Məhkəmə qərarları › İş №2(102)-3898/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3898/2020

19.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3898/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1, iddiaçının vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” MMC BOKT-un kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(020)-795/2019, hakim R.V. Nurullayev) İddiaçı XXX qarşı iddiası qismən təmin edilmiş, iddiaçıya məxsus XXXyerləşən fərdi yaşayış evinin “xxxx” MMC BOKT-un mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(106)-279/2020, hakimlər N.F.Mirzəyev, Q.B.Kərimov, Z.B.Babayev) “xxxx” MMC BOKT-un apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “xxxx” MMC BOKT-un nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. İşin halları: İddiaçı mülkiyyətində olan XXXyerləşən fərdi yaşayış evi “xxxx” MMC BOKT-un xeyrinə sonuncunun “xxxx” MMC-yə verdiyi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. X3 Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qiyabi qətnaməsi ilə “xxxx” MMC-nin “xxxx” MMC BOKT-a olan borcunun Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən 1,3719 ha torpaq sahəsi və başqa əmlakların satılması hesabına ödənilməsi qət edilmişdir. Həmin fərdi yaşayış evi xx xxx 2011-ci il tarixdə açıq hərracdan “xxxx” MMC-yə satılmış və alqı-satqı müqaviləsi bağlanılmışdır. Şirvan İnzibati-İqtisad Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərardadı ilə X3 Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bundan sonra, İddiaçı ona məxsus olmuş fərdi yaşayış evi nin qanunsuz özgəninkiləşdirildiyinə istinad edərək, hərracın yekunları barədə protokolu və onun əsasında bağlanmış alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hərracın yekunları barədə olan xx xxx 2011-ci il tarixli protokolunun və eyni tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək XXXyerləşən fərdi yaşayış evinin öz adına sənədləşdirilməsi üçün “xxxx” MMC-nin adına olan çıxarışın ləğv edilməsi və onun adına olan çıxarışın bərpa edilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə iddiaları təmin edildiyindən hazırki qətnamə təkrar icraya səbəb olacaqdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edəərk qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəm ə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus XXXyerləşən fərdi yaşayış evinin hərraca çıxarılması və hərracdan satılmasına əsas olmuş X3 Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, bununla əlaqədar Ba kı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hərracın yekunları barədə olan xx xxx 2011-ci il tarixli protokolunun və eyni tarixdə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçı hazırda həmin alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-nin adına verilmiş çıxarışın ləğv edilərək əvvəlki çıxarışın bərpa edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsi ilə daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 139-1-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas lar müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus olmuş fərdi yaşayış evinin “xxxx” MMC BOKT-un adına qeydiyyata alınmasına əsas olmuş əqdlər məhkəmə qətnaməsi əsasında etibarsız hesab edildiyindən iddiaçının sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsas ən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar