Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3898/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3898/2023 (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4580/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.1984-cü il tarixli 1 nömrəli aktdan müəyyən olunur ki, 02 yanvar 1984-cü il tarixdə saat 02:45-də “Sumqayıq-Güzdək” dəmiryolunun 6-cı postunun yaxınlığında 2626cı kilometrdə metro vaqonu ilə yük qatarı toqquşmuş, toqquşma nəticəsində vaqon müşayiətçisi, elektroqatarın maşinisti İddiaçı başından travma və üzündən çoxsaylı yaralar almışdır. Toqquşmaya dəmiryolla rı X1 maşinistinin kobud səhvi səbəb olmuşdur.
2. Azərbaycan SSR Bakı şəhəri Kirov rayon xalq Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qərarına əsasən bədbəxt hadisə nəticəsində iddiaçı iş vaxtı ərzində travma almış və tibbi müayinədən sonra xx.xx.1984-cü il tarixdə İİ qrup əlil hesab olunmuş, əmək qabiliyyətinin 60%-ni, ümumilikdə peşə qabiliyyətinin isə 80%-ni itirmişdir. xx.xx.1985-ci il tarixinədək İİ qrup əlillər üçün müəyyənləşdirilmiş 120 rubl pensiyanı almışdır. Sonradan əlilliyin müddəti xx.xx.1986-cı ilədək müəyyən edilmişdir. 1984-cü ilin may ayından dekabr ayınadək "xxxx" tərəfindən iddiaçıya 95 rubl 01 qəpik ödəniş edilmiş, peşə qabiliyyətinin 80%-ni itirdiyinə görə 120 rubl pensiya almışdır. 1984-cü ilin dekabr ayından isə Biləcəri lokomotiv deposu tərəfindən təqsirə görə ödəniş edilməsi müəyyən edilmişdir. Lakin depo və "xxxx" onun bu müraciətindən imtina etmişdir. Məhkəmə tərəfindən 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayınadək "xxxx" Biləcəri stansiyası lokomotiv deposu tərəfindən iddiaçıya aylıq 95 rubl 01 qəpik ödəniş edilməsi qərara alınmışdır.
3. Bundan sonra X1 müvafiq əmrləri ilə iddiaçıya məhkəmə qətnaməsi ilə müəyyən edilmiş müavinətin verilməsi hər dəfə 1 il müddətinə olmaqla uzadılmış, sonuncu dəfə iddiaçıya xx.xx.2013-cü il tarixdən hər ay 976,06 (İİ dərəcəli maşinistin orta əmək haqqı 1.220,08 manat x 80 % = 976,06) manat zərərə görə aylıq müavinət ödənilməsi barədə xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmr verilmişdir.
4. İddiaçı 06 may 2014-cü il tarixdən müddətsiz İİ qrup əlil hesab olunmuşdur. 5. "xxxx" QSC-nin Biləcə ri lokomotiv deposu tərəfindən iddiaçının hesabına sonuncu dəfə xx.xx.2022-ci il tarixində 976,06 manat məbləğində pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 02 fevral 1984-cü il tarixdə "xxxx"nə məxsus vaqon ilə cavabdehə məxsus yük qatarının toqquşması nəticəsində başından aldığı xəsarətlə əlaqədar aylıq müavinətin verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci ildən 1984-cü ilə kimi "xxxx" QSC-də işləmişdir. O, xx.xx.1984-cü il tarixdə "xxxx"nə məxsus vaqon i lə cavabdehə məxsus yük qatarının toqquşması nəticəsində başından aldığı xəsarətlə əlaqədar işdən çıxmışdır. Daha sonra məhkəmə qərarı ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödənişin cavabdeh tərəfindən ödənilməsinə qərar verilmişdir. İddiaçı əmək xəsarətinə görə ödənişi 2022-ci ilin may ayına kimi almış, lakin həmin ödəniş may ayından kəsilmişdir. Bununla əlaqədar iddiaçı cavabdeh tərəfə müraciət ünvanlamış və ona verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarına (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydaların ın, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında) əsasən iş vaxtı əmək xəsarəti almış işçilərə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə görə işəgötürən tərəfindən zərərin əvəzi ödənilir. Məsələ ilə bağlı "xxxx" QSCyə müraciət edilməsi tövsiyə olunmuşdur. Keçmiş Kirov rayonu Xalq Məhkəməsinin 1986cı il tarixli 2-130 nömrəli qərarında aydın qeyd olunur ki, sağlamlığa zərərin vurulması ilə nəticələnən bədbəxt hadisə X1 Hüseynov və Həsənov soyadlı əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının kobud pozulması səbəbindən baş vermişdir və bu da bədbəxt hadisə barədə tərtib olunmuş xx.xx.1984-cü il tarixli 1 nömrəli aktla, Azərbaycan Dəmir Yolları Bakı bölməsinin xx.xx.1984-cü il tarixli 9/n nömrəli əmri ilə təsdiqlənmişdir. Azərbaycan Dəmir Yolları müəssisəsinin yuxarıda soya dları qeyd olunan işçilərinin təqsiri üzündən iddiaçının sağlamlığına zərər vurulmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarında o da qeyd olunmuşdur ki, vaxtilə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 442-443-cü maddələrinin tələbinə əsasən işçisinin günahı səbəbindən vurulmuş zərərin əvəzini ödəməyə həmin müəssisə borcludur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri lokomotiv deposundan aldığı əmək xəsarətinə görə 1984-cü ilin dekabr ayından etibarən 1986-cı ilin may ayına qədər hər ay 95,01 SSRİ rublu olmaqla iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin X1 sonuncu, yəni xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmrinə əsasən iddiaçıya əmək xəsarətinə görə hər ay müavinət ödənilirdi. Cavabdehin xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmri ilə qeyd olunan xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmri ləğv edilmişdir. Bununla da müavinətin ödənilməsi dayandırılmışdır. Məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Həmin qətnamədən də göründüyü kimi, iddiaçının aldığı əmək xəsarətinin əvəzi olaraq ona 1 il 4 ay müddətinə hər ay müavinətin ödənilməsi öhdəliyi cavabdehin X1 üzərinə qoyulmuşdur. Sözügedən qətnamə icra edildikdən sonra müvafiq əmrlərlə cavabdeh tərəfindən humanistlik göstərilərək iddiaçıya könüllü surətdə və öz hesabına müavinət ödənilirdi. Hal-hazırda cavabdehin üzərində iddiaçıya hər hansı müavinətin ödənilməsi ilə bağlı heç bir öhdəlik yoxdur. Qeyd olunanları əsas tutaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" QSCnin sədr müavini, sədr vəzifələrini müvəqqəti icra edən Hicran Valehovun xx.xx.2022-ci il tarixli (sənəd № 198594) əmrinin ləğv edilməsi, zərərə görə aylıq müavinətin xx.xx.2022-ci il tarixdən ödənilməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, zərərə görə iddiaçıya ödənilən aylıq müavinətin ödənilməsinə dair əmrin ləğv edilməsi barədə cavabdehin xx.xx.20 22-ci il tarixli, 198594 nömrəli əmrinin ləğv edilməsi və ödənişlərin həmin tarixdən verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı tərəfindən işə düzgün cavabdeh cəlb edilmişdir. Qanunvericiliyin tələblərinin və əvvəlki məhkəmə qətnaməsinin nəzərə alınaraq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın təmin edilməsi, cavabdehin xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödəni lməsinin davam etdirilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş vaxtı ərzində əmək vəzifələrini icra etdiyi dövrdə xəsarət alması, aldığı travma nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməsi, ona əvvəlcə müddətli, sonradan isə müddətsiz əlillik müəyyən edilməsi, əlilliyə görə pensiya təyin edilməsi, işəgötürəni tərəfindən 7 ay ərzində 95,01 rubl məbləğində müavinət verilməsi, təqsirkarların cavabdehin işçisləri olması səbəbindən müavinətin cavabdeh tərəfindən ödənilməli olması, cavabdeh tərəfindən hər dəfə iddiaçının əlillik müddətinə müvafiq olaraq müavinətin ödənilməsinin davam etdirilməsi barədə əmrlər verilməsi, iddiaçının xx.xx.2014-cü ildən müddətsiz İİ qrup əlil hesab olunması hazırkı işin mübahisəsiz halını təşkil edir. Cavabdehin işç ilərinin təqsirli olmasına dair məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarında da öz əksini tapmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tətbiqi nəticəsində məhkəmə tərəfindən aylıq müavinətin məhz cavabdeh tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Tərəflər arasında olan münasibətlərin vaxtaşırı ödənişlərlə əlaqədar davamedici xarakterli münasibətlər olmasını nəzərə alaraq, hazırki mübahisəyə həm də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinin tətbiq oluna bilməsi imkanı da nəzərə alınmalıdır. İddiaçının əmək qabiliyyətini itirməsinə səbəb olan hadisədə cavabdehin işçilərinin təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən hazırkı mübahisənin araşdırma predmetini təşkil edə bilməz. Buna görə də iddiaçı müvafiq tələbi cavabdehə qarşı yö nəltməkdə haqlı olmuşdur.
14. Məhkəmə iddia tələbinin “əmrin ləğv edilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, əmr əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə qərarı ilə cavabdehin iddiaçıya ödənişlər etməli olması müəyyən edilmiş, bundan sonra cavabdeh iddiaçının əlilliyinin müddətinə müvafiq olaraq müavinətin ödənilməsinin davam etdirilməsi barədə əmrlər vermişdir. Lakin cavabdeh 2022-ci ilin may ayından etibarən heç bir əsas olmadan iddiaçıya müavinət ödənilməsini dayandırmış, xx.xx.2022-ci il tarixdə isə iddiaçıya 976,06 manat məbləğində müavinət verilməsi barədə əmri ləğv etmişdir. Halbuki, iddiaçı baş vermiş hadisə nəticəsində 2014-cü ildən etibarən müddətsiz əlil hesab olunmuşdur.
15. Məhkəmə iddia tələbinin “zərərə görə aylıq müavinətin 19 may 2022-ci il tarixdən öd ənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçıya müavinət ödənilməsinin dayandırılmasına əsas olan hal mövcud olmadığından, ona ödənilən müavinətin dayandırılmasına əsas olan sonrakı tarixli əmr də ləğv edildiyindən, cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödənilməsi dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci ildən davam etdirilməlidir.
16. Məhkəmə cavabdehin humanizm prinsiplərinə əsasən ödənişlərin davam etdirilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya müavinət ödənilməsi öhdəliyi əvvəlcə məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulmuşdur. Sonradan həmin ödənişlərin davam etdirilməsi humanizm prinsiplərinə deyil, məhz qanunvericiliyin göstərişlərinə əsasən olmuşdur. Belə ki, cavabdehin işçilərinin təqsiri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulmuş, o, peşə qabiliyyətinin 80 %-ni itirmiş, İİ qrup əlil hesab edilmiş, hər il keçirilən növbəti müayinədə əlilliyinin müddəti artırıldığından cavabdeh tərəf də ona aylıq müavinətlər ödənilməsini davam etdirmişdir. Çünki məhz onun işçilərinin təqsiri ucbatından iddiaçı bir daha işləyə bilməmiş, karyerasının davamlı inkişafı imkanını itirmiş, başqa sözlə, vəzifə və ona müvafiq olaraq əmək haqqı artımından məhrum olmuşdur. 2014-cü ildən etibarən iddiaçının əlilliyi müddətsiz müəyyən edilmişdir, deməli, ona aylıq müavinət də daimi olaraq ödənilməlidir.
17. Məhkəmə öz mövqeyini SSRİ Ali Məhkəməsi Plenumunun “Ziyanın ödənilməsi iddiaları üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.1963-cü il tarixli 16 nömrəli qərarına, Azərbaycan SSR-nin 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 442 və 443-cü maddə lərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği”-nə, hazırda qüvvədə olan Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099, 1119.1, 1119.3-cü maddələrinə, Əmək Məcəlləsinin 191, 239-cu maddələrinə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, əsaslandırmışdır. 218.3, 220.4, 233.3 və 233.4-cü maddələrinə istinadla Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual hüquq normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir. Belə ki, məhkəmə cavabdehin təqsirini müəyyən edərkən ilkin olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin 1-ci hissəsinə istinad etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı hadisə olan vaxtı "xxxx" QSC-nin işçisi olmuşdur. Sözügedən fakt iddia ərizəsində və iş materiallarında olan Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qətnaməsində təsbit edilmişdir. Belə olanda cavabdeh ilə hər hansı əmək münasibətlərində olmayan şəxsə münasibətdə Əmək Məcəlləsinin müddəalarını tətbiq edərkən məhkəmə səhvə yol vermişdir. Bundan başqa məhkəmə həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarına istinad etmişdir. Həmin qərar da öz növbəsində işçi ilə işəgötürən arasında əmək münasibətləri zamanı yaranan müvafiq məsələləri tənzimləyir. Birinci instansiya məhkəməsi iddiaçının "xxxx" QSC-nin işçisinin olmasına nəzər yetirməmiş və ümumiyyətlə qətnamədə bu məsələyə dair qeydlər etməkdən yayınmışdır. İddiaçının xəsarət alması ilə nəticələnən qatar ların toqquşması hadisəsi cavabdehin işçisinin təqsiri səbəbindən baş verməsinə baxmayaraq cavabdeh yuxarıda qeyd edilən normativ hüquqi aktlarda göstərilən subyektə (işəgötürən) aid edilə bilməz. Eyni zamanda, ölkə rəhbərliyinin vətəndaşların hüquqlarına həssaslıqla yanaşması və diqqət, qayğı göstərilməsi ilə bağlı tapşırıqları cavabdeh üçün də prioritet məsələlərdəndir. Ona görə də, cavabdeh iddiaçıya humanistlik prinsipinə əsasən könüllü şəkildə və öz hesabına illər boyu pul vəsaiti ödəmişdir. Bu hərəkətləri qanunvericilikdə qadağan edən hər hansı bir norma yoxdur və həmçinin həmin hal iddiaçıya qanuni və hüquqi gözlənti formalaşdıra bilməz. Hazırkı mübahisənin predmeti olan iddiaçının əmək xəsarətinə görə aylıq müavinət almaq barədə “qanuni gözlənti”si bütün hallarda onun verilməsi vəz ifəsinin qanunvericilikdə işəgötürən olmayan təqsirkar subyektin (müəssisənin) vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Həmçinin, cavabdeh tərəfindən müavinətin ödənilməsi sahəsində iddiaçının hüquqi gözləntisinin olmaması iş materiallarında olan Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qətnaməsinə əsasən əmək xəsarətinə görə cavabdeh tərəfindən ödəncin 1986-cı ilin may ayına qədər verilmiş müavinətin sonrakı dövrlərə münasibətdə verilməsinin onun tərəfindən mübahisələndirilməməsi ilə sübut olunur. Tərəflər arasında mübahisənin baş verdiyi dövrdə, həmçinin, sonrakı dövrlərdə əmək münasibətləri qurulmamış və onlar biri birilərinə münasibətdə əmək müqaviləsinin subyekti olmamışlar. Cavabdehin təqsirli olması və təqsir li hərəkətləri nəticəsində iddiaçıya müavinətin ödənilməsi məsələsinə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə iddiaçının aldığı əmək xəsarətinin əvəzi olaraq ona 1 il 4 ay müddətinə hər ay müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd etmişdirlər ki, sözügedən qətnamə tam icra edilmiş, yəni vaxtilə vurulmuş zərərin əvəzi tərəflərindən tam ödənilmişdir. Göründüyü kimi, həmin məsələyə artıq hüquqi münasibət bildirilmişdir. Sözügedən qətnamədən müəyyən edilir ki, hazırkı iddianın faktiki predmeti ilə həmin qətnamənin qəbul edilməsinə əsas olan halın predmeti eyni əsaslıdır. Belə ki, sözügedən qətnamədən görünür ki, iddiaçı hazırkı mübahisənin predmeti olan xəsarətə görə (delikt) cavabdehin Biləcəri lokomotiv deposuna qarşı idd ia qaldırılmış və həmin qətnamə ilə onun iddiası təmin edilməklə ona müddəti müəyyən olunan müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu onu deməyə əsas verir ki, Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Dövlət Dəmir Yolunun hüquqi varisidir. Xüsusilə vurğulanmışdır ki, iş materiallarında olan Kirov (indiki Binəqədi) Rayon Xalq məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, bədbəxt hadisə nəticəsində iddiaçı iş vaxtı ərzində travma almış və tibbi müayinədən sonra xx.xx.1984-cü ildə 2-ci qrup əlil hesab olunmuş, həmçinin ona verilən 116369 nömrəli vəsiqədən görünür ki, həmin əlillik qrupu dəyişdirilməmiş və ona müddətsiz verilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia predmeti üzrə 1984-cü ildə qaldırılan iddia zamanı sağlamlıq vəziyyəti dəyişmədən qalmaqdadır. Bu isə ona şəraitin dəyişməsi ilə bağlı yenidən iddia qaldırmaq hüququnu aradan qaldırır. Bu baxımdan da məhkəmə işə baxarkən Mülki Prosessual Məcəllənin 153.3.2 və 233.3-cü maddələrini tətbiq etməməklə iddia vermək hüquqi olmayan hazırkı iddiaçıya eyni əsasla yenidən iddia qaldırmaq kimi dispozitiv hüquq formalaşdırmışdır. Göründüyü k imi, mübahisəli hüquq münasibəti 1984-cü il tarixində yaranmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin münasibətlərə hazırda qüvvədə olan maddi hüquq normalarını tətbiq etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9979/21 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfin dən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi, qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
21. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəsini almış Azərbaycan SSR Bakı şəhəri Kirov rayon xalq Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.1984-cü il tarixində metro vaqonu ilə yük qatarının toqquşması nəticəsində iddiaçı başından travma və üzündən çoxsaylı yaralar almışdır. Toqquşmaya X1 maşinistinin kobud səhvi səbəb olmuşdur. Hadisə nəticəsində iddiaçı xx.xx.1984-cü il tarixdə İİ qrup əlil hesab olunmuş, əmək qabiliyyətinin 60%-ni, ümumilikdə peşə qabiliyyətinin isə 80%-ni itirmiş, həmin vaxt əlilliyin müddəti xx.xx.1986-cı ilədək müəyyən edilmişdir. Daha sonra əlilliyin müddəti hər il uzadılmış, xx.xx.2014-cü il tarixdə isə iddiaçı müddətsiz İİ qrup əlil hesab olunmuşdur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm hadisə baş verən vaxt qüvvədə olan, həm də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən cavabdeh öz işçilərinin əmək (qulluq) vəzifələrini yerinə yetirərkən onların təqsiri üzündən vurulmuş ziyanı ödəməyə borcludur. Birinci instansiya məhkəməsi öz qətnaməsində həm mülki, həm də əmək qanunvericiliyin müddəalarının müqayisəli təhlilini aparmış və düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehin X1 xx.xx.2013-cü il tarixli, 104 nömrəli əmrinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmri ləğv edilməlidir. Belə ki, məhkəmə qərarı ilə ca vabdehin üzərinə iddiaçıya müavinətin ödənilməsi öhdəliyi qoyulmuş, həmin vaxt iddiaçının əlilliyi xx.xx.1986-cı ilədək müəyyən edildiyindən ödənişlərin müddəti də həmin tarixədək müəyyən edilmişdir. Lakin həmin tarixdən sonra iddiaçının əlilliyi aradan qalxmamış və iddiaçı müddətsiz İİ qrup əlil hesab olunmuş, cavabdeh də məhz bu səbəbdən iddiaçıya hər ay müavinət ödəməyə davam etmişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya müavinət ödənilməsinin dayandırılmasına əsas olan hal mövcud olmadığından, ona ödənilən müavinətin dayandırılmasına əsas olan sonrakı tarixli əmr də ləğv edildiyindən, iddia tələbinin “cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödənilməsinin davam etdirilməsi” ilə bağlı hissəsində düzgün nəticəyə gəlsə də, iş mat eriallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sonuncu “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni nəzərə almamış, müavinətin xx.xx.2022-ci il tarixdən ödənilməsinin davam etdirilməsini qət etmiş, bununla da prosessual hüquq normasının pozulmasına yol verərək iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin ərizədə cavabdehin xx.xx.2022-ci il tarixli, 198594 nömrəli əmrinin ləğv edilməsi və ödənişlərin həmin tarixdən verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödənilməsinin davam etdirilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən iddiaçıya aylıq müavinətin ödənilməsi davam etdirilməlidir.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Sovet Sosialist Respublikasının 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 442, 443-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1099.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrinə və SSRİ Ali Məhkəməsinin Plenumunun “Ziyanın ödənilməsi iddiaları üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.1963cü il tarixli 16 №-li Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəl illəri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual normalarına zidd olduğu kimi, həm də əsassız və ədalətsizdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim e dir. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs nəzərdə tutulur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı hadisə olan vaxtı ADY-nin deyil, "xxxx" QSC-nin işçisi olmuşdur. Sözügedən fakt iddia ərizəsində və iş materiallarında olan Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qətnaməsində təsbit edilmişdir. Göstərilən dəlillər apellyasiya şikayətində qeyd edilsə də, apellyasiya instansiya məhkəməsi qətnamədə buna münasibət bildirməmişdir.
28. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarı da öz növbəsində işçi ilə iş əgötürən arasında əmək münasibətləri zamanı yaranan müvafiq məsələləri tənzimləyir. Təəssüflər olsun ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən əsas xüsusatlardan biri olan iddiaçının ADY-nin deyil, "xxxx" QSC-nin işçisinin olmasına nəzər yetirməmiş və ümumiyyətlə, qətnamədə bu məsələyə dair qeydlər etməkdən yayınmışdır. Hesab etmişlər ki, məhkəmənin belə yanaşması tamamilə əsassızdır. Belə ki, iddiaçının xəsarət alması ilə nəticələnən qatarların toqquşması hadisəsi ADY-nin işçisinin təqsiri səbəbindən baş verməsinə baxmayaraq, ADY yuxarıda qeyd edilən normativ hüquqi aktlarda göstərilən subyektə (işəgötürən) aid edilə bilməz. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmışlar ki, ölkə rəhbərliyinin vətəndaşların hüquqlarına həssaslıqla yanaşması və diqqət, qayğı göstərilməsi il ə bağlı tapşırıqları ADY üçün də prioritet məsələlərdəndir. Ona görə də, ADY iddiaçıya humanistlik prinsipinə əsasən könüllü şəkildə və öz hesabına ona illər boyu pul vəsaiti ödəmişdir. Bu hərəkətləri qanunvericilikdə qadağan edən hər hansı bir norma yoxdur və həmin hal iddiaçıya qanuni və hüquqi gözlənti formalaşdıra bilməz. Həmçinin cavabdeh tərəfindən müavinətin ödənilməsi sahəsində iddiaçının hüquqi gözləntisinin olmaması iş materiallarında olan Bakı şəhəri Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin 2-130 nömrəli, 13 yanvar 1986-cı il tarixli qətnaməsinə əsasən əmək xəsarətinə görə cavabdeh tərəfindən ödəncin 1986-cı ilin may ayına qədər verilmiş müavinətin sonrakı dövrlərə münasibətdə verilməsinin onun tərəfindən mübahisələndirilməməsi ilə sübut olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Xüsusilə diqqət yetirilməli məqam, burada digər subyekt dedikdə əmək müqaviləsinin tərəfləri olan subyekt (müvafiq olaraq işçi və işəgötürən) nəzərdə tutulur. ADY ilə iddiaçı arasında mübahisənin baş verdiyi dövrdə, həmçinin, sonrakı dövrlərdə əmək münasibətləri qurulmamı ş və onlar birbirlərinə münasibətdə əmək müqaviləsinin subyekti olmamışlar. Yuxarıda göstərilən dəlillər də eynilə apellyasiya şikayətində qeyd edilsə də, apellyasiya məhkəməsi tərəfindən qətnamədə bunlara heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi iş üzrə cavabdehin (ADY) öz işçilərinin əmək (qulluq) vəzifələrini yerinə yetirərkən onların təqsiri üzündən vurulmuş ziyanı ödəməyə borclu olduqları qənaətinə gəlmişdir. Lakin hazırkı iddianın predmetini isə iddiaçıya müavinətin ödənilməsi təşkil edir. Yuxarıda qeyd edildiyi kimi işçiyə müavinətin ödənilməsi qanunvericilikdə işəgötürənin vəzifəsi kimi öz əksini tapmışdır. Ümumiyyətlə, apellyasiya instansiya məhkəməsi iddiaçıya ödənilməli olan məbləğin dəymiş ziyanın əvəzi kimi ol an ödənc kimi, yoxsa müavinət kimi ödənilməli olmasına aydınlıq gətirməmişdir. Əgər məhkəmələr hesab edirsə ki, ödənilməli olan məbləğ dəymiş ziyana görə ödənilməli məbləğdir, bu məsələyə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə qiymət verilmiş və həmin qətnamə ilə müəyyən edilmiş məbləğ artıq ödənilmişdir. Yox əgər ödənilməli məbləğ müavinət kimi müəyyən edilirsə, qeyd edildiyi kimi müavinət işəgötürən tərəfindən ödənilməlidir. Bu halda ADY-nin hansı əsasla öhdəlik daşımasına aydınlıq gətirilməlidir.
29. Tərəflər arasında hüquqi cəhətdən əmək münasibətlərinin olduğunu göstərən əmək müqaviləsi və ya faktiki əmək münasibəti hallarını formalaşdıran sübutlar müəyyən olunmamışdır. Məhkəmə qətnamə qəbul edərkən sübutları ümumiyyətlə, tədqiq etməmiş, işin mahiyyəti ilə əlaqəli olmayan və iş mater iallarına əlavə edilmiş formal xarakterli sənədlərə dair rekvizitləri sadalamaqla tərəflər arasındakı münasibətin əmək münasibətlərinin olmasına dair yanlış fikir formalaşdırmışdır. Nəticə etibarı ilə cavabdehin təqdim etdiyi sənədləri, həmçinin, iddiaçının iddia tələbindəki etiraf xarakterli qeydlərini nəzərə almadan iddiaçının 1967-ci ildən 1984-cü ilə kimi "xxxx" QSC-də əmək münasibətlərində olması faktı sübut kimi qiymətləndirilməmiş və ümumiyyətlə, bu məsələyə toxunulmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Sovet Sosialist Respublikasının 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mülki Məcəlləsi.
30. Maddə
442. Vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Ziyan vuran şəxs ziyanın onun təqsiri olmadan vurulmasını sübut edərsə, ziyanı ödəməkdən azad olunur. Hüquqa uyğun hərəkətlərlə vurulmuş ziyan yalnız qanunla nəzərdə tutulan hallarda ödənilməlidir.
31. Maddə
443. Təşkilat, öz işçilərinin əmək (qulluq) vəzifələrini yerinə yetirərkən onların təqsiri üzündən vurulmuş ziyanı ödəməyə borcludur. SSRİ Ali Məhkəməsinin Plenumunun “Ziyanın ödənilməsi iddiaları üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.1963-cü il tarixli 16 №-li Qərarı. -Mülki hüququn əsaslarının 88-ci maddəsinə uyğun olaraq, zərərin ödənilməsi öhdəliyi qanunla nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, təqsirli şəkildə zərərin vurulması halında baş verir; -Zərərçəkmiş şəxsin sağlamlıq vəziyyətinin yeni dən yoxlanılmasından sonra zərərin yeni dövr üçün ödənilməsi tələbləri əsas iddialarla eyni qaydada məhkəmə tərəfindən baxılmağa qəbul edilir; -Sağlamlığa dəymiş ziyan üçün kompensasiya aylıq pul ödənişləri kimi müəyyən edilməlidir, hansı ki, cavabdeh şərait dəyişənə qədər iddiaçıya həmin ödənişləri etməyə məcburdur (Qərarın 29-cu bəndində göstərildiyi kimi). Zərərçəkmiş şəxsin əmək qabiliyyətinə müəyyən müddətə zərər vurulması müəyyən edildiyi təqdirdə isə yenidən yoxlama aparılan günə qədər ödəniş edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
33. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə pr insipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayi nə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düz gün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 40 7.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4580/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.