Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3897/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(106)-328/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Laçın Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.C.İbrahimov, iş № 2(047)-286/2019) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov, T.S.Kərimov və F.N.Abbasov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Laçın Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı avtomobilin alınaraq iddiaçı “xxxx” MMC-yə qaytarılması, cavabdehdən 3577,73 manat əsas, 1793,88 manat mükafat və 350 manat məbləğində dəbbə pulunun, cəmi 5721,61 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İşin halları: x x xxxxxx 2016-cı il tarixdə lizinq şirkəti ilə X1 arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən yuxarıda göstərilən minik avtomobili Nun müvəqqəti istifadəsinə verilmişdir. Həmin müqaviləyə əsasən N xx xxxxxx 2016-cı il tarixdən hər ay 421,22 manat, cəmi 20.218,51 manat lizinq şirkətinə ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə bütün öhdəlikləri üzərinə götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək hər ay 441,42 manat olmaqla cəmi 20.746,51 manat məbləğində şirkətə ödəniş etmək barədə üzərinə öhdəlik götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına görə Cavabdeh avtomobili təhvil almışdı r. 2019-cu ilin aprel ayında “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən xx xxxxxx 2019-cu il tarixə cəmi 7477,08 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə xx xxxxxx 2016-cı il tarixli “Daxili lizinq” müqaviləsinin ləğv ediləsi, lizinq obyekti olan minik avtomobilinin şirkətə qaytarılması və Cavabdeh şirkətin xeyrinə cəmi 7477,08 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan, sübutlara düzgün qiymət verilmədən çıxarılması, mübahisəli avtomobilin ona təhvil verilməməklə təhv il-təslim aktındakı imzanın ona məxsus olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mübahisə tərəfləri arasında bağlanmış öhdəliklərin ötürülməsi haqqında müqavilədəki imzanın, eləcə də, avtomobilin təhvil-təslim aktındakı imzanın ekspert rəyi ilə Cavabdeh məxsus olması inkar olunsa da, müəyyən olunmuşdur ki, onun tərəfindən müqavilə üzrə ödənişlər həyata keçirilmiş, ödənişlərdə gecikmələr olduğuna görə avtomobil duracağa yerləşdirildikdə cavabdeh tərəfindən gecikmiş ödənişlər ödənildikdən sonra avtomobil onun tərəfindən duracaqdan təhvil alınaraq istifadəsi davam etdirilmiş, avtomobilin idarə edilməsinə görə etibarnamələr alınmış, lizinq müqaviləsinin ilkin tərəfi olan X1 avtomobilin Cavabdeh təhvil verilməsini bildirmişdir. İşin müəyyən olunmuş həmin hallarına əsaslanan apelyasiya instansi yası məhkəməsi hesab etmişdir ki, lizinq şirkəti ilə Cavabdeh arasında lizinq müqaviləsi üzrə öhdəlik münasibətləri mövcud olmuş və sonuncu müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Müqavilədəki imzanın ona məxsus olmamasını əsas göstərməklə cavabdehin sonradan ödənişlərin edilməsini dayandırması tərəflər arasında öhdəlik münasibətlərinin olmaması nəticəsinə gəlmək üçün əsas vermədiyindən, apelyasiya instansiyası məhkəməsi iddianı əsaslı saymış və hesab edir ki, lizinq müqaviləsi üzrə yaranmış borclar ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də dax il olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-4.1-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsi üzrə öz hüquqlarını üçüncü şəxsə tam və ya qismən güzəşt edə bilər. Lizinq şirkəti ilə Cavabdeh arasında lizinq münasibətlərinin mövcud olması və həmin müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi iş materialları ilə sübuta yetirildiyindən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3897/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3897/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver