Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3882/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3882/2023 Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023cü il tarixli, 2(105)-84/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mü lki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Qonşuluqda yerləşən digər 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DƏDRX-nin verdiyi MA seriyalı, ******* №-li çıxarışa əsasən ona məxsus olan 0.03 ha torpaq sahəsinin 50 sm hissəsindən çıxarılması və həmin torpaqd a özbaşına tikilmiş olan tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaqda tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus torpaq sahəsində cavabdeh 0,00075 ha hissəsinə keçərək özünə özbaşına tikili inşa etmişdir. Cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin müəyyən hissəsində inşa etdiyi tikili mülkiyyətdən maneəsi z istifadəyə mane olur, bu da konstitusion iddiaçının hüquqlarının pozulması deməkdir. Nəticə etibari ilə cavabdeh həmin ərazidə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə qeyri-qanuni sahiblik edir. Dəfələrlə iddiaçıya məxsus olan torpaq sahəsində yerləşən tikilinin sökülməsi ilə bağlı müraciət edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Ancaq cavabdeh bütün bunlara baxmayaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmır. İddiaçı cavabdehlə razılığa gəlmək fikrində deyildir.
6. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçını torpaq sahəsinə 10 sm müdaxilə etmişdir və buna görə də kompensasiya ödəməyə razıdır. Lakin iddiaçı onunla razılığa gəlmir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı məxsus № AA 033487 saylı, **********35 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlar ilə uyğun gəlir. Abşeron rayonu, Masazır kəndində yerləşən Cavabdeh məxsus **********02-10301 reyestr nömrəli 9112 inventar nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,00075 ha hissəsi Cavabdeh torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi tikilmiş fərdi yaşayış evinin altına düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.
8. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 20 avqust 2021-ci il tarixli, 2(012)-183/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən çıxarılması və həmin torpaqda tikilmiş tikilinin Cavabdeh hesabına sökülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, hal-hazırda Cavabdeh özbaşına zəbt edilmiş iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikintidən könüllü çıxmaması İddiaçı daxili və beynəlxalq qanunvericiliklə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsini zəbt etməsi sonuncunun öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur və buna görə də Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquql arın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* №-li çıxarışla İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən çıxarılmalıdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 153, 157, 164, 165-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1. və 217.4.-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə işə baxarkən iş üzrə ekspert rəyi əsasında araşdırılmalı hallara diqqət etməmiş və araşdırmanı heç bir sübutla aparmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmədiyindən ərazinin məhz onun torpağında olması heç bir sübutla təsdiq olunmur. Məhkəmə tərəfindən bununla bağlı Abşeron rayon DƏDRX-nə sorğu ünvanlanmamış, sənədlər toplusuna tərəflərə aid hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir (torpağın texniki pasportu, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və.s). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10\2684 saylı, 25 iyun 2021-ci il tarixli ekspert rəyi belə özü-özünü təkzib edir. Belə ki, “koordinatlar uyğun gəlir, üst-üstə düşür” kimi ifadələr işlətsələr də, qeyd olunan qərarda ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahəsinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün deyildir. Halbuki, məhkəmə bu cür məsələlərin həll edilməsi ilə əlaqədar məsələ qaldırıb mübahisəli ərazinin dəqiqləşdirilməsini aparmalı idi. Məhkəmə mübahisəli əraziyə dair baza məlumatların olmadığını nəzərə almayaraq, işi tam, hərtərəfli və obyektiv araşdırmadan iddia tələbinin təmin olunması barədə əsassız qərar çıxarmışdır. Qeyd olunmalıdı r ki, iddiaçı və cavabdeh mübahisəli torpaq sahəsini 0,06 ha olmaqla birlikdə əldə edərək, birlikdə DƏDRX-nə müraciət etmişlər və tərəflərin hər ikisinin iştirakı ilə sonradan bərabər 0,03 ha – 0,03 ha hissələrə bölünmüşdür. Eləcə də, torpaq sahəsinin sərhədlərinin qərəzsiz pozulması və iddiaçının buna etiraz etməməsini məhkəmə nəzərə almamışdır. Cavabdeh həmin ərazini öz ərazisi hesab etmiş və tikinti aparmış, iddiaçı isə buna etirazını bildirməmişdir. Qeyd olunan faktların nəzərə alınması eləcədə cavabdehin barışıq təklifi birinci instansiya məhkəməsi nəzərə alınmamışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədovadan ibarət tərkibdə) 19 iyun 2023-cü il tarixli, 2(105)-84/2023 nömrəli qətnamə si ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədə iddia tələbi rədd edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində 0,03 ha həyətyanı torpaq sahəsinin 2011-ci ildən İddiaçı xüsusi mülkiyyətində olması, qonşu ərazidə yerləşən 0,03 ha torpaq sahəsinin isə xx.xx.2013-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətində olması, həmin torpaq sahəsinin mübahisələndirilən hissəsinin cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması işin mübahisəsiz halıdır.
16. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və ti kilinin sökülməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2., 172.3, 173.3-cü maddələri təşkil edir.
17. Məhkəmə qeyd etmişdir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyə tçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.
18. Lakin öz torpaq sahəsində yaşayış evi tikən mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi etiraz etməzsə ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Buna görə də qanunvericilikdə nəzərdə tutulmuşdur ki, belə halda sərhədi pozulmuş qonşu müəyyən pul kompensasiyası alma qla həmin pozuntuya dözməlidir.(Mülki Məcəllə 172.3 maddəsi)
19. Qeyd olunan hallar mübahisəli əraziyə yerli baxışın keçirilməsi ilə, eləcə də iddiaçının sökülməsini tələb etdiyi 0,00075 ha hissəsinin cavabdehin hazırda mövcud olan iki mərtəbəli fərdi yaşayış evinin altında yerləşməsi ilə öz təsdiqini tapır.
20. Məhkəmə hesab etmişdir ki, sərhədi pozulmuş qonşu (iddiaçı) sərhəddi pozmuş cavabdehdən müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. Ağır məsrəflər hesabına başa gələn, tikilib istifadəyə verilən iki mərtəbəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən 0,00075 ha hissəsində sökülərək, cavabdehin həmin ərazidən çıxarılması iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmadığından, iddia tələbləri təmin edilə bilməz.
21. Məhkəmə mövqeyini Mülki Məcəllənin 157.2., 172.3., 173.3.-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil: Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, mülki işin yenidən apelyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassator şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə maddı hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisə üzrə Mülki Məcəlləsinin 172.3, 173.3-cü maddələrinə istinad etməsi və mübahisəni həmin normalara istinadən əsaslandırması maddi hüquq normalarının pozulmasıdır. Hazırkı iddia tələbi mülkiyyətçi kimi pozulmuş hüq uqların aradan qaldırılması barədədir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri qərəzli olaraq pozulmuşdur, iddiaçı ilə qonşu olan cavabdeh torpaq sahələrinin sərhədlərini dəqiq bilirdi, iddiaçının qısa müddətdə Beyləqan rayonuna getməyindən sui-istifadə edərək tikintiyə başlamışdır, iddiaçı cavabdehin tikintiyə başladığı ilk gündən torpaq sahələrinin sərhədlərini pozduğunu bildirmiş, lakin cavabdeh qanunsuz əməllərini davam etdirmişdir, ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,00075 ha hissəsini zəbt edərək inşa etdiyi tikiliyə ağlabatan əvəz ödənilməklə torpağa mülkiyyət hüququnun tanınması barədə iddia qaldırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyəti ndə olması, cavabdehin ona məxsus torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etməsi, bu barədə müvafiq ekspert rəylərinin olmasını nəzərə almamış, qanunsuz qətnamə qəbul etməklə qanuni sahibin mülkiyyətində olan torpaq sahəsinin özbaşına zəbt edilməsinə haqq qazandırmışdır. 0,6 ha torpaq sahəsinin cavabdehlə birlikdə alınması, sonradan həmin torpaq sahəsinin bərabər ölçülərlə bölünməsi, bu barədə sabiq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən hər bir torpaq sahəsinin koordinatlarının yerində ölçülərək müəyyən edilməsi, tərəflərə müvafiq torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərin verməsi faktı araşdırılmamış, həmin sənədlər müzakirə edilməmiş və hüquqi qiymət verilməmişdir. Cavabdehin torpaq sahə sinin sərhədlərini qərəzsiz pozması faktı araşdırılmamışdır, həmin fakt sübut edilməmişdir. İşin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst s urətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
40. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)-84/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.