Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-39/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (maraqlı şəxlər Bakı şəhəri 45 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı və Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik, mirasdan imtina edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasda payının müəyyən edilməsi” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı və Cavabdeh qarşı “miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2595/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
2. İddiaçı və Cavabdeh miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir.
3. X6 isə miras qoyan şəxsin nəvəsi olmaqla (1992-ci ildə vəfat etmiş oğlunun qızı) mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) s ağ olmamışdır.
4. Miras əmlakın tərkibinə miras qoyana mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 və “Mitsubishi Pajero İO” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil daxildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, vəfat etdiyi günədək X7 məxsus olan ünvan 1-un (həyətyanı torpaq sahəsi, dükan və qarajla birlikdə) və minik maşını (Mitsubishi Pajero İO markalı, ** LV ***) üzərində vərəsəlik hüququnun tanınması, mirasdan 1/2 hissə ilə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri 45 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia rəzəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə ünvan 1-da anadan olmuşdur. X1, anası isə X4muşdur. Anadan olduğu gündən iddiaçı həmin evdə yaşamış, ailə qurmağı ilə əlaqədar oradan köçmüşdür. Lakin həmin ünvanda yaşayan atası və bacısı (cavabdeh) ilə daimi sıx və mehriban əlaqələri olmuşdur. Atası xəstə olduğu dövrlərdə də onun qayğısına birlikdə qalmışlar. Atası ilə münasibəti normal olmuş, onun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar bütün dəfn xərclərini birgə çəkmişlər. xx.xx.2022-ci il tarixdə atası uzun sürən xəstəlikdən vəfat etmişdir.
8. Atasının vəfatından sonra iddiaçının cavabdehlə danışığı belə olmuşdur ki, başsağlığına gəli b-gedən qohum-əqrəbanı yola saldıqdan sonra aralarındakı razılıqla atalarından miras qalan evi (həyətyanı torpaq sahəsi, dükan və qarajla birlikdə) və minik maşınını (Mitsubishi Pajero İO markalı, ** LV ***) digər varis olan qardaşı vəfat etdiyinə görə ikisinin arasında ədalətli şəkildə böləcəklər.
9. Mənzil iddiaçının atasının xüsusi mülkiyyətində olmuşdur. Atası sağ olarkən minik maşınına dair iddiaçının əri olan X3 adına xx.xx.2015-ci il tarixdə 6 il 9 ay 24 gün müddətinə etibarnamə vermiş, 2022-ci ilin aprel ayına kimi avtomobil onların istifadəsində olmuşdur.
10. Beləliklə miras qalan əmlaklardan atasının vəfatından, eləcə də onun xx.xx.2022-ci il tarixdən vəfat etməsindən sonra hazıradək istifadə edərək, mirasa faktiki sahiblik və idarə etdiyindən həmin mənzilin mülkiyyətçisi sayılır lar. Lakin cavabdeh iddiaçını arxayın salaraq, xəbərsiz notariat ofisinə müraciət etmişdir.
11. Müddətin bitəcəyini düşündüyü üçün iddiaçı cavabdehə bir yerdə notariusa getməyi təklif etmiş, lakin o hər dəfə bir bəhanə gətirərək, notariusa getməkdən yayınmışdır. Belə olan halda iddiaçı özü tək müraciət etməli olmuş, xx.xx.2022-ci il tarixdə notariat ofisindən iddiaçıya yazılı cavab verilmişdir ki, bacısı (cavabdeh) ondan əvvəl müraciət etdiyi üçün miras işi cavabdehin adına açılmışdır, iddiaçı gecikmişdir. Halbuki, notarius miras işi açarkən digər vərəsələri də çağırmalı idi.
12. Atasının vəfatından 6 ay keçmədən bacısı ilə birlikdə onu miras pay hüququndan məhrum etmək istəyən notarius müddəti ötürməyi ilə əlaqədar iddiaçıya imtina cavabı vermişdir. Belə olan halda iddiaçı pozulmuş hüquql arının qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1262, 1263-cü, Mülki Prosessual Məcəllənin 305.1.1, 306.2, 307.1, 307.2.9, 308, 309.1, 309.2, 310 və 311-ci maddələrinə istinad etmişdir.
14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X6 (bundan sonra “üçüncü şəxs”) həm iddiaçı, həm də cavabdehə qarşı iddia verərək, mərhum X7 məxsus olmuş miras əmlak kütləsinə daxil olan bütün əmlaklara 1/3 hissəsə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, atası 20 dekabr 1966-cı il təvəllüdlü X12 14 avqust 1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bü tövlüyünün qorunması uğrunda aparılan İ Qarabağ müharibəsində o, cəmi 7 aylıq olan zaman qəhrəmancasına şəhid olmuşdur. Ata babası X11 02 mart 2022-ci il tarixdə, ata nənəsi X9 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür.
16. O, Azərbaycan Respublikasının vətəndaşı X13 ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olduğu üçün 2018-ci ildən həyat yoldaşının dövlət müəssisəsində işlədiyi Almaniya Fedarativ Respublikasında yaşadığı, həmçinin himayəsində 2 və 3 yaşlı körpə övladları olduğu üçün babası və nənəsi rəhmətə gedərkən üzrlü səbəbdən Respublikaya gələ və yas mərasimində iştirak edə bilməmişdir. Lakin anası Nümayəndə bütün yas mərasimlərində yaxından iştirak etmişdir.xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlişi qısamüddətli olduğu üçün babasından qalan mirasın qəbul edilməsi barədə ərizəni müvafiq dövlət qurumuna etibarnamə üzrə nümayəndəsi təqdim etmiş, lakin Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 289 nömrəli məktubu ilə “mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxılmışdır” səbəbi ilə imtina verilmişdir.
17. Cavabdeh birinci instansiya məhkəməsində iddiaçının iddiasına etiraz edir, lakin üçüncü şəxsin iddiasını qəbul edərək miras əmlakın 3 bərabər hissədə bölünməsini istədiyini bildirir.
18. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli e2(002)-114/2023 nömrəli qətnaməsi ilə iddia qismən, müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsin tələbi təmin olunaraq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzilə və Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişa nlı avtomobilə mülkiyyət hüququ üzrə İddiaçı 1/3 hissədə, Cavabdeh 1/3 hissədə və X2 1/3 hissədə vərəsəlik hüququnun tanınması və pay hüquqlarının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. (hakim Günay Həşimova)
19. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halları kimi müəyyən edib ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, iddiaçı və cavabdeh isə miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir. Üçüncü şəxs isə miras qoyan şəxsin nəvəsi olmaqla (1992-ci ildə vəfat etmiş oğlunun qızı) mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) sağ olmamışdır. Miras əmlakın tərkibinə miras qoyan X7 məxsus ünvan 1 və minik maşını (Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı) daxildir.
20. Biri nci instansiya məhkəməsinə görə işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı vəfat etmiş atasına məxsus olan bütün əmlakın iki bərabər hissədə (özünün və bacısı) payının müəyyən edilməsini tələb edir, cavabdeh və üçüncü şəxs isə iddia tələbinə etiraz edərək, miras qalmış bütün əmlakın üç bərabər hissəyə bölünməsini xahiş edirlər.
21. Birinci instansiya məhkəməsi miras əmlakın tərkib hissəsinə daxil olan əmlaklarla bağlı ilk olaraq onu qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzil və Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi qismində miras qoyan X10 çıxış etdiyindən, həmin əmlaklar miras əmlaka daxil olmaqla, onlara dair mülkiyyət hüququ üzrə vərəsələrin bərabər pay hüququ müəyy ən edilməli və tərəflərin hər birinin miras əmlaka 1/3 issədə pay hüquqları tanınmalıdır. Həmçinin miras əmakın neçə bərabər hissədə bölünməsinə gəldikdə, iddiaçı və cavabdeh miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir, həmçinin üçüncü şəxs də Mülki Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən birinci növbəli vərəsə hesab edilərək, miras qalan əmlakdan vəfat etmiş atasına qalacaq pay hissəsini tələb etməkdə haqlıdır.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1159.1.3, 1160, 1243, 1256, 1274, 1279, 1291-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri: - üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, miras əmlakdan heç bir pay almaq niyyəti olmamışdır. Üçüncü şəxs ona vərəsəlik şəhadətnaməsinin verilməsi üçün heç bir notariat orqanına müraciət etməmişdir. Miras qoyan 2022-ci ilin mart ayında, onun arvadı isə aprel ayında ölmüş, həmin vaxtdan mirasın açıldığı üçüncü şəxsə bəlli olmuşdur. Buna baxmayaraq, o qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir; - məhkəmə qətnaməsində göstərməsə də, apellyasiya instansiyası hesab edə bilər ki, üçüncü şəxs mirasın açıldığı vaxt başqa ölkədə olmuşdur, bu səbəbdən mirası qəbul edə bilməmişdir. Lakin bu hal üçüncü şəxsin mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, üçüncü şəxsin ölkə xaricində daimi yaşaması onu digər hüquqlarından məhrum etməmişdir, o, indi olduğu kimi mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bil ərdi. Hansı ki, indiki halda anasına etibarnamə verməklə öz hüquqlarını həyata keçirmişdir; - həmçinin iddia miras kütləsinə daxil olan həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə də təmin olunmalıdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2595/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova)
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlara əsasən ünvan 1, həmçinin “Mitsubishi Pajero İO” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətində olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı və cav abdeh miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs isə miras qoyan şəxsin nəvəsi olmaqla (1992-ci ildə vəfat etmiş oğlunun qızı) mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) sağ olmamışdır. Bu səbəbdən də, üçüncü şəxs MM-nin 1159.1.3-cü maddəsinə əsasən miras əmlakdan müvafiq pay almaqda subyektiv (tələb) hüquqa malikdir. Cavabdeh atasının vəfatından sonra, yəni 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edərək, mirası qəbul etməsini, ondan başqa vərəsə olmamasını göstərmişdir. İddiaçı isə 01 sentyabr 2022-ci il tarixdə atasından miras qalmış əmlaka dair şəhadətnamə verilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi vasitəsilə həmin n otariat ofisinə 16 sentyabr 2022-ci il tarixdə analoji müraciət etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisinin 01 sentyabr 2022-ci il tarixli və 16 sentyabr 2022-ci il tarixli məktubları ilə müvafiq olaraq iddiaçıya və müstəqil tələb irəli sürət üçüncü şəxsə mirasın qəbulu müddətinin ötürülməsi əsası ilə imtina verilərək, müddətin bərpası üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə – müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi, mirasın yalnız iddiaçı və cavabdeh arasında bölünməli olması, mirasın faktiki olaraq onlar tərəfindən qəbul edilməsi, üçüncü şəxsin xaricdə yaşaması, onun mirası faktiki qəbul və idarə etməməsi, üçüncü şəxsin, ümumiyyətlə, subyektiv hü ququnun olmaması, həmçinin iddianın miras kütləsinə daxil olan həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə də təmin olunmalı olması – razılaşmayaraq aşağıdakıları qeyd etmişdir.
28. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13- cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).
29. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
30. Vərəsəlik institutu hər bir şəxsə zəm anət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).
31. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
32. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqların ın təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı).
33. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
34. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
35. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi).
36. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hü quqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
37. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.
38. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdir dikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
39. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əml aka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” 2022-ci il 16 mart tarixli Qərarları).
40. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki not ariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
41. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli t ələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı).
42. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında xüsusilə vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizə si üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbində xaricdə yaşaması, himayəsində azyaşlı uşaqlarının olması və s. üzrlü səbəblərdən babasının vəfatından dərhal sonra ölkəyə gələ bilməməsi, yalnız 12 avqust 2022-ci il tarixdə qısa müddətə gələ bilməsi və anasına etibarnamə verməsi, anasının nümayəndəsi kimi notariat orqanına müraciət etməsi, lakin sonuncu tərəfindən müddətin ötürülməsi əsası ilə imtina məktubu göndərilməsini göstərmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmə ara şdırması zamanı tərəflərin izahatları ilə də üçüncü şəxsin həqiqətən xaricdə yaşaması, mirasın açıldığı vaxtı ölkədə olmaması və s. bu kimi hallar müəyyən olunmuşdur. Eyni zamanda işdən görünür ki, üçüncü şəxs nümayəndəsi vasitəsilə miras açıldığı vaxtdan 06 ay 14 gün sonra notariat orqanına müraciət etməklə, müddəti açıq-aşkar uzun zaman kəsiyində ötürməmiş, vərəsələrdən cavabdeh isə üçüncü şəxsin mirası qəbul etməsinə etiraz etməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, qanunvericiliyin normalarını, xüsusilə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 14 oktyabr 2022-ci il tarixli qərarındakı şərhini nəzərə alaraq hesab etmişdir ki, üçüncü şəxsin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasın qəbulu üçün notariat orqanına müraciət etməməsi üzrlü h al kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi miras əmlaklardan üçüncü şəxsin də payını müəyyən etməkdə haqlı olmuşdur.
46. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlillərinə, yəni iddianın həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə də təmin olunmalı olmasına hüquqi qiymət verərək vurğulamışdır ki, iddiaçı həmin əmlakların mövcudluğu, hüquqi statusu, miras qoyana məxsus olması və s. barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini həmin hissələrdə, ümumiyyətlə, əsaslandırmamışdır. Belə olan halda isə iddia həmin əmlaklarla bağlı hissədə təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv, iddianın təmin edilməsi barədə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti iddia ərizəsinin məzmunu və apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə belə əsaslandırılmışdır: - apellyasiya instansiyası məhkəməsi şikayəti əsassız olaraq təmin etməmiş, gəldiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Müstəqil tələb irəli sürən üçün şəxs iddia tələbində həmçinin göstərmişdir ki, xaricdə yaşaması, himayəsində azyaşlı uşaqlarının olması və s. üzrlü səbəblərdən babasının vəfatından dərhal sonra ölkəyə gələ bilməmiş, yalnız 12 avqust 2022-ci il tarixdə qısa müddətə gələ bilmiş və anasına etibarnamə vermiş, anası nümayəndəsi kimi notariat orqanına müraciət etmiş, lakin sonuncu t ərəfindən müddətin ötürülməsi əsası ilə imtina məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə də üçüncü şəxsin həqiqətən xaricdə yaşaması, miras açıldığı vaxtı ölkədə olmaması və s. bu kimi halları müəyyən olunmuşdur. Eyni zamanda işdən görünür ki, üçüncü şəxs nümayəndəsi vasitəsilə miras açıldığı vaxtdan 06 ay 14 gün sonra notariat orqanına müraciət etməklə, müddəti açıq-aşkar uzun zaman kəsiyində ötürməmiş, vərəsələrdən cavabdeh isə üçüncü şəxsin mirası qəbul etməsinə etiraz etməmişdir.” Halbuki məhkəmənin bu yanaşması sənədlərlə təsdiq edilmir, üçüncü şəxs iddiaçıda olan məlumata görə, ümumiyyətlə, ölkəyə gəlməmişdir (gəlmişdirsə də iddiaçı və cavabdehin yaşadığı ünvanlarda, miras əmlakda olmamışdır). Bunu qeyd edən məhkəmə təsdiqedici sənədlərə deyil, ya lnız cavabdehin izahatına əsaslanmışdır. Etibarnamə isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Üçüncü şəxsin müraciəti də iddiaçının məhkəmədə iddia qaldıraraq öz payını tələb etməsindən sonra məhz onun payının azaldılması məqsədilə anası tərəfindən verilmişdir. Yəni üçüncü şəxsin belə bir niyyətinin olması heç bir sənədlə təsdiq edilmir. Onun belə bir niyyəti olardısa, eyni notariat ofisində, eyni gündə etibarnamə verərkən müraciət etmiş olardı; - apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini hər tərəfli araşdırmamış və nəticədə mülki işə düzgün hüquqi qiymət verməyərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşin hallarından görünür ki, üçüncü şəxs, cavabdehin mənafeyinin, yəni mümkün qədər miras əmlakdan cavabdehin iddiaçıdan çox pay əldə etməsinin təmin edilməsi üçün miras əmlakdakı paya iddia etmişdir. Belə ki, cavabdeh, atasının vəfatından sonra, yəni 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edərək, mirası qəbul etməsini, ondan başqa vərəsə olmamasını göstərmişdir. Baxmayaraq ki, iddiaçı və cavabdeh atalarının ölümündən sonra miras əmlaka birlikdə sahiblik və onu idarə etmişlər; - iddiaçı 01 sentyabr 2022-ci il tarixdə atasından miras qalmış əmlaka dair şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan qısa müddət sonra isə üçüncü şəxs 16 sentyabr 2022-ci il tarixdə analoji müraciət etmişdir. Hətta hesab edilsə ki, üçüncü şəxs Azərbaycan Respublikasına xx.xx.2022-ci ildə gəlmiş və anasına etibarnamə vermişdir. Əgər həqiqətən niyyəti mirasdan pay almaq olsa idi, onda həmin gün (etibarnamə verərkən) bu barədə notariat ofisinə mü raciət edilərdi. Lakin iddiaçının vərəsəlik üçün müraciətindən sonra cavabdehin planı üzrə üçüncü şəxs də (anası) eyni tələblə notariat ofisinə müraciət edir; - habelə cavabdehin (nə də onun nümayəndəsinin) miras əmlaka faktiki sahibliyi və ya idarəçiliyində iştirakı olmamış, ümumiyyətlə miras əmlakda marağı olmamışdır; - həmçinin miras kütləsinə daxil olan və hazırda cavabdehlə iddiaçının faktiki sahiblik və istifadə etdiyi həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə məhkəmə hərtərəfli və yetərli araşdırma aparmamış və miras qoyanın ölümündən sonra vərəsələri tərəfindən həmin əmlakların miras kimi qəbul edilməklə onlara sahiblik edildiyi və üzərlərində idarəçiliyin həyata keçirildiyi nəzərdən qaçırılmışdır. Eləcə də cavabdehin digər əmlaklara dair Bakı şəhəri Qaradağ RİH-nin s ərəncamının olmasını etiraf etməsinə də münasibət bildirməmişdir; - üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, dolayısı ilə, miras əmlakdan heç bir pay almaq niyyəti olmamış, ona vərəsəlik şəhadətnaməsinin verilməsi üçün heç bir notariat orqanına müraciət etməmişdir. Miras qoyan 2022-ci ilin mart ayında, onun arvadı isə aprel ayında ölmüş, həmin vaxtdan mirasın açıldığı üçüncü şəxsə bəlli olmuşdur. Buna baxmayaraq, o qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir; - işə baxan məhkəmələr işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, ən əsası cavabdehin və üçüncü şəxsin etirafına, eləcə də işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tə dqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuş, məhkəmə öz qətnaməsini düzgün əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş u şaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valide yninə çatası paydan bərabər miras alırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilə r. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1279. Miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1 321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təs bit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəb ul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticəl ənə bilsin. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
51. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üç ün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.
55. İddia tələbi miras paylarının müəyyən edilməsindən ibarətdir.
56. Məhkəmə kollegiyası miras əmlakda vərəsələrin payları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 26-46-cı bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı və qanuni sayır.
57. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
58. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası üçüncü şəxsin qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməsi barədə kassasiya şikayətinin həmin dəlillərini əsassız sayır.
59. Məhkəmə kollegiyası həmin dəlillə bağlı diqqəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ his səsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına çəkir.
60. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
61. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə omuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
62. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-c i maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
63. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.
64. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağ ırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
65. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
66. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdü rülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.
67. Hazırki işdə də üçüncü şəxsin mirasdan imtina etməsi halı müəyyən edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur.
68. İddianın həyətyanı torpaq sahəsinə, dükana və qaraja münasibətdə də təmin olunmalı olması barədə dəlillər əsaslı deyil. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı həmin əmlakların mövcudluğu, hüquqi statusu, miras qoyana məxsus olması və s. barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini həmin hissələrdə, ümumiyyət lə, əsaslandırmamışdır. (bax:46-cı bənd)
69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2595/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.