Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3894/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh qarşı “7.703 ha kənd təsərrüfatı təyinatlı torpağının öz adına sənədləşdirilməsi üçün “xxxx” MMC Bank Olmayan Kredit Təşkilatının adına olan çıxarışın ləğv edilməsi və adına olan əvvəlki çıxarışın bərpa olunması” tələbinə dair mülki iş üzrə Şirvan Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs “xxxx” MMC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus 7.703001 ha kənd təsərrüfatlı torpaq sahəsinin “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Abbasov, hakimlər T.Heydərov və T.Kərimov) apelyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs “xxxx” MMC Bank Olmayan Kredit Təşkilatı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.70 3001 ha kənd təsərrüfat təyinatlı torpağın adına sənədləşdirməsi üçün “xxxx” MMC Bank olmayan kredit təşkilatının adına olan çıxarışın ləğv edilməsi və adına olan əvvəlki çıxarışın bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. X21 Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2008-ci il tarixli 3/1,3/2 saylı və xx.xx.2008ci il tarixli 4/1,4/2,4/3,4/4,4/ 5,4/6 saylı ipoteka müqavilələrinə əsasən girov qoyulmuş əmlakların və cavabdehin digər əmlaklarının üzərinə həbs qoyulması, cavabdehin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətli Bank olmayan Kredit Təşkilatına olan cəmi 60,263 manat 76 qəpik manat əsas borcunun və ona heblanmış cəmi 4,699 manat 29 qəpik faiz borcunun və 922 manat 56 qəpik məbləğində cərimənin, xx.xx.2008-ci il tarixli 3/1,3/2 saylı və xx.xx.2008-ci il tarixli 4/1,4/2,4/3,4/4,4/5,4/6 saylı ipoteka müqavilələri üzrə girov qoyulmuş X3 məxsus olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 63.01 kv.m yaşayış, 61,79 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X1 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.2 kv.m yaşayış, 42,5, kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X4 məxsus olan 0.38 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 56 kv.m yaşayış, 60.2, kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X7 məxsus olan 0.19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.8 kv.m yaşayış, 30,96 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, İddiaçı məxsus olan 7.703001 ha kənd təsərrüfatı təyinatlı torpağına, X11 1,215934 ha kənd təsərrüfatı təyinatlı torpağına, X12 0,885745 ha kənd təsərrüfatı təyinatlı torpağına, X12 0,425 ha kənd təsərrüfatı təyinatlı torpağına, X14 məxsus olan yerləşən 0.37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72 kv.m yaşayış, 86.12, kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X5 məxsus olan 0.0126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbədə yerləşən, 74,55 kv.m ümumi, 36,3 4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə, X12 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.72 kv.m yaşayış, 39,73 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X2 məxsus olan 11,0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35.34 kv.m yaşayış, 59,02, kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X8 məxsus olan 6,5394 ha kənd təsərrüfatı təyinatı torpağına, X6 məxsus olan 1,3719 ha kənd təsərrüfatlı torpağına yönəldərək borc məbləğinin həmin əmlaklar hesabına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətli Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hərracın yekunları ba rədə xx xxx 2011-ci il tarixli protokolu və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC ilə “xxxx” MMC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxx 2011-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx” MMC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 3 saylı kredit müqaviləsinə əsasən 45000 manat, xx xxxx 2008-ci il tarixli 4 saylı kredit müqaviləsinə əsasən 33000 manat məbləğində dövlət təsərrüfatı hesabına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qısa müddətə kredit verilmişdir. “xxxx” Məhdud Məsuliyyə tli Cəmiyyəti BOKT kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmış xx.xx.2008-ci il tarixli, 3 saylı və xx xxxx 2008-ci il tarixli, 4 saylı kredit müqavilələrinə əsasən bir neçə şəxsin, eləcə də İddiaçı xx.xx.2008-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən 7.703001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini “xxxx” MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka qoymuşdur. Həmin torpaq sahəsi DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat vərəqəsinə əsasən “xxxx” MMC BOKT-nın xeyrinə yüklü edilmiş, bu barədə qeydiyyat aparılmışdır. Bundan sonra “xxxx” MMC BOKT cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti BOKT-a qarşı 65.885 manat 61 qəpik məbləğində borcun ipoteka qoyulmuş əmlaklara yönləndirilməsi barədə iddia ərizəsi ilə X21 Məhkəməsinə müraciət etmişdir. X21 Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2008-ci il və xx xxxx 2008-ci il tarixli ipoteka müqavilələrinə əsasən girov qoyulmuş əmlakların üzərinə həbs qoyulması, borc məbləğinin həmin əmlaklara yönəldilməsi, onların hesabına iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən keçirilmiş hərracların nəticəsində İddiaçı məxsus 7.703 ha torpaq sahəsi “xxxx” MMC BOKT-nın mülkiyyətinə keçmiş, bu barədə DƏDRX-nin Beyləqan Ərazi idarəsi tərəfindən həmin təşkilata xx xxxx 2011-ci il tarixdə hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarış verilmişdir. X21 Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qiyab i qətnaməsi Şirvan İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə cavabdehlər " X və “xxxx” MMC BOKT-na qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. “xxxx” MMC BOKT tərəfindən məhkəmənin həmin qətnaməsindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnal ıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə cavabdehlər “ X və “xxxx” MMC BOKT-na qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. “xxxx” MMC BOKT tərəfindən məhkəmənin həmin qətnaməsindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq çıxarışın verilməsinə əsas olmuş sənəd, yəni hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edildiyindən, İddiaçı məxsus 7.703001 ha kənd təsərrüfatlı torpaq sahəsinin ‘xxxx” MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsinə dair X tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “xxxx” MMC-nin adına verilmiş xx xxxx 2011-ci il tarixli çıxarışın ləğv edilməsi,, nəticədə İddiaçı 7.703001 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təstiq edən çıxarışın hüqu qu qüvvəyə minməsinə əsas versə də nəzərə alınmalıdır ki, bu hüquq ipoteka yüklülüyü ilə birlikdə bərpa edilməlidir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs “xxxx” MMC Bank Olmayan Kredit Təşkilatının kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-3894/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3894/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver