ofisinə imtinanın etibarsızlığı ilə bağlı ərizə ilə xx.xx.2019-cu il tarixdə və təkrarən xx.xx.2019-cu il tarixdə müraciət etmiş, cavabdeh Notarius xx.xx.2019-cu il tarixli məktubu ilə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1268.1-ci maddəsinə əsasən, vərəsə mirasdan imtina etməsi barədə ərizəni geri götürə bilməz. İşə baxılarkən iddiaçı tərəfindən məhkəməyə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X10 xx xxxx 2019-cu il tarixli, ET 02/02437 nömrəli məktubu daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, mərhum X17 mövcud qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilmiş və onun arvadı X11 müvafiq ödənişlər edilmişdir. X14 Pavlovnanın ərizəsi əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx QSC-nin “İşçilərə maddi yardım verilməsi” haqqında Əsasnaməsinə uyğun olaraq maddi yardım ödənilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4607/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hak im Ə.R.Abbasova) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə əqdin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337.1 və 339-cu maddələrində göstərilən hallar müəyyən edilmir. Halbuki həmin halların mövcudluğunu sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-12813/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) iddiaçının apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə əlaqə dar qeyd etmişdir ki, iddiaçı mirasdan imtina barədə ərizəni aldanma nəticəsində verdiyini qeyd etsə də, mirasın qəbulu ilə bağlı notariusa üç ay müddətində ərizə verməməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. Hakbuki Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər və miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum ərinin əmək haqqını alması mirasın faktiki qəbulu sayıla bilməz. Çünki iddiaçı bunu yalnız maddi ehtiyaclarını ödəmək üçün etmişdir və həm də bunu hər kəsdən, o cümlədən də, xeyrinə mirasdan imtina etdiyi baldızı, iş üzrə cavabdehdən gizlətmişdir. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcə llənin 1243.2-ci maddəsinə istinadən qeyd etmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı tərəfindən mərhum ərinin əmək haqqının alınması mirasın faktiki qəbulu kimi müəyyən edilsə belə, Mülki Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Hazırkı halda, iddiaçının xx.xx.2018-ci il tarixli mirasdan imtinası Mülki Məcəllənin qeyd edilən maddə sinin təsiri altına düşür və tamamilə qanuni olmuşdur. Məhkəmə, həmçinin Mülki Məcəllənin 1272-ci maddəsinə istinad edərək göstərmişdir ki, həmin maddənin tələbinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qeyd olunan müddət iddia müddəti olmayıb, kəsici müddətdir. Hazırkı halda, iddiaçı xx.xx.2018-ci il tarixdə mirasdan imtina barədə ərizə vermiş, həmin ərizəni isə xx.xx.2019-cu il tarixdə mübahisələndirmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin baxılması üçün apelyasiya instansiyası məh kəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam araşdırmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayinə baxılması zamanı kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləvğ olunmasını, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. İş üzrə cavabdeh və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin əsassız olduğunu qeyd edərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmas ını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh Bakı Şəhəri XXX Notariat Kontorunun nümayəndəsiməhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1243.2 (mirasın açıldığı zaman qüvvədə olan redaksiyası). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası q əbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilmə si barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin hallar üzrə apelyasiya instansiyası məhk əməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kollegiya nəzərə alır ki, iddiaçı birinci və apelyasiya instansıyası məhkəməsində verdiyi şifahi və yazılı izahatlarında, o cümlədən apelyasiya və kassasiya şikayətlərində doğma dilinin rus dili olduğu, bu səbəbdən mirasdan imtina barədə ərizənin məzmunundan xəbərsiz (məlumatsız) olduğu barədə dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12813/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar