Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3892/2021 14.07.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Sumqayıt bələdiyyəsinin vəkili X3, Üçüncü şəxs X1 vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, X nömrəli qətnaməsindən iddiaçı Sumqayıt bələdiyyəsi və üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt bələdiyyəsinin və üçüncü şəxs X1 qeyd edilən qətnamədən verdiyi kassasiya şikayətləri kassas iya instansiyası məhkəməsinin hakiminin 04.06.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hakimin 04.06.2021-ci il tarixli icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli və iş baxışdan çıxarılmalıdır. Sumqayıt bələdiyyəsinin kassasiya şikayətindən görünür ki, şikayəti Sumqayıt bələdiyyəsinin sədr vəzifəsini icra edən şəxs kimi Sərviz Süleymanov imzalamışdır. Bununla belə, S.Süleymanovun Sumqayıt bələdiyyəsinin sədri vəzifəsini icra etməsi barədə sənəd (qərardan çıxarış və s.) şikayətə əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəlləsinin 69.2-ci və 69.3-cü maddələrinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Bundan əlavə, MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşd ə olan apellyasiya məhkəməsinin 02.03.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, X nömrəli qətnaməsi Sumqayıt bələdiyyəsinə göndərilmişdir. Həmin bələdiyyənin kassasiya şikayəti isə 26.05.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Sumqayıt bələdiyyəsi tərəfindən hansı tarixdə qəbul edilməsi barədə poçt sənədi iş materiallarında mövcud olmadığından həmin bələdiyyənin kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verib-verməməsini müəyyən etmək mümkün olmamışdır. Kollegiya hesab edir ki, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı yuxarıda qeyd olunan məsələlərin yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul ed ilməsi üçün kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, 2 X nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3892/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3892/2021
14.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver