Məhkəmə qərarları › İş №2(102)-3897/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3897/2024

27.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3897/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X3 Bakery” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3467/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də usta köməkçisi vəzifəsinə təyin olunmuşdur.

2. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 234/K №-li əmrin ləğv edilməsi, onun həmin müəssisənin çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tar ixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi, habelə 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, həmin müəssisənin çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsində işləmişdir. Əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində müəssisənin davranış qaydalarının tələblərini pozmamış, nizam-intizam məsuliyyətinə cəlb edilməmiş və işəgötürən tərəfindən nə yazılı, nə də şifahi töhmət almışdır. xx.xx.2023-cü il tarixdə iş zamanı işçilər arasında işçi geyimi ilə bağlı müzakirə aparılan zaman, işçi olaraq o da öz fikrini bildirərkən, baş vermiş anlaşılmazlıq səbəbindən digər işçi onun söylədiyi sözləri yanlış anlayaraq onu Cavabdeh MMC-nin İnsan Resursları bölməsinə şikayət etmişdir. Nəticə etibarı ilə mübahisədən iki gün sonra xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 234/K №-li əmrlə onunla bağlanmış əmək müqaviləsinə əsassız şəkildə xitam verilmişdir. O, işçi olaraq öz arzu və istəyi ilə deyil, Cavabdeh MMC-nin İnsan Resursları bölməsinin rəhbəri Vəkil1 İlqar oğlu tərəfindən ona qarşı zor işlədərək, hədəqorxu gələrək onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizənin yazılmasını ondan tələb etməsi ilə məcburiyyət qarşısında ərizə yazmışdır. Çünki Vəkil1 İlqar oğlu ona kobudcasına bildirdi ki, “ya ərizəni imz alayırsan, ya da səni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edəcəyik". Həmin an qorxu və həyəcandan sağlam düşüncədə olmadığı üçün nə edəcəyini bilməmiş, yalnız gələcəkdə əmək fəaliyyəti ilə bağlı hər hansı bir idarə, müəssisədə onun işlə təmin olunmasında maneələr yaranacağını düşünərək ərizəni imzalamağa məcbur olmuşdur. Övladlarının hər ikisi hazırda onun himayəsindədir. Oğlu işləmir, qız övladının əmək qabilliyyəti yoxdur, səhhətində olan bir neçə ciddi problemlərlə bağlı müalicə ödənişləri, gündəlik ailə tələbatları onun tərəfindən ödənilir. Hazırda səbəbsiz yerə işsiz qalmışdır. İşlədiyi dövrdə bankdan kredit götürmüşdür. Lakin həmin krediti banka geri ödəyə bilmir. Heç bir əsas olmadan qanunsuz olaraq onun işdən azad olması onu və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üzüzə qoyur. Yaranmış mübahisədən sonra ondan şikayətçi olan işçi ilə aralarında söhbət edərkən həmin işçi söhbət əsasında onu yanlış anlamasını etiraf etmiş və aralarında olan mübahisəyə həmin anda son qoyulmuşdur. İşdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Digər tərəfdən aylıq əmək haqqı, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən (xx.xx.2023-cü il tarixdən) 12 gün sonra yəni xx.xx.2023-cü il tarixdə ona məxsus k art hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən ona qarşı ədalətsiz mövqe sərgiləyərək qərəzli şəkildə, heç bir araşdırma aparılmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yaranmış mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də rəsmi olaraq müraciət etmişdir.

15. Məhkəmə iclasında izahat verən iddiaçı bildirmişdir ki, işlədiyi müəssisəyə işçilər üçün yeni formalar gətirilmişdi. Formanı isə işçilərə Orxan adlı şəxs verirdi. O da həmin şəxsə bildirmişdir ki, onun forması yararsız vəziyyətdədir, buna görə ona yeni forma versin. Amma o, yeni formanın yalnız yeni gələn işçilərə verildiyini bildirmişdir. Lakin 4-5 gün sonra köhnə işçilərdən də yeni forma alanları görmüşlər. İşdəkilərlə öz aralarında bu məsələ haqqında d anışıblar və deyiblər ki, gərək onlar da Orxanla yazışardılar, ancaq o zaman onlara da forma verilərdi. Bu söz işçilərdən biri olan Xalidə xanıma pis təsir edib və ondan şikayətlər edib. Bu məsələdən bir həftə sonra onları insan resurslarından çağırıblar. İnsan Resurslarının rəhbəri Toğrul bəy də onlara ərizə yazmaqlarını, ərizə yazmadıqları təqdirdə 70-ci maddənin ç bəndi ilə işdən çıxarılacağını söyləyib. Toğrul bəy göstəriş aldığı üçün onlara ərizə yazmalarını deyib. Həmin vaxt izahat da yazmışdılar. Qarşı tərəf məhkəməyə ərizəni təqdim edib, amma izahatını təqdim etməyib. Elə vəziyyət yaratmışlar ki, o, ərizəni yazmağa məcbur olub. 70ci maddənin “ç” bəndi ilə işdən çıxarılacağı ilə təhdid edilib.

16. Məhkəmə iclasında izahat verən Cavabdeh MMC-nin nümayəndəsi X1 bildirmişdir ki, hər ha nsı bir məcburiyyət olmayıb. Şəxs öz istəyi ilə ərizə yazıb və işdən çıxıb. Həmçin müəssisədə heç bir məcburiyyətdən, təhdiddən söhbət gedə bilməz. Əgər xanım təhdid olunsa idi, həmin vaxt ərizə yazmaq əvəzinə şikayət edə bilərdi. Ondan hər hansı bir izahat alınmayıb.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Nərgiz Tağıyeva) 06 mart 2024-cü il tarixli 2(005)-856/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqca dan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə iş əgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

19. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutu lmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur.

20. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir.

21. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır (Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsi). Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizə yazsa da, bunu müəssisənin insan resursları bölməsinin rəhbərinin, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxaracığına dair hədəsi altında, məcbur qalaraq yazdığını, əslində işdən çıxmaq niyyəti olmadığını bildirmişdir. Bu halı işdə digər işçi ilə onun arasında baş vermiş sözsöhbət nəticəsində ondan edilən şikayət əsasında işdən çıxmağa məcbur edilməsi, eyni gündə hər ikisindən izahat, eyni zamanda işdən çıxmaq barədə ərizə alınması ilə əsaslandırmışdır. Lakin həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə hər iki işçinin eyni gündə işdən çıxdığını qəbul etsə də, işçilərin sayı çox olduğundan gün ər zində bir neçə işçinin işdən çıxmasının mümkün olduğunu, iddiaçıdan hər hansı izahat alınmadığını, hər hansı məcburiyyət olmadığını, ərizəni könüllü yazdığını bildirmişdir.

22. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, məcburiyyət təsiri altında yazdığını bildirdiyindən həmin halın sübuta yetirilməsi vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Hazı rki halda isə iddiaçı həmin halları yalnız izahatında bildirməklə kifayətlənmiş, iddiasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

23. Məhkəmə vurğulayır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının işdən çıxdığı gün son haqq-hesabın, əmrin surətinin verilməməsi dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin hallar qanunauyğun şəkildə qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsas ola bilməz.

24. O da nəzərə alınmalıdır ki, əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv e dildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndi). Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə əlavə hüquqi qiymət verilmədən rədd edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMCyə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və 71ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69-cu maxddəsinə, 83-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 76, 77.1. 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək Nərimanov rayon Məhkəməsinin 2(005)-856/2024 saylı 06 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə araşdırma zamanı bir neçə məsələyə hüquqi qiymət verməmiş sübutları tam tədqiq etməmişdir. Bu cür maddi sıxıntı və çətinlikdə olan, himayəsində 2 uşağı olan ana səhər 8-də başladığı işdən necə olur qəfil ərizə yazıb işdən çıxmaq qərarına gəlir. 8-də işdə olmaq üçün səhər saat 7-də ən geci yuxudan oyanıb işə gəlməlisən. Əgər həmin gün işdən çıxmaq kimi fikri var idisə, səhər 8 tamamda niyə işə gəlmişdir. Elə saat 10-da gəlib əriziəni yazıb gedərdi. Əgər işdən çıxmaq barədə ərizə yazacaqdısa, niyə iş geyimi geyinib əlini una bulamışdır. Məhkəmə iş başında olan zaman qəfil ərizə yazmanın səbəblərinə hüquqi q iymət verməyib. Adi iş günü kimi işə gələn iddiaçı belə bir niyyətdə olmadığı üçün geyimini dəyişib işə başlayıb. Bunu həmin gün işdə olan bütün işçilər də təsdiqləyə bilər. Bununla bağlı birinci instansiya məhkəməsində vəsatətlər versə də, məhkəmə tərəfindən təmin edilməyib. Çay fasiləsinə gedən zaman HR-dan çağırıb hədə-qorxu gəlməklə, ondan ərizə alıblar. Yəni işə gələn biri iş başında olarkən necə olur qəfil öz xahişi ilə ərizə yazır. Əmək məcəlləsinin 69-cü maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilib. Göründüyü kimi işəgötürən tərəfindən bu maddənin bütün tələbləri pozulub.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3467/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkə məsinin xx.xx.2024-cü il tarixli 2(005)856/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: Babayev Fuad (məruzəçi), Musayeva Cəmilə və Axundova Günay)

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

16. Belə ki, iddiaçı öz iddia ərizəsində və apellyasiya şikayətində bildirmişdir ki, o, işdən çıxma barədə ərizəni öz iradəsi ilə verməmişdir və verdiyi ərizənin elə həmin gün qəbul edilərək işdən çıxmasının dərhal rəsmiləşdirilməsi, onunla mübahisə edən işçinin də eyni halı yaşaması və hər ikisi ilə bağlı 1 aylıq xəbərdarlıq müddətinin gözlənilmədən həmin gün əmək müqavilələrinə xitam verilməsi də bu halın könüllü olmadığını t əsdiq edir. Kollegiya iddiaçının işəgötürənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddətini gözləməməsi barədə dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının göstərilən hala istinad etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən aydın olur ki, işçi tərəfindən ərizəsində işdən çıxmaq istədiyi günü göstərmədikdə xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə məhdudiyyət qoyulmuşdur. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır.

18. Məhkəmə kollegiyası iddiaçının ona təzyiq olunması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, bu fakt iş materiallarında olan kifayət qədər sübutlarla təkzib olunur. Bundan başqa iş materiallarında olan mediasiya prosesinin nəticəsi barədə arayışdan da görünür ki, iddiaçı işdən çıxma barədə ərizə yazılmasından dərhal və ya qısa müddət sonra deyil, təxminən 01 aya yaxın müddət sonra, yəni noyabrın axırında hazırki tələbi ilə mediasiyaya müraciət etmişdir.

19. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qənaəti bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, 42, 68-ci maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “a” bəndinə, 69-cu maddəsinin 4 və 5-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3467/2024 saylı qətnaməsinin ləğv edilməsini və işin araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixində giriş kartı vasitəsilə işə daxil olmuşdur. Hər gün olduğu kimi həmin gün də normal işə başlamışdır. Necə ola bilər ki saat yarımdan sonra öz istəyi ilə işdən çıxış ərizəsi yazsın. İşdən çıxarıldığı gündən bir həftə əvvəl iş yoldaşı Xalidə Daşdəmirova bir mövzuda onu yanlış anladığı üçün aralarında mübahisə yaranmışdır. Belə ki, şirkət xırda mübahisəni böyük problemə çevirərək əvvəlcə hər ikisinə izahat yazdırmış, sonra isə işdən çıxma barədə ərizə yazmalarını t ələb etmişdir. O, işdən çıxma barədə yazmaqdan imtina etmişdir. Şirkətin kadr məsələləri üzrə meneceri Vəkil1 ona bildirmişdir ki, sizin mübahisəniz Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin" ç" bəndinə aiddir. Əgər ərizəni onun dediyi kimi yazmasa, Azərbaycan Respublikasının ƏMnin 70-ci maddəsinin "ç" bəndi ilə çıxardacaq və bundan sonra heç bir iş yeri səni işə götürməyəcək. O da ərizəni yazmaq məcburiyyətində qalmışdır. İşdən çıxdıqdan sonra şirkət Xalidəyə “bu məsələlər soyuduqdan sonra işə geri götürüləcəyini” bildirmişdir. Ona verilən vədə əməl olunmadığı üçün şahid durmağa razılıq vermişdir. Təəssüf edir ki, Xalidənin şahid durmaq istəyi BakıApellasiya Məhkəməsinin bitdiyi vaxta təsadüf etmişdir. Reyhan adlı iş yoldaşı yaşı ilə əlaqədar əmək penisyasına yeni çıxdığı üçün şa hid durmağa razılıq vermişdir. Əgər Ali instansiya məhkəməsi işi yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərildiyi halda şahidlər vasitəsi ilə həqiqət üzə çıxa bilər. Vəkil1 ona ərizəni təsir və təzyiq nəticəsində yazdırması Xalidə və Reyhan xanımların gözü qarşısında baş vermişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi keçirilən ərəfədə şirkətin kadr məsələləri üzrə meneceri Vəkil1 işdən uzaqlaşdırılmış və ümumiyyətlə “Azərsun Holdinq” dən azad edilmişdir. Buradan görünür ki, bu məsələdə o haqlı olmuşdur və şirkət rəhbərliyi bunu araşdıraraq, onu nöqsanları səbəbindən işdən azad etmişdir.

23. Mülki işin sənədlərindən görünür ki, işdən haqsız formada azad edilmişdir. İşlədiyi dövrdə bankdan kredit götürmüşdür. Lakin həmin krediti banka geri ödəyə bilmir. Heç b ir əsas olmadan qanunsuz olaraq işdən azad olunmağı onu və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. Yaranmış mübahisədən sonra ondan şikayətçi olan işçi ilə aralarında söhbət edərkən həmin işçi söhbət əsasında onu yanlış anlamasını etiraf etmiş və aralarında olan mübahisəyə həmin anda son qoyulmuşdur. İşdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Digər tərəfdən aylıq əmək haqqı, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən (xx.xx.2023-cü il tarixdən) 12 gün sonra yəni xx.xx.2023-cü il tarixdə ona məxsus kart hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən ona qarşı ədalətsiz mövqe sərgiləyərək qərəzli şəkildə, heç bir a raşdırma aparılmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla işçinin iradəsinin əlehinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini ləğv etməyə işçini məcbur etmək qadağandır.

24. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsi Vİİ bəndi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9, 42, 68-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 102.2, 102.3, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

26. Maddə 68

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əs aslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

27. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yo xdur.

28. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüqiqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kas sasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(103)3467/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar