Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3892/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-103/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərardadından iddiaçının hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsinə qarşı şahbuz Rayon Məhkəməsində iddia qaldıraraq Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən, yaşadığı mərhum X3 adına səhvən işlənmiş JN068A və JN-068B nömrəli torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, torpaq sahələrinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Şahbuz rayonunun Daylaqlı kəndində yerləşən, Şahbuz Rayon Aqrar İslah at Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə mərhum X3 mülkiyyətinə verilmiş JN-068A və JN-068B nömrəli torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən, yaşadığı mərhum X3 mülkiyyətinə verilmiş 0.02 hektar və 0.14 hektar torpaq sahələrinə və həmin torpaq sahələrində inşa olunmuş tikililərə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının qeydə alınmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iş üzrə Maraqlı şəxs1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2023cü il tarixli, 2(108)-103/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs1 tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti qismən təmin edilmiş, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi tamamilə ləğv olunaraq iş üzrə icraata xitam verilmişdir.
5. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçının hüquqi varisi X4 (Vəkil) kassasiya şikayəti ilə müraciət edərək Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına 31 iyul 2023-cü il tarixli, 2(108)-103/2023 nömrəli qərardadının ləğv edilməsini, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, əks təqdirdə mülki işin materiallarının yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2(108)-103/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti verən şəxs şikayətində qətnamə çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğ una və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməli, tələblərini aydın göstərməli, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsində kassasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir.
8. Kollegiya qeyd etmişdir ki, iddiaçının hüquqi varisi X1 vəkili və nümayəndəsi Vəkil verdiyi kassasiya şikayətində yuxarıda göstərilən normaların tələblərinə əməl etməyərək maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını və tələbini aydın şəkildə göstərməmiş, şikayətində sadəcə işin hallarını göstərmiş, maddi və prosessual hüquq normalarını, həmçinin apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd olunanları sadalamaqla kifayətlənmişdir. Halbuki şikayətçi kassasiya şikayətində normaların yalnız sadalanması ilə kifayətlənilməməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğunu işin halları ilə əlaqəli şəkildə aydın təsvir etməli, apellyasiya instansiya məhkəməsinin məhkəmə aktını çıxararkən gəldiyi nəticənin konkret hansı qanunvericilik normasına və nəyə görə zidd olmasını əsaslandırılmış şəkildə ifadə etməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM ) 407.1.4, 408.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının hüquqi varisi X4 (Vəkil) kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilməsini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 386, 418.1, 418.2-cı maddələrinin tələbləri pozulmuşdur. Nəticədə iddiaçının hüquqi varisi X1 hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul olunmuşdur. Kassator həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
14. Maddə 408.1.5. kas sasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Kassasiya ş ikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması aydın şəkildə göstərməmiş, sadəcə işin hallarını göstərilmiş, maddi və prosessual hüquq normaları, həmçini n apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd olunanlar sadalanmaqla kifayətlənilmişdir. Halbuki, şikayətçi kassasiya şikayətində normaların yalnız bunlarla kifayətlənilməməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğunu işin halları ilə əlaqəli şəkildə aydın təsvir etməli, apellyasiya instansiya məhkəməsinin məhkəmə aktını çıxararkən gəldiyi nəticənin konkret hansı qanunvericilik normasına və nəyə görə zidd olmasını əsaslandırılmış şəkildə ifadə etməlidir.
19. Kassasiya kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi MPM-nin 407.1.4-cü maddəsinin və kassasiya şikayətinin geri qaytarılması isə həmin Məcəllənin 408.1.5-ci maddəsinin tələbləri nə uyğun olmuşdur.
20. Kassasiya şikayətinin dəlilləri isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-103/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir.
21. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-103/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.