Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3895/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi 29.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli 2(103)3085/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi ünvan da yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Hazırda torpaq sahəsinə cavabdeh sahiblik edir. Cavabdeh torpaq sahəsinə sahibliyini icarə hüququ ilə əsaslandırır. Belə ki, Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən Bakı ŞİH (icarəyə verən) ilə cavabdehin (icarəçinin) arasında bağlanmış xx.xx.2005-ci il tarixli 0565 №-li icarə müqaviləsi ilə Səbail rayonu, Salyon şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində yerləşən 30.000 kv.m torpaq sahəsi 49 il müddətinə cavabdehin icarəsinə verilib. İcarəyə verilən torpaq sahəsinə dair Bakı ŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıca aktı tərtib edilib, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı verilib (kadastr nömrəsi **********6445). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı - cavabdeh "xxxx" Firmasına qarşı «torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən iddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və həmin torpaq sahəsindən istifadəyə maneələrin yaradılmasının cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini alqısatqı yolu ilə mülkiyyətə almışdır. Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 681 nömrəli reyestr kitabının 64497 nömrəli vərəqində qeydiyyata alınmaqla Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məlum pandemiya səbəbindən bir necə aydır ki torpaq sahəsinə gedə bilmir. Bir neçə gün əvvəl torpaq sahəsində olarkən ona məlum olmuşdur ki, onun mülkiyyəti tanımadığı şəxslər tərəfindən zəbt edilmiş, torpaq sahəsində ağır texnika və xeyli sayda işci vasitəsi ilə planlama işləri aparılır. Yaranmış problemin həlli üçün Səbail rayon Prokurorluğuna və Səbail rayon Polis İdarəsinə müraciət etsə də, bunun hər hansı bir nə ticəsi olmamış və onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Səbail rayon Polis İdarəsinin 41-ci PB-dən şikayətləri ilə bağlı araşdırma aparılsa da DƏDRX-nin qanuni əsaslarla vermiş olduğu “Çıxarışı” nəzərə almadan, guya qanunsuz zəbt olunma ilə bağlı faktın müəyyən olunmamışdır. Araşdırma zamanı mülkiyyətində olan torpaq sahəsini "xxxx" adlı firmaya guya Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə icarəyə verilmişdir. Polis heç bir hüquqi əhəmiyyətli sənəd hesab edilməyən, doğruluğu şübhə doğuran, dövlət reyestrində qeydə alınmayan sənədlər əsasında onun daşınmaz əmlakın dövlət reyestrində 681 nömrəli reyestr kitabının 64497 nömrəli vərəqində qeydiyyata alınmaqla Dövlət Reyestrindən Çıxarışı ilə qorunan mülkiyyət hüququnu dövlət müdafiə si təminatından məhrum etmişdir.
5. Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2022-ci il tarixli 10/6401 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə "xxxx" firmasının istifadəsində olan torpaq sahəsinin sərhədləri üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsi tamamı ilə "xxxx" firmasına verilmiş planölçü hüdudları daxilində yerləşir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-22/2022 saylı 02 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rüstəmli İlkin) iddia təmin edilmiş, "xxxx" firması İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması və onun üzərində İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneəçilik törədilməsi cavabdeh "xxxx" firmasına qadağan edilməs ini qət etmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmək istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan əmlaka dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı mülkiyyətindən istifadəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mübahisəli əmlakdan istifadəsinə yaradılmış maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır və onun iddia tələbi əsaslı hesab edilməlidir.
8. Məhkəmə gəldi yi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu, Mülki Məcəllənin 152, 157.1-ci, 157.2, 157.4, 178.1-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 41.1, 67.1, 68.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-22/2022 saylı 02 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli 2(103)-3085/2023 nömrəli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Mə hkəməsinin 2(009)-22/2022 saylı 02 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
11. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 0,12 ha torpaq sahəsinin mülkiyyətçisidir. Onun mülkiyyət hüququ reyestrdə qeyd alınıb və reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin torpaq sahəsinin cavabdehin sahibliyində olması ekspert rəyi ilə təsdiq olunub. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq sahəsinə cavabdehin sahibliyi qanunsuz sahiblik sayılır. Çünki “Daşınmaz əmlak ın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Cavabdehin icarə hüququnun müddəti 11 aydan artıqdır (49 ildir), lakin dövlət qeydiyyatına alınmayıb. Mülki Məcəllənin 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Odur ki, müddəti 11 aydan artıq olan icarə hüququ dövlət qeydiyyatına alndığı andan əmələ gələ bilər. Cavabdehin icarə hüququ qeydə alınmadığına görə əmələ gəlməyib, bu səbəbdən cavabdehin torpaq sahəsinə sahibliyi qanunsuz sahiblik sayılır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəl ib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh "xxxx" Firması kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli 2(103)-3085/2023 nömrəli qətnaməsini ləğv edilməsini və iş yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bələdiyyənin bu torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti olmamışdır, çünki həmin vaxt (2005-ci ildə) torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmuşdur.
14. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət hüququnun suby ekti Azərbaycan dövlətidir.
15. Həmin Məcəllənin 8-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddələrinə əsasən, bələdiyyələr yalnız öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; bu torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətlərinə malikdirlər.
16. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsa idi belə, onun xüsusi mülkiyyətə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmişdir.
17. Çünki Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5 və 6-cı hissəslərinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə verilir.
18. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir.
19. Torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (bu halda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) rəyi alındıqdan sonra qəbul edilir.
20. Həmin Məcəll ənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
21. Eyni müddəalar “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.5-ci maddələrində də təsbit edilmişdir.
22. Bundan başqa, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə əsasən, bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxıb müvafiq qərar qəbul etdikdən sonra onu n surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
23. Lakin hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə müvafiq bələdiyyə qərarı qəbul edilməmiş, yalnız təkbaşına sərəncam verilmiş, həmin sərəncam müvafiq nəzarət orqanına göndərilməmiş, tərəflər arasında müqavilə bağlanmamış və müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır.
24. Qeyd olunan iddia tələbinə dair inzibati işə hazırda Bakı İnzibati Məhkəməsinin icraatında (hakim Tural Məlikov) baxılmaqdadır (e-2-1(112)-11514/2023 saylı iş).
25. Bundan başqa, məhkəmə kollegiyası yalnız iddiaçının mülahizələrinə əsasən guya ona məxsus torpaq sahəsindən istifadəyə cavabdehin maneçilik törətməsi, həmin əmlaka dair hüquqlarını məhdudlaşdırması qənaətinə gəlmiş, ancaq bu maneç ilik, məhdudlaşdırma və qəsdin konkret olaraq hansı hərəkətlərdə ifadə olunduğunu əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam olaraq yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
35. Kollegiya iddianın həllinə cavabdehin 11 aydan artıq olan icarə hüququnun dövlət qeydiyyatına alınmadığına görə əmələ gəlməməsi barədə apellyasiya məhkəməsinin mövqeyindən yanaşmayaraq qeyd edir ki, cavabdehin icarə hüququnun yaranıbyaranmaması baxılan işin predmeti xaricində qalan (icarə müqaviləsinin tərəfləri arasında olan) məsələdir. Ona görə də kassasiya kollegiyası həmin xüsusat üzrə apellyasiya məhkəməsinin ortaya qoyduğu mövqeyə münasibət bildirməyə zərurət görmür.
36. Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hal cavabdehin mübahisəli torpaqda sahibliyinin, yəni iddiaçının mülkiyyət hüququna müdaxilənin qanuni olubolmamasıdır. Bu baxımdan cavabdehin istinad etdiyi icarə hüququnu iddiaçıya qarşı irəli sürməkdə haqlı olub-olmadığına hüquqi qiymət ver ilməlidir.
37. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı sözügedən torpaq sahəsi üzərindəki mülkiyyət hüququnu başqa bir şəxsdən əldə etmişdir. Əldə etmə anında torpaq sahəsinə dair dövlət reyestrindəki qeydin qeyri-dəqiq olması, bu qeydə dair etirazın mövcudluğu, eləcə də həmin hüququn cavabdehin iddia etdiyi icarə hüququ ilə yüklü olması sübuta yetirilməmişdir. Bu hallar ona dəlalət edir ki, iddiaçı torpaq üzərindəki mülkiyyət hüququnu yüksüz şəkildə qazanmışdır. Belə olan halda, cavabdeh istinad etdiyi icarə hüququnu iddiaçıya qarşı irəli sürə bilməz.
38. Kollegiya onu da bildirir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququna dair reyestr qeydiyyatı ləğv edilmədikcə onun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır (§ 29).
39. Ona görə də, mübahisəli sahənin dövlə t reyestrində ilkin qeydiyyatının düzgün aparılmaması barədə kassasiya şikayətində göstərilənlər hazırkı işin araşdırma predmetini təşkil etmir və bu iddianın hüquqi həllinə təsiri yoxdur.
40. Belə olan halda, cavabdehin mübahisəli torpaqda iddiaçının iradəsi xaricində sahiblik etməsi faktı sonuncunun mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilir. Qanunverici isə mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və mülkiyyət hüququnu qoruyur.
41. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 30).
42. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının müdafiə edilməsi və cavabdehin həmin sahədən çıxarılması üçün qanuni əsaslar mövcuddur. Həmin qeydiyyat iddiaçıya imkan verir ki, özünün əşya hüquqlarını pozan, buna maneçilik yaradan hər kəsə qarşı tələb irəli sürsün, mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasını tələb etsin.
43. Bu baxımdan Kollegiya mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələrin iş üzrə gəldikləri nəticə ilə razılaşır.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli 2(103)3085/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.