Məhkəmə qərarları › İş №2(102)-3888/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3888/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3888/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən uzaqlaşdırma və qanunsuz tikilmiş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)323/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1ində yerləşən 0,106277 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı, X6, X3, X5 və X9 adlarına ümumi birgə mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində 31 avqust 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 2. ünvan 1ində yerləşən 0,05315 ha kən təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə 30 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. ünvan 1ində yerləşən 0,07626 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına tam mülkiyyət hüququ ilə 06 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Nəhayət, ünvan 1ində yer ləşən 0,05315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə 29 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırki iş üzrə icraat dövründə, 25 may 2019-cu il tarixli müqavilə ilə o, qeyd olunan torpaq sahəsini X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən uzaqlaşdırılmaları, qanunsuz tikilmiş hasarın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi qonşuları olan cavabdehlə r tərəfindən zəbt edərək, torpaq sahəsində hasar tikmişlər. İddiaçı cavabdehlərdən dəfələrlə hasarı sökmələrini və torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar buna əməl etməmişlər. İddiaçı DƏDRXnin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları gələrək ölçmə işləri aparmış və torpağın qanuni sahibi iddiaçı olduğu müəyyən edilmişdir.

7. Birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən mülki iş materiallarında əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,106277 hektar torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədi, reyestr nömrəsi ****** ****34) İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir. Mülki iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (istifadəsində olan) 0,05315 hektar torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədi, reyestr nömrəsi **********80) Cavabdeh2 xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir (digər cavabdehlərin adlarına olan hüquq müəyyənedici sənədlər mülki iş materiallarına əlavə edilməmişdir). Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən ərazidə yaşayan (ümumi olaraq) sakinlərin istifadələrində olan torpaq sahələrinin (və üzərində olan tikililərin) sərhədləri, adlarına olan (torpaq sahələrinə dair) hüquq müəyyənedici sənədlərdə göstərilmiş koordinatlara və ölçülərə uyğun gəlmir və bu səbəbdən İddiaçı məxsus 0,1062 77 hektar olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmək və hansı həcmdə kimlərin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır.

8. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona məxsus torpaq sahəsinə müdaxilə olunaraq hasar inşa edildiyini iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Ab şeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya icraatında təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 noyabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən tədqiq olunan torpaq sahəsi üzrə mütəxəssis tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mülki iş materialında RX seriyalı, ******* saylı Çıxarışa (i.v. 6) əsasən İddiaçı, X11, X8, X10 və X12 məxsus ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa (i.v. 80) əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi və RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh3 Zaman oğluna məxsus ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXK tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında ünvan 1i, “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən, keçmiş DTXK tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş, ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək, torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır.

13. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən təyin olunan əlavə məhkəmətikinti texniki ekspertizasının 27 aprel 2022-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTİnin mühəndisi tərəfindən tərtib olunan mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı, X11, X8, X13 və X12 məxsus ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahəsi, Cavabdeh1 məxsus torpaq sahəsi həmin torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyətləri arasında müəyy ən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahələrinin naturada üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı, X11, X8, X13 və X12 məxsus Abşeron rayonu. Novxanı kəndində yerləşən 0,106277 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan, Cavabdeh2 mülkiyyətində ol an 0,05315 ha torpaq sahəsi, Cavabdeh3 məxsus ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahəsi və Cavabdeh1 məxsus torpaq sahəsinin qonşuluq sərhədlərinin olub-olmamasının araşdırılması mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin zəbt olub-olunmamasının aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə aid deyildir. RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı, X11, X8, X13 və X12 məxsus ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan cavabdehlər Cavab deh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan torpaq sahələrinin ölçüləri ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(105)-21/2022 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)1034/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya məhkəməsinin mövqeyinə görə, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(105)-21/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(102)-5022/2022 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Su mqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(105)21/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya məhkəməsinin mövqeyinə görə apellyasiya məhkəməsi tərəfindən işə Azərbaycan Respublikası MPM-in 372.1, 372.6, 372.7 və 380-ci maddələrinin tələblərinə müvafiq qaydada baxılmamış, iddiaçının apellyasiya şikayətinin dəlilləri araşdırılmamış, onlara müvafiq hüquqi qiymət verilməmiş, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmamışdır.

19. İşdən göründüyü kimi, İddiaçı iddia tələbi üç cavabdehə qarşı yönəlmişdir. İddiaçıya görə mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuş və onun qanunla qorunan və müdafiə olunan mülkiyyət hüququ pozulmuşdur. İşdən görünür ki, məhkəməyə və eləcə də ekspertiza tədqiqatına iddiaçıya və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus torpaq sahələrinə dair Reyestrindən Çıxarışlar və həmin torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur. Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə dair isə tədqiqata nə Dövlət Reyestrindən Çıxarış nə də torpaq sahəsinin plan və ölçüsü təqdim olunmamışdır. Cavabdeh1 həmin torpaq sahəsindən hansı hüquqi əsasa görə istifadə və kimə məxsus olması iş materiallarından görünmür. Lakin, məhkəmə hər üç cavabdehə qarşı iddianı əsassız sayaraq rədd etmiş və bu zaman işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin rəylərinə əsaslanmışdır. Həmin rəylərə görə isə tərəflərə məxsus torpaq sahələrinin faktiki istifadə vəziyyətlərində uyğunsuzluqlar olduğundan həmin torpaq sahələrinin üst-üstə dü şməsini müəyyən etmək mümkün deyildir. Cavabdehlərin birinin istifadə etdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin olmadığı vəziyyətdə və eləcə də torpaq sahələrinə dair plan və cizgilərdə müəyyən olunmuş koordinatlar əsasında verilməsinin qeyri-mümkünlüyü lazımınca əsaslandırılmadan verilmiş həmin rəylərin tamlığı və obyektivliyi onların qanuni olması inamına gəlmək üçün kifayət qədər əsas verməməsinə baxmayaraq məhkəmə həmin rəylərə əsaslanaraq iddianı əsassız saymışdır. Halbuki həmin ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmamışdır. Ekspertlərin torpaq sahələrinin üst-üstə düşübdüşməməsinin müəyyən olunmasını qeyri-mümkün saymaları iddianın rədd edilməsi üçün əsas verən qanuni səbəb kimi qə bul edilə bilməz. Hazırkı vəziyyətdə isə belə bir qənaət yaranır ki, iddia ekspertlərin araşdırılmasını qeyri-mümkün saydıqları əsasa görə rədd edilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)-323/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Süleymanovadan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin hazırki işlə bağlı göstərişləri nəzərə alınaraq, ünvan 1ində Cavabdeh1 məxsus torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyest rindən Çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin, Cavabdeh1 adına Çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin olmadığı təqdirdə ümumiyyətlə ünvan 1ində torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına əvvəllər qeydə alınmış mülkiyyət hüquqları ilə bağlı sənədlərin təsdiqlənmiş surətlərinin təqdim olunması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsindən xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş 27 mart 2023-cü il tarixli cavab məktubuna əsasən, ünvan 1ində Cavabdeh1 məxsus daşınmaz əmlak aşkar olunmamışdır. Cavabdeh1 adına ünvan 1ində yerləşən 0,1063 ha torpaq sahəsi qeydiyyata alınmış, lakin sonradan özgəninkiləşdirilmişdir. Məktuba əlavə olunmuş sənədl ərlə müəyyən olunmuşdur ki, Abşeron Rayonu 1 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 22 iyul 2008-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 0,1063 ha torpaq sahəsini 12030 manata almış, seriya MH ******* nömrəli, 17 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışla 0,1063 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Abşeron Rayonu 1 saylı Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən təsdiqlənmiş 20 iyul 2017-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2008-ci il tarixdə verilmiş **********68 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında Abşeron rayonu, 1 saylı Notariat Kontorunda rəsmiləşmiş 20 iyul 2017-ci il tarixdə 4Ə/1506 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,1063 ha olan torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 arasında bölünmüşdür. Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 20 may 2019-cu il tarixdə Cavabdeh1 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2017-ci il tarixdə ona verilmiş **********79 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,05315 ha torpaq sahəsini X1.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsindən mütəxə ssis cəlb edilməklə iddiaçı və cavabdehlərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmişdir.

23. İş materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən verilmiş RX seriyalı, ******* saylı, **********34 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, RX seriyalı, ******* saylı **********80 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 1ində yerləşən 0,07626 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu N ovxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyə tində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyindən göründüyü kimi, 4 saylı Abşeron Ərazi İdarəsi qərardadla qoyulmuş suallara cavab verməmiş, bununla bağlı gəldiyi nəticəni rəy adlandırsa da, faktiki olaraq rəy veril məmişdir. Rəyin verilməməsinə səbəb isə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınması olmuşdur.

25. Beləliklə, göründüyü kimi, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim olunmuş rəylərlə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmək, kimin istifadəsində olduğunu müəyyənləşdirmək mümkün olmamışdır.

26. Nazirlər Kabinetinin 28 aprel 2016-ci il tarixli 250 saylı Sərəncamı ilə həyata keçirilən dövlət və bələdiyyə mülkiyy ətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planının məqsədi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla yanaşı, xüsusi mülkiyyətdə olan torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsindən ibarət olmaqla, həmin sistem və xəritələrin torpaqlarının yerdəki faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə görə deyil, yalnız ayrı-ayrı fiziki və hüquqi şəxslərə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlərin, o cümlədən X7 tərəfindən verilmiş torpağa mü lkiyyət hüququnu təsbit edən dövlət aktlarının məkan göstəriciləri əsasında aparılmasından ibarətdir.

27. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunduğu kimi, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qoyulmuş sualların cavablandırılması mümkün olacağı səbəbindən, cavabdehlərdən Cavabdeh1 torpaq sahəsini özgəninkiləşdirdiyi digər şəxslərin məhkəmə icraatına cəlb edilməsi prosessual qənaət prinsipi baxımından zəruri hesab edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü, Torpaq Məcəlləsin in 67, 68, 111-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 217.4, 218.1, 372.6, 372.7, 384.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)-323/2023 nömrəli qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 49, 80, 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.

31. Belə ki, 30 yanvar 202 3-cü il tarixli qərardadla mütəxəssis rəyi verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsindən mütəxəssis cəlb edilməklə iddiaçı və cavabdehlərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, ekspertin qarşısında bir sıra suallar qoyulmuşdur. Lakin, 4 saylı Abşeron Ərazi İdarəsi qərardadla qoyulmuş suallara cavab verməmiş, bununla bağlı gəldiyi nəticəni rəy adlandırsa da, faktiki olaraq rəy verilməmişdir. Tərtib olunmuş mütəxəssis rəyində cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki ist ifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmasının olması bildirmişdir. Yenə, oxşar bəhanələr gətirilərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinantları olmasına baxmayaraq göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının çıxarışı və çıxarışda torpaq sahəsinin əsas döngə nöqtələri göstərilmişdir.

32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

33. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya in stansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkə məsi qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhk əmədə müdafiəsinə təminat verilir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan ol unur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürül dükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyə tli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul e dilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalar ına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə q əbul edilərkən əvvəlki kassasiya icraatı zamanı irəli sürülmüş göstərişlər tam icra edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

42. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Tərəflərin hər birinin mülkiyyətində Abşeron rayonunun Novxanı kəndi ərazisində torpaq sahələri vardır. Onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bununla bağlı onlara Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir.

43. Daha sonra, iş materiallarından görünür ki, iddiaçının torpaq sahəsində dair 31 avqust 2017-ci il tarixdə “ Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək, orada torpaq sahəsinin koordinatları qeyd olunmuşdur (cild 1, i.v. 7). Həmçinin, cavabdehlərdən Cavabdeh2 torpaq sahəsinə dair 24 avqust 2017-ci il tarixdə (cild 1, i.v. 81), Cavabdeh3 torpaq sahəsinə dair 29 yanvar 2013-cü il tarixdə (cild 1, i.v. 124), Cavabdeh1 torpaq sahəsinə dair 24 avqust 2017-ci il tarixdə (cild 2, i.v. 75) “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib olunaraq, hər birində torpaq sahələrin koordinatları göstərilmişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya məhkəməsinin ilk icraatındakı mövqeyi iş üzrə alınan mütəxəssis və ekspert rəylərinin işin hallarına uyğun əsaslandırılmaması və həmin rəylərə istinad edilməklə, iddianın rədd olunmasının qanunsuz olmasından ibarət olmuşdur.

45. Verilən göstərişlərə əsasən apellyasiya məhkəməsi təkrar apellyasiya baxışı zamanı əlavə məhkəmə ekspertizası təyin etsə də, hazırki qərarın 23-cü bəndindəki məzmunda mütəxəssis rəyi alınmışdır.

46. Apellyasiya məhkəməsi həmin rəydə mütəxəssis və ekspert qarşısında qoyulan suallara cavab verilməməsini qeyd etsə də, iddiaçının torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmaması əsası ilə iddianı rədd etmişdir.

47. Halbuki, mütəxəssisin tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsindən imtinası iddianın sübut olunmaması kimi qiymətləndirilməsi iddiaçının mülkiyyətinə müdaxilədən müdafiə olunmaq hüququnun pozulmasıdır.

48. Belə ki, rəyin məzmunundan göründüyü kimi, mütəxəssis işdə olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə ə sasən tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərinin koordinatlarını faktiki istifadədə olan torpaqlara münasibətdə yoxlamağı cəhd etmədən, yalnız cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələrin) qeydə alınmasına istinad etmişdir. Yəni, mütəxəssis rəyində, torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və faktiki istifadə arasında uyğunsuzluqların olmasını qeyd edilməklə, iddiaçının kadastr məlumatlarına əsasən mülkiyyətində olan torpağına müəyyən hissə də müdaxilənin mümkünlüyü etiraf olunur. İddiaçının tələbi də, məhz mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yəni torpaq sahəsinin faktiki vəziyyətini ona verilmiş hüquq müəyyənedici sənəddəki koordinatlara uyğunlaşdırmasından ibarətdir. 49. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

50. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxil ində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır.... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

51. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir.... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

52. Göründüyü kimi, dövlət kadastrındakı məlumatlar torpaq sahəsinin kəmiyyət, yəni ölçüsü, yerləşməsi kimi məlumatları da əhatə edir. Bu məlumatlar isə hazırki halda, tərəflərin adlarına tərtib olunan “Torpaq sahəsinin plan və ölçüsü” sənəddəki koortinatlarla müəyyən olunur.

53. Ümumiyyətlə, qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətində 0,106277 ha kənd təsərrüfatlı torpaq sahəsinin zəbt olunduğunu bildirsə də, uzun sürən məhkəmə araşdırmaları nəticəsində toplanmış sənədlərlə iddiaçının faktiki sahibliyində torpaq sahəsinin olmasını müəyyən etmək mümkün olmur. Yəni torpaqların faktiki vəziyyətində sürüşmələr müəyyən olunduğu halda, iddiaçının da istifadəsində torpaq sahəsi qalmalı, lakin həmin sahənin yerləşməsi hüquq müəyyənedici sənədlərə uyğun olmamalıdır. Lakin iddiaya görə iddiaçının t orpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Yəni, o, torpağından tam və ya qismən məhrum olunmuşdur.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli üçün iddiaçının və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri və koordinatları müəyyən olunmalı, həmin məlumatların tərəflərin hər birin verilən texniki sənədlərdəki məlumatlara uyğun olub-olmaması araşdırılmaqla, iddiaçının torpaq sahəsinin tam və ya hər hansı hissədə cavabdehlər tərəfindən zəbt olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməlidir.

55. Həmçinin nəzərə alınmalıdır ki, hazırki iş üzrə icraat zamanı Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini X1. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən Cavabdeh1 hüquq varisi ilə əvəz edilməsi məsələsi tərəflərlə müzakirə olunmalıdır.

56. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dek abr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

58. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

59. Belə ki, apellyas iya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

60. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

61. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi, cavabdehin prosessual hüquq varisi ilə əvəz olunması məsələlərini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tət biq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)-323/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar