Məhkəmə qərarları › İş №2(102)-3896/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3896/2020

20.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3896/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi – hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “cavabdehin ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən tikilmiş evin sökülməsi və torpağın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli 11 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən tikilmiş evin sökülməsi və torpağın təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə ona JN-166A, 80601004 nömrəli şəhadətnamə verilmişdir. Onun və ailə üzvlərinin mülkiyyətin verilmiş həmin 0,10 ha torpaq sahəsinin 0,288 hektarını o, 04 mart 2009-cu ildə Cəlilabad rayon 1 saylı notariat kontorunda Cavabdeh etibarnamə əsasında vermiş və cavabdehə həmin torpaq sahəsində tikinti tikməyi, reyestr idarəsində qeydiyyata almağı, həmin tikili üzərində sərəncam verməyi, alqı-satıq aparmağı, bəxşiş və başqa hərəkətlər etməyi etibar etmişdir. Sonradan ailə üzvlərinin narazılığına görə cavabdehin adına verdiyi etibarnaməni ləğv etdirmiş və cavabdehə torpaq sahəsindən çıxmasını bildirmişdir. Həmin torpaq sahəsi hazırda bütövlükdə onun mülkiyyətindədir. Lakin cavabdeh torpaq sahəsində özünə yaşayış evi tikmişdir. O, cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ona əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilərək, Cavabdeh ona və ailə üzvlərinə məxsus to rpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən tikilmiş evin sökülməsi və torpağın təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli X5 saylı qətnaməsi (hakim Elxan Əmirəliyev) ilə iddianın qismən təmin edilməsi, CavabdehJN-166A, 80601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasında X4 məxsus və Cəlilabad şəhərində yerləşən 0,10 torpaq sahəsinin zəbt etdiyi 0,0274 ha sahəsindən çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş kənar ölçüləri 10,8 m X 8,25 m, 4,35 m X 2,0 m olan bir mərtəbəli fərdi yaşayış evi və sanitar qovşağcavabdehin vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Şirvan Apelly asiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli X5 saylı qətnaməsi (hakimləri X9 (sədrlik edən, məruzəçi), X7 və X6) ilə Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2019-cu il tarixli X5 saylı qərarı (hakimləri X8 (sədrlik edən, məruzəçi), X11 və X15) ilə Şirvan Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli X5 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Heydərov -sədrlik edən və məruzəçi, Tale Kərimov və Fehruz Abbasov) X5 nömrəli, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qi smən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, X5 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh JN-166A, 80601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X4 1 məxsus və Cəlilabad şəhərində yerləşən 0,10 torpaq sahəsinin 0,0274 ha sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş kənar ölçüləri 10,8 m X 8,25 m, 4,35 m X 2,0 m olan bir mərtəbəli fərdi yaşayış evinin və sanitar qovşağının cavabdehin vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 n ömrəli 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi çıxardığı qətnamədə bir sıra maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq edilməli olan qanunları tətbiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən pozulmuş maddi və prosessual hüquq normalarını müəyyən etməmiş, həmin normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Azər Tağıyev kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər şəxslərə iş ə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin faktiki hallarından göründüyü kimi, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə iddiaçı X5 və onun ailə üzvlərinin mülkiyyətinə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı onlarına adına JN-166A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı X5 20 il müddətinə verilmiş 04 mart 2009-cu il tarixli etibarnamə əsasında JN-166A nömrəli şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə məxsus olan 0,10 hektar torpaq sahəsindən 0,0288 hektar torpaq sahəsində tikili tikməyi, həmin tikilini reyestr xidmətində qeydiyyata almağı, həmin tikiliyə hüquq müəyyənedici sənədlər almağı, həmin tikili üzərində sərəncam verməyi, alqı-satqı aparmağı və başqa hərəkətlər etməyi Cavabdeh 30 il müddətinə etibar etmişdir. İddiaçı X5 26 dekabr 2017-ci il tarixdə sözügedən etibarnamənin ləğv edilməsinə dair notariat orqanına ərizə vermiş, daha sonra Cavabdeh qarşı cavabdehin ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarıl ması, cavabdeh tərəfindən tikilmiş evin sökülməsi və torpağın təhvil verilməsini tələb etmişdir. Bunu ailə üzvlərinin narazılığı ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, sözügedən mübahisəli torpaq sahəsini 2009-cu ildə iddiaçı X1 3250 dollar müqabilində almış, lakin həmin torpağı öz adına rəsmiləşdirməmişdir. Sonradan isə həmin torpaq sahəsində özünə ailə üzvləri ilə yaşamaq üçün fərdi yaşayış evi inşa etmiş və həmin evə bu günə kimi 26000 manat məbləğində xərc çəkmişdir. Belə ki, həyətdə şəraitli abadlıq işləri aparmış, həyəti hasara almış, hamam və ayaqyolu tikdirmiş və dəmir giriş qapısı qoydurmuşdur. Hazırda onun və ailəsinin yaşaması üçün başqa yerləri yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilm iş 03.12.2018-ci il tarixli, 29237 saylı rəydən və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 24.07.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu “Bakı” təsərrüfatının kompleks yerquruluşu layihəsi baza materialının yerə uyğun yerləşmə mövqeyinə görə iddiaçının iddia tələbi ilə Cavabdeh faktiki istifadəsində çəpərlənmimş ərazi kimi plana alınmış 0,0274 ha həyətyanı torpaq sahəsi iddiaçı X4 və onun ailə üzvlərinə JN-166A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı X4 və onun ailə üzvlərinə JN-166A Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülk iyyətə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin ərazisinin hüdudları daxilində Cavabdeh Faktiki istifadəsində çəpərlənmiş ərazi kimi plana alınmış 0,0274 ha həyətyanı torpaq sahəsində yerləşən müvafiq olaraq kənar ölçüləri 10,8 m X 8,25 m, 4,35 m X 2,0 m olan bir mərtəbəli fərdi yaşayış evi və sanitar qovşağı tikilisi mövcuddur. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1-152.4, 157.2, 359.1, 359.3, 362.1, 364.1, 365.1.3, 365.2, 366.1, 366.3, 646.1ci maddələrinə istinadən gəldiyi nəticələrinin əsaslandırılmasından görünür ki, Cavabdeh faktiki istifadəsində çəpərlənmiş ərazi kimi plana alınmış 0,0274 hektar həyətyanı torpaq sahəsi iddiaçı X4 və onun ailə üzvlərinə JN-166A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməy ə əsasən mülkiyyətə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin 0,0274 hektar həyətyanı torpaq sahəsində yerləşən müvafiq olaraq kənar ölçüləri 10,8 m X 8,25 m, 4,35 m X 2,0 m olan bir mərtəbəli fərdi yaşayış evi və sanitar qovşağı tikilisi mövcuddur. Həmin torpaq sahəsi və tikili cavabdehin qanunsuz sahibliyindədir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi daşınmaz əmlakı olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadəsi nəticəsində iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması təşkil etməklə həmin halın aradan qaldırılmasına yönəlmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.(MM 157.2-ci maddəsi). Lakin apellyasiya instansiyası məhkəməs i eyni zamanda birinci instansiya məhkəməsinin iddiaçı X5 JN-166A, 80601004 saylı şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə məxsus olan 0,10 ha torpaq sahəsinin 0,288 hektarında tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüququnun pozulması barədə nəticəsi ilə razılaşsa da, Cavabdeh iddiaçıya məxsus olan 0,10 ha torpaq sahəsinin 0,288 hektarında tikinti tikməyi, reyestr idarəsində qeydiyyata almağı, həmin tikili üzərində sərəncam verməyi, alqı-satqı aparmağı, bəxşiş və başqa hərəkətlər etməyi etibar etməsinə diqqət yetirməməsini, nəticədə cavabdehin iddiaçının mülkiyyətində olan 0,288 ha torpaq sahəsinin zəbt olunması və həmin sahənin zəbtdən azad olunması qənaətinə gəlməklə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərini pozması kimi maddi hüquq normas ına istinad etməsini həmin normanın işin faktiki hallarına uyğun olmamaqla səhv təfsir etməsini göstərmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi torpaq zəbti faktının olmasını inkar etsə də, tərəflərin mübahisələndirilən torpaq sahəsinə dair əqdin qanunvericiliklə müəyyən olunmuş qaydasına riayət edilməməsi, həmin əqdin tanınmasını aradan qaldırması qənaətinə gəlmişdir. Çünki Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin torpaq sahəsi və tikilinin müvafiq etibarnamə ləğv edildikdən sonra, hazırda cavabdehin qanunsuz sahibliyində olduğu üçün iddianın X4 1 məxsus və Cəlilabad şəhərində yerləşən 0,10 torpaq sahəsinin 0,0274 ha sahəsindən çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş kənar ölçüləri 10,8 m X 8,25 m, 4,35 m X 2,0 m olan bir mərtəbəli fərdi yaşayış evi və sanitar qovşaq cavabdehin vəsaiti hesabına sökülməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki kasasiya instansiyası məhkəməsinin qərarında göstərildiyi kimi, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və orada qanunsuz tikinti aparması ilə bağlı qənaət apellyasiya instansiyası məhkəməsinin özünün müəyyən etdiyi mübahisəsi z faktlarla təkzib olunur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Onu həmin torpaq sahəsinə iddiaçı özü buraxmış və 04 mart 2009-cu il tarixdə etibarnamə verərək ona 20 il ərzində 0,10 ha torpaq sahəsinin 0,0288 hektar hissəsində tikili tikmək, həmin tikilini reyestr xidmətində qeydiyyata almaq, həmin tikiliyə hüquqmüəyyənedici sənədlər almaq, həmin tikili üzərində sərəncam vermək, alqı-satqı aparmaq və s. barədə səlahiyyətlər vermiş və cavabdeh də etibarnamə ilə ona verilən bu səlahiyyətlərdən istifadə edərək 0,0274 hektar həyətyanı torpaq sahəsində kənar ölçüləri 10,8 m X 8,25 m, 4,35 m X 2,0 m olan bir mərtəbəli fərdi yaşay ış evi və sanitar qovşağı inşa etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qanunsuz zəbt etməmişdir. O, iddiaçının razılığı ilə həmin torpaq sahəsinin müvafiq hissəsinə sahiblik etmiş və iddiaçının verdiyi tapşırıq və səlahiyyət çərçivəsində orada tikinti işləri aparmışdır. Yəni, cavabdehin hərəkətlərində hər hansı özbaşınalıq əlamətləri olmamışdır. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehə verdiyi etibarnaməni ona görə ləğv etmiş və məhkəmədə hazırkı iddianı ona görə qaldırmışdır ki, cavabdeh etibarnamənin verilməsindən keçən müddət ərzində səlahiyyətlərdən (hüquqdan) istifadə etməmiş, ona etibar edilən torpaq sahəsini öz adına keçirməmişdir. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etmədiyi işin mübahisəsiz halıdır. Məhkə mə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işə baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər üzrə yalnız torpaq zəbti faktının olmamasını müəyyən etsə də, digər göstərişləri üzrə, yəni, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmiş, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli torpaq sahəsinə cavabdehi iddiaçı özü buraxaraq 04 mart 2009-cu il tarixdə də etibarnamə verərək ona 20 il ərzində 0,10 ha torpaq sahəsinin 0,0288 hektar hissəsind ə tikili tikmək, həmin tikilini reyestr xidmətində qeydiyyata almaq, həmin tikiliyə hüquqmüəyyənedici sənədlər almaq, həmin tikili üzərində sərəncam vermək, alqı-satqı aparmaq və s. barədə səlahiyyətlər vermiş və cavabdeh də etibarnamə ilə ona verilən bu səlahiyyətlərdən istifadə edərək faktiki aldığı sahədə ekspertiza rəyində göstərilən ölçülərdə ev tikmiş və xeyli müddət də iddiaçıdan təcrid şəkildə həmin evdə yaşamaqla təsərrüfatı idarə etmişdir. Başqa sözlə, tərəflərin mübahisələndirilən torpaq sahəsinə dair əqdi, yəni etibarnamə ilə satışı qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmasa da etibarnamə ləğv edilənə kimi, mübahisəli torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olması iddiaçı tərəfindən mübahisələndirməmiş, həmin evin tikilməsinə, cavabdehin orada ailəsi ilə evi t ikərək yaşamasına nə özü, nə də ailə üzvləri etiraz etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlə qarşılıqlı razılıq əsasında etibarnamə ilə verdiyi səlahiyyətlər həddində mübahisəli sahədə tikilmiş evin cavabdehin qanunsuz sahibliyində olmasını hüquqi cəhətdən əsaslandırmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi həmin evin iddiaçının razılığı ilə cavabdehin vəsaiti hesabına, başqa sözlə qarşılıqlı razılıq əsasında tikilməsinə baxmayaraq bu tikilinin məhz cavabdehin vəsaiti hesabına sökülməli olmasına dair nəticəsi də hüquqi cəhətdən düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin mübahisələndirilən torpaq sahəsinə dair əqdin, yəni etibarnamə ilə satışı qanunvericiliklə müəyyən olunmuş qaydasına riayət edilməməsinin müəyyən edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi torpağın zəbt edilmə faktının olmaması nəticəsi ilə həmin sahənin tərəflər arasında etibarnamə ilə alınıb satılması faktını qəbul etdiyi halda, cavabdehin iddiaya olan etirazının dəlillərinə, yəni, torpağa görə cavabdehə pul ödənilməsi, evin inşa edilməsinə vəsait xərclənməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 04 mart 2009-cu il tarixli etibarnamə əsasında cavabdehin faktiki olaraq istifadəsinə verməklə satdığı sahəyə görə pul almamasının inandırıcı olmamasına, mübahisəli evin etibarnamənin məzmununda sadalanan səlahiyyətlər həddində onun qüvvədə olduğu müddət ərzində tikilərək başa çatdıqdan sonra cavabdehin də həmin evdə yaşayaraq təyinatı üzrə istifadə etdiyi dövrdə 26 dekabr 2017-ci il tarixdə iddiaçının etibarnaməni ləğv etməklə faktiki olaraq satın aldığı torpağa və vəsait xərcləyərək inşa etdiyi evinə etibarnamə əsasında olan hüquqlarının kəsilməsinə, eləcə də hazırki iddia tələblərinin qaldırılmasına iddiaçı tərəfindən hüquqdan (mülkiyyət hüququndan) sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir. Belə ki, kollegiyanın qənaətinə görə iddiaçı tələbində göstərdiyi kimi, əgər hazırki iddianın qaldırılmasının səbəbi ailə üzvlərinin narazılığı olduğu və cavabdehin etibarnamədə olan hüquqlarından istifadə etməyərək torpağı onun adından çıxartmadığı halda həmin sahədə ev tikilməmişdən əvvəl də etibarnaməni ləğv etdirə və cavabdehə qarşı yalnız torpaqdan çıxarılma ilə bağlı id dia qaldıra bilərdi. 2009-cu ildən 2017-ci ilə kimi iddiaçının və ailə üzvlərinin gözü qarşısında, (qonşuluqda) qarşılıqlı razılıq əsasında mülkiyyətinin faktiki özgəninkiləşdirilmiş hissəsində tikinti işlərinin başlanıb, başa çatmasından sonra hazırki əsaslarla iddianın qaldırılması cavabdehin bu tikilini aparmasında heç bir qanunsuzluğa yol vermədiyi halda iddianın bu qaydada təmin edilməsi onu maddi cəhətdən ziyana düşməsinə apellyasiya instansiyası məhkəməsi işin faktiki müəyyən edilmiş halları baxımından hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Kons titusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X10 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həy ata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli sahəyə daxil olması, orada ev tikib yaşaması, uzun illər həmin sahədən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməmişdir. Belə ki, həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və y a əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İşin materiallarından görünür ki, cavabdeh iddiaya etiraz etsə də, artıq onun heç bir hüququ qalmadığı sahədə faktiki olaraq inşa etdiyi tikililərin əlindən alınmasına gör ə kompensasiya verilməli olmasını da vurğulamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bu hallarına qiymət verməmiş, işin hallarının tam və hərtərəfli araşdırmaması ilə cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvesiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının Ali Məhk əməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən ed ildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqla rını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-c i il tarixli qərarı) Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçin in hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli,apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması ü çün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar