Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3888/2024 28.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin formasının və məzmununun mülki prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)1083/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Neftçala Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(053)-476/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, 1450 manat dəyərində Rusiya istehsalı olan çəllək formalı, 5 brilyant qaşlı 583 əyarlı, 22 qram çəkidə 1 ədəd nişan üzüyü, 2500 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qalın tros sep 583 əyarlı, 32 qram çəkidə, 1350 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qolbağ 583 əyarlı, 22 qram çəkidə və 3000 manat dəyərində Rusiya istehsalı olan qanqal formalı, 8 brilyant qaşlı komplekt üzük-sırğa 583 əyarlı, 30 qram çəkidə qızıl-zinət əşyalarının, əşyalar olmadıqda onların ümumi dəyərini təşkil edən 8300 manat pulun, 50 manat mediasiya xərcinin və 55 manat ödənilmiş döv lət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)-1083/2024 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(053)-476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommers iya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, 408.1.5-ci maddəsinə əsasən isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
5. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
6. Belə ki, kassasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən olunmuşdur ki, hazırkı şikayət bu Formaya uyğun tərtib olunmamışdır.
7. Həmçinin, kassasiya şikayətində maddi hüquq normasının pozuntusu kimi Ailə Məcəlləsinin 36.9-cu mad dəsinə istinad edilsə də, tərəflər arasındakı nikah münasibətlərinin yaranması mümkün olmadığı halda, həmin maddənin hazırkı mübahisəyə aidiyyəti əsaslandırılmamışdır.
8. Həmçinin, kassasiya şikayətində prosessual hüquq normasının pozuntusu kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyun 2011-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları göstərilsə də, həmin normaların hazırkı işə tətbiqi də əsaslandırılmamışdır.
9. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPMin 407.1, 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur.
10. Qeyd olunanlara əsasən, kassasiya şikayəti mülki prosessual qanunvericiliyi ilə müəyyən olunan formada tərtib olunmadığı, maddi və yaxud prosess ual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
11. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)1083/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri -mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.