Məhkəmə qərarları › İş №2(102)-3897/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3897/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3897/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh qarşı iş üzrə iş № 2(102)-3897/2023 Açar sözlər: müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3429/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 18 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 70.000 manat əsas borc, 12 yanvar 2021-ci tarixli kredit müqaviləsi üzrə 30.000 manat əsas borc, 9.480 manat dəbbə pulu, 21 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 manat əsas borc, 5.200 manat dəbbə pulu, 26 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 50.000 manat əsas borc, 12.400 manat dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Xəlilov) 2(006)-719/2023 nömrəli iş üzə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 18 və 21 may 2022-ci il tarixli kredit müqavilələrinə xitam verilmiş, cavabdehdən iddiaçının xeyrinə 12 yanvar 2021 -ci tarixli kredit müqaviləsi üzrə 30.000 manat əsas borc, 1.500 manat dəbbə pulu, 21 yanvar 2022-ci il kredit müqaviləsi üzrə 20.000 manat əsas borc, 1000 manat dəbbə pulu, 26 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 50.000 manat əsas borc, 2000 manat dəbbə olmaqla, ümumilikdə 174.500 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

3. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, E.Kazımov və N.Cəfərov) xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi (MPM): Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci ma ddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.4. İddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi 0,3 faizi məbləğdə dövlət rüsumu tutulmalıdır; Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası kassasiya şikayətin i iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

9. İşdən məlum olur ki, iddia ərizəsinin verilməsinə görə birinci instansiya məhkəməsində 488 manat məbləğdə dövlət rüsumu ödənilmiş, apellyasiya şikayətləri üçün iddiaçı 244 manat, cavabdeh 250 manat məbləğdə dövlət rüsumları ödəmişlər, cavabdeh hazırkı kassasiya şikayətinin verilməsinə görə isə 125 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

10. Göründüyü kimi, cavabdeh “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinin tələbinə əsasən 244 manat dövlət rüsumu ödəməli olduğu halda, daha az məbləğdə dövlət rüsumu ödəmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi də dövlət rüsumları ilə bağlı qanunvericiliyin imperativ göstərişlərini nəzərə almayaraq, qanunla qətnamədən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunm uş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməyən şikayəti qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

12. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 404-1 və 408.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3429/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət cavabdehə qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə g

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar