Məhkəmə qərarları › İş №2(102)-3900/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3900/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3900/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3900/2024 (Açar sözlər: iddianın predmeti, iddianın əsası, eyni tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barədə iddia, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103) -5294/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı (vəkil X3) tərəfindən verilmiş kassasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki sahiblik, mülkiyyət hüququnun tanınması, onun tərəfindən cavabdehlərin hər birinə 5.000 manat olmaqla, cəmi 20.000 manat kompensasiya ödənilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı həmin iddia tələbi, B akı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)337/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2736/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə i lə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 tərəfindən tikilmiş 2 otağın və köməkçi sahələrin (ümumlikdə 39,85 kv.m. sahəyə malik) 15.000 manat dəyərində qiymətləndirilərək həmin məbləğin kompensasiyası kimi cavabdehlərə ödənilməsi və cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1969-cu il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır və bütün kommunal xərclər onun adınadır. Onun yaxın qohumu (mərhum qaynının oğlu) olan Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 kömək məqsədilə müvəqqəti olaraq ünvan 2 ünvanına qeydiyyata salmış və orada yaşamalarına icazə vermişdir. Ancaq, 2021-ci ilin ortalarında n etibarən sözügedən cavabdehlər ona qarşı şiddət tətbiq edərək, döyərək və ağır təhqiramiz ifadələrlə qanunsuz şəkildə yaşadığı həmin mənzildən uzaqlaşdırmışlar. Hal-hazırda mənzildə yaşayan cavabdehlər onun mənzildən istifadə hüququna və mənzilə daxil olmağına qanunsuz maneələr yaradırlar. Bununla bağlı, Bakı şəhəri, Yasamal RPİ 29-cu Polis bölməsində araşdırma aparılıb və hər iki tərəf münaqişəli ailə kimi qeydiyyata alınıb. Bütün qeyd edilənlər 1969-cu ildən bu günə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik edən, faktiki mülkiyyətçisi olan onun cavabdehlər tərəfindən istismar edilməsinə və faktiki mülkiyyətçisi olduğu fərdi yaşayış evinə olan sahiblik, mülkiyyətçi hüquqlarının tanınmasına əsas və cavabdehlərlə bir mənzildə yaşamasına maneə olan faktlardır. Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlərin ona fərdi yaşayış evinin istifadə edilməsində yaratdıqları maneələrin aradan qaldırılması barədə qərar qəbul edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci insyansiya məhkəməsi) e-2(004)-5294/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələblərinin təmin olunmaması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mənzildən çıxarılma hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, i ddiaçının mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul edilsə belə, onun kompensasiya ödənilməklə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması tələbi təmin edilməməlidir.

9. Belə ki, iş materialları ilə də təsdiq olunmuşdur ki, həm iddiaçı, həm cavabdeh mübahisəli evdə uzun illərdir ki, qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh1 həmin ünvanda sonradan öz vəsaiti hesabına tikililər inşa etmişdir. Belə ki, mübahisəli evin əvvəllər ümumi sahəsi 2 otaqdan ibarət olmaqla 35 kv.m olmuş, lakin sonradan Cavabdeh1 vəsaiti hesabına genişləndirilərək hal-hazırda 4 yaşayış otağı və köməkçi sahələrdən ibarət olmaqla, ümumi sahəsi 99,17 kv.m. təşkil edir. Bu baxımdan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində həm iddiaçının, həm də ca vabdehlərin hüquqları bərabərdir.

10. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan həmin fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ tanınmadığından və mülki iş üzrə hər iki tərəfin həmin fərdi yaşayış evi üzərində bərabər hüquqları olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən ıxarılma” tələbi ilə bağlı subyektiv hüququ yoxdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 180.1, 180.2, 180.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 115.0.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən iddiaçı (vəkil X3) tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5294/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova), apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə icraata xitam verilməsini qərara alınmışdır.

15. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzr ə iddianın əsası kimi mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi, həmin qətnamənin qüvvədə saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə qiymət verilmiş, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ və ya bundan irəli gələn hər hansı digər hüququnun olmaması səbəbindən hazırki iddianı irəli sürməsi əsassız hesab edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qərarın əsaslandırıcı hissəsində mübahisəli tikili ilə bağlı tərəflər arasında yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə olunmasının istisna edilmədiyi qeyd olunsa da, həm sözügedən qətnamə ilə bağlı iddia tələbində, həm də hazırkı iş üz rə iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb eyni mahiyyət və əsasdan irəli gəlmiş, sadəcə cavabdehlərə ödənilməsi nəzərdə tutulan kompensasiyanın məbləğində dəyişiklik olmuşdur.

17. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin məqsədlərinə, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in 12 iyul 2016-cı il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 82.3, 233.3, 261.0.2 və 391-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə apellyasiya şikəyətinin yenidən icraata alınaraq mahiyyəti üzrə baxılıb şikayətin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddiada iddiaçı mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması barədə idda irəli sürməmiş və tələbi ona məxsus olan uzun müddət sahibliyində olan evdən cavabdehlərin kompensasiya verməklə çıxarılması olmuşdur. Belə ki, iddianın predmetində və əsaslarında dəyişiklik olmuş və bu da məhkəməyə yeni əsaslarla eyni predmet barəsində iddia irəli sürülməsi üçün əsasdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

21. Maddə 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

24. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

25. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qi smən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

26. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədlər i:

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin işin icraatına xitam verilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır.

35. Belə ki, apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, baxılan iş üzrə iddianın əsası kimi mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi, həmin qətnamənin qüvvədə saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə qiymət verilmiş, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ və ya bundan irəli gələn hə r hansı digər hüququnun olmaması səbəbindən hazırki iddianı irəli sürməsi əsassız hesab edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində mübahisəli tikili ilə bağlı tərəflər arasında yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə olunmasının istisna edilmədiyi qeyd olunsa da, həm sözügedən qətnamə ilə bağlı iddia tələbində, həm də hazırki iş üzrə iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb eyni mahiyyət və əsasdan irəli gəlmiş, sadəcə cavabdehlərə ödənilməsi nəzərdə tutulan kompensasiyanın məbləğində dəyişiklik olmuşdur. “Mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin məqsədlərinə, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyi ldir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq qeyd edir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddian ın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.

37. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İdd ianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, yaşayış, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

38. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.

39. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavab dehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbində mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması barədə idda irəli sürməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsinin qəbul edilməsindən sonra yaranmış yeni əsasas kimi qəbul edilə bilməz.

41. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

42. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

43. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5294/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar