Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-390/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5420/2022 nömrəli, 27 sentyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhə ri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospektində yerləşən 30 nömrəli evin 17 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətində olmuşdur.
2. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə Cavabdeh «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası təmin edilmişdir. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospektində yerləşən 30 nömrəli evin 17 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 27 dekabr 2006-cı il tarixdə qeydiyyata alınaraq MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
3. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2010-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayə ti təmin edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospektində yerləşən 30 nömrəli evin 17 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına 10 sentyabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır.
5. X22 ilə X15 27 avqust 2013-cü il tarixdə nikah bağlamaqla evlənmiş və arvada “YYY” soyadı verilmişdir. Həmin nikahdan iddiaçının 20 iyul 2014-cü il təvəllüdlü YYYadlı uşağı doğulmuşdur.
6. Maraqlı şəxs cavabd ehlər Cavabdeh, X5, X22 və X19 qarşı “mənzildən çıxarılaraq mənzilin boşaldılması” barədə iddia vermişdir. Eyni zamanda Cavabdeh, X7, X22 və X25 cavabdehlər Maraqlı şəxs, X12, X4, X6 və X10 qarşı qarşlıqlı iddia verərək, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, 30 nömrəli evin 17 mənzilinə pasport qeydiyyatına alınmasına və şəxsi hesab vərəqənin açılmasına dair Bakı şəhəri Lenin rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 34/20 saylı sərəncamının ləğv edilməsi, həmin mənzilə istifadə hüquqlarının tanınması, Maraqlı şəxs adına bağlanmış icarə müqaviləsinə xitam verilməsi və xx.xx.1997-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində aparılan özəlləşdirmə və ona dair verilmiş qeydiyyat vərəqəsinin ləğv edilməsi, X11, X2, X3 və X8 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, 30 nömrəli evin 17 mənzilinə icarə müqaviləsi üzrə hüquqlarına xitam verilməsi”ni xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2011-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilkin iddiası rədd olunmuş, qarşılıqlı iddia təmin edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi “mənzil icarə müqaviləsinin Cavabdehla bağlanmış hesab edilməsi və mənzilin maliyyə-hesab vərəqəsinin onun adına dəyişdirilməsi” hissəsində baxılmamış saxlanılmışdır.
7. Lakin Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli, 2(103)5335/2013 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2011ci il tarixli qətnaməsi ləğv edi lmiş, iddiaçı Maraqlı şəxs ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh, X7, X22 və X16 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzilindən çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
8. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 11 aprel 2014-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
9. İddiaçı Bakı şəhəri, Bakıxanov qəs., S.Mehmandarov küç., ev 30, mənzil 17-də qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2015-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) qarşı hazırki iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı xx.xx.2014cü il təvəllüdlü X17 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı X22 ilə 27 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. İddiaçı rəsmi nikaha daxil olduğu gündən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşamış və hal-hazıradək həmin ünvanda qeydiyyatdadır. İddiaçı ilə həyat yoldaşı X22 arasında münaqişə yarandığından təxminən 2014-cü ilin dekabr ayında yuxarıda qeyd olunan evi müvəqqəti tərk edərək, öz valideynlərinin evinə sığınmışdır. Təxminən 2 ay qaldıqdan sonra yenidən iddiaçının özü qeydiyyatda olduğu, öz həyat yoldaşı ilə birlikdə yaşadığı ünvana gəldikdə həmin mənzilin açarlarının dəyişdirildiyi ni görmüşdür. İddiaçı dəfələrlə cavabdeh (evin mülkiyyətçisi qayınatasıdır) ilə əlaqə saxlayaraq mənzilin açarının birini iddiaçıya təqdim etməsini xahiş etsə də, hər dəfə bir bəhanə ilə qaynatası onun həmin evdən istifadə hüququnu məhdudlaşdıraraq, həmin mənzildən istifadə etməsinə maneə törətmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X9 ifadələrində bildirmişlər ki, iddiaçı Kamran Məmmədovla ailə qurmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Orada onların oğlu dünyaya gəlmiş və həmin mənzildə pasport qeydiyyatında olmuşdur. İddiaçı 2014-cü ilin dekabr ayında yoldaşı ilə arasında olan söz-söhbətlə bağlı ata evinə gəlmiş və sonradan körpə uşağı ilə mənzilinə geri qayıda bilməmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi ) 2(008)-5719/2015 nömrəli, 25 iyun 2015-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli mənzilə gəlin köçməklə, orada azyaşlı övladı ilə birgə yaşaması, mülkiyyətçi ilə birgə təsərrüfat aparması ilə əlaqədar həmin mənzildən istifadə hüququ əldə etmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17, 27.1, 27.2, 228.5-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 20-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli Qərarına ist inad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Həmin qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan X23 apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı mənzili Maraqlı şəxs məxsusdur. Hazırki iddia tələbi əslində cavabdehin və onun ailə üzvlərinin mübahisəli mənzilə yiyələnmək və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına mane olmaq məqsədi daşıyır. Cavabdeh, X1, X14 və X16 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 30 saylı evin 17 saylı m ənzilindən çıxarılması, həmin mənzilin boşaldılması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi var. İddiaçı və cavabdeh, Maraqlı şəxs xaricdə olmasından istifadə edərək yenidən həmin mənzilə köçmək üçün hazırki əsassız iddianı qaldırmışlar.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5420/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir. 18.1. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin mülkiyyətçisi Maraqlı şəx s olduğu halda birinci instansiya məhkəməsi maraqlarına toxunan həmin şəxsi işə cəlb etmədən iddia tələbini təmin edərək, onun mübahisəli mənzilə köçürülməsini qət etmişdir. 18.2. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü olmadığı və iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı halda birinci instansiya məhkəməsi düzgün olmayaraq gəldiyi nəticəni Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməklə əsaslandırmış və hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilə istifadə hüququ əldə etmişdir. 18.3. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Maraqlı şəxs ailə üzvü sayılmadığından, onun həmin mənzilə köçürülməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbi düzgün olmayan cavabdehə qarşı qaldırıldığından təmin edilə bilməz. 18.4. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 18.5. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsi nə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəl ləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləs inin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)». 18.6. Həmin qərarda daha sonra qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən öz ünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur». 18.7. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəl lənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. 18.8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 18.9. Göründüyü kimi, İddiaçı Cəlal qızı mübahisəli mənzilin mülkiyyətçisi Maraqlı şəxs ailə üzvü sayılmadığından, onun həmin mənzilə köçürülməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbi düzgün o lmayan cavabdehə qarşı qaldırıldığından təmin edilə bilməz. 18.10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.YYYnın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə riayət etməmiş, maddi normanı düzgün tətbiq etməmişdir. Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
21. Kassator şikayətin i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünl ük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublika sının Mənzil Məcəlləsi
28. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol ve rilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
29. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçür üldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009-cu il tarixli Qərarı
32. Şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. “Yaşay ış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı
33. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə tərəfindən Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə riayət edilməməsi barədə kassatorun dəlilləri qətnamənin ləğvinə əsas vermi r.
45. Belə ki, həmin normaya əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
46. Mülki işə əlavə olunmuş DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospektində yerləşən 30 nömrəli evin ümumi sahəsi 60.23 kv.m olan 17 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına 10 sentyabr 2 011-ci il tarixdə qeydiyyata alınmışdır.
47. Bu fakt Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunmuş hüquqi nəticəni törədir. Yəni bu qeydiyyat əsasında, mübahisəli mənzilin üzərində Maraqlı şəxs mülkiyyət hüququnun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır. Bunun əksini, yəni, mənzilin üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən qeydiyyatın deyil, Cavabdeh adına 27 dekabr 2006-cı il tarixdə aparılmış qeydiyyatın qüvvəyə malik olub həqiqi olduğunu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu cür sübutları təqdim eməmişdir.
48. Kassatorun dəlilləri işin faktiki halları, işin hallarının sübut olunmaması ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradılmış, onların dəlillərinə hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5420/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəb