Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3905/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2025-ci il tarixli, 2(104)-1565/2025 saylı qətnaməsindən iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhk əmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə banka ödənilməmiş kredit borcu yaranmış, ona görə də iddiaçı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, tələb ipoteka predmetinə yönəldilərək ipoteka predmeti hərracdan satılmış, əldə olunan vəsait borcun ödənilməsinə yönəldilmiş olsa da, borc tam ödənilməmiş qalmış, ona görə də iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində zərərin əvəzi qismində cəmi 27.585 ABŞ dolları 40 sent məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 230 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış 27212/02 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən borcalan Cavabdeh bank tərəfindən illik 16% dərəcəsi olmaqla 60 ay müddətinə yəni, xx.xx.2018-ci il tarixinədək hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəmək şərti ilə 121.090 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kreditin məqsədi və təyinatı bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən torpaq sahəsi alınması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Borcalanın 27212/02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixində bank ilə Cavabdeh və Əliyev Azad Zəkəri oğlu arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh və Əliyev Azad Zəkəri oğluna məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,042 ha torpaq sahəsində, 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv.m sahədən ib arət olan 7 nömrəli fərdi yaşayış evi “X2 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Gəncə şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış verilmişdir. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi ü zrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X2 Azərbaycan” QSC-yə olan borclarını ödəməmişlər. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)62/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 74.575 ABŞ dolları 36 sent əsas kredit borcu, 15.515 ABŞ dolları 14 sent əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 90.190 ABŞ dolları 50 sent məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 2 manat 75 qəpik müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 2 manat 75 qəpik ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cəmi 35 manat 50 qəpik alınaraq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv.m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, əmlak açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 90.190 ABŞ dolları 50 sent və 35 manat 50 qəpik borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv.m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh və Əliyev Azad Zəkərə oğlunun həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmə (ekspertiza) dəyəri 300 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin nəfinə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)127/2019 nömrəli qətnaməsi ilə cavabdeh Əliyev Azad Zəkəri oğlunun apell yasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əliyev Azad Zəkəri oğlu tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6350/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borc üzrə 90.190 ABŞ dolları 50 sent ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikd irilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 27.585 ABŞ dolları 40 sent hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sent, cəmi 27.585 ABŞ dolları 40 sent təşkil edir.
4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)- 2178/2025 saylı qətnaməsi ilə (hakim C.Quliyev) “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, Cavabdeh 9.308 (doqquz min üç yüz səkkiz) ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 137 (bir yüz otuz yeddi) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaitinin “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddiası qismən, yəni xx.xx.2020-ci il tarixədək əsas borc 74.575 ABŞ dolları 36 sent və xx.xx.2020-ci il tarixdən sonra isə əsas borc 62.058 ABŞ d olları 15 sent məbləğində pul vəsaitinin 5 faizi məbləğində Cavabdeh “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması tələbinə dair hissədə əsaslı olsa da, digər hissədə əsassızdır. Lakin Cavabdeh “X2 Azərbaycan” QSC-nin hazırki tələbinin əsaslı olan hissəsinə münasibətdə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etdiyindən və onun xx.xx.2022-ci il tarixə “X2 Azərbaycan” QSC-yə ödənilməmiş əsas borcu 62.058 ABŞ dolları 15 sent təşkil etdiyinə görə, məhkəmə hesab edib ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 62.058 ABŞ dolları 15 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 9.308 ABŞ dolları 72 sent məbləğində (62.058 ABŞ dolları 15 sent % 5 x 3 il) pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekv ivalentində pul vəsaiti “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445, 445.2, 445.7, 445.7, 377.1, 373.2, 375.2, 432.1, 554.3, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilm əsini və Cavabdeh 27.585 (iyirmi yeddi min beş yüz səksən beş) ABŞ dolları 40 (qırx) sent əsas borca görə zərər əvəzi və 230 manat 68 qəpik dövlət rüsumunun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb kredit müqaviləsinə əsaslanmır, maddi zərər tələbidir. Məhkəmə qətnaməsində iddianın kredit müqaviləsindən irəli gəldiyini qeyd edərək, onu vaxtaşırı icra olunan müqavilə öhdəliyi kimi qiymətləndirib. Halbuki, tələbin predmetini əsas borcun gecikdirilməsinə görə bankın zərərə uğraması təşkil edir. Bu tələblər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra — MM) 373-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. MM-in 373-cü maddəsinə əsasən, zərərin ödənilməsi iddiaları ümumi müddət — 10 il tətbiq olunan tələblərdəndir. Məhkəmə isə səhvən bu iddianı MM-in 445.7-ci maddəsinə istinadla vaxtaşırı öhdəlik kimi qiymətləndirərək 3 illik müddət tətbiq etmişdir. Həmçinin, faiz tələbi əsas tələbdən ayrıdır, müqavilədən doğmur, məhkəmə qətnaməsində faiz tələbinin “əsas tələbin əlavə tələbi” olduğunu və iddia müddətinin həmin əsas tələbin tabe olduğu rejimə uyğun olmalı olduğunu bildirir. Bu yanaşma yanlışdır. Tələb olunan illik 5% dərəcə bank tərəfindən mülki hüquq pozuntusundan (gecikdirmə) irəli gələrək zərər əvəzi kimi tələb olunur. Bu, sazişlə müəyyən edilmiş kommersiya faizi deyil, MM-nin tələbləri üzrə gecikdirməyə görə maddi zərərin əvəzidir. Zərər xarakterli tələblər isə konkret müqavilə öhdəliyindən deyil, qanunla müəyyən edilmiş məsuliyyətə əsaslanır. Məhkəmə tələbin “faiz dən faiz” olduğu nəticəsinə əsassız gəlib qətnamədə qeyd edilir ki, bank guya faizdən faiz tələb edir və bu səbəbdən tələb qismən təmin olunmalıdır. Bu yanaşma hüquqi və məntiqi baxımdan yanlışdır. Tələb olunan məbləğ 90.190 USD 50 sent - əsas borcun gecikdirilməsinə görə hesablanmış illik 5% zərər əvəzidir. Bu əvvəlki ödənilməmiş faizə yeni faiz hesablanması demək deyil, yeni yaranmış vəsait itkisinə görə təzminatdır. MM-nin və Konstitusiya Məhkəməsinin Plenum Qərarları bu tip gecikdirilmələrin zərər kimi qiymətləndirilməsi və kompensasiya olunmasını təsdiqləyir. Bundan başqa, maddə
445. Borclunun icranı gecikdirməsi..... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırkı işdə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarındakı hüquqi mövqeyə istinad etməsi düzgün olmamışdır. Hər şeydən əvvəl qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslə, 449-cu maddəsi isə “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslə aiddir. Bununla bağlı Konstitusiya Məhkəməsinin həmin Qərarında birmənalı olaraq göstərilmişdir ki, “Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının 2-ci bəndi ilə qərara alınmışdır ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əla qəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. “Azərbay can Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına gəldikdə isə həmin Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki:“...nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
9. Gəncə Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(104)-1565/2025 nömrəli iş üzrə 20 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), G.Cavadova və R.Məcidov) iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2178/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
11. Kollegiya qeyd etmişdir ki, Cavabdeh hüququndan istifadə edərək iddiaçı “X2 Azərbaycan” QSC-nin hazırki tələbinin əsaslı olan hissəsinə münasibətdə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Hazırkı halda iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində gö stərilən hüququ qanundan irəli gələn tələbə bənzəsə də, əsl həqiqətdə müqavilədən yaranan və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn hüquqdur. Belə ki, qanundan irəli gələn tələb etmə hüququnun əsasında onların istinad edə biləcəyi əqd mövcud olmadığından, ya da əqd mövcud olsa da, etibarlı olmadığından tərəflərin tələb etmə zamanı istinad etdiyi yeganə əsas qanuna əsaslanan tələb olur və belə tələb ümumi iddia müddətinə tabe tutulur. Hazırkı halda tələbin məzmunundan da cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını gecikdirdiyindən əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanan pul vəsaitinin tələb olunduğu görünür. Digər tərəfdən borclunun icranı gecikdirməsi ilə bağlı olan pul tələbi əsas tələbə söykənən əlavə tələ bdir. Ona görə də müqavilə münasibətlərdən irəli gələn öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz ödənilməsini tələb etdiyindən tətbiq edilməli iddia müddəti müqavilə münasibətləri üzrə tətbiq edilməli olan iddia müddətidir.
12. Beləliklə, əsas tələb üzrə iddia müddəti hansı münasibətə əsaslanır və tabe tutulursa, əlavə tələb üzrə iddia müddəti də həmin münasibətə əsaslanmalı və ona tabe tutulmalıdır.
13. İddiaçı tərəf iddia tələbində və apellyasiya şikayətində cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış, gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sent, cəmi 2 7.585 ABŞ dolları 40 sent təşkil etdiyini qeyd etmişdir. Tələbin predmetinin isə əsas borcun gecikdirilməsinə görə bankın zərərə uğramasının təşkil etdiyini qeyd etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-62/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulmalı əsas borc məbləği 74.575 ABŞ dolları 36 sent olsa da, “X2 Azərbaycan” QSC yenidən faizdən faiz tələb edərək 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı bu zaman faizdən faiz ödənilməsinin yolverilməz olduğunu, həmçinin Cavabdeh ipoteka predmeti olan mənzilinin xx.xx.2020-ci il tarixdə satışından əldə olan vəsaitin “X2 Azərbaycan” QSC-nin hesabına köçürülməsindən sonra Cavabdeh əsas borcunun 62.058 ABŞ do lları 15 sent məbləğində olduğunu, eləcə də tələbin müəyyən hissəsi üzrə iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır.
15. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “X2 Azərbaycan” QSC Cavabdeh qarşı xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmış, Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh xx.xx.2022-ci il tarixə “X2 Azərbaycan” QSC-yə ödənilməmiş əsas borcu 62.058 ABŞ dolları 15 sent məbləğində olmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 62.058 ABŞ dolları 15 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 9.308 ABŞ dolları 72 sent məbləğində (62.058 ABŞ dolları 15 sent % 5 x 3 il) pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaitini “X2 Azərbaycan” QSC-nin xeyrinə tutmaqda haqlı olmuşdur.
16. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, tələb kredit müqaviləsinə əsaslanmır, maddi zərər tələbidir. Məhkəmə qətnaməsində iddianın kredit müqaviləsindən irəli gəldiyini qeyd edərək, onu vaxtaşırı icra olunan müqavilə öhdəliyi kimi qiymətləndirib.
17. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi iddiaçının göstərilən hüququ, yəni zərər tələbi müqavilədən yaranan və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn hüquqdur. Belə ki, tələbin məzmunundan da cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən i rəli gələn öhdəliklərin icrasını gecikdirdiyindən əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanan pul vəsaitinin tələb olunduğu görünür. Digər tərəfdən borclunun icranı gecikdirməsi ilə bağlı olan pul tələbi əsas tələbə söykənən əlavə tələbdir.
18. Apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, zərərin ödənilməsinə dair iddialara ümumi müddət - 10 il tətbiq olunan tələblərdən olmasına dair dəlili ilə həmin tələb vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gəldiyinə görə məhkəmə iddia müddəti kimi 3 illik müddəti tətbiq etməkdə haqlı olmuşdur.
19. Apellyasiya şikayətinin növbəti dəlili tələb olunan məbləğ - 90.190 USD 50 sentin əsas borcun gecikdirilməsinə görə hesablanmış illik 5% zərər əvəzi olmaqla bank tərəfindən mülki hüquq pozuntusundan (gecikdirmə) irəli gələrək zərər əvəzi kimi tələb olunması ilə bağlıdır ki, kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının tələb etdiyi məbləğ manat məzənnəsi ilə 75575,36 ABŞ dolları əsas borca və 15515,14 ABŞ dolları əsas borca hesablanmış faiz borcuna hesablanan illik 5 %-dən ibarətdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə faizdən faiz ödənilməsi yolverilməzdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 445.2, 445.7, 373.2, 377.1, 373.2, 373.3, 375.2, 432.1, 554.1, 554.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mar t tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına, MPMnin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı “X2 Azərbaycan” QSC (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə Mülki Məcəllənin 442-ci maddəsinə istinad etsə də, əslində qanuni qüvvədə olan məhkəmə qətnaməsinin hal-hazıra kimi icra edilmədiyini nəzərə almamışdır. Məhkəmə hə mçinin nəzərə almamışdır ki, Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsasən, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
23. Hazırkı işdə də tələb məhkəmə qərarına əsasən əmələ gəlmişdir və bu səbəbdən həmin tələb otuz il qüvvədə olmaqla, Konstitusiya Məhkəməsinin qərarı nəzərə alınmaqla otuz illik iddia müddəti var. Şərh edilənlər apellyasiya məhkəməsi qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsasların olduğuna dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Maddə 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
27. Maddə 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
28. Maddə 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
29. Maddə 377.1-ci maddəsinə görə iddia müddətinin axı mı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
30. Maddə 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
31. Maddə 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
32. Maddə 432.1-ci maddəsinə görə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası).
33. Maddə 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək h üququ vardır.
34. Maddə 554.3-cü maddəsinə görə əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır ır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəl i sürülən mahiyyətcə eyni dəlillər, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
46. Nəzərə alınmalıdır ki, tərəflər arasında pul məbləğinin ödənilməsi ilə bağlı öhdəlik hüquq münasibətləri onlar arasında bağlanmış kredit müqaviləsi əsasında əmələ gəlmiş, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri i cra etməməsi səbəbindən iddiaçı yaranmış borc məbləğinin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçı qarşısında borc öhdəliyi məhkəmə qərarı qəbul edilməmişdən əvvəl müqavilə münasibətləri əsasında yaranmışdır.
47. Müqavilənin qüvvədə olma müddətinin bitməsi isə, MM-in 399.4-cü maddəsinə əsasən tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Ona görə də kassasiya şikayəti təmin olunmam alı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2025-ci il tarixli, 2(104)1565/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.