Məhkəmə qərarları › İş №2(102)-39/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-39/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-39/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, istifadə hüququna xitam vermək üçün zəruri kompensasiyanın məbləğini məhkəmə müəyyən etməlidir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə ümumilikdə 1800 manat birdəfəlik kompensasiya verilməklə onun mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, cavabdehlərdən Mafizə onun arvadı, digər cavabdehlər isə qızlarıdır. Boşandıqdan sonra cavabdehlər onu zorla mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarmışlar və onu evinə qoymurlar. Hazırda qoca yaşında öz evi ola-ola kirayədə yaşayan bacısı ilə yaşayır. Ona görə də, kompensasiya müqabilində cavabdehlərin ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. Qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq 3 illik kirayə pulunun birdəfəlik verilməsi müqabilində kompensasiya ödəməklə onların evdən istifadə hüququna xitam verilməsini mümkün və zəruri hesab edir. Ona məxsus Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 138,9 kv.metr ümumi sahəsi olan evin aylıq kirayə pulu hazırda 50 manat civarındadır.

3. Cavabdehlər bildirirlər ki, iddiaçının bacısı onu hazırkı iddia tələbini irəli sürməyə vadar etdiyi üçün iddia tələbi qərəzli və əsassızdır.

4. İşin mübahisəsiz halına görə, Xaçmaz rayonu Qımılqışlaq kəndində 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan fərdi yaşayış evi İddiaçı ta m, 0,24 ha torpaq sahəsi isə İddiaçı, X1, X2, X3, X4 və Cavabdeh1 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-359/2022 nömrəli iş üzrə 2022-ci il 25 fevral tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə cavabdehlərin 3 şəxs olması nəzərə alınarsa, 1800 manat kompensasiya məbləğinin onlara düşən payı 600 manat olması həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi üçün adekvat məbləğ hesab edilə bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinə və “R.Ağalarovun şikayəti” üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, onun iddia tələbini təmin etməyən məhkəmə MPM-in 218.3-cü maddəsinə istinad etməkdə səhvə yol vermişdir. Bu qayda mübahisələrdə iddia ərizəsində göstərilən kompensasiya məbləğinin artırılıb-azaldılması iddia tələblərinin hədlərindən kənaraçıxma kimi qiymətləndirilmir. Eyni zamanda, cavabdehlərin mübahisəli yaşa yış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına da gətirib çıxarmışdır. Cavabdehlər eyni zamanda açıq-aşkar şəkildə onun xüsusi mülkiyyətində olan əmlakından qovmuşlar, onu öz əmlakından qanunsuz məhrum etmişlər.

10. İddiaçı sonradan apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 onun ilə etibarlı ailə əlaqələrinin mövcud olmaması, nikaha daxil olaraq başqa evə köçmələri və daimi orada yaşamaları onun mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacın aradan qalxdığı barədə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırmamasını nəzərə alıb, həmin cavabdehlərə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsini, digər Cavabdeh1 hazırda 6000 manat verməklə kompensasiya ödənilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/22 nömrəli iş üzrə 2022-ci il 18 iyul tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır və işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə m ülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli dir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

26. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

27. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

32. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək, kompensasiya məbləğinin kifayət qədər olmadığını qeyd etsə də, nə qədər məbləğin kifayət edəcəyinə, cavabdehlərə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edəcək nə qədər məbləğ ödənilməsi ilə bağlı mövqeyini bildirməmiş, bununla da Konstitusiya Məhkəməsi Plenumunun analoji işlərlə bağlı şərhini nəzərə almamışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəy ərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən, birinci instansiya məhkəməsi istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi işlərinə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

35. Apellyasiya şikayətinin də dəlili məhz bundan ibarət olmuşdur ki, kompensasiyanı kifayət hesab etməyən birinci instansiya məhkəməsi nə qədər məbləğ ödənilməsi ilə bağlı mövqeyini bildirməmiş, kompensasiya məbləğinin artırılmasına iddia tələbindən kənaraçıxma kimi qiymət verməklə prosessual pozuntuya yol vermişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə eyni səhvi təkrarlayaraq həmin dəlillə bağlı araşdırma aparmamış və hüquqi qiymət verməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, onu da nəzərə almamışdır ki, iddiaçı apellyasiya şikayətinə verdiyi əlavədə kompensasiya məbləğini 6000 manata qədər artırmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi kompensasiya məbləğini 1800 manat məbləğində qəbul edərək, həmin məbləğin cavabdehlərə münasibətdə kifayət qədər olmadığı qənaətinə gəlmişdir.

37. Məhkəmə işdə olan sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun analoji işlərlə bağlı şərhini nəzərə almaqla mülkiyyətçi ilə istifadə hüququ olan şəxslərin mənafeləri arasında ədalətli tarazlığı qorumaqla, ödənilməli ol an kompensasiya məbləği ilə bağlı mövqe sərgiləməli, iddiaçının həmin məbləğlə razılaşıb-razılaşmadığını nəzərə almalıdır.

38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə ə sasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq mübahisəni həll etməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(105)-1251/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar