Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3902/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)12737/2018 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏY YƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 24.07.2018-ci il tarixli, 2(006)-4384/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və ******* saylı məktəb liseyin direktoru X5 qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri üzrə Təhsil İdarəsinin ******* saylı, 17.05.2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı ******* saylı məktəb liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi, İddiaçı 17.05.2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 19.12.2018-ci il tarixli, 2(103)-12737/2018 nömrəli qətnaməsi ilə cavabdeh Ba kı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2(006)-4384/2018 nömrəli qətnaməsinin mübahisələndirilən-iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və ******* saylı məktəb liseyin direktoru X5 qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə 11.06.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən v erilmiş ******* saylı, 17.05.2018-ci il tarixli əmrin ləğv edilməsi, onun əmək fəaliyyətinin bərpa olunması və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş ******* saylı, 17.05.2018-ci il tarixli əmrin ləğv edilməsi, onun əmək fəaliyyətinin bərpa olunması və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməklə, ******* saylı məktəb liseyin direktoru X4 qanunsuz əməlləri ilə bağlı xüsusi qərardad çıxarılmaqla aidiyyatı üzrə prokurora xəbər verilməsini xahiş etmi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi Azərbaycan Respublikasının MPM-nin 88, 217.1, 217.3, 218.1 və digər maddələrinin tələblərini nəzərə almadan kobud prosessual pozuntulara yol verərək, işdə olan sübutlara, o cümlədən cavabdeh BŞTİ-nin məhkəməyə təqdim etdiyi sübutlara qeyri-obyektiv, qərəzli və ədalətsiz qiymət verməklə, bəzi sübutları isə ümumiyyətlə görməzdən gələrək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, “Unikal” və “Tufan” kurslarının nümayəndələrinin məktəb-liseyin ibtida i sinif otaqlarına daxil olaraq keçirəcəkləri sınaq imtahanlarının təbliğatı məqsədilə tədris prosesini pozmalarının İddiaçı fəaliyyəti ilə hər hansı əlaqəsi müəyyən edilməmişdir. Lakin əksinə, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə verdiyi izahatda həmin şəxslərin tədris müəssisəsinə məktəb direktoru Cavabdeh2 icazəsi ilə gəlmələrini bildirmiş və bu halın onun izahatında öz əksini tapması qeyd olunmuşdur. İddiaçı ibtidai siniflər üzrə məsul direktor müavini olduğu üçün qeyd olunan hadisəyə görə ona xəbərdarlıq edilmişdir. İddiaçı qeyd olunan hadisə ilə bağlı verilmiş xəbərdarlıq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil etmir və həmin halların əmrdə göstərilməsi sadəcə məlumat xarakteri daşımışdır. Belə olduqda isə həmin məsələnin iddiaçının işdən çıxarılması nın əsası kimi araşdırılmasına ehtiyac qalmır və bu, heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu hal apelyasiya şikayətində göstərilsə də, apelyasiya instansiyası məhkəməsi yenə də işdən çıxarılmanın əsası kimi eyni məsələni qeyd etmiş və ondan qətnaməni əsaslandırmaq üçün dəlil kimi istifadə etmişdir. 31.01.2018-ci il tarixdə iddiaçı tərəfindən təhqirə yol verilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması iclasda iştirak edən müəllimlərin iştirakı ilə müvafiq qaydada aktlaşdırılmış və tərtib olunmuş akt məhkəməyə təqdim edilmişdir. Apellyasiya insitansiyası məhkəməsinin qeyd olunan halla bağlı cavabdeh tərəfindən mötəbər sübutun təqdim edilməməsinə əsaslanması məhkəmənin qərəzini ortaya qoyur. Bundan başqa, qətnamədə X2 şahid qismində verdiyi ifadənin digər şahid ifad ələri və sübutlarla ziddiyyət təşkil etdiyindən mötəbər sübut sayılmaması da əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsində şahidlər dindirilən gün tək G.Rzayeva deyil, 31.01.2018-ci il tarixli iclasda iştirak etmiş onlarla müəllim məhkəməyə gəlmiş, məhkəmə yalnız onlardan birini şahid qismində dindirmişdir. Bundan başqa, məhkəmənin qətnamədə göstərdiyi digər sübutlarmüəllimlərin kollektiv ərizəsi və vatsap yazışmasında isə ümumiyyətlə qeyd olunan iclasda iddiaçının yol verdiyi qeyri-etik hərəkətlərdən bəhs olunmamışdır. Apellyasiya məhkəməsi prosessual pozuntuya yol verərək işdəki sübutları qeyri-obyektiv qiymətləndirmiş, məzmununu təhrif etmiş, iddiaçının izahatına və onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin ifadələrinə üstünlük vermiş, cavabdeh tərəfindən təq dim edilmiş sübutları isə mötəbər sübut kimi qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, iş materiallarının 77-80-ci vərəqlərində məktəbliseyin işçiləri tərəfindən yazılmış ərizə istər birinci instansiya məhkəməsində dindirilmiş şahid N1 izahatında, istərsə də həmin ərizəni imzalamış digər şəxslər tərəfindən mübahisələndirilmiş, onlar boş vərəqə imza etdiklərini, ərizənin məzmunu ilə tanış olmadıqlarını bildirmişlər. Məhkəmə MPM-nin 88 və 217.4-cü maddələrinin tələblərini kobud surətdə pozaraq iş materiallarının 77-80-ci vərəqlərindəki ərizəni, yəni məktəb kollektivinin müraciətini mübahisəli sənəd kimi qiymətləndirmiş və onun mötəbərliyinə kölgə salmışdır. Əvvəla, məhkəmənin bu qənaətə nəyin əsasında gəlməsi göstərilməmişdir. Qeyd edilən “digər şəxslər”i məhkəmə şahid qismində dindirməmiş və ya sair formada onların iradə ifadəsini təsdiq edən sənədə istinad etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, məktəb-liseyin 07.02.2018-ci il tarixdə keçirilmiş Pedaqoji Şura iclasında həmin ərizənin məzmunu bütün kollektivə elan olunmuş və kollektivin üzvləri tərəfindən dəstəklənmişdir. Pedaqoji şuranın protokolu da aşağı instansiya məhkəməsinə təqdim olunsa da, məhkəmələr qeyd olunan sübuta ümumiyyətlə istinad etməmişlər. Pedaqoji Şuranın həmin iclasının videoyazısı da mövcuddur və birinci instansiya məhkəməsində bu məhkəmənin diqqətinə çatdırılsa da, həmin videoyazıya baxılmasını məhkəmə lazım bilməmişdir. Ümumiyyətlə, hər iki instansiya məhkəməsi iş üzrə sübutlardan biri olan və birinci instansiya məhkəməsinə təqdim olunmuş Bakı şəhər i üzrə Təhsil İdarəsi tərəfindən ******* nömrəli məktəb-liseydə aparılmış yoxlamanın nəticələrinə dair arayışa heç bir hüquqi qiymət verməmiş, həmin sübuta qətnamələrində istinad etməmişlər. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhz həmin arayışa əsaslanmışdır və arayışda iddiaçının bütün nöqsanları sadalanaraq təsdiqedici sənədlərə istinad olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə MPMnin 88, 217.3, 217.4, 218.1, 372.1 və 392.2-ci maddələrinin tələblərinə riayət etməmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlmişdir. Bundan başqa, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna da yol verilərək, Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinə istinad olunmamış, əvəzində səhvən həmin Məcəllə nin 300-cü maddəsinə istinad edilmişdir. Qeyd olunanlara əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 19.12.2018-ci il tarixli, 2(103)-12737/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ******* saylı məktəb liseyin direktoru X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 və vəkili Vəkil kassasi ya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili İbrahimov Telman Sadət oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, ******* saylı, 17.05.2018-ci il tarixli əmrdə qeyd edilən nöqsanlar ilə İddiaçı hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyindən bu hal, həmin nöqsanlara iddiaçı tərəfindən yol verilməsi barədə nəticəyə gəlməyi mümkünsüz edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi ******* saylı, 17.05.2018-ci il tarixli əmrdə qeyd edilən və apelyasiya şikayətinin də əsasını təşkil edən hallarla bağlı heç bir mötəbər sübutu nə birinci, nə də apelyasiya instansiya məhkəməsinə təqdim edilmədiyindən, İddiaçı tərəfindən qeyd edilən nöqsanların baş verməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün qənaətə gəlmişdir. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apelyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, iddiaçının izahatına v ə onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin ifadələrinə üstünlük vermiş, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə kimi iş materiallarında olan sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ******* nömrəli məktəb-liseydə aparılmış yoxlamanın nəticələrinə dair arayışa heç bir hüquqi qiymət verməmiş, iddiaçının Bakı şəhəri üzrə Təhsil İdarəsinə vermiş olduğu izahatda qeyd etdiyi xüsusatları nəzərə almamış və əmək müqaviləsinə xitam verilməsini əsasını təşkil edən hallar üzrə deyil, iddiaçının pedaqoji fəaliyyəti zamanı baş vermiş hadisələrlə bağlı araşdırma aparmış, mübahisənin obyektiv həllinə nail ola bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublik ası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)12737/2018 nömrəli qətn aməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X9 qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabde h Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)-12737/2018 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3902/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3902/2019
27.05.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver