Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3900/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili Vəkil və iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(049)-049/2018, hakim M.A.İsayev) Lənkəra n rayon X2 Kişi Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərin qanunsuz olaraq zəbt etdikləri XXXnə məxsus olan 0.40 ha torpaq sahəsindən çıxarılmaları qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(106)-33/2020, hakimlər Z.A.Zeynalov, İ.Q.Əsədov, M.K.Həsənov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Lənkəran rayon Aqrar İslahatı Komissiyasının xx xxxxx 1998-ci il tarixli qərarı ilə Lənkəra n rayonu Vilvan kənd sakini X4 və onun ailə üzvləri Cavabdeh1, X11, X12, X9 və X5 mülkiyyətinə 0,34 hektar torpaq sahəsi verilmişdir. Lənkəran rayonu Vilvan kəndində yerləşən 0,09 ha torpaq sahəsi X8, 0,09 ha torpaq sahəsi isə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2018-ci il tarixdəLənkəran rayon X7 Kişi Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddianın dəyişdiriməsinə dair ərizə təqdim edərək cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0.40 ha torpaq sahəsinin XXXnin mülkiyyətinə qaytarılması və cavabdehlərdən 2000 manat məbləğində ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ka ssasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası nəzərə alınmamış, mübahisə vicdanlı sahibliklə bağlı mülki qanunvericilik normalarının məzmununa və legitim məqsədinə uyğun həll edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı bələdiyyə olmaqla, cavabdehlər tərəfindən bələdiyyə torpaqlarının özbaşına tutulduğuna istinad edərək, onların həmin torpaq sahəsindən çıxarılması, eyni zamanda vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair hazırki iddia tələbini irəli sürmüşdür. İddianın təmin edilməyən hissəsində qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Az ərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Tərəflər arasında bundan əvvəlki məhkəmə mübahisəsi zamanı alınmış ekspert rəyi, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesri Xidmətinin mütə xəssisləri tərəfindən tərtib edilmiş rəylə Lənkəran rayonu, Vilvan kəndində yerləşən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu, 0,40 ha torpaq sahəsinin Cavabdeh1 Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tutulduğu, sonuncuların tutduğu torpaq sahəsi ilə Lənkəran rayonu Vilvan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdehlər isə iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, bu səbəbdən də iddianın əsassız olduğunu bildirmişlər. Kassatorun vəsatəti əsasında apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə Lənkəran rayonu Vilvan Bələdiyyəsinə məxsus torpa q sahəsinin sərhədləri müəyyən edilmiş, X1 və ailə üzvlərinə məxsus 0,34 ha torpaq sahəsinin Vilvan Bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi, X8 mülkiyyətində olan Lənkəran rayonu Vilvan kəndində yerləşən 0,09 ha torpaq sahəsinin Vilvan Bələdiyyəsinin mükiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, Cavabdeh1 və ailə üzvlərinin Dövlət Aktına əsasən verilmiş 0,49 ha torpaq sahəsinin Vilvan Bələdiyyəsinin mükiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi 0,40 ha torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və cavabdehlərin bələdiyyə mülkiyyətində olan 0,40 ha torpaq sahəsinə dair heç bir qanuni əsas olmadan sahiblik etmələri müəyyən edilmiş dir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin bələdiyyə mülkiyyətində olan 0,40 torpaq sahəsinə dair sahibliyi və həmin torpaq sahəsindən istifadəsi qanunsuzdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3900/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3900/2020
07.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver