Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3904/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı nın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1906/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, işəgötürən Bakı Humanitar Kolleci ilə işçi İddiaçı arasında xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanaraq İddiaçı aylıq əmək haqqı 375 manat olmaqla Bakı Humanitar Kollecinə metodist vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin (direktorun) xx.xx.2021-ci il tarixli, 330 nömrəli əmri ilə ləğv edilmişdir.
2. Müqavilənin ləğvinə səbəb isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 Hüquqi Şəxsinə çevrilməsi nəticəsində işəgötürən yenidən təşkili ilə bağlı kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılmasını təmin etmək məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisarını keçirməsi olmuşdur.
3. Təsdiq edilən yeni ştat cədvəlində metodist ştatı nəzərdə tutulmadığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 330 nömrəli əmrinin ləğv edilməsini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində metodis vəzifəsinə bərpa edilməsini və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun çalışdığı ştat ixtisara düşməmişdir. Bundan başqa o, bir sıra üstünlüklərə malikdir. Belə ki, onun 40 ilə yaxın iş stajı vardır. O, Mediasiya Şurasına müraciət etmiş, lakin, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı hesab edir ki, onunla bağlanan əmək müqaviləsinə qərəzli olaraq xitam verilmişdir. Belə ki, o, N.Qaralova direktor təyin edilərkən ona topl anması həvalə edilən məlumatları olduğu kimi N.Qaralovaya təqdim etmiş, daha sonra N.Qaralova barəsində kollektivin digər üzvləri ilə birlikdə şikayət etmişdir. Təhsili, təcrübəsi, yaşı ilə bağlı tyutor vəzifəsində işləyə bilməz. Hal-hazırda kollecdə ədəbiyyat müəllimi, direktor müavini vəzifələri boş olduğundan işəgötürən onu bu vəzifələrə işə götürə bilər.
6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya cavabdehin xx.xx.2021-ci il tarixli struktur dəyişikliyi barədə 167 saylı əmri izah edilmişdir. Struktur dəyişikliyi barədə həmin əmrin 3.7-ci maddəsinə əsasən hərbi səfərbərlik üzrə mühəndis, fiziki hazırlıq rəhbəri, metodist, böyük kitabxanaçı, biblioqraf, texnik, laborant, katibə-makinaçı, katib ştatları ləğv edilmiş, əvəzinə təhsil ixtisasları şöbəsinin müdiri, kulturologiya şöbəsinin müdiri və incəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. İddiaçıya tyutor vəzifəsi təklif edilmiş lakin o, imtina etmişdir. Bundan başqa iddiaçı nəzərə almır ki, 40 ilə yaxın iş stajının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu mədəsinin müddəaları altına düşmür. İddiaçı səhvən qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququnu əsas gətirmişdir. Lakin iddiaçı nəzərə almır ki, burada ixtisas və ya peşəkarlıq səviyyəsi onunla eynilik təşkil edən digər şəxs və ya şəxslər yoxdur, yəni, mübahisələndirilən hal üzrə əsas məsələ iddiaçının çalışdığı metodist vəzifəsının ixtisara düşməsi nəticəsində mövcud olmamasıdır.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1 665/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin olunmamışdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı onunla bağlanan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cədvəlində yeganə olan metodis vəzifəsində işləmiş, yeni ştat cədvəlində metodist vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını alınmış, məhkəmə iclasında isə iddiaçı ona təklif olunan tyutor vəzifəsinin onun yaşına uyğun olmadığını, işəgötürən tərəfindən ona hazırda boş olan direktor müavini vəzifəsinin verilməsini təklif etmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində istinad olunan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl etməklə xitam verdiyindən iddia ərizəsi əsassızdır.
10. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 11, 68, 70, 71, 77, 78, 80-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin o lunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4570/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iddia təmin edilmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 331 nömrəli əmrin ləğv edilməsi, İddiaçı həmin kollecdə əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 metodist ştatı mövcuddursa, 1 metodist ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 metodist ştatı mövcuddursa, o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 metodist ştatı olub, həmin ştat vahidi ştat cədvəlindən xaric olunub. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın - Əmək Məcəlləsinin 78ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mü mkün deyil.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmayıb. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatı bu məsələ ilə bağlı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
16. Cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin xx.xx.2021ci il tarixli iclasının 29 №-li protokolundan (apellyasiya icraatı zamanı məhkəməyə tə qdim olunub) görünür ki, həmin iclasda qərara alınıb ki, ixtisar edilməsinə razılıq verilməyən və ixtisar edilməsi nəzərdə tutulan işçilərin siyahısı təsdiq edilərək iclas protokoluna əlavə edilsin. Həmin siyahı birinci instansiya məhkəməsinə təqdim edilib, ixtisar edilməsinə razılıq verilmiş işçilərin siyahısında iddiaçının adı var.
17. Protokoldan görünür ki, iclasda 7 nəfər komitə üzvü (Nigar İmanova, Gülnarə Məmmədova, Nərmin Qasımova, Tərlan Ağa-Mirzəyev, Samirə Tahirova, Sevinc Məmmədova və Günül Əhmədova) iştirak edib, 2 nəfər ixtisara nəzarət komissiyasının üzvləri (K.A.Məsimov və G.Ə.Quliyeva) iclasa dəvət olunub.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yığıncaqda deyil, hə mkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə cavabdeh təşkilatda təxminən 300 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz.
19. İddiaçı apellyasiya icraatı zamanı bildirmişdir ki, həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmayıb, hesab edir ki, əgər işdən azad olunması məsələsi onun bütün həmkarlarının iştirakı ilə həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunsaydı, həmkarları əmək müqaviləsinin ləğvinə razılıq verməzdi. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5590/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov sədrlik edən, məruzəçi, Ə.Əhmədov və İ.Şəfiyev ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il i tarixli, 2(103)-4570/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, işin müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı cavabdeh müəssisədə metodist vəzifəsində işləmiş, 26 noyabr 2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ş tatların ixtisarı edildiyi) əsasən xitam verilmişdir.
23. İddiaçı iddia ərizəsində ştatın ixtisara düşmədiyini, bir sıra üstünlüklərə malik olduğunu, 40 ilə yaxın iş stajına malik olduğunu göstərmiş və Əmək Məcəlləsinin 71 və 78-ci maddələrinə istinad etmişdir.
24. Birinci instansiya məhkəməsi məhz irəli sürülmüş həmin dəlillər üzrə araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cədvəlində yeganə olan metodist vəzifəsində işləmiş, yeni ştat cədvəlində metodist vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbində v ə apellyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh təşkilatda cəmi bir metodist ştatı olmuş, həmin ştat vahidi ştat cədvəlindən xaric olunmuşdur. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın – Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır.
26. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsi nəticəsinə gələrkən nə iddia ərizəsində, nə də apellyasiya şikayətində göstərilməyən (lakin apellyasiya icraatı zamanı iddiaçının izahatına istinad etdiyi) əsasa, yəni işçinin işdən azad olunması zamanı həmkarlar ittifaqı təşkilatının razılığının olmamasına istinad etmişdir.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün «həmkarlar ittifaqı təşkilatının razılığı» deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yağıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yağıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə cavabdeh təşkilatda 300 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə ve rilən «razılıq» həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz.
28. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasından ibarət mövqeyi əsaslı olmamışdır. Belə ki, həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə isə göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisəni n həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
29. İşdən görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatına (ştat ixtisarına razılıq verilməsi üçün) müraciət etmiş, müəyyən olunmuş müddət daxilində razılıq alınmışdır.
30. Hətta işə əlavə olunmuş məhkəmə qətnaməsindən görünür ki, (Günel Nəsirlinin iddiası üzrə qətnamənin yuxarı məhkəmələr tərəfindən ləğv olunmasına dair məlumat mövcud deyil, bu baxımdan qətnamənin qanuni qüvvədə olması nəticəsinə gəlmək olar) eyni razılığa istinad edilmiş və o, qanunauyğun razılıq kimi qəbul edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər qəbul edir ki, təhsil müəssisəsində 300 nəfər işçi olmuş, ona görə 7 nəfərin vermiş olduğu razılıq təşkilat tərəfindən verilmiş razılıq kimi qəbul oluna bilməz.
32. Lakin apellyasiya instansiyası məhkəməsi belə qənaətə həqiqətən təhsil müəsissəsində 300 nəfər işçinin olması, həmin şəxslərin həmkarlar ittifaqı təşkilatının üzvü olmaları, razılıq vermiş şəxslərin belə razılıq verməyə səlahiyyətli olub-olmamaları məsələlərinin araşdırılmasında sonra gələ bilərdi.
33. Məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsində araşdırma predmeti olmayan halların araşdırılması zəruriliyi yaranmışdırsa, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmaq səlahiyyət inə əsaslanaraq təhsil müəssisəsinin həmkarlar ittifaqı təşkilatında belə razılığın verilməsinə səlahiyyəti olan orqanı (ümumi yığıncaq, onun vəkil etdiyi orqan və ya 7 nəfərdən ibarət təşkilat üzvünü) müəyyən etməli idi.
34. Belə ki,X1 23-cü bəndinin 8-ci yarımbəndində göstərilir ki, həmkarlar ittifaqları komitəsinin qərarı Nizamnamədə nəzərdə tutulan hallardan başqa yığıncaqda iştirak edən komitə üzvlərinin əksəriyyətinin səsi ilə qəbul edilir.
35. Göründüyü kimi nümunəvi nizamnamədə həmkarlar ittifaqı təşkilatının qərarı bütün üzvləri tərəfindən deyil, yalnız iclasda iştirak edən komitə üzvlərinin əksəriyyətinin səsi əsasında qəbul edildiyi göstərilir. Baxılan iş üzrə razılığın qanunauyğunluğunu müəyyən etmək üçün cavabdeh təşkilatda qeydə alınmış həmkarlar ittifaqı təşkilatının nizam naməsi tələb olunaraq baxış keçirilməsi zəruri olmuş, lakin apellyasiya instansiya məhkəməsi nizamnamənin tələb olunmasını tərəflərlə birlikdə müzakirə etməmiş, belə araşdırmanın aparılmasını təmin etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən ona tyutor vəzifəsinin təklif edildiyini, lakin bu vəzifənin onun yaşına uyğun olmadığı üçün qəbul etmədiyini bildirmişdir. Hazərda həmin vəzifə rəsmi qaydada təklif edilərsə qəbul edər.
37. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, həmin vaxt sözügedən vəzifə təklif edilmişdir. Lakin iddiaçının özünündə qeyd edtiyi kimi, vəzifənin ona uyğun olmadığını bildirməklə qəbul etməmişdir. Hal hazırda isə həmin vəzifəni təklif edə bilmirik. Bu baxımdan ki, həmin vəifə üzrə ştat artıq doludur.
38. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
39. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1906/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhramzadə (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova ) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayo n Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)1665/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Apellyasiya intansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı cavabdeh müəssisədə metodist vəzifəsində işləmiş, 26 noyabr 2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatların ixtisarı edildiyi) əsasən xitam verilmişdir.
41. Birinci instansiya məhkəməsi məhz irəli sürülmüş həmin dəlillər üzrə araşdırma aparmış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cədvəlində yeganə olan metodist vəzifəsində işləmiş, yeni ştat cədvəlində metodist vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xit am verilərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır. İddiaçı tərəfindən mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasından ibarət mövqeyi əsaslı olmamışdır. Belə ki, həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə isə göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəy ən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşdən görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatına (ştat ixtisarına razılıq verilməsi üçün) müraciət etmiş, müəyyən olunmuş müddət daxilində razılıq alınmışdır.
42. Bundan başqa, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında qeyd edilən mövqeyə uyğun olaraq işə yenidən baxan apellyasiya baxışı zamanı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univers itetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinə sorğu göndərilərək, yaranmış zərurətlə əlaqədar olaraq cavabdeh təşkilatda qeydə alınmış X2 nizannaməsinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir.
43. İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsi qeyd edilən sorğuya 31 mart 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, kollecin həmkarlar ittifaqı təşkilatının nizannaməsi mövcud deyildir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təhsil işçiləri ilə bağlı Azərbaycan Təhsil İşçiləri X4 nizannaməsi nəzərə alınır. Azərbaycan Təhsil İşçiləri X4 nizannaməsinə əsasən isə həmkarlar ittifaqı təşkilatına (ştat ixtisarına razılıq verilməsi üçün) müraciət edilə rkən verilən razılıq qanuni və əsaslı omuşdur. Yəni həmin razılığın verilməsi zamanı bütün üzvlərin iştirakının mütləq olması nəzərədə tutulmamışdır.
44. Eyni zamadna işin hallarından görünür ki, iddiaçı məhz Kollecin əmrinə istinadən vəzifə ştatlarının ixtisar olunacağı barədə xəbərdar olunduqdan sonra, onunla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsinə əsas məhz ştat ixtisarına dair əmr olsa da, o həmin əmri də mübahisələndirməmişdir.
45. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, cavabdeh müəssisədə ümumilikdə xeyli saylı işçi ixtisar prosesinə cəlb edilmişdir və bu səbəblə də iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyi ver ilməmişdir. Hətta apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasında onunla əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən ona tyutor vəzifəsinin təklif edildiyini, lakin bu vəzifənin onun yaşına uyğun olmadığı üçün həmin vaxt qəbul etmədiyini bildirmişdir. Bu hal iş materiallarında olan işəgötürən tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışla da təsdiqini tapır. Hazırki halda isə iddiaçı həmin ştatın veriləcəyi təqdirdə qəbul etməsini bildirməsinə münasibətdə kollegiya tərəfindən işəgötürənə yenidən həmin vəzifənin iddiaçıya təklif edilməsinin mümkün olub-olmamasının müzakirə edilməsi təklif edilmiş, lakin nümayəndə hazırda həmin ştatın boş olmadığından mümkün olmamasını bildirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəl illəri
46. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1906/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsinin tama ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatda metodist vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin (direktorun) xx.xx.2021-ci il tarixli, 330 nömrəli əmri ilə ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas ştat ixtisarı olub. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunub. Orada qeyd olunub ki, ştat ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı ” birbirindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 metodist ştatımövcuddursa, 1 metodist ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 metodist ştatı mövcuddursa, o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 metodist ştatı olub, həmin ştat vahidi ştat cədvəlindən xaric olunub. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın - Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil. Lakin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilat ının razılığı alınmayıb. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatı bu məsələ ilə bağlı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin xx.xx.2021-ci il tarixli iclasının 29 №-li protokolundan (apellyasiya icraatı zamanı məhkəməyə təqdim olunub) görünür ki, həmin iclasda qərara alınıb ki, ixtisar edilməsinə razılıq verilməyən və ixtisar edilməsi nəzərdə tutulan i şçilərin siyahısı təsdiq edilərək iclas protokoluna əlavə edilsin. Həmin siyahı birinci instansiya məhkəməsinə təqdim edilib, ixtisar edilməsinə razılıq verilmiş işçilərin siyahısında iddiaçının adı var (iş v. 92). Protokoldan görünür ki, iclasda 7 nəfər komitə üzvü (Nigar İmanova, Gülnarə Məmmədova, Nərmin Qasımova, Tərlan Ağa-Mirzəyev, Samirə Tahirova, Sevinc Məmmədova və Günül Əhmədova) iştirak edib, 2 nəfər ixtisara nəzarət komissiyasının üzvləri (K.A.Məsimov və G.Ə.Quliyeva) iclasa dəvət olunub.
48. Həmkar ittifaqı “işçilərin birləşdiyi təşklat” kimi xarakterizə olunur. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında veri lmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yığıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə cavabdeh təşkilatda təxminən 300 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. Əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişin ə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmalıdır
49. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 80 və 300cü maddələrinə, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci və 11-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
51. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək mü qaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi halla
52. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
53. Maddə
71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
54. Maddə
77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəl lənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
55. Maddə
78. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçil ər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
56. Maddə
79. İşəgö türən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi q adağandır.
57. Maddə
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
58. Maddə
300. Əgər, işəgötürən əmək m üqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi:
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazır kı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasi ya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2023-cü il tarixli 2(103)1906/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.