Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3904/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Abbasov Aqil Əzizağa oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X10 oğlunun katibliyi, Cavabdeh X5 oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin iddiaçı tərəfindən iddia predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 işə cəlb edilməklə cavabdeh X5 oğluna qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən cavabdeh X5 oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMCiddiaçı tərəfindən iddia predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 işə cəlb edilməklə cavabdeh X5 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 48967,94 (qırx səkkiz min doqquz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat əsas borcun, əldən çıxmış faydaya görə 21 yanvar 2017-ci il tarixdən qəbul ediləcək qətnamənin tam icra ediləcəyi günədək əsas borc məbləğinin illik 10 (on) faizi miqdarında pul məbləğinin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinın xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdd iaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 oğlu (alıcı) ilə iddiaçı “xxxx” (keçmiş “X12” MMC (satıcı) arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən tikintiinşaat materiallarını “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh X5 uzun müddət müəssisə ilə işləmiş, aldığı malların dəyərini razılaşmaya əsasən otuz gündən gec olmayaraq ödəmişdir. Cavabdehin kürəkəni X7 müəssisədə “Region satış şöbəsi”nin müdiri olduğu üçün, alıcıya böyük etibar olmuş, kürəkəni onun borcu ilə bağlı bütün məsuliyyəti həmişə öz üzərinə götürmüş, bundan əlavə cavabdehin oğlu X2 da müəssisədə işləmiş və bütün bu səbəblərdən cavabdehin müəssisəyə olan borcunu ödəməyəcəyi ilə bağlı heç bi r şübhəyaranmamışdır. Lakin 2017-ci ilin əvvəllərindən başlayaraq “alıcı” müəssisəyə olan borcunu ödəməməyə başlamışdır. Səbəbi araşdırılarkən X5 şifahi olaraq bildirmişdir ki, X9 adlı şəxs satdığı malların pulunu ödəməyərək onu aldatmışdır. Bunun sübutu kimi Yardımlı Rayon Məhkəməsinə verdiyi iddia ərizəsi üzrə qəbul edilmiş 30 oktyabr 2017-ci il tarixli, X5 saylı qətnaməni müəssisəyə təqdim etmiş, düşdüyü vəziyyətlə əlaqədar ona vaxt verilməsini, qısa müddət ərzində borcunu tam ödəyəcəyinə söz vermiş, kürəkəni X5 da bu halları təsdiq etmiş, bir daha borcun ödəniləcəyinə zamin olmuşdur. Cavabdehin müəssisəyə təqdim etdiyi Yardımlı Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, X5 saylı qətnaməsinə əsasən iddiaçı X5in iddia tələbi qismən təmin edilmiş və cavabdeh X4 35020 (otuz beş min iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq X5ə ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən müəyyən edilmişdir ki, cavabdeh X5in borcu həqiqətən də tikinti materiallarının alqı-satqısı ilə əlaqədar yaranmışdır. Bundan başqa cavabdeh Yardımlı rayonunda olan mağazasını sataraq da pulu ödəyə biləcəyini bildirmiş, müəssisənin nümayəndələri və cavabdehin kürəkəni X5un iştirakı ilə Yardımlı rayonunda cavabdehə məxsus mağazaya baxış keçirilmiş, lakin müəssisə rəhbərliyi ilə olan səmimi münasibətlərə görə mağazanın satılması və ya borcun bir qismi əvəzinə müəssisənin balansına götürülməsinə razılıq verilməmişdir. 27 yanvar 2017-ci il tarixli ikitərəfli imzalanmış “Hesablaşmaların qarşılıqlı üzləşdirilməsi” aktına əsasən X5 oğlu 21 yanvar 2017-ci i l tarixə müəssisəyə 51967,94 (əlli bir min doqquz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat məbləğində borcunun olduğunu şəxsi imzası ilə təsdiq etmişdir. Qeyd edilən akta həmçinin onun kürəkəni X5 da imza etmişdir. Cavabdehə borcun ödənilməsi ilə əlaqədar şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh xəbərdarlıqlardan sonra müəssisəyə 01 fevral 2017-ci il tarixdə 500 manat, 06 iyul 2017-ci il tarixdə 500 manat, 23 dekabr 2017-ci il tarixdə 2000 manat, 09 iyul 2018-ci il tarixdə 200 manat, 16 avqust 2018-ci il tarixdə 300 manat, 10 oktyabr 2018-ci il tarixdə isə 300 manat olmaqla, ümumilikdə 3800 manat ödəniş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə də, cavabdeh X5 oğlu öz öhdəliklərini bu günədək yerinə yetirməmiş və müəssisədən aldığı malların dəyərini ödəməmiş və hazırda cavabdehin müəssisəyə 48967,94 (qırx səkkiz min doqquz yüz altmış yeddi manat doxsan dörd) manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Cavabdeh X5 müəssisənin tikinti materiallarını sataraq gəlir əldə etmiş, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. Halbuki, həmin vəsaiti müəssisə istifadə etmiş olsaydı ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. Ona görə də əldən çıxmış fayda əsası ilə borc məbləğinin 10%-i də qətnamənin icra ediləcəyi günədək cavabdehdən tutulmalıdır. Odur ki, cavabdeh X5 oğlundan nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 48.967 (qırx səkkiz min doqquz yüz altmış ye ddi) manat 94 (doxsan dörd) qəpik məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 21 yanvar 2017-ci il tarixdən qəbul ediləcək qətnamənin tam icra ediləcəyi günədək əsas borc məbləğinin illik 10%-i miqdarında pul məbləğinin və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yardımlı rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) X5 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X5 oğlundan nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 48167,94 (qırx səkkiz min bir yüz altmış yeddi manat doxsan dörd qəpik) manat əsas borc və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətl i Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 127 (bir yüz iyirmi yeddi) manatın cavabdeh X5 oğlundan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fehruz Abbasov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Tale Kərimov) 19 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Yardımlı rayon Məhkəməsinin X5 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X5 oğlu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilə rək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin təsviri-əsaslandırıcı hissəsinin məzmunun əsasən birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də, ümumiyyətlə, “üzləşdirmə aktı” anlayışının mənasını başa düşməmiş, yaxud başa düşsə də onun statusuna düzgün hüquqi qiymət verməmişdir. Belə ki, yalnız üzləşdirmə aktı öz-özlüyündə hər hansı bir öhdəliyin yerinə yetirilməsi üçün əsas ola bilməz. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi iddiaçı ilə cavabdeh arasında əşyaların nisyə alqı-satqısı barədə şifahi müqavilənin olması qənaətinə gəlmişdir. Belə qənaətə gəlinməsi üçün üzləşdirmə aktının həqiqi o lub-olmaması məsələsini bir kənara qoyaraq iddiaçı tərəfindən cavabdehə nisyə malların verilməsini təsdiq edən hər hansı bir sənədin (qaimənin, aktın, iltizamın, yol vərəqəsinin, buraxılış sənədinin və s.) olub-olmaması araşdırmalı idi. Çünki həmin sənəd (qaimə, akt, iltizam, yol vərəqəsi, buraxılış sənədi və s.) olmadan üzləşdirmə aktı tərtib edilə bilməzdi. Odur ki, cavabdeh bu barədə, yəni həmin sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi və məhkəmə iclasında tədqiq edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə həmin vəsatəti təmin etmiş, lakin iddiaçı tərəfindən həmin sənədlərin məhkəməyə təqdim olunmamasına baxmayaraq, məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Həmin sənədlər apellyasiya instansiyası məhkəməsində də tələb edilsə d ə, iddiaçı həmin sənədləri apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Tərəflər arasında nə nisyə alqı-satqı müqaviləsi olmuş, nə də cavabdeh ona inşaat materialı vermişdir. 27 yanvar 2017-ci il tarixli üzləşdirmə aktını isə cavabdeh həmin müəssisə ilə 2010-2014-cü illərdə etdiyi alverin cəmi məbləğini başa düşüb həmin rəqəmi yazmışdır. Lakin aktın sağ tərəfində aşağı hissədə "müştəri tərəfindən” olan hissəsində olan yazılar onun tərəfindən yazılmamışdır. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyi ilə razı deyildir. Ən başlıcası isə həmin aktın hər hansı bir hüquqi əsası yoxdur. Çünki həmin akt heç bir yerdə qeydiyyatdan keçirilməmiş, möhürlənməmiş və təsdiq edilməmişdir.Əslində bu həqiqəti əks etdirməyən üzləşdirmə aktının tərtib edilməsinə əsas aşağıdakılar olmuşdur iddiaçı Bakı şəhərində fəaliyyət göstərən sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlanan keçmiş "X12" MMC ilə aralarında olan razılaşmaya əsasən bir müddət həmin müəssisədən tikinti-inşaat materialları almışdır. Hətta müəssisənin rəhbərliyi ilə münasibətləri yaxşı olduğundan kürəkəni X3 və oğlu X1 da müəssisədə işlə təmin etmişlər. Sonradan müəssisənin rəhbərliyi dəyişmiş və həmin vaxtdan sonra cavabdeh müəssisədən mal-material almamış və müəssisəyə hər hansı bir borcu olmamışdır. Sonradan oğlu Sənanı işdən azad etmiş və bir gün Sənanı müəssisəyə dəvət edərək, orada ona "müəssisədən oğurluq et misən” deyə zor tətbiq etməklə döymüş və barəsində polisə şikayət etmişlər. Polis şöbəsində oğlu barədə tərtib edilmiş material Abşeron Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə oğluna inzibati qaydada cəza verilmişdir. O, oğluna qarşı haqsızlıq olduğundan "xxxx“ MMC-nin vəzifəli şəxslərindən, eləcədə məhkəmənin qərarından aidiyyəti orqanlara şikayətlər etmiş və şikayəti əsasında Abşeron Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Bundan sonra, müəssisənin vəzifəli şəxsləri ilə münasibətləri pozulmuşdur. Bu səbəbdən də barəsində əsası olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Onun iddiaçı “xxxx" MMC-nə heç bir borcu yoxdur və iddia tələbi əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh X5 oğlunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsin i xahiş etmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, cavabdeh müqavilənin razılaşdırılmış şərtlərini pozaraq üzərinə düşən öh dəliyini yerinə yetirmədiyi üçün onun iddiaçının qarşısında 51967,94 (əlli bir min doqquz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat borcunun yarandığı barədə 27 yanvar 2017-ci il tarixli qarşılıqlı üzləşdirmə aktı tərtib edilmiş, cavabdeh xəbərdarlıqlardan sonra müəssisəyə 01 fevral 2017-ci il tarixdə 500 manat, 06 iyul 2017-ci il tarixdə 500 manat, 23 dekabr 2017-ci il tarixdə 2000 manat, 09 iyul 2018-ci il tarixdə 200 manat, 16 avqust 2018-ci il tarixdə 300 manat, 10 oktyabr 2018-ci il tarixdə isə 300 manat olmaqla, ümumilikdə 3800 manat ödəniş etmişdir və hazırda cavabdehin müəssisəyə 48167,94 (qırx səkkiz min yüz altmış yeddi manat doxsan dörd) manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh 27 yanvar 2017-ci il tarixli üzləşdirmə aktındakı yazı və imzaların ona məxsus olmadığını irəli sürdüyündən müvafiq ekspertiza təyin olunmuş, ekspertin rəyi ilə həmin aktdakı yazı və imzaların bilavasitə cavabdeh X5 oğlu tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 567 və 600.1-ci maddəsinə istinad edərək cavabdeh X5 oğlunun iddiaçı qarşısında 48167,94 manat məbləğində ödənilməmiş kreditor borcu öhdəliyinin olması qənaətinə gələrək iddia tələbini 48167,94 manat borc hissəsində əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arası nda müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütü n iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətl ə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 567 -ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Kassasiya şikayətində tərəflər arasında ticarət əlaqələrinin olmaması cavabdeh tərəfindən təkzib edilmir. Lakin cavabdeh 2010-2014-cü ildə iddiaçıdan dəyəri ödənilməklə mal-material aldığını, lakin bunun 27.01.2017-ci il tarixdən çox əvvəl bitdiyini və aldığı malların dəyərinin tam ödənildiyini, iddiaçıya hər hansı borcunun qalmadığını bildirir. Lakin işdə olan 27.01.2017-ci il tarixli qarşılıqlı üzləşdirmə aktından həmin tarixə cavabdehin iddiaçıya 51967,94 (əlli bir min doqquz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat borcunun mövcud olduğu müəyyən edilir. Cavabdeh həmçinin kassasiya şikayətində həmin aktın hər hansı hüquqi qüvvəsinin olmaması, iddiaçı tərəfindən həmin dəyərdə ona mal-material verilməsinin hər hansı maliyyə sənədləri ilə təsdiq edilməməsinə istinad edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında tərtib edilmiş 27.01.2017-ci il tarixli qarşılıqlı üzləşdirmə aktı əslində borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. - 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Qeyd edilən maddi hüquq normalarına əsasən cavabdeh borcunu yazılı sənədlə etiraf etdiyi üçün aralarında olan alqı-satqı barədə şifahi müqavilədən irəli gələn heç bir etirazı(malmaterialların verilməməsi və s. əsaslarla) hazırda irəli sürə bilməz. 27.01.2017-ci il tarixli qarşıl ıqlı üzləşdirmə aktının cavabdeh tərəfindən imzalanmamasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin aktdakı imzanın və borcun məbləği barədə qeydlərin cavabdeh tərəfindən icra olunduğu ekspertiza keçirilməklə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında xüsusi bilik tələb edən məsələ üzrə keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İş üzrə təkrar ekspertizanın keçirilməsi üçün isə həm in Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmalı, yəni məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmamalı, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olmalıdır. Hazırki iş üzrə isə təkrar ekspertiza təyin edilməsi üçün qeyd edilən əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın qismən edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şika yəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X5 oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3904/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3904/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver