Məhkəmə qərarları › İş №2(102)-3893/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3893/2020

06.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3893/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X2, cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Əsgərova (İsmayılova) Raisə İdris qızına, Əsgərli (Əsgərov) İlkin Ələkbər oğluna, Əsgərli (Əsgərov) Azər Ələkbər oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Əsgərova (İsmayılova) Raisə İdris qızına, Əsgərli (Əsgərov) İlkin Ələkbər oğluna, Əsgərli (Əsgərov) Azər Ələkbər oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Ağcabədi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ləzimov, iş № 2(017)-1263/2019) iddia rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və F.Abbasov, iş № 2(106)-585/2020) iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1263/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçılar X5 və İddiaçı2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçıların vəkili X11 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apely asiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdehin vəkili X16 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli 258 saylı arxiv arayışına görə, 1974-1984-cü illəri əhatə edən Araz kolxozunun 2 nömrəli qaytanlanmış torpaq kitabının 57-ci səhifəsinin 82 saylı sətrində X3 adına 0.20 ha həyətyanı torpaq sahəsinin olması barədə qeydiyyat vardır. Ölüm haqqında şəhadətnamənin surətinə görə, X12 xx xxx 1987-ci il tarixdə vəfat etmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Kəb irli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilməsindən ötrü verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışa görə, Ağcabədi rayon Dövlət Arxivinin 294 nömrəli arayışına əsasən keçmiş Kuybışev Sovetliyinin İV Barak kəndinin 1977-1979-cu illəri əhatə edən 12 nömrəli kənd təsərrüfatbaşına kitabın 79-80 saylı sətrində mərhum X3 ailə tərkibi aşağıdakı kimi qeyd olunmuşdur; 1) mərhumun arvadı X23,2) oğlu Cavabdeh1. Torpağın mülkiyyətə verilməsinə dair JN-019A kod 60808038 nömrəli şəhadətnaməyə görə, Ağcabədi rayon X8 xx xxxxxx 1998-ci il tarixli 01 saylı qərarı ilə Ağcabədi rayonunun Kəbirli kəndi ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi Kəbirli kənd sakini Cavabdeh1, X13, X17 və X9 mülkiyyətinə verilmişdir. Ölüm haqqında şəhadətnamələrə görə, X23 xx xxxxx 1994-cü il tarixdə, X14 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Ağcabədi rayon Kəbirli kənd sakini, keçmiş Kəbirli kənd bələdiyyəsinin sədri X18 tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli ərizənin məzmununa görə, İslahat komissiyası bacı, qardaşların razılaşdığı kimi X6 və X7 Ağcabədi rayonunun Araz kolxozu ərazisindən verilən pay torpağından heç nə çıxılmadan torpaq payı verilmiş, Cavabdeh1 isə atası X1 miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsi vərəsə kimi verilmişdir. İddiaçılar Cavabdeh1, X20, X19 və X10 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "torpaq sahəsinə və evə olan maneələrin aradan qaldırlması, torpaq sahəsindən çıxarılma, qanunsuz müdaxilə nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiaları üzrə Ağcabədi Rayon Məhkəməsinin xx xxxx xx 2018-ci il tarixli 2(017)-28/2018 saylı qətnaməsinə görə, iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 Ağcabədi rayon X8 xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən iddiaçılar Cavabdeh1, X20, X19 və X15 məxsus olan Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən və həmin ərazidə yerləşən evdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(106)-2259/2018 saylı qətnaməsinə əsasən, cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(017)28/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı "Ağcabədi rayon X8 xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarının etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair iddiaları üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(086)744/2019 saylı qərardadına görə, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmayaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Hazırki halda mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmaqla, üzərində iddiaçıların hər hansı hüququ olmadığından, iddiaçıların öz hərəkətlərinə hüquqi ixtiyarı yoxdur. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı yoxdursa, onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsind ən söhbət gedə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən norma baxımından iddiaçılar Cavabdeh1, X20, X19 və X10 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "torpaq sahəsinə və evə olan maneələrin aradan qaldırlması, torpaq sahəsindən çıxarılma, qanunsuz müdaxilə nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiaları üzrə Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(017)-28/2018 saylı qətnaməsi iş üzrə preyudisial xarakter daşıyır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar