Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3884/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-259/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsindən ca vabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-259/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşdən görünür ki, Sumqayt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)259/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsinin surətini Cavabdeh2 10.02.2022-ci il, Cavabdeh1 isə 15.01.2022-ci il tarixdə poçt vasitəsilə qəbzi imzalamaqla qəbul etmişlər. 24.03.2022-ci il tarixdə cavabdehlər məhkəməyə müraciət edərək dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmalarını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.04.2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş və icra üçün göndərlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsi nə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlay ır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Cavabdehlər 20 may 2022-ci il tarixdə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə və kassasiya şikayəti ilə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi vəsatəti müzakirə etmədən və müddətinn buraxılıb-buraxılmamasına hər hansı qiymət vermədən şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Lakin bu vəziyyətdə nəzərə alınmalı idi ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən artıq müddət ötürülmüşdür. Bundan əvvəl edilmiş müxtəlif prosessual hərəkətlər isə artıq bitmiş müddətin hər hansı əsasla buxarılmamış hesab edilməsi üçün imkan yaratmır. Bu halda işin yenidən kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilərdi. Hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi müəyyən olunsa da apellyasiya instansiysı məhkəməsi tərəfindən müzakirə edilməməsi aşkardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətə münasibət bildirilməsi üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlərin Sumqayt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)259/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş kassasya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair cavabdehlərin ərizəsinə münasibət bildirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3884/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3884/2022
06.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver