Məhkəmə qərarları › İş №2(102)-39/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-39/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-39/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü hesab edilməyən şəxsin həmin yaşayış sahəsinə köçməsinin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranmasına əsas olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1086/2020 nömrəli iş ü zrə xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında nikah xx xxxxxx 2017-ci il tarixdə qeydə lınmışdır və onların birgə nikahlarından xx xxxx 2018-ci il təvəllüdlü X3 doğulmuşdur.

2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə İddiaçı 2018-ci ilin iyun ayının 20-də gəlin köçdüyü evdən çıxaraq valideynləri ilə getmiş və onların yaşadıqları evdə yaşamağa başlamışdır. Bundan sonra Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin x x.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Qeyd edilən məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı məhkəməyə müraciət edən zaman “cavabdehlə qısa müddət ərzində mehriban yaşasalar da sonradan xasiyyətlərinin uyğunsuzluğu səbəbindən mübahisələr yarandığını və bu səbəbdən də xx.xx.2018-ci il tarixdən faktiki olaraq ayrıldıqlarını” bildirmişdir.

3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən 4 otaqlı ev cavabdehin atası X2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikah dövründə gəlin köçdüyü və yaşadıqla rı Qəbələ rayonu Soltannuxa kəndində yerləşən evə övladıyla birlikdə məcburi köçürülmələri barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə həyatı qurub evlənmişdir. Həmin nikahdan xx xxxx 2018-ci il tarixdə Kənan adlı övladı olmuşdur. Evləndiklərinin ilk aylarında mehriban yaşasalar da, sonradan cavabdehin ailəsi ilə aralarında mütəmadi olaraq söz-söhbətlər olmuşdur. Ailəsi gəlin olaraq onu saymamış, hər zaman təhqir etmişdir. Yaşadıqları həmin evdə qaynana, qaynata, baldızı, baldızın ailəsi və onlar yaşamışlar. Ancaq qaynanası və baldızları onu yola verməmişlər. Hazırda cavabdehlə ayrı yaşayırlar. xx xxxxxx 2019-cu il tarixli 2(025)-1107/2019 saylı qətnamə ilə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə ailə quranda Qəbələ rayonu Soltannuxa kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin həyətdə başqa bir ev də vardır. Yəni məhəllədə iki ev mövcuddur. Gəlin köçdükdən sonra cavabdehlə birgə həmin evi təmir etdirmişlər, həmin həyətdə dörd otaqlı ev vardır. Cavabdehin ailəsinin yaşadıqları ev köhnə olsa da, 4 otaqlı ev təmirli və şəraitlidir. Həmin evdə bir il yaşamasına baxmayaraq əziyyəti çox olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh onu evə qoymur, evdən çıxarmış və aralarındakı nikah pozulduqdan sonra ev buraxmayacağını ona bildirmişdir. Onu və övladını evdən qovduğu üçün hazırda atasının evində qalır. Bu vəziyyət də heç də ürəkaçan deyildir. Nəticə etibarı ilə özünə və doğmalarına bir sıra maddi çətinliklər yaradır. Belə ki, övladı ilə ata və ananın yanında daha uzun müddət yaşaya bilmir, çünki onların yaşayışı da acınacaqlıdır. Övladını sağlam mühitdə böyüdə bilmir. Bu həm də onun gələcəkdə təhsili üçün maneələr yaradacaqdır. Cavabdeh isə ata olaraq heç uşaqla maraqlanmır. Ana kimi istəyir ki, uşağının qayğısına qalsın, rahat şəraitdə yaşasın. Çarəsiz ana olaraq indidən bilmir hara getsin və harada yaşasın. İşsizdir, əgər kirayəşin olaraq yaşamalı olsa vəziyyəti dahada ağırlaşar və övladı da təhsildən tamamilə uzaqlaşar. Evə gəlin köçən zaman kredit alıb evi təmir etdirmişlər. Hesab edir ki, istəyi qanunidir. Buna görədə məcburiyyət qarşısında qalaraqməhkəməyə müraciət etməli olmuşdur.

6. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli 2(025)-237/2020 saylı qətna məsi ilə (hakim A.Əliyev) İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməmiş, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilibitirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır.

8. Bundan başqa İddiaçı evin gəlini kimi mülkiyyətçinin ailə üzvü hesab edilmədiyindən onun həmin mənz ildən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hər bir halda mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi tələbi təmin edilə bilməz.

9. Bununla yanaşı İddiaçı iddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evinin təmirində iştirak etdiyini qeyd etsə də, iddiaçının fikirlərinə tənqidi yanaşan məhkəmə qeyd edir ki, o, tələbinin əsaslandığı hallara dair heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – MM) 30.1, 30.2 və 30.4-cü və Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 10 6, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1086/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və M.Əsədli) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-237/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası əsassızdır və buna görədə birinci in stansiya məhkəməsi həmin tələbi təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəm ə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

18. Cavabdeh və cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şi kayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi

23. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaş ayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)

24. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (maddə 30.2)

25. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (maddə 30.4) Mülki Prossesual Məcəllə

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

29. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1086/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar